Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə15/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
30
 
•  Ailəyə, icmaya və ya insanlara xəbər verməklə hədələmələr
•  Ailəyə qarşı zorakılıq (hədələmələr və ya  tətbiq etmə); 
•  Pulu əlindən alma. 
Təyinat yerində məcburetmə indikatorları 
Güclü indikatorlar 
•  Sənədlərin alınması; 
•  Borc asılılığı; 
•  Məcburi tapşırıqlar və ya müştərilər
•  Təcridetmə, azadlığı məhdudlaşdırma və ya nəzarət altına alma; 
•  Qurbana qarşı zorakılıqla hədələmələr; 
•  Qurbanlara qarşı zorakılıq. 
Orta indikatorlar 
•  Qanunsuz / cinayətkar əməlləri törətməyə məcbur edilmə
•  Həmyaşıdlara qarşı müəyyən hərəkətlər etməyə məcbur edilmə; 
•  Orqanlara, ailəyə və sairəyə yalan danışmağa məcbur edilmə
•  Orqanlara xəbər verməklə hədələmə; 
•  Daha pis iş şəraiti yaratmaqla hədələmə
•  Ailəyə, icmaya və ya insanlara xəbər verməklə hədələmələr; 
•  Güclü təsir altında olma; 
•  Ailəyə qarşı zorakılıq (hədələmələr və ya  tətbiq etmə); 
•  Məvacibləri əlindən alma. 
https://www.ilo.org/forcedlabour 
 
Psixoloji məcburetmə dedikdə, qurbanın digər insanlarla münasibətləri, bir qrup həmyaşıdı və ya ailə 
tərəfindən rədd edilmə və ya qınanma hədələri yaxud oğlan dostu və ya tərəfdaşı hesab edilən şəxsin 
qəzəb  və  ya  narazılığı  yaxud  hədə-qorxu  gəlmə  başa  düşülə  bilər.  Psixoloji  məcburetmənin 
anlayışının  verilməsində  mövcud  çətinlik  psixoloji  sui-istifadə  və  məcburetmə  hallarının  digər 
insanlara təsir göstərmək üçün psixoloji vasitələrdən necə istifadə edilə bilinməsini başa düşməkdə 
çətinlik çəkən bir çox insanlardan gizlədilməsini daha asan edə bilər.
 64
 Bunlara qurbanların öz ərləri / 
oğlan  dostları  tərəfindən  xarici  ölkələrə  aparıldığı  və  sonra  istismar  məqsədilə  insan  alverçilərinə 
satıldığı hallar aiddir.
65
 
Niderlandda  “sevgili  oğlan”  hadisəsi  on  beş  ildən  çoxdur  ki,  bir  problem  kimi  mövcuddur.  “Sevgili 
oğlan” hadisəsi, gənc, müdafiəsiz qızlara kömək edən, onların “oğlan dostuna” çevrilən və sonra isə 
                                                            
64
 Hopper, E. Hildalqo, J.2006  Görünməyən zəncirlər; İnsan alveri qurbanlarını psixoloji məcburetməsəh.185-
209, Mədəniyyətlər-arası İnsan Hüquqları Hüququnun İcmalı  
65
 Finneqan, V. 2008 İnsan alverçiləri əleyhinə tədbirlər, Nyu Yorker.  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
31
 
onları  fahişəliyə  məcbur  edən  kişilər  tərəfindən  qayğının  göstərilməsidir.  Qurban  ona  ev  və  yaxşı 
ödənişli işlərlə bağlı yalançı vədlər verilməklə və ya daha yaxşı həyat və evlənmə vəd edilərək xarici 
ölkələrə aparılma ilə psixoloji məcburetmə formasında cəlb olunur. Qurbanların çoxu azyaşlılardır.
 66
 
 
SNEEP işi - Aimelo Rayon Məhkəməsi, Niderland. 
Məhkum olunma tarixi: 11/07/2008-ci il 
Bu  işdə  altı  müttəhim  olmuşdur,  onlardan  hər  biri  bir  və  ya  daha  çox  qadına  münasibətdə  insan 
alverində  təqsirli  bilinmişdir.  Əlavə  olaraq  beş  müttəhim  cinayətkar  birlikdə  və  /  və  ya  onu 
yaratmaqda təqsirli bilinmişdir. “Birliyin bir xüsusiyyəti onun amansız və zorakı davranışı idi. Bu işdə 
xeyli  zorakılıq  və  hədə-qorxu  halları  var  idi.  Beş  müttəhim  “bu  qadınların  fiziki  və  əqli 
toxunulmazlığına  və  öz  müqəddəratını  təyin  etmək  hüququna  heç  hörmətlə  yanaşmamışdır”.  
Cəzaların  müddəti  səkkiz  aydan  yeddi  il  altı  ayadək  dəyişirdi.  Vurulan  ziyana  görə  qurbanlara 
kompensasiya, 50,000 avroya qədər ilkin ödənişlərlə, qismən ödənilmişdir.  
İşdə müdafiə tərəfi ittiham aktında insan alveri ilə bağlı bəraətin verilməli olduğunu iddia etmişdir. 
Ümumiyyətlə, iddia olunurdu ki: 
- bu qadınlar müttəhimlə tanış olanda artıq fahişəliklə məşğul olurdular;  
- onlar fahişəliklə həmişə öz arzuları ilə məşğul olmuşlar;  
-  qadınların  öz  qazanclarını  müttəhimlə  bölüşmələrinin  və  ona  ödənişlər  etmələrinin  səbəbi  budur 
ki, onlar bu şəxslə emosional münasibətlərə malik olmuşlar.  
Müdafiə  tərəfinin  arqumentlərinə  cavab  olaraq,  Məhkəmə  Cinayət  Məcəlləsinin  250(a)  maddəsini 
nəzərə  almışdır.  Bu,  fahişəliyə  məcburetməni  (zorakılıq  və  ya  digər  hərəkət  vasitəsilə  yaxud 
zorakılıqla  və  ya  digər  hərəkətlə  hədələmə)  və  ya  fahişəliyə  meylləndirməni  (işlərin  faktiki 
vəziyyətindən  irəli  gələn  imkandan  sui-istifadə  etməklə  və  ya  yanlış  təsəvvür  yaratmaqla)  nəzərdə 
tuturdu.  Cinayət  Məcəlləsinin  273f  maddəsində  sadalanan  məcburetmə  vasitələrinə  aşağıdakılar 
aiddir:  məcburetmə,  zorakılıq  və  digər  hərəkət,  zorakılıqla  və  digər  hərəkətlə  hədələmə,  yanlış 
təsəvvür  yaratma  və  işlərin  faktiki  vəziyyətindən  irəli  gələn  imkandan  sui-istifadə  etmə  yaxud 
müdafiəsizlik vəziyyətindən sui-istifadə etmə. 
Bu  halları  müşayiət  edən  mühüm  faktorlar  kimi,  qanunverici  orqan  digər  məqamlarla  yanaşı 
aşağıdakıları da nəzərdə tutmuşdur: öz maliyyə vəsaitlərinə çıxış imkanına malik olmama, pasportun 
əlindən alınması, etibarlı vizaya malik olmama və şəxsi fahişəliklə məşğul olmağı davam etdirməyə 
məcbur  edən  geri  ödəmə  öhdəliyinin  olduğu  borclar.  Qurbanın  öz  istismarına  vermiş  ola  bildiyi 
razılığı həlledici amil deyildir. Bundan başqa, qazanc üçün cinsi xidmətlər göstərən şəxs istismarçı ilə 
öz münasibətlərini davam etdirmə və ya dayandırma ilə bağlı şüurlu şəkildə seçim etmək imkanına 
malik  olmadıqda  və  ya  bu  imkan  məhdud  olduqda  könüllülükdən  söhbət  gedə  bilməz.  Əlaqəyə  ilk 
olaraq  könüllü  daxil  olma  faktı  və  /  və  ya  şəxsin  əvvəllər  fahişəliklə  məşğul  olması  özü  könüllülük 
əlaməti deyildir. 
Aİ-nin insan alveri əleyhinə vebsaytı: qanunvericilik və presedent hüququ.  
https://www.ec.europa.eu/dgs/home-affairs/ 
 
İqtisadi məcburetmə qurbanın böyük məbləğlərdə ödənişlər etməyə məcbur edildiyi, məvaciblərdən 
böyük  məbləğlərin  tutulduğu  və  ya  ümumiyyətlə,  heç  nə  ödənilmədiyi  hallardır.  Bura  şəxs  üçün 
faktiki  və  ya  iddia  edilən  borcların  ödənilməsini  qeyri-mümkün  etməklə,  onun  asılılıqda  saxlanıldığı 
                                                            
66
 Avropolun Biliklərə dair Hesabatı 2011, Avropa İttifaqında insan alveri, səh.7. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə