Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə11/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
22
 
Azlıq təşkil edən etnik qrupdan olan uşaqlar insan alverinə qarşı xüsusilə müdafiəsiz görünürlər, belə 
ki, sosial ayrı-seçkilik və təcridolunma onların təhsilə, səhiyyəyə və məşğulluğa çıxış imkanına mane 
olur. Uşaq əməyinin qəbul edilməsi, aşağı nikah yaşı və köçəri həyat tərzi kimi mədəni faktorlar da 
uşaqların müdafiəsizliyinə şərait yaradır.
 47
 
 
2.1.2 Gender  
İnsan  alveri,  beynəlxalq  hüquqi  sənədlər,  siyasi  və  beynəlxalq  agentliklər,  o  cümlədən  ATƏT 
tərəfindən  qəbul  olunduğu  kimi,  genderyönümlü  hadisədir.  İnsan  alveri  dövrəsi  bütövlükdə, 
məsələn,  təklifi  yaradaraq  tələbin  gender  ölçülərindən  və  qurbanları  müdafiəsiz  edən  köklü 
səbəblərdən  başlayaraq  gender  yönümlü  siyasət  və  insan  alverinə  qarşı  institutsional  tədbirlər,  o 
cümlədən qarşısını alma siyasətlərinə qədər yüksək genderləşmiş bir hadisədir. 
AŞ Konvensiyasının 5(3)-ci maddədə deyilir:  
“Hər bir iştirakçı tərəf insan hüquqlarına əsaslanan yanaşmanı təşviq etməli və 2-ci paraqrafda qeyd 
olunan  bütün  siyasətlərin  və  proqramların  işlənib  hazırlanmasında,  həyata  keçirilməsində  və 
dəyərləndirilməsində gender məsələlərini və uşaqlara qarşı həssas yanaşmanı tətbiq etməlidirlər”.  
UNIFEM
48
-in  konsepsiya  sənədində  deyilir  ki,  “insan  alveri,  xüsusilə  də  qadın  və  uşaq  alveri  nəticə 
etibarilə  dünyada  hökumətlərin  və  qeyri-hökumət  təşkilatlarının  gündəliyində  duran  mühüm  bir 
problemdir.  Lakin  belə  görünür  ki,  bu  problemin  qarşısının  alınması  üçün  əhəmiyyətli  tədbirlər 
görülməmişdir.  Bu, müəyyən qədər konseptual ikili yanaşmalarla, perspektiv meyllərlə və problemi 
həll  etmək  üçün  planların,  siyasətlərin  və  proqramların  işlənib  hazırlanmasında  və  həyata 
keçirilməsində daha strateji düşünmək tələbinin mövcudluğu ilə izah olunur”.  
Konsepsiya  sənədində  həmçinin  deyilir  ki,  “insan  alverinə  dair  üstün  mövqe  tutan  fikirlərdə  və 
müdaxilələrdə, ilk olaraq qadınlara və qızlara diqqət yetirilsə də, gender məsələlərinə çox da önəm 
verilmir.  Bir  çox  belə  təşəbbüslərdə  kişilər  və  qadınlar  arasında  fərqlər  və  bərabərsizliklər  təbii  və 
dəyişməz hesab edilərək ayrı-seçkiliyə yol verən gender stereotiplərini gücləndirir. Onlar  qadınların 
hərəkətlərinə və seçimlərinə qadağa qoymağa və ya bunları məhdudlaşdırmağa, onları nəzarət altına 
almağa və ya mənəvi baxımdan dəyişdirməyə, bununla yanaşı çox vaxt da onları qorumaq niyyətində 
olmağa  meyllidir.  Bütün  bunlar  qadınları  səlahiyyətlərdən  məhrum  edir.  Gender  məsələlərinə 
həssaslıqla  yanaşılan  insan  hüquqlarına  əsaslanan  yanaşma  etibarsız  və  ayrı-seçkiliyə  yol  verilən 
məqamları aradan qaldıracaq və qadınları istismar olunmaq təhlükəsinə qarşı lazımi vasitələrlə təchiz 
edəcəkdir”. 
İnsan alverinə və istismarın müxtəlif formalarına qarşı zəiflik genderdən irəli gəlir. Qadınlar və qızlar 
cinsi  istismar,  ev  qulluğu  və  qayğı  sahələri  üçün  insan  alverinə  məruz  qaldıqları  halda,  kişilər  və 
oğlanlar  xüsusən  kənd  təsərrüfatı,  tikinti,  mədən  işləri  və  ya  meşə  təsərrüfatı  yaxud  da  balıqçılıq 
sahələrində  məcburi  əməyin  qurbanlarına  çevrilirlər.  Bundan  əlavə  insan  alverinin  formasından  və 
genderdən  asılı  olaraq,  insan  alverinin  qadınlar  və  kişilər  üçün  qısa

və  uzunmüddətli  fəsadları 
müxtəlif ola bilər. 
                                                            
47
 BM.I.  2006  Hüquq-mühafizə  işçiləri  üçün  uşaq  alveri  ilə  mübarizədə  qabaqcıl  təcrübələrə  dair  əyani  vəsait 
səh.27. 
48
 UNIFEM Gender bərabərliyi, insan hüquqları və insan alveri: təhlil və fəaliyyət üçün çərçivəsəh.2. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
23
 
2015-ci il üçün Avrostatın
49
 (Avropa Birliklərinin Statistika İdarəsi) Hesabatında deyilir ki, “Həm qadın, 
həm  də  kişi  qurbanlar  bir  çox  istismar  məqsədləri  üçün  insan  alverinə  məruz  qala  bilərlər.  Qeydə 
alınmış  bütün  qadın  qurbanların  böyük  əksəriyyəti  (85%)  cinsi  istismar  məqsədilə  insan  alverinə 
məruz  qalmışdır.  Qeydə  alınmış  kişi  qurbanlar  arasında  64%  əməyin  istismarı  məqsədilə  insan 
alverinə  məruz  qalmışdır.  İstismarın  müxtəlif  növlərində  də  fərqli  gender  bölgüsünü  görmək  olar. 
Cinsi  istismarın  qeydə  alınmış  qurbanlarını  əsasən  qadınlar  (95%)  təşkil  etdiyi  halda,  əməyin 
istismarının  qeydə  alınmış  qurbanlarının  əksəriyyəti  kişilərdir  (71%).  Dilənçiliyə  məcburetmə,  uşaq 
alveri və sairə kimi istismarın digər formalarında qadın qurbanlar 52% və qeydə alınmış kişi qurbanlar 
isə 38% təşkil edir, 10%-nin isə cinsi məlum deyildir.” 
İnsan Alverinin Aradan Qaldırılması üzrə Aİ Strategiyasında (2012 – 2016-cı illər) qeyd olunur ki, insan 
alverinin çox sayda müxtəlif formaları vardır və o, dəyişkən sosial-iqtisadi şərtlər altında artır və onun 
hədəfi  müdafiəsiz  vəziyyətlərdə  olan  qadınlar  və  kişilər,  oğlanlar  və  qızlardır.  Strategiyadakı  əsas 
prioritet məsələlərdən biri “İnsan alverinin qarşısını alma istiqamətində fəaliyyəti genişləndirməkdir”, 
burada deyilir ki, “İnsanları insan alverinə qarşı müdafiəsiz edən köklü səbəbləri nəzərə almaqla bu 
əməllərin  qarşısını  almaq  istiqamətində  fəaliyyət  genişləndirilməlidir  və  bu  səbəblərin  aradan 
qaldırılması Aİ-də və üçüncü ölkələrdə insan alverinin qarşısının alınmasının əsas aspekti olmalıdır”. 
Aİ-nin  2011/36/EU  nömrəli  Direktivində  vurğulanır  ki,  “itələmək  və  çəkmək”  faktorları  müvafiq 
sahələrdən  asılı  olaraq  qadınlar  və  və  kişilər  üçün,  məsələn,  cinsi  istismar  yaxud  tikintidə  iş,  kənd 
təsərrüfatı və ya ev köləliyi üçün əməyin istismarı məqsədilə insan alveri kimi müxtəlif ola bilər

. Bu, 
bir daha genderin müdafiəsizliyə kömək edən faktorlardan biri olduğunu təsdiq edir. 
ATƏT-in  İnsan  Alveri  ilə  Mübarizə  üzrə  Fəaliyyət  Planının
50
 IV,  3.3  bölməsində  insan  alverinin  köklü 
səbəblərini  aradan  qaldırmağa  yönələn  iqtisadi  və  sosial  siyasətlərdə,  gender  bərabərliyi  əsasında, 
eyni  işə  görə  eyni  ödəniş  almaq  hüququnu  və  məşğulluq  imkanlarında  bərabərlik  hüququnu  təmin 
etmək məqsədilə, məşğulluq sahəsində qadınlara qarşı ayrı-seçkiliyi aradan qaldırmaq üçün müvafiq 
tədbirlərin görülməsi tövsiyə olunmuşdur”.  
Bu, “ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə Fəaliyyət Planına Əlavə: on il sonra”
 51
 adlı sənədlə daha 
da  gücləndirilmişdir.  Bu  sənədin  “İnsan  alverinin  bütün  formalarının  qarşısının  alınması”  adlı  III 
Bölməsində,  milli  səviyyədəki  orqanlara,  məşğulluq  sahəsində  qadınlara  qarşı  ayrı-seçkiliyi  aradan 
qaldırmaq  və  kişilərə  və  qadınlara  iqtisadi  həyatda  bərabər  iştirak  imkanını  və  sosial  müdafiəyə 
bərabər çıxış imkanını təmin etmək üçün əlavə tədbirlərin görülməsi tövsiyə olunmuşdur”. 
 
2.2 İnsan alveri anlayışı 
İnsan alverinin beynəlxalq səviyyədə qəbul edilmiş ilk anlayışı BMT-nin İnsan alverinin, xüsusən qadın 
və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokolunun 
(2000-ci  il)  (BMT-nin  İnsan  Alverinə  dair  Protokolu)  3-cü  maddəsində  verilmişdir.  Burada  insan 
alverinə belə anlayış verilir: 
                                                            
49
Avrostatın İnsan alverinə dair hesabatı, 2015-ci il, səh.11, https://ec.europa.eu/anti-
trafficking/publications/trafficking-human-beings-eurostat-2015-edition_en 
50
 ATƏT Qərarı No. 557 ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə Fəaliyyət Planı, səh.8. 
51
 Daimi Şura tərəfindən PC.DEC/1107 nömrəli qərarla qəbul edilmiş və Kiyev Nazirlər Şurası tərəfindən 6 
dekabr 2013-cü il tarixdə MC.DEC/07/13 nömrəli qərarla təsdiq edilmiş “ATƏT-in İnsan Alveri ilə Mübarizə üzrə 
Fəaliyyət Planına əlavə: on il sonra”. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə