Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə18/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
37
 
 
Zəif indikatorlar 
•  Mədəni / dini inamlardan sui-istifadə; 
•  Ümumi vəziyyət
•  Əvvəlki çətinliklər; 
•  Səfəri təşkil etməkdə çətinlik. 
Təyinat yerində müdafiəsizlik vəziyyətindən sui-istifadə indikatorları 
Orta indikatorlar 
•  İstimarçılardan asılılıq; 
•  Tanış olmayan yerdə yaşamaqla bağlı çətinlik; 
•  İqtisadi səbəblər; 
•  Ailənin vəziyyəti
•  Orqanlarla / qanuni statusla əlaqə. 
Zəif indikatorlar 
•  Əvvəlki çətinliklər 
•  Şəxsi xüsusiyyətlər 
https://www.ilo.org/forcedlabour 
 
Prokurorlar  etibarlı  dəlillərlə  həmin  müdafiəsizlik  vəziyyətinin  “mövcudluğunu”  və  ondan  “sui-
istifadəni sübuta yetirməli olacaqlar, sadəcə subuta yetirilmiş müdafiəsizlik vəziyyəti kifayət deyildir. 
BMT-nin  İnsan  Alverinə  dair  Protokolundakı  anlayış  “hərəkət”  və  “vasitə”  arasında  aydın  əlaqəni 
müəyyənləşdirir.  Müvafiq  olaraq,  “müdafiəsizlik  vəziyyətindən  sui-istifadə”  əməlin  törədilməsində 
“vasitə” olduğu iddia edildikdə, cinayətkarın qurbanı cəlb etmək, daşımaq, təhvil vermək, gizlətmək 
və ya almaq üçün həmin şəxsin müdafiəsiz vəziyyətindən sui-istifadə etdiyi göstərilməlidir.
75
 
Prokurorluq təqsirləndirilən tərəfə qarşı 
No. 07.976405-06, Zvolle Rayon Məhkəməsi (29 aprel 2008-ci il). 
Dövlətin ərazisində qanunsuz yaşayan hindistanlı fəhlələr tofu fabrikində işə götürülmüşdülər. Onlar 
Hindistandan  bura  səfərlərini  maliyyələşdirmək  üçün  xeyli  borca  girmişdilər,  onlar  holland  dilində 
danışmırdılar və onların şəxsiyyətlərini təsdiq edən hər hansı sənədləri yox idi. Onların  iş vaxtı çox 
uzun çəkirdi və əlavə işləməyə görə onlara ödəniş ödənilmirdi. Onların sağlamlıq sığortası yox idi və 
onlara görə vergi və sosial xidmət ödənişləri ödənmirdi.  
Məhkəmənin baxdığı məsələ müttəhimlərin Cinayət Məcəlləsini pozub-pozmadıqlarını və insan alveri 
ilə  bağlı  cinayətlər  törədib-törətmədiklərini  müəyyənləşdirmək  idi.  Məhkəmə  qərar  verərkən  irəli 
                                                            
75
 UNODC  2012  İnsan  alveri  anlayışında  müdafiəsizlik  vəziyyətindən  sui-istifadə  və  digər  “vasitələr”haqqında 
araşdırma sənədi, səh.3. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
38
 
sürülən ittihamın iki ünsürdən ibarət olduğunu nəzərə aldı: (1) istifadə olunan vasitə; və (2) istismar. 
Vasitəni  nəzərdən  keçirərkən,  o,  müttəhimlər  tərəfindən  fəhlələrin  müdafiəsiz  vəziyyətindən  sui-
istifadə  olunub-olunmadığını  müəyyənləşdirdi,  belə  ki,  burada  aldatma  və  ya  məcburetmə  halı  yox 
idi. 
Məhkəmə  Niderland  ərazisində  qanunsuz  olduqlarına  görə  və  holland  dilində  danışa  bilməmə  və 
şəxsiyyəti  təsdiq  edən  sənədlərə  malik  olmama  faktlarına  görə  fəhlələrin  müdafiəsiz  vəziyyətdə 
olduğunu  qeyd  etmişdir.  Məhkəmə  həmçinin  bildirmişdir  ki,  müttəhimlərin  fəhlənin  müdafiəsiz 
vəziyyətindən  sui-istifadə  etdiklərini  aşkar  etmək  üçün  onlar  bunu  qəsdən  etmiş  olmalıdırlar.  Bu, 
əməli  törədən  tərəfindən  müəyyən  dərəcədə  təşəbbüsün  və  fəaliyyətin  olduğunu  fərz  edir,  belə 
halda  onlar  qurbanların  daha  zəif  və  ya  daha  müdafiəsiz  vəziyyətindən  bilərəkdən  sui-istifadə 
etmişlər.  
Məhkəmə müəyyən etmişdir ki, burada qurbanların müdafiəzisliyindən sui-istifadə halı baş vermişdir
lakin istismar olmamışdır. 
BƏT-in Məcburi Əmək və insan alverinə dair məhkəmə qərarlarının qeydiyyat kitabı, səh. 65-66. 
 
Digər  bir  şəxsə  nəzarət  edən  şəxsə  ödəniş  və  ya  mənfəət  vermə  və  ya  bunları  qəbul  etmə    insan 
alverçisinin qurbandan istifadə etmək üçün başqa bir şəxsə ödəniş etdiyi vəziyyətdir, məsələn, insan 
alverçisi  yoxsulluq  içərisində  olan  valideynə  onun  usağı  üçün  ödəniş  edə  yaxud  şəxsi  qaçaqmalçılıq 
yolu  ilə  gətirən  onu  insan  alverçisinə  sata  bilər.
76
 İnsan  alveri  ilə  bağlı  digər  bir  şəxsə  nəzarət  edən 
şəxsə ödəniş və ya mənfəət vermənin və ya bunları qəbul etmənin ayrıca bir anlayışı yoxdur. 
 
2.2.4 Razılıq  
UNODC-nin  “Razılığın  roluna”  dair  Araşdırma  Sənədində
77
 deyilir:  “İstismar  olunma  vəziyyətinə 
razılığın olmaması insan alverinin başa düşülməsində ayrılmaz hissə hesab edilir və vasitə ünsürünü 
tətbiq etməklə, o, insan alveri anlayışının fərqli və mühüm bir hissəsi kimi qəbul olunmuşdur”.  
BMT-nin İnsan Alverinə dair Protokolunun 3(b) maddəsində deyilir:  
 “Əgər  (a)  yarımbəndində  göstərilən  təsir  vasitələrindən  hər  hansı  biri  istifadə  edilibdirsə,  bu 
maddənin  (a)  yarımbəndində  adı  çəkilən  insan  alveri  qurbanının  planlaşdırılmış  istismara 
razılığı nəzərə alınmır”; 
Razılıq  almaq  üçün  yuxarıda  göstərilən  vasitələrdən  biri  və  ya  daha  çoxu  istifadə  edilirsə,  qurbanın 
nəzarət altında olmağa və istismar  edilməyə aşkar  şəkildə verdiyi razılıq nəzərə alınmır.  Qurbanlar, 
ilkin  olaraq,  insan  alverçisinə  razılıq  verə  bilər,  lakin  insan  alverçisi  razılığı  almaq  üçün  vasitələrdən 
hər hansı birindən istifadə etmişdirsə, bu, nəzərə alınmayacaqdır. İnsan alverinə məruz qalmış şəxs 
buna razılıq verə bilməz və qurban razılığı sərbəst şəkildə vermək imkanına malik olmadıqda verilmiş 
hər hansı bir razılıq nəzərə alınmır.  
 
                                                            
76
İnsan  alverinə  dair  informasiya  və  fövqəladə  hallarda  səhiyyə  xidmətləri  göstərənlər  üçün  resurslar. 
https://www.humantraffickinged.com. 
77
 UNODC 2014 Araşdırma sənədi, İnsan alverində “razılığın”rolu, Protokol səh.6 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə