Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə21/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
43
 
 (b) D adlı şəxs digər şəxsdən icbari və ya məcburi iş görməyi tələb edir və şərait belədir ki, D adlı 
şəxs belə işin görülməsinin şəxsdən tələb olunduğunu bilir və ya bilməlidir. 
 (2)  1-ci  yarımbənddə  şəxsi  köləlik  və  ya  kölə  vəziyyətində  saxlama  və  ya  şəxsdən  icbari  və  ya 
məcburi  iş  görməyi  tələbetmə  hallarına  istinadlar  İnsan  Hüquqları  haqqında  Konvensiyanın  4-cü 
maddəsinə  (şəxsi  köləlik  və  ya  kölə  vəziyyətində  saxlama  və  ya  şəxsdən  icbari  və  ya  məcburi  iş 
görməyi tələb etməni qadağan edən) uyğun izah olunmalıdır. 
 (3)  Bu  maddədə  nəzərdə  tutulmuş  əməlin  törədilməsində  təqsirli  bilinən  şəxs  aşağıdakı 
məsuliyyəti daşıyır  
(a)  ümumi  məhkumetmədə  müvafiq  müddətdən  artıq  olmayan  müddətə  həbs  cəzasına  yaxud 
qanunla müəyyənləşdirilmiş həddən artıq olmayan məbləğdə cərimə cəzasına, yaxud hər ikisinə; 
(b)  ittihamnamə  üzrə  məhkumetmədə  14  ildən  artıq  olmayan  müddətə  həbs  cəzasına,  yaxud  
cərimə cəzasına, yaxud hər ikisinə. 
 
Ev köləliyi 
Ev  köləliyi  üçün  insan  alverinə  məruz  qalan  şəxslər  çox  vaxt  miqrantlar  və  əsasən  də  özəl  evlərdə 
işləmək və ev işlərindən tutmuş uşaqlara baxmağa qədər və digər işləri də əhatə edə bilən müxtəlif 
işləri görmək üçün dövlətin ərazisinə gələn qadınlar olur. İnsan alverinə məruz qalan insanlar adətən 
özəl evdə yaşayırlar, onların sənədləri çox zaman əllərindən alınır və onlar çox vaxt təcrid olunurlar 
və insan alverçisindən asılı olurlar.  
Ev köləliyi istismarın çətin aşkar oluna bilən nəzərə çarpmayan bir formasıdır. Ev köləliyi üçün insan 
alveri bəzi ümumi cəhətləri özündə birləşdirən müxtəlif vəziyyətləri əhatə edir: asılı vəziyyətdə olma 
və  özəl  bir  şəxs  üçün  iş  görmək  öhdəliyi,  məvacibin  aşağı  olması  və  ya  heç  olmaması,  istirahət 
günlərinin  olmaması,  psixoloji  və  ya  fiziki  zorakılıq,  məhdud  hərəkət  azadlığı  və  özəl  həyatın 
mümkünsüzlüyü.
 88
 
BƏT-in 2011-ci il Ev qulluqçuları üçün layiqli iş haqqında 189 nömrəli Konvensiyası (5 sentyabr 2013-
cü il tarixdə qüvvəyə minmişdir) ev qulluqçuları üçün əsas hüquqları və müdafiə imkanlarını nəzərdə 
tutur. 2(b) maddədə deyilir: 
 “Hər  bir  üzv-dövlət,  ev  qulluqçuları  ilə  bağlı,  işdə  əsas  prinsiplərə  hörmətlə  yanaşılması,  bu 
hüquqların  təşviq  olunması  və  həyata  keçirilməsi,  daha  dəqiq  desək:  […]  (b)  icbari  və  ya 
məcburi  əməyin  bütün  formalarının  aradan  qaldırılması  üçün  bu  Konvensiyada  nəzərdə 
tutulmuş tədbirləri görməlidir;” 
Siliadin Fransaya qarşı
89
 
15 yaşlı qız onun yol xərcini ödəyən, lakin sonra onun pasportunu əlindən alan “xanım D” tərəfindən 
Toqodan Fransaya gətirilmişdir. Belə razılıq olmuşdur ki, qız öz təyyarə biletinin dəyərini ödəyənədək 
xanım D üçün işləyəcəkdir, lakin bir neçə ay sonra, o, onu heç bir ödəniş, istirahət, şəxsiyyətini təsdiq 
edən sənədlər olmadan və onun immiqrasiya statusunun alınmasına icazə verilmədən gündə 15 saat, 
həftədə  yeddi  gün  işləməyə  məcbur  edən  “cənab  və  xanım  M-ə”  verilmişdir.  Qız  köhnə  paltarlar 
geyinirdi  və  onun  öz  otağı  yox  idi.  Vəziyyətə  orqanlar  müdaxilə  etdikdə  onlar  bundan  xəbər 
tutmuşlar. Lakin, həmin vaxt, “köləlik və kölə vəziyyətinə salma” Fransada ayrıca cinayət əməli kimi 
təsbit  olunmamışdı.  Avropa  İnsan  Hüquqları  Məhkəməsi  belə  bir  fikirdə  olmuşdur  ki,  qız  kölə 
                                                            
88
 ATƏT 2010 Mühafizə olunmayan iş, nəzərə çarpmayan istismar: ev köləliyi məqsədilə insan alveri, səh.11  
89
 İHAK Müraciət nr. 73316/01. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
44
 
vəziyyətində  saxlanılmışdır  və  Fransa  köləliyi  və  məcburi  əməyi  qadağan  etmək  öhdəliklərini 
pozmuşdur, belə ki, Fransa qanunvericiliyi qızın ayrıca və effektiv müdafiəsini təmin etməmişdir.   
 
Cinsi istismar 
Cinsi  istismar,  əsasən,  köləliyə  bənzər  şəraitdə  saxlanan  qurbanlara-
 
qadınlara  və  uşaqlara  təsir 
göstərir.  İstismar  edilən  şəxslər  öz  insan  hüquqlarının,  o  cümlədən  azadlıq  hüququnun,  insan  ləya-
qətinin və təhlükəsizliyinin qorunması hüququnun, köləlikdə və ya kölə vəziyyətində saxlanılmamaq 
hüququnun,  qəddar  və  qeyri-insani  rəftara  məruz  qalmamaq  hüququnun,  zorakılığa  məruz  qalma-
maq hüququnun və sağlamlığın qorunması hüququnun kəskin şəkildə pozulması halları ilə üzləşirlər. 
Cinsi  istismara  barlarda,  masaj  otaqlarında,  səyyar  xidmətlərdə,  özəl  evlərdə,  fahişəxanalarda  və 
qonaq evlərində fahişəlik
;
 
,
pornoqrafiya və məcburi nigah aiddir.
 90
 
BMT-nin  İnsan  Alverinə  dair  Protokolunda  deyilir:  “İstismar,  minimum  olaraq,  digərlərinin 
fahişəliyinin istismarını və ya cinsi istismarın digər formalarını əhatə edir”. Lakin, cinsi istismarın milli 
qanunvericilikdə  anlayışını  vermək  dövlətin  vəzifəsidir.  Beynəlxalq  hüquqi  sənədlərdə  və  ya  milli 
qanunvericikdə nə “digərlərinin fahişəliyinin istismarının”, nə də “cinsi istismarın digər formalarının” 
anlayışı yoxdur. İstənilən anlayış dövlətlərin təfsirinə və “cinsi istismara” və “fahişəliyə” qarşı siyasətə 
əsaslanır. 
 
BƏT-in cinsi istismar üçün yaşlı insanların alveri ilə bağlı müəyyənləşdirdiyi əməli indikatorlar 
İstismar indikatorları 
Orta indikatorlar 
•  Pis yaşayış şəraiti; 
•  Həddən artıq iş günləri və vaxtı; 
•  Təhlükəli iş; 
•  Məvacibin aşağı olması və ya olmaması; 
•  Əmək qanunlarına və ya imzalanmış müqaviləyə riayət etməmə; 
•  Sosial müdafiənin olmaması (müqavilə, sosial sığorta və s.); 
•  Çox pis iş şəraiti
•  Məvacibin təhrif olunması. 
https://www.ilo.org/forcedlabour 
 
İnsanların  insan  alverinin  qurbanlarına  çevirmək  üçün  cəlb  olunduğu  bir  vahid  üsul  yoxdur  və 
qurbanların  istismar  şəraitinə  məcbur  edildiyi  üsullar  mənbə  dövlətlərdə  bir-birindən  fərqlənir. 
Prokurorlar  və  hakimlər  cinsi  istismar  üçün  qurbanları  cəlbetmənin  müxtəlif  metodları,  xüsusilə  də 
cəlbetmənin yeni meydana çıxan formaları barədə məlumatlı olmalıdırlar. 
 
                                                            
90
 BMqT (İrlandiya) 2010 İnsan alveri əleyhinə təlim vəsaiti, səh.9köləliyin müasir formasıdır. səh.9 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə