Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə13/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
26
 
(c) uşağın istismar edilməsi məqsədilə  cəlb edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi 
və  ya  alınması,  hətta  bu  maddənin  (a)  yarımbəndində  göstərilən  hər  hansı  bir  təsir 
vasitələrindən istifadə edilmədiyi halda belə ″insan alveri″ hesab edilir
(d) ″Uşaq″ dedikdə, on səkkiz yaşına çatmamış istənilən şəxs başa düşülür. 
 
2.2.2 Ünsürlər 
Öhdəlik ünsürlərin özlərini deyil, tərkib ünsürlərinin birləşməsi kimi insan alverini cinayət qanununa 
daxil  etməkdir.Buna  görə  də,  hər  hansı  sadalanan  fəaliyyət  və  vasitələri  birləşdirən  və  sadalanan 
məqsədlərdən  hər  hansı  biri  üçün  həyata  keçirilən  istənilən  davranış  insan  alveri  kimi  cinayət 
qanununa daxil edilməlidir.
58
 İnsan alveri cinayəti davamlı əməl ola və müəyyən bir vaxt ərzində baş 
verə bilər və yalnız çoxsaylı iştirakçılardan ibarət olmaya bilər. Ardıcıl olmaqdan əlavə, insan alverinin 
ünsürləri bir-birilə eyni vaxtda ola və ya üst-üstə düşə bilər.  
İnsan alveri (BMqT) 
 
Bu anlayışın mühüm aspekti insan alverinin müəyyən vaxtda baş verən tək bir hərəkət əvəzinə, bir-
birilə əlaqəli olan bir sıra hərəkətlərdən ibarət proses kimi başa düşülməli olmasıdır. Bir dəfə nəzarət 
altına  alındıqdan  sonra  qurbanlar  adətən  onların  xidmətləri  üçün  bazarın  olduğu,  çox  vaxtı  onların 
kömək üçün müraciət etmələrinə imkan yaradan dili bilmədikləri və digər mühüm məlumatlara malik 
olmadıqları yerə aparılırlar. Bu hərəkətlər bir dövlətin sərhədləri daxilində baş verə bildiyi kimi, onlar, 
həmçinin bir dövlətdə cəlb etməklə və qurbanı qəbul etmənin və istismarın başqa bir dövlətdə baş 
verməsi ilə sərhədləri aşa bilər. Beynəlxalq sərhədi aşıb-aşmamasından asılı olmayaraq, şəxsi istismar 
etmək niyyəti bütün prosesin məğzini təşkil edir.
 59
 
İnsan alverinin ünsürləri aşağıdakılardır: 
Birinci mərhələ şəxsin insan alverçisi tərəfindən potensial qurban kimi hədəf seçildiyi hərəkət və ya 
cəlbetmədir. Qurban uşaq olmadıqda və vasitələrin nəzərə alınmaması tətbiq edilmədikdə, qurbanı 
insan  alveri  prosesinə  cəlb  edərkən  yuxarıda  göstərilən  vasitələrdən  hər  hansı  birindən  istifadə 
olunacaqdır.  
                                                            
58
 UNODC 2004 UNTOC və onun Protokollarının tətbiqi üçün qanunvericiliklə bağlı tövsiyələr, səh.268. 
59
 Birləşmiş  Millətlər  Təşkilatının  Qaçqınlar  üzrə  Ali  Komissarlığı  (BMTQAK)  tərəfindən  beynəlxalq  müdafiə  ilə 
bağlı verilən tövsiyələrdə qeyd olunduğu kimi. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
27
 
İkinci  mərhələ  potensial  qurbanın  aparılmasıdır.  Aparılma  ölkə  hüdudlarında  və  ya  sərhədləri 
aşmaqla ola bilər və sərhədlər qanuni və ya qeyri-qanuni yolla keçilə bilər.  
Yekun mərhələ qurbanın istismarıdır.  
Beynəlxalq  hüquqi  sənədlərə  əsasən,  insan  alveri  potensial  qurbanın  insan  alverçisi  tərəfindən 
istismar  məqsədilə  cəlb  edilməsidir.  Belə  istismar  ya  sərhədi  aşmaqla  ya  da  bir  dövlətin  hüdudları 
daxilində baş verə bilər və cəlbetmə də ya kənardan ya da dövlət daxilində baş verə bilər. 
DEU020 – Almaniyanın Federal Məhkəməsi [Bundesgerichtshof] 
Hökmün çıxarıldığı tarix: 2008-03-26 (istinad: iş nr. 2060 Js 14765/07 - 3 KLs) 
Koblenz  Regional  Məhkəməsi  birinci  instansiyada,  9  may  2007-ci  il  tarixdə,  müttəhimi,  Almaniya 
Cinayət  Məcəlləsinin  232-ci  maddəsinin  3,  4-cü  hissələrinə  əsasən,  cinsi  istismar  məqsədilə  insan 
alveri  əməlini  törətməyə  cəhd  göstərməkdə  təqsirli  bilmişdir.  Məhkəmə  izah  vermişdir  ki,  əməlin 
cinsi  istismar  məqsədilə  insan  alveri  cinayəti  hesab  edilməsi  üçün  bir  şəxsin  digərini  fahişəliyə 
məcbur etmək üçün onun üzərində fiziki nəzarəti ələ keçirməsi kifayət edir. Qurbanın artıq fahişəliyə 
başlamış olması və ya bunu etməsi mütləq şəkildə tələb olunmur.  
Birinci  instansiyada  əməlin  bu  ünsürü  yanlış  qiymətləndirilmiş  və  müttəhim  tək  cinsi  istismar 
məqsədilə  insan  alverinə  cəhd  etməyə  görə  məhkum  olunmuşdur.  Lakin  insan  alveri,  cinayətkar 
davranışdır  və  tək  nəticəsi  cinayət  olan  əməl  deyil.  Buna  görə  də,  hərəkətlər,  qurbanın  və  ya 
qurbanların  istismarı  məqsədilə  tələb  olunan  vasitələrlə  törədildiyi  halda,  cinayətin  tamamlanmış 
hesab edilməsi üçün arzu olunan nəticənin, faktiki istismarın olması vacib deyildir.  
UNODC  İnsan  alverinə  dair  presedent  hüququ  üzrə  məlumat  bazası:  BGH  StR  90/08:  Almaniyanın 
İnsan Hüquqları İnstitutu tərəfindən təmin olunan hüquqi məlumat bazası.  
 
 
2.2.3 Vasitələr 
Vasitələr  bu  əməlləri  törədənlər  tərəfindən  potensial  qurbanları  cəlb  etmək  üçün  istifadə  olunan 
metodlardır.  BMT-nin  İnsan  Alverinə  dair  Protokolunda  sadalanan  vasitələr  insan  alverinin 
beynəlxalq  hüquqi  anlayışının  fərqli  və  mühüm  hissəsi  kimi  qəbul  edilmişdir.  Onlar  BMT-nin  İnsan 
Alverinə dair Protokolundan sonra qəbul edilərək insan alverinin anlayışını ümumiləşdirən üç mühüm 
müqavilədə, habelə siyasət sənədlərinə və təfsirlə bağlı mətnlərdə toxunulmamış qalmışdır.
 60
  
İnsan alverinin vasitələrinin anlayışı aşağıdakı kimidir:  
Güc;- burada güc tətbiq etməklə hədələmə yaxud gücdən və ya məcburetmənin digər formalarından 
istifadə nəzərdə tutulur. Bu hədələmə ya qurbana qarşı, ya da onun ailə üzvünə qarşı ola bilər.  
UNODC-nin İnsan Alverinə qarşı Nümunəvi Qanununda məcburetmənin anlayışı aşağıdakı kimi verilir:  
5 (1) (e) “Məcburetmə” dedikdə, aşağıdakılar da daxil olmaqla, lakin onlarla məhdudlaşmayaraq, güc 
tətbiqetmə  və  ya  hədələmə  və  gücdən  və  ya  hədələmədən  qeyri-zorakı  və  ya  psixoloji  şəkildə 
istifadənin bəzi formaları nəzərdə tutulur;  
 (i) Hər hansı bir şəxsə zərər vurmaqla və ya fiziki məhdudiyyət qoymaqla hədələmə halları;  
                                                            
60
 UNODC  2013  İnsan  alveri  anlayışında  müdafiəsizlik  vəziyyətindən  sui-istifadə  və  digər  “vasitələr”  haqqında 
araşdırma sənədi, səh.2. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə