Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə12/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
24
 
(a)  “İnsan  alveri  dedikdə,  güc  tətbiq  etmək  hədəsi  ilə  və  ya  güc  tətbiq  etməklə  və  ya  digər 
formalarda  məcburetmə,  oğurlama,  dələduzluq,  aldatma,  səlahiyyətdən  və  ya  zəiflik 
vəziyyətindən  sui-istifadə  yolu  ilə,  yaxud  da  digər  şəxsə  nəzarət  edən  şəxsin  razılığına  nail 
olmaq üçün ödəniş və ya mənfəət verməklə və ya almaqla, insanların istismar məqsədilə cəlb 
edilməsi, daşınması, təhvil verilməsi, gizlədilməsi və ya alınması başa düşülür. İstismar ən azı 
digər şəxslərin fahişəliyinin istismarını və ya cinsi istismarın digər formalarını, məcburi əməyi və 
ya xidmətləri, köləliyi, köləliyə bənzər halları və ya orqanların çıxarılmasını nəzərdə tutur”. 
 (b) əgər (a) yarımbəndində göstərilən təsir vasitələrindən hər hansı biri istifadə edilibdirsə, bu 
maddənin  (a)  yarımbəndində   adı  çəkilən  insan  alveri  qurbanının  planlaşdırılmış istismara 
razılığı nəzərə alınmır; 
(c)  uşağın  istismar  edilməsi  məqsədilə   cəlb  edilməsi,  daşınması,  təhvil  verilməsi,  gizlədilməsi 
və ya  alınması,  hətta  bu  maddənin  (a)  yarımbəndində göstərilən  hər  hansı  bir  təsir 
vasitələrindən istifadə edilmədiyi halda belə ″insan alveri

 hesab edilir; 
(d) 

uşaq″ dedikdə, on səkkiz yaşına çatmamış istənilən şəxs başa düşülür. 
AŞ Konvensiyasında insan alverinin anlayışı aydın şəkildə həm milli, həm də transmilli xarakterli insan 
alveri əməllərini əhatə edir və insan alveri mütəşəkkil cinayətkarlıqla əlaqəli ola və ya olmaya bilər. 
Aİ-nin  2011/36/EU  Direktivi  dilənçiliyi  və  cinayətkar  fəaliyyəti  istismarın  formaları  kimi  əhatə 
etmişdir. 
İnsan  alverinin  beynəlxalq  anlayışı  ilə  bağlı  tənqidlər  olmuşdur  və  bildirilmişdir  ki,  o,  mürəkkəbdir, 
məna  baxımından  aydın  deyildir  və  cəlbetmənin,  aldatmanın,  məcburetmənin  və  ya  istismarın 
ümumi  anlayışları  yoxdur.  Bu  anlayışları  öz  milli  qanunvericiliklərində  təyin  etmək  ayrı-ayrı 
dövlətlərin öz öhdəliyinə  buraxılmışdır. Lakin milli  qanunvericilikdə sözbəsöz  qəbul edildiyi üçün və 
hüquq-mühafizə işçiləri tərəfindən (cinayət əməlinin aşkar edilməsi və ya qarşısının alınması zamanı 
anlayışın bu cür mürəkkəbliyi problemlər yaradır) aşkar edilməli və ya qarşısı alınmalı olan cinayətin 
əməli anlayışı kimi onlara ötürüldüyü hallarda, anlayışın bu cür mürəkkəbliyi problemlər yaratmışdır.
 
52
 
BMT-nin İnsan Alverinə dair Protokolunun 5-ci maddəsində deyilir:  
“1.  Hər  bir iştirakçı
-
dövlət  bu  Protokolun  3-cü  maddəsində göstərilən əməlləri,  onlar  qəsdən 
törədildikdə,  cinayət  qanunu  ilə cəzalandırılan əməl  kimi  tanımaq  üçün  zəruri  qanunverici 
və digər tədbirlər görür”. 
BMT-nin  İnsan  Alverinə  dair  Protokoluna  qoşulan  bütün  dövlətlər,  5-ci  maddəyə  əsasən,  insan 
alverini  ya  bir  cinayət  əməli  kimi,  ya  da  ən  azı  bu  anlayış  altına  düşən  bütöv  davranışı  əhatə  edən 
cinayət  əməllərinin  birləşməsi  kimi  cinayət  qanuna  daxil  etməlidirlər.
53
 Bütün  dövlətlərin  insan 
alverinə  qarşı  hərtərəfli  tədbirlərin  görülməsini  təmin  edən  milli  qanunvericilik  çərçivəsinin  işlənib 
hazırlanması  vacibdir.  AŞ  Konvensiyasının  18-ci  maddəsində  bu  bir  daha  qeyd  olunur  və  deyilir  ki, 
“hər bir iştirakçı-dövlət, Konvensiyanın 4-cü maddəsində nəzərdə tutulan davranış qəsdən törədildiyi 
təqdirdə, onun cinayət əməlləri kimi müəyyənləşdirilməsi üçün zəruri ola bilən qanunvericiliyi qəbul 
etməlidir”. 
                                                            
52
 Dottric, M. 2007 Paralel zərər. Dünyada insan alveri əleyhinə tədbirlərin insan hüquqlarına təsiri. səh. 4   
53
 UNODC 2004 UNTOC və onun Protokollarının tətbiqi üçün qanunvericiliklə bağlı tövsiyələr səh.267. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
25
 
Cinayət  əməlləri  kimi  müəyyənləşdirmək  öhdəliyi  birbaşa  “insan  alveri”  anlayışı  ilə  bağlıdır.  Buna 
görə də bu anlayış Protokolu tətbiq etməyə yönələn qanunvericilikdə önəmli yer tutur.
54
   
İnsan  alveri  anlayışı  üç  tərkib  ünsürdən  ibarətdir  və  BMT-nin  İnsan  Alverinə  dair  Protokolunun 
pozulması hallarında bu ünsürlərdən hər biri olmalıdır.  
Üç tərkib ünsür aşağıdakılardır:  
(a)  Şəxsin  cəlb  edilməsi,  daşınması,  təhvil  verilməsi,  gizlədilməsi  və  ya  alınması 
fəaliyyəti[fəaliyyət – nəyin edildiyidir] 
(b)  Vasitələr:  güc  tətbiq  etmək  hədəsi  ilə  və  ya  güc  tətbiq  etməklə  və  ya  digər  formalarda 
məcburetmə,  oğurlama,  dələduzluq,  aldatma,  səlahiyyətdən  və  ya  zəiflik  vəziyyətindən  sui-
istifadə  yolu  ilə,  yaxud  da  digər  şəxsə  nəzarət  edən  ödəniş  və  ya  mənfəət  verməklə  və  ya 
almaqla [vasitələr – bunun necə edilməsidir]. 
(c) İstismarın məqsədi: bura, ən azı, digərlərinin fahişəliyinin istismarı yaxud digər formalarda 
cinsi  istismar,  məcburi  əmək  və  ya  xidmətlər,  köləlik,  köləliyə  oxşar  hallar  və  orqanların 
çıxarılması [məqsəd – bunun nə üçün edilməsidir].  
BMT-nin  İnsan  Alverinə  dair  Protokolundakı  anlayış  insan  alverini  sadə  bir  cinayət  əməli  kimi  təyin 
etmiş ola bilər. Lakin insan alverini daha sıx şəkildə araşdırdıqda, çox vaxt bunun çoxsaylı iştirakçılarla 
mürəkkəb  bir  proses  olduğu  görünür.
 55
 Anlayışın  ilk  komponenti,  “fəaliyyət”  ünsürü  bir  hissədir  və 
uşaq  alveri  olduğu  halda,  insan  alveri  əməlini  təşkil  edən  yeganə  hissəsidir.  Bu  ünsür  müxtəlif 
hərəkətlərlə  yerinə  yetirilə  bilər,  lakin  şəxslərin  qeyri-müəyyən  cəlb  edilməsi,  daşınması,  təhvil 
verilməsi, gizlədilməsi və ya alınması halları ilə məhdudlaşmır.  
Anlayışın  son  ünsürü,  “istismar  məqsədi  üçün”  ifadəsi  anlayışa  təqsirin  olması  tələbini  daxil  edir. 
İnsan  alveri  o  halda  baş  verəcəkdir  ki,  müvafiq  şəxs  və  ya  qurum  fəaliyyətin  (yaşlıların  insan  alveri 
halında  baş  verməli  olduqda  yaxud  nəzərdə  tutulan  vasitələrdən  biri  vasitəsilə  mümkün  olduqda) 
istismara  səbəb  olacağını  bilir.  Buna  görə  də  insan  alveri  səciyyəvi  və  ya  xüsusi  niyyətin  olduğu  bir 
cinayətdir (xüsusi niyyətli).
56
 
 
2.2.1 Uşaq alveri anlayışı 
İnsan 
alverinin 
beynəlxalq 
səviyyədə 
qəbul 
edilmiş 
anlayışı 
“uşaq” 
qurbanların 
müəyyənləşdirilməsinə  və  müdafiə  olunmasına  imkan  yaratmaq  və  insan  alverçilərinin  təqib 
olunmasını təmin etmək üçün vacibdir. BMT-nin İnsan Alverinə dair Protokolu beynəlxalq səviyyədə 
qəbul  olunmuş  anlayışı  təmin  etmişdir  və  3-cü  maddədə    insan  alverinin  anlayışı  verilir.Protokola 
əsasən,  əməlin  ümumi  məqsədi  uşağın  istismarı  olduğu  halda  uşağın  razılığı  və  ya  bu  razılığa  nail 
olmaq üçün vasitələr nəzərə alınmır.
57
 
3-cü maddədə deyilir: 
                                                            
54
 Eyni mənbə. səh.268. 
55
 BMqT (İrlandiya) 2010 İnsan alveri köləliyin müasir formasıdır. səh.7 
56
 UNODC 2013 Araşdırma sənədi Müdafiəsizlik vəziyyətindən sui-istifadə və insan alveri anlayışında digər 
“vasitələr”  səh.16. 
57
 BM.I.  2006  Hüquq-mühafizə  işçiləri  üçün  uşaq  alveri  ilə  mübarizədə  qabaqcıl  təcrübələrə  dair  əyani  vəsait
səh.19. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə