Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə16/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
32
 
borc  asılılığı  da  aiddir.
 67
 Borc  asılılığını  insan  alveri  halları  ilə  əlaqələndirmək  çətin  ola  bilər  və  ola 
bilsin ki, borc asılılığı halları ağır cinayət hesab edilməsin. Belə işlərdə həmişə zorakılıq və ya hərəkət 
azadlığından  məhrumetmə  olmur  və  onlar  ödənilməyən  və  ya  böyük  məbləğlərdə  tutulmalarla 
ödənilən məvaciblərlə bağlı olur. 
BƏT  tərəfindən  əməli  indikatorları  müəyyənləşdirmək  üçün  Delfi  tədqiqat  layihəsində  aparılan 
araşdırmadan  sonra  aşağıdakı  indikatorlar  cəlbetmə  mərhələsində  və  potensial  qurbanın  təyinat 
yerinə çatdığı zaman məcburetmə halını göstərə bilər. 
 
BƏT-in yaşlı insanların əməyinin istismarı ilə bağlı müəyyənləşdirdiyi əməli indikatorlar 
Məcburi cəlbetmə indikatorları 
Güclü indikator 
•  Qurbanlara qarşı zorakılıq 
Orta indikatorlar 
•  Oğurlanma, məcburi nikah, məcburi övladlığa götürülmə və ya qurbanı satma; 
•  Sənədlərin alınması; 
•  Borc asılılığı; 
•  Təcridetmə, azadlığı məhdudlaşdırma və ya nəzarət altına alma; 
•  Orqanlara xəbər verməklə hədələmə; 
•  Qurbana qarşı zorakılıqla hədələmələr; 
•  Ailəyə, icmaya və ya insanlara xəbər verməklə hədələmələr; 
•  Ailəyə qarşı zorakılıq (hədələmələr və ya  tətbiqetmə); 
•  Məvacibləri əlindən alma. 
 
Təyinat yerində məcburetmə indikatorları 
Güclü indikatorlar 
•  Sənədlərin alınması; 
•  Borc asılılığı; 
•  Təcridetmə, azadlığı məhdudlaşdırma və ya nəzarət altına alma; 
•  Qurbanlara qarşı zorakılıq. 
Orta indikatorlar 
•  Qanunsuz / cinayətkar əməlləri törətməyə məcbur edilmə; 
•  Məcburi tapşırıqlar və ya müştərilər
                                                            
67
ATƏT  2011-ci  il.  İnsan  alveri:  potensial  və  təxmin  edilən  qurbanların  müəyyənləşdirilməsi.  İcma  siyasət 
yanaşması. səh.8 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
33
 
•  Həmyaşıdlara qarşı müəyyən hərəkətlər etməyə məcbur edilmə; 
•  Orqanlara, ailəyə və sairəyə yalan danışmağa məcbur edilmə
•  Orqanlara xəbər verməklə hədələmə; 
•  Daha pis iş şəraiti yaratmaqla hədələmə; 
•  Qurbana qarşı zorakılıqla hədələmələr; 
•  Güclü təsir altında olma; 
•  Ailəyə qarşı zorakılıq (hədələmələr və ya  tətbiq etmə); 
•  Məvacibləri əlindən alma. 
Zəif indikator 
•  Ailəyə, icmaya və ya insanlara xəbər verməklə hədələmələr. 
https://www.ilo.org/forcedlabour. 
 
Borc  asılılığı  “normal  halda  həmin  xidmətlərin  dəyəri  borcların  aradan  qaldırılması  üçün  tətbiq 
edilmədiyi  halda  yaxud  bu  xidmətlərin  göstərilmə  müddəti  və  onların  xüsusiyyətləri  uyğun  şəkildə 
məhdudlaşdırılmadıqda  və  ya  təyin  olunmadıqda,  borclu  şəxs  tərəfindən  onun  öz  şəxsi  və  ya  onun 
nəzarəti altında olan şəxsin xidmətlərinin göstərilmə vədindən irəli gələn vəziyyət və ya şərait”
 
kimi 
anlaşılır.
 68
  
 
Borc asılılığı nədir? 
İnsan alverinin qurbanları çox vaxt borc asılılığına məruz qalırlar. İnsan alverçisi qurbana səfərin təşkil 
edilməsində, iş və qalmaq üçün yer tapmaqda kömək edə və sonra ondan göstərilən xidmətlərə görə 
borcu “işləməklə ödəməyi” tələb edə bilər.   
Səciyyəvi olaraq, şəxs, mahiyyətçə istismar xarakterli şərtləri qəbul etmək üçün aldadıla bilər, belə ki, 
qanunsuz  aşağı  məvaciblər  və  qanunsuz  yüksək  faiz  dərəcələri,  insan  alverçisinə  iddiaya  görə 
ödənilməli olan məbləğin ödənilməsini faktiki mümkünsüz edən borcun artması vəziyyətini yaradır.  
Borc  asılılığı  habelə  yol  sənədlərini  əlindən  alma,  zorakılıq  və  onlara  və  ya  onların  ailələrinə  qarşı 
zorakılıq  hədələri  ilə  insan  alverinə  məruz  qalan  şəxslərin  bu  vəziyyətdən  çıxmasının  qarşısı  alına 
bilər.  
Hətta  qurbanlar  borc  asılılığının  haqsız  olduğunu  başa  düşdükləri  halda  onlar  üçün  kömək  tapmaq 
çətin olur. Dil, sosial və fiziki maneələr çox vaxt onların kimdənsə yardım almasına mane olur.  
İstismarın qurbanlarına, çox vaxt, aşağıdakı kimi, əməyin intensiv olduğu (çox zəhmət tələb olunan)  
və / və ya tənzimlənməyən sahələrdə rast gəlinir: 
•  Kənd təsərrüfatı; 
•  Ev qulluğu; 
•  Tikinti, mədən işi, daş karxanaları və kərpic bişirmə zavodları; 
                                                            
68
 BMT-nin  Köləliyin,  kölə  ticarətinin  və  köləliyə  bənzər  halların  aradan  qaldırılması  haqqında  Əlavə 
Konvensiyası, 1956-cı il, maddə 1(a)  


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
34
 
•  İstehsal, emal və qablaşdırma; 
•  Fahişəlik və cinsi istismar. 
Bu  sahələri  çox  vaxt  təhlükəli,  çətin  və  çirkli  işlər  kimi  xarakterizə  etmək  olar  və  onlar  çox  vaxt 
xüsusiyyətlərinə  görə  oxşar  olurlar.  Səciyyəvi  olaraq  onlarda  aşağı  ödəniş  və  aşağı  səriştəlilik 
səviyyələri olur.  
İnsan alveri üzrə çoxtərəfli qrup.  
https://www. allpartygrouphumantrafficking.org/the-iues/debt-bondage. 
 
Oğurlanma kimisə güc tətbiq etməklə və ya yalandan inandırmaqla başqa yerə aparmaqdır.  Uşağın 
qaçırılması  ilə  bağlı  işlədildikdə,  bu  söz  himayəçilik  hüquqlarını  pozaraq  uşağın  qaçırılması  və  ya 
saxlanması anlaşılır. İnsan alveri ilə bağlı oğurlanmanın hər hansı bir ayrıca anlayışı yoxdur. 
Dələduzluq;  dələduzluq  anlayışına  görülməli  işlərin  və  ya  göstərilməli  xidmətlərin  xüsusiyyətləri 
barədə  şəxsi  sözlərlə  və  ya  davranışla  yanlış  yola  yönəltmə  kimi  başa  düşülən  aldatma  hərəkətləri 
aiddir (qanuni iş, iş şəraiti, şəxsin öz yaşayış yerini sərbəst şəkildə tərk edə biləcəyi hüdudlarla bağlı 
vədlər və şəxsin istismar olunduğu digər şəraitlər).
 69
 
BƏT-in əməyin istismarı üçün yaşlı insanların alveri ilə bağlı müəyyənləşdirdiyi əməli indikatorlar 
Aldatma yolu ilə cəlb etmə indikatorları 
Güclü indikator 
•  İşin mahiyyəti, yeri və işəgötürən barədə aldanılma. 
Orta indikatorlar 
•  İş şəraiti barədə aldanılma; 
•  Əmək müqaviləsinin məzmunu və qanuniliyi ilə barədə aldanılma; 
•  Ailənin yenidən birləşəcəyi barədə aldanılma; 
•  Mənzil və yaşayış şəraiti barədə aldanılma; 
•  Hüquqi sənədləşmə və ya qanuni miqrant statusunun alınması barədə aldanılma; 
•  Səyahət və seçim şərtləri barədə aldanılma; 
•  Əmək haqları / qazanc barədə aldanılma; 
•  Nikah və ya övladlığa götürmə vədləri ilə aldanılma. 
Zəif indikator 
•  Təhsil imkanlarından yararlanma barədə aldanılma. 
https://www.ilo.org/forcedlabour. 
 
UNODC-nin İnsan alveri əleyhinə Nümunəvi Qanunda aldatmanın anlayışı aşağıdakı kimi verilir: 
                                                            
69
 ATƏT  2011-ci  il.  İnsan  alveri:  potensial  və  təxmin  edilən  qurbanların  müəyyənləşdirilməsi.  İcma  siyasət 
yanaşması. səh.8 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə