Microsoft Word Kitab June 06 2017


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə10/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
20
 
2. Beynəlxalq çərçivə - insan alveri fenomeni 
Bu  fəsildə  insan  alverinin  köklü  səbəblərinə  nəzər  salınır.  Beynəlxalq  səviyyədə  insan  alverinin 
anlayışı verilir və insan alverinin tərkib ünsürləri və insan alveri prosesi şərh olunur. İnsan alverinin 
müxtəlif  formaları  və  istismarın  növləri  müəyyən  edilir  və  onun  nə  üçün  milli  və  transmilli  cinayət 
olduğu izah olunur. 
Bu  fəsildə,  həmçinin  miqrant  qaçaqmalçılığının  və  onun  tərkib  ünsürlərinin  anlayışı  verilir  və  insan 
alveri və miqrant qaçaqmalçılığı arasında fərq izah olunur.  
İnsan  alveri  özünün  müasir  formasında  müasir  qlobal  miqrasiyanın  dinamikası  ilə  ayrılmaz  şəkildə 
əlaqəli olan və bununla formalaşan bir hadisədir.
40
 Sərt məhdud immiqrasiya siyasətləri, mütəşəkkil 
tənzimlənməyən  immiqrasiyanı  dayandırmaqdan  daha  çox  ona  şərait  yaradır.  Bir  çox  təyinat 
ölkələrində  immiqrasiya  qanunlarının  və  siyasətlərinin  sərtləşdirilməsi  beynəlxalq  miqrasiya  üçün 
qanuni  imkanların  azalmasına  gətirib  çıxararaq  miqrant  qaçaqmalçılığına  çox  münbit  mühit 
yaratmışdır.
41
 Araşdırma  onu  göstərmişdir  ki,  immiqrasiyanın  məhdudlaşdırılmasına  önəm  verilən 
tədbirlər miqrantların müdafiəsizliyini artıra və sui-istifadə hallarına şərait yarada bilər.
42
   
 
2.1 Köklü səbəblər 
İnsan  alveri  təklif  və  tələb  prinsiplərinə  əsaslanan  və    mənbə  və  təyinat  ölkələrində  bir  sıra 
“vadaredici  və  çəkici”  faktorlarından  istifadə  olunan  yüksək  gəlir  gətirən  bir  cinayətdir.  Mənbə 
dövlətlərdə  qurbanların  davamlı  şəkildə  təklif  edilməsi  və  təyinat  ölkələrində  qurbanların 
xidmətlərinə olan daimi və artan tələb mövcuddur. Mütəşəkkil cinayətkarlar bu iki faktordan istifadə 
edirlər. 
Qurbanların  təklif  edilməsi  iqtisadi  imkanlar,  münaqişə,  zorakılıq  (o  cümlədən  məişət  zorakılığı), 
gender,  mədəniyyət,  yaş  və  digər  faktorların  ola  biləcəyi  qlobal  köklü  faktorların
 
nəticəsidir.  Köklü 
səbəblər dəyişir və çox vaxt bir dövlətdə digərindən fərqli olur, faktorların çoxu ayrı-ayrı insan alveri 
nümunələri  və  onların  baş  verdiyi  dövlətlər  üçün  səciyyəvi  olur.  Lakin  ümumiyyətlə,  insan  alveri 
halları  üçün  ümumi  olan  yaxud  geniş  tərkibdə  müxtəlif  regionlarda  aşkar  edilən  bir  çox  faktorlar 
vardır. 
Mədəni  faktorlara
 
  ailə  və  ya  həmyaşıdlar  tərəfindən  təzyiq,  patriarxal  ailə  quruluşu,  gender 
zəminində ayrı-seçkilik, sosial baxımdan ayrı-seçkilik, qadınların yeganə təminatçı olduqları dövlətlər 
və  ya  regionlar  və  mədəni  ənənələr  aiddir.  Qadınların  və  qızların  cəmiyyətdə  aşağılanması  onları 
insan  alverinə  qarşı  qeyri-mütənasib  şəkildə  daha  müdafiəsiz  edir.
43
 Bura  eyni  zamanda  iqtisadi 
faktorlara
  ,
  dövlətdə  sərvətlərin  qeyri-bərabər  paylanmasına  gətirib  çıxara  bilən  iqtisadi  keçid  və 
yoxsulluq,  məşğulluq  imkanları  və  yaşayış  şəraitini  yaxşılaşdırmaq  istəyi,siyasi  faktorlara  kimi  isə 
hökumət siyasətləri, lazımi qanunvericiliyin olmaması, münaqişələr, ictimai iğtişaşlar və qeyri-stabillik 
aiddir. 
                                                            
40
 Bosko,  F.  və  digərləri  2009  İnsan  alveri  nümunələri,    Freisendorf,  K.  İnsan  alverinə  qarşı  strategiyalar: 
təhlükəsizlik sektorunun rolu, səh. 57-58. 
41
 Danzinger,  R.  və  digərləri  2009  İnsan  alveri  və  idarə  olunan  miqrasiya,  Freisendorf  K.  İnsan  alverinə  qarşı 
strategiyalar: təhlükəsizlik sektorunun rolu, səh. 261.  
42
 Dvyer, P. və digərləri 2011 Məcburi əmək və Birləşmiş Krallığın immiqrasiya siyasəti: status məsələləri?  
43
 UNODC 2006 İnsan alveri ilə mübarizə vasitələri9-cu Fəsil, səh.455
https://www.unodc.org/documents/human-trafficking/HT-toolkit-en.pdf. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
21
 
Bu “vadaredici faktorları” potensial qurbanları müdafiəsiz edir: mənbə ölkələrdə insanları öz evlərini 
tərk etməyə sürükləyən hallar. İnsan alverçiləri bu müdafiəsizlikdən istifadə edirlər. “Müdafiəsizliyin” 
ümumi  qəbul  olunmuş  anlayışı  yoxdur  və  müxtəlif  zəiflik  faktorları  və  ümumi  və  sahələrarası 
nəticələr arasında qarşılıqlı təsiri hərtərəfli şəkildə başa düşməyə mane olan məlumatsızlıq vardır. 
İnsan alveri, istehlakçının mallara və xidmətlərə görə ayrıca qiymət ödəmək istəyi ilə cinayətkar aləm 
tərəfindən  idarə  olunan  bir  bazardır.  İstehlakçı  tərəfindən  bunun  insan  alveri  olmasının  başa 
düşülməməsi yaxud buna məhəl qoyulmaması, insan alverçiləri tərəfindən hədəf seçilməklə, onların 
istifadə etdikləri bazarların nəticəsi ola bilər. Qanunsuz, əlçatmaz və ya qaydalara zidd ola bilən cinsi 
xidmətlərə  tələbat  mövcuddur.  Adətən,  əməyin  istismarı  üçün  tələb,  belə  məqamlara  məhəl 
qoymayan  işəgötürənlərdən  irəli  gəlir,  lakin  bu,  həmçinin  vasitəçilərdən  və  ya  agentlərdən  yaxud 
insan  alveri  prosesi  boyu  müxtəlif  məqamlarda  bir  sıra  iştirakçılarla  insan  alveri  şəbəkəsindən  irəli 
gələ bilər.
44
 
 “Çəkici  faktorlara”  məşğulluq  imkanı,  daha  yüksək  məvaciblər,  daha  yaxşı  yaşayış  şəraiti,  pul 
müavinəti,  və  ya  daha  yaxşı  yaşamağa  inam  aid  edilə  bilər.  Daha  çox  pul  qazanmaq  istəyi  əksər 
insanların  mühacirətə  getmək  qərarında  ümumi  təyinedici  amildir.  BMqT-nin  Ukraynadakı 
Nümayəndəliyi  tərəfindən  yardım  edilmiş  kişi  qurbanların  təxminən  80  faizi  öz  yaşayış  şəraitlərini 
yaxşılaşdırmaq istəyini mühacirətə getmələrinin əsas səbəbi kimi göstərmişdir.
 45
  
Bu  işlə  məşğul  olan  cinayətkarlar  üçün  əməyin  istismarı  məqsədilə  insan  alveri  nəticə  etibarilə  bir 
biznesdir. Onun artmasının səbəbi düşünülən gəlirlərin düşünülən risklərdən daha çox çəkiyə malik 
olmasıdır.  Effektiv  cinayət  ədliyyə  fəaliyyəti,  müxtəlif  tədbirlər,  o  cümlədən  həbs  və  gəlirlərin 
müsadirəsi yolu ilə insan alverçiləri üçün məsrəfləri artırmaqla tələbə təsir göstərir. 
İnsan alverinə qarşı səmərəli mübarizədə bir sıra problemləri vardır. İlk olaraq, bir çox hallar sadəcə 
müəyyənləşdirilmir.  Aydın  müəyyənləşdirmə  mexanizmlərinin  və  istiqamətləndirici  materialların 
olmaması,  çox  vaxt  qurbanların  həm  hüquqi  prosesdə  yardımlar,  həm  də  onlar  üçün  xidmətlər  və 
müdafiə  baxımından,  üzə  çıxmaq  üçün  stimullaşdırıcı  məqamların  məhdud  olması  ilə  mürəkkəb 
xarakter alır.
 46
 
AŞ Konvensiyasının  Tələbi azaltmaq üçün tədbirlər adlı 6-cı maddəsində deyilir: 
 “İnsanların,  xüsusilə  də  qadınların  və  uşaqların  istismarının  bütün  formalarına  şərait  yaradaraq, 
insan alverinə yol açan tələbi azaltmaq məqsədilə, hər bir iştirakçı tərəf qanunvericilik, inzibati, təhsil, 
sosial, mədəni və digər tədbirləri görməli və gücləndirməlidir”. 
 
2.1.1 Uşaqlar 
UNİCEF,  insan  alverinin  səbəblərinə  dair  ümumiləşdirməyə  qarşı  çıxış  edərək,  hər  bir  ölkədə  yalnız 
onun üçün səciyyəvi olan ayrıca faktorların və ya çoxsaylı faktor birləşmələrinin olduğunu bəyan edir. 
Lakin uşaqların müdafiəsizliyini artıra bilən və onları insan alverinə qarşı həssas edən bir sıra faktorlar 
vardır. Uşaqlara qarşı ayrı-seçkiliyə yol verən qanunvericilik, zəif təhsil, daha yaxşı yaşayışa canatma, 
mədəni və dini faktorlar,  o cümlədən,  dini inamı bura aid  etmək olar.  Eyni zamanda,  zəifliyə şərait 
yaradan münaqişə və təbii fəlakətlər kimi kənar faktorlar da vardır. Uşaqlar həm də insan alverçiləri 
tərəfindən buna hazırlana bilər.  
                                                            
44
 İAQİƏQ 2014 Tələbi aradan qaldırmaqla insan alverinin qarşısının alınması.  
45
 ABŞ BİA 2010 Avropa və Avrasiya regionunda yaşlı kişilərin alverisəh. 12. 
46
 İAQİƏQ 2014 Tələbi aradan qaldırmaqla insan alverinin qarşısının alınması. 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə