İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
18
“1. Hər bir iştirakçı dövlət belə əməllərin milli və ya transmilli səviyyədə, yaxud fərdi və ya
mütəşəkkil şəkildə törədilməsindən asılı olmayaraq, ən azı aşağıdakı hərəkətlərin və
fəaliyyətlərin onun cinayət və ya cəza qanunu ilə tam əhatə olunmasını təmin etməlidir:
a) 2-ci maddədə müəyyən edilmiş uşaq alveri kontekstində:
(i) uşağın istənilən vasitələrlə aşağıdakı məqsədlər üçün təklif edilməsi, verilməsi və ya
alınması
;
a. uşağın cinsi istismarı;
b. uşağın orqanlarının mənfəət müqabilində verilməsi;
c. uşağın məcburi əməyə cəlb edilməsi;
(ii) vasitəçi qismində, övladlığa götürmə ilə bağlı tətbiq olunan beynəlxalq hüquqi aktları
pozmaqla, uşağın övladlığa götürülməsinə razılıq verməyə qeyri-qanuni vadaretmə) 2-ci
maddədə müəyyən olunmuş uşaq fahişəliyi üçün uşağın təklif edilməsi, alınması, verilməsi
yaxud təmin edilməsi;
c) 2-ci maddədə müəyyən olunmuş uşaq pornoqrafiyasının hazırlanması, yayılması, ötürülməsi,
idxalı, ixracı, təklif edilməsi, satışı və ya yuxarıda qeyd olunan məqsədlər üçün saxlanılması.
BƏT-in “Uşaq əməyinin ən ağır formalarının qadağan edilməsi və aradan qaldırılması üzrə təcili
tədbirlər haqqında Konvensiya” adı ilə tanınan 182 nömrəli Konvensiyası uşaq əməyinin ən ağır
formalarının qadağan edilməsinə əlavə olaraq onların aradan qaldırılmasına çağırır.
Konvensiyanın 1-ci maddəsində tələb olunur:
“Bu Konvensiyanı ratifikasiya edən hər bir üzv-dövlət, təxirəsalınmaz məsələ kimi, uşaq
əməyinin ən ağır formalarının qadağan olunmasını və aradan qaldırılmasını təmin etmək üçün
təcili və effektiv tədbirlər görməlidir”.
AŞ Konvensiyası, ayrıca olaraq, qurbanların müdafiəsi üçün minimum standartları təmin edir. III
Fəsildə “Gender bərabərliyinə zəmanət verilməklə, qurbanların hüquqlarını müdafiə və təşviq etmək
üçün tədbirlər” müəyyənləşdirilir və bu tədbirlər bütün uşaqlara aiddir.
AŞ Konvensiyasının 3-cü maddəsində deyilir ki, “Bu Konvensiyanın məqsədləri üçün uşaq əməyinin
ən ağır formaları aşağıdakılardan ibarətdir:”
“(a) köləliyin bütün formaları və ya uşaq ticarəti və alveri, borc asılılığı və təhkimçilik və icbari
və ya məcburi əmək kimi köləliyə bənzər hallar, o cümlədən uşaqları icbari və ya məcburi
şəkildə silahlı münaqişədə istifadə üçün cəlbetmə;
(b) fahişəlik, pornoqrafik materialların istehsalı və ya pornoqrafik tamaşalar üçün uşaqlardan
istifadəetmə, onları cəlb və ya təklif etmə;
(c) qanunsuz fəaliyyət, xüsusilə də beynəlxalq müqavilələrdə müəyyən olunmuş narkotik
vasitələrin hazırlanması və qanunsuz dövriyyəsi üçün uşaqlardan istifad etmə, onları cəlb və ya
təklifetmə;
(d) xüsusiyyətlərinə və ya onun aparıldığı şəraitə görə uşaqların sağlamlığına, təhlükəsizliyinə
və ya əxlaqına zərər vura biləcək işlər”.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
19
Aİ-nin 2011/36/EU nömrəli Direktivində
39
qeyd olunur ki,
“Uşaqlar yaşlılara nisbətən daha
müdafiəsizdirlər və buna görə də onlar insan alverinin qurbanına çevrilmək üçün daha böyük risk
altındadırlar”. Bu Direktiv tətbiq edilərkən, Avropa İttifaqının Əsas Hüquqlar Xartiyasına və 1989-cu il
Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları haqqında Konvensiyasına uyğun olaraq, uşağın ən
əsas maraqları nəzərə alınmalı başlıca məqamdır. Mühüm olaraq bu Direktiv, daha sonra, uşaqlıq
prezumpsiyasını müəyyənləşdirir.
Uşaq alverinin müəyyənləşdirilmiş ünsürləri.
• Uşaq yaşı 18-dən
az olan şəxsdir;
• Güc tətbiq etməklə və ya etməməklə üçüncü şəxs və ya qrup tərəfindən cəlb edilmə, daşınma,
aparılma, gizlədilmə və ya qəbuledilmə;
• Üçüncü şəxs və ya qrup istismar məqsədi ilə cəlb edilməni və ya digər
hərəkətləri təşkil edir;
• Hərəkət insan alverinin tərkib ünsürü ola bilməz, belə ki, burada hüquq-mühafizə işi və təqib
vardır. Lakin insan alverini BƏT-in 182 nömrəli Konvensiyasının üçüncü maddəsində sadalanan
köləliyin digər formalarından və köləliyə oxşar hallardan fərqləndirmək və öz ailələrindən ayrı
düşən insan alveri qurbanlarının ehtiyac duyduqları yardımı almalarını təmin etmək məqsədilə -
hətta minimal şəkildə - ölkə daxilində və ya sərhədləri keçərək hərəkət etmə ünsürü olmalıdır;
• İstismara aiddir:
a) köləliyin bütün formaları və ya köləliyə oxşar hallar, borc asılılığı və təhkimçilik və icbari və ya
məcburi əmək, o cümlədən uşaqların icbari və ya məcburi şəkildə silahlı münaqişələrdə istifadə üçün
cəlb olunması (Konvensiya No. 182, maddə 3(a));
b) fahişəlik, pornoqrafik materialların istehsalı və ya pornoqrafik tamaşalar üçün uşaqlardan
istifadəetmə, onları cəlb və ya təklifetmə; (Konvensiya No.182, maddə 3(b));
c) qanunsuz fəaliyyət, xüsusilə də beynəlxalq müqavilələrdə müəyyən olunmuş narkotik vasitələrin
hazırlanması və qanunsuz dövriyyəsi üçün uşaqlardan istifadəetmə, onları cəlb və ya təklifetmə
(Konvensiya No. 182, maddə 3(c));
d) xüsusiyyətlərinə və ya onun aparıldığı şəraitə görə uşaqların sağlamlığına, təhlükəsizliyinə və ya
əxlaqına zərər vura biləcək işlər (Konvensiya No.182, maddə 3(d) və Konvensiya No.138, maddə 3);
e) işə götürülmə üçün minimal yaşdan aşağı yaşda olan uşaqlar tərəfindən görülən işlər (Konvensiya
No.138, maddə 2 və 7).
• Cəlb etmənin hər hansı bir məqamında güc tətbiq etməklə hədələmə və ya güc tətbiq etmə və
ya digər formalarda məcburetmə, oğurlama, dələduzluq, aldatma, səlahiyyətdən və ya zəiflik
vəziyyətindən sui-istifadə etmə və uşaqlar olduqda (yaşlılardan fərqli olaraq) hərəkət mütləq
şəkildə olmamalıdır, lakin uşaq alveri ilə bağlı güclü şübhələrin mövcud olması;
BƏT 2010-cu il
Uşaq alveri – Mahiyyət, səh.1
https://www.ilo.org/ipecinfo/product/download.do?type=document.
39
İnsan alverinin qarşısının alınması və onunla mübarizə və onun qurbanlarının müdafiəsinə dair Avropa
Parlamentinin və Şuranın 2011/36/EU nömrəli 5 aprel 2011-ci
il tarixli Direktivi