Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə17/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
35
 
5 (1) (f) “Aldatma”dedikdə şəxsi aldatmaq niyyətilə hər hansı bir davranış başa düşülür
yaxud 
“Aldatma” dedikdə sözlərlə və ya davranışla [fakta və ya qanuna münasibətdə] [aşağıdakılara 
münasibətdə] hər hansı bir şəkildə aldatma başa düşülür: 
(i) Görülməli işin və ya göstərilməli xidmətlərin mahiyyəti; 
(ii) İş şəraiti; 
(iii) Şəxsin öz yaşayış yerini sərbəst şəkildə tərk edə biləcəyi hüdudlar; və ya 
(iv) Şəxsin istismar olunduğu digər şəraitlər 
Aldatma hallarına istismar məqsədilə işçiləri məcburi əməyə cəlb edərkən yalan və ya qeyri-dəqiq və 
ya  yanlış  informasiya  vermə  yaxud  yalan  iş  təklifi  aiddir.  BMqT-nin  Avropa  və  Avrasiya  regionunda 
yaşlı  kişilərin  alveri  ilə  bağlı  məlumatlarına  əsasən,  onlar  çox  vaxt  şəxsi  əlaqələri  vasitəsilə  cəlb 
olunurlar yaxud şəxsi əlaqə vasitəsilə məşğulluq agentliyinə yönəldilirlər. Qəzetlərdə verilən elanlar 
cəlbetmənin  ən  çox  yayılmış  ikinci  metodudur.  İnsan  alverinin  kişi  qurbanları  çox  vaxt  onların  işlə 
təmin  olunmasına  və  daşınmanın  təşkilinə  görə  vasitəçiyə  ödəniş  etməli  olurlar.  Başqa 
araşdırmalarda qeyd olunduğu kimi, qazanc məqsədilə cinsi xidmətlər göstərmək üçün insan alverinə 
məruz  qalan  qadınlar  çox  vaxt  vasitəçilərə  haqq  vermirlər  və  vasitəçilərin  onlara  göstərdikləri 
xidmətlər onların ödəməli olduqları borc kimi saxlanılır.
70
 
“Terra Promessa” 
2005-ci  ildə  Polşa  vətəndaşları  Baridə  Polşanın  fəxri  konsulluğundan  onların  öz  vətənlərinə 
qayıtmalarına  kömək  və  dəstək  istəməyə  başlamışlar.Onlar  bildirmişlər  ki,  onlar  İtaliyada  Apulia 
regionunda işləmək üçün bu ölkəyə gəlmişlər. Onlara yaxşı iş şəraiti və məvaciblər vəd olunmuşdur, 
lakin  onlar  heç  bir  ödəniş  olmadan  yaxud  cüzi  ödənişlərə  öz  güclərindən  artıq  işləməyə  məcbur 
edilmiş və onlar minimal, sosial standartlardan aşağı şəraitdə yaşamışlar. 
Onlar  aldanılaraq  və  cəlbedici  iş  təklifi  ilə  cəlb  olunmuşlar.  Polşada  seçim  şəbəkəsi  və  Apuliada  işi 
təşkil  edən  tərəf  arasında  güclü  əlaqə  olmuşdur.  Onları  bu  işə  cəlb  edənlər  milli  və  yerli  qəzetlər 
vasitəsilə  və  İnternetdə  elanlar  verməklə  və  ya  gələcək  qurbanlarla  birbaşa  əlaqələr  vasitəsilə 
cəlbedici və yaxşı ödənişli iş təklif etmişlər.  
Hər  iki  ölkənin  polis  qüvvələri,  Apulia  regionundakı  əmək  düşərgələrində  “kölə”  kimi  saxlanılan  və 
həmin ərazidə fermalarda işləməyə məcbur edilən insan alverinin 113 qurbanını azad etmişlər. 
Polşa polisi tərəfindən təqdimat – Varşava 2006-cı il 
 
 Səlahiyyətdən yaxud müdafiəsizlik vəziyyətindən sui-istifadə dedikdə şəxsin istismara tabe olmaqdan 
başqa real və məqbul alternativ variantının olmadığı hər hansı vəziyyət başa düşülür.
71
 BMT-nin İnsan 
Alverinə  dair  Protokol  layihəsinin  hazırlanma  tarixi  onu  təsdiq  edir  ki,  “müdafiəsizlik  vəziyyətindən 
sui-istifadə”  “şəxsin  istismara  tabe  olmaqdan  başqa  real  və  məqbul  alternativ  variantının  olmadığı 
hər hansı vəziyyət” kimi başa düşülməlidir.
72
 
                                                            
70
 ABŞ BİA 2010 Avropa və Avrasiya regionunda yaşlı kişilərin alveri, səh. 13-14.  
71
 UNODC 2004 UNTOC və onun Protokollarının tətbiqi üçün qanunvericiliklə bağlı tövsiyələr, səh.269. 
72
 UNODC 2012 İnsan alveri anlayışında müdafiəsizlik vəziyyətindən sui-istifadə və digər “vasitələr”haqqında 
araşdırma sənədi, səh.3. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
36
 
UNODC-nin  “müdafiəsizlik  vəziyyətindən  sui-istifadə”
  73
   haqqında  tövsiyə  xarakterli  qeydində 
bildirilir  ki,  müdafiəsizlik  vəziyyətindən  sui-istifadə,  şəxsi  istismar  etmək  məqsədilə  cəlb  etmək, 
daşımaq,  təhvil  vermək,  gizlətmək  və  ya  almaq  üçün  onun  şəxsi,  vəziyyətlə  və  ya  şəraitlə  bağlı 
müdafiəsiz vəziyyətindən bilərəkdən istifadə edildiyi yaxud bundan başqa cür yararlanılan halda baş 
verir  ki,  belə  olduqda  şəxs  onun  istismarçının  istəyinə  tabe  olmaqdan  başqa  real  və  ya  məqbul 
seçiminin olmadığına inanır və qurbanın vəziyyətini nəzərə aldıqda bu inam əsaslı olur. Qurbanın real 
və ya məqbul seçimin olmadığına inanmasının əsaslı olub-olmamasını müəyyənləşdirərkən, qurbanın 
səciyyəvi xüsusiyyətləri və şəraiti nəzərə alınmalıdır.  
Müdafiəsizlik  vəziyyəti  şəxsin  istismara  tabe  olmaqdan  başqa  real  məqbul  alternativ
 
variantının 
olmadığı hər hansı bir vəziyyətdir. Müdafiəsizliyin mövcud olub-olmaması ən yaxşı halda hər bir hala 
ayrıca nəzər salmaqla, ehtimal edilən qurbanın şəxsi, vəziyyətlə və ya şəraitlə bağlı vəziyyətini nəzərə 
alaraq müəyyənləşdirilir. Şəxsi müdafiəsizlik, məsələn, şəxsin fiziki və ya əqli əlilliyi ilə bağlı ola bilər. 
Vəziyyətlə  bağlı  müdafiəsizlik  şəxsin  sosial  və  ya  dil  baxımından  təcrid  olunduğu  xarici  ölkənin 
ərazisində tənzimlənməyən (qanunsuz) şəkildə qalan şəxsə aid ola bilər. Şəraitlə bağlı müdafiəsizlik 
isə  şəxsin  işsiz  və  iqtisadi  baxımdan  ehtiyac  içərisində  olmasına  aid  edilə  bilər.  Belə  müdafiəsiz 
vəziyyətlər əvvəlcədən mövcud ola bilər və insan alverçisi tərəfindən yaradıla bilər.
74
 
BƏT-in cinsi istismar məqsədilə yaşlı insanların alverilə ilə bağlı müəyyənləşdirdiyi əməli 
indikatorlar 
Müdafiəsizlik vəziyyətindən sui-istifadə etməklə cəlbetmə indikatorları 
Orta indikatorlar 
•  Ailənin çətin vəziyyətdə olmasından sui-istifadə
•  Qanunsuz statusdan sui-istifadə; 
•  Təhsilin (dil vərdişlərinin) olmamasından sui-istifadə; 
•  İnformasiyanın olmamasından sui-istifadə; 
•  İstismarçılar tərəfindən nəzarət
•  İqtisadi səbəblər; 
•  Qanun, orqanların münasibəti barədə yanlış informasiya
•  Uğurlu miqrasiya barədə yanlış informasiya; 
•  Ailənin vəziyyəti; 
•  Şəxsi vəziyyət
•  Psixoloji və ya emosional asılılıq; 
•  Orqanlarla /qanuni statusla əlaqə. 
                                                            
73
 UNODC  2012  Protokolun  3-cü  maddəsində  insan  alveri  vasitəsi  kimi  “müdafiəsizlik  vəziyyətindən  sui-
istifadəyə”  dair  tövsiyə  xarakterli  qeyd  (Bu  tövsiyə  xarakterli  qeydin  məqsədi  cinayət  ədliyyə  sahəsində 
çalışanlara insan alveri vasitəsi kimi “müdafiəsizlik vəziyyətindən sui-istifadəni” hallarını başa düşməkdə və bu 
müddəanı  tətbiq  etməkdə  yardım  göstərməkdir.Tövsiyə  xarakterli  qeyddə  UNODC-nin  eyni  mövzuya  dair 
araşdırma  sənədinə  istinad  olunur  və  təcrübi  işçilərə  daha  geniş  informasiya  əldə  etmək,  o  cümlədən  milli 
qanunvericiliyi və təcrübəni dərindən başa düşmək üçün həmin sənədə nəzər salmaq tövsiyə olunur. 
74
 Eyni mənbə. səh.3. 
 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə