Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   2   3   4   5   6   7   8   9   ...   22

16 

 

2.  nformasiya  texnologiyalarının  kütləvi  tətbiqi  və  standartlaşdırılmış 



sistemlərin üstünlüyü. 

3. 


nformasiya  istehsalı  və  informasiya  texnologiyaları  sahəsində 

məhsuldarlığın digər sahələrdən artıq yüksəldilməsi. 

4. Üstünlüyü ələ almış informasiya və biliklər istehsalına keçid. 

Bütün  bunlar  onu  göstərir  ki,  informasiya  və  informasiya  texnologiyaları 

standartlaşma  kecərək  istehsala  daxil  olmuş  və  buradakı  məhsuldarlıq 

iqtisadiyyatın  digər  sektorlarında  da  davamlı  inkişafı  təmin  etmişlər.  Hazırda 

informasiya  iqtisadiyyatının  mühüm  elementi  informasiya  amilli  texnologiyalar 

qismində  dünya  bazarında  yerini  möhkəmləndirir.  Tədqiqatlar  gostərir  ki, 

informasiya texnologiyaları bazarlarında iki ölkələr qrupu səmərəli işləyir: 

1.  nkişaf  etmiş  fundamental  elmi  potensialı  olan  qabaqcıl  ölkələr  (ABŞ



Boyuk Britaniya, AFR, Yaponiya və bəzi başqaları

); 


2.  Birinci  qrup  ölkələrin  innovasiya  və  texnologiyalarından  istifadə  edən 

ölkələr (Tayvan, Cin, Cənubi Koreya və başqaları). 

Bu  iki  qrup  hələlik  bir-birini  effektiv  tamamlayır  və  dünya  informasiya 

texnologiyaları  bazarının  əsas  hissəsinə  malikdirlər.  Lakin  yeni  inkişaf 

mərhələsində  üçüncü  ölkələr  qrupu  da  meydana  gəlmişlər.  Bu  sıraya  özlərinin 

rəqabətqabiliyyətli  yüksək  texnologiyaları  ilə  dünya  bazarlarına  çıxa  bilən 

Finlandiya,  Norveç  və  srail  daxil  edilir.  Bu  imkanı  onlar  təlim,  elm  və  təhsil 

sahəsindəki  nailiyyətləri  və  informasiya  texnologiyaları  sistemlərinin  fövqəladə 

effektiv modernləşməsi ilə təmin etmişdir. 

Aparılan  təhlilin  nəticəsi  olaraq  belə  bir  qənaət  hasil  edilir  ki,  informasiya 

cəmiyyətinin  üstünlüyü  ələ  aldığı  hazırkı  məqamda  informasiya  iqtisadiyyatı 

sürətli artım templəri ilə irəliləyir. Bu əsnada bəşər sivilizasiyasının müasir inkişaf 

mərhələsində  iqtisadi  münasibətlərin  yeni  tipi  formalaşır.  Yeni  iqtisadiyyat  tipini 

ə

nənəvi  iqtisadiyyatdan  fərqləndirən  mühüm  özəllik  isə  onun  məhsulun  maya 



dəyərindəki,  ayrıca  informasiya  adlı  xərc  komponenti  ilə  təmsil  olunmasındadır. 

stehsal  amili,  mühüm  bazar  mexanizmi  elementi  olmaqla  həm  də,  iqtisadi 

fəaliyyətin  ayrıca  növüdür.  Əmtəə  kimi  istehlak  olunan  ictimai  rifahdır.  qtisadi 



17 

 

informasiya işgüzar və hakimiyyət dairələrinin tərəfindən qərarlar qəbul olunması 



və ictimai rəy formalaşdırılarkən istifadə edilən resurs və ehtiyatdır. 

 

 



 


18 

 

 



1.2.  nformasiya iqtisadiyyatının formalaşmasının əsas xüsusiyyətləri 

 

Ötən  əsrin  sonlarından  etibarən  xüsusi  ilə  intensivləşən  qloballaşmanın 



doğurduğu şəraiti, iqtisadi idarəetmə və təsərrüfatçılıq mexanizminə olan tələblərin 

təkamülü  baxımından  qiymətləndirdikdə  ilk  mühüm  nəticə,  liberal  təsərrüfatçılıq 

mexanizminin  yüksək  səmərəliliyə  malik  olmasının  hamılıqla  qəbul  edilməsidir. 

Bu mexanizmin səmərəliliyini şərtləndirən amillərə: 

-  idarəetmənin  bütün  səviyyələrində,  geniş  mənada  anlaşılan  iqtisadi 

resursların istifadəsində “qarşılıqlı əvəzləmənin” prioritetliyinin təsbit olunması; 

-  istehsalın  beynəlmiləlləşməsinin  (bütün  müsbət  və  mənfi  çalarları  ilə 

birlikdə)  və  iqtisadi  fəaliyyətin  bütövlükdə  virtuallaşmasının  dərinləşməsi  və 

adiləşməsi; 

-  iqtisadi  inkişafın  “avtonomluğunun”  kəskin  aşağı  düşməsi,  yəni  səmərəli 

inkişafın  kənar  təsirlər  olmadan  mümkünsüzlüyünün  və  ya  çətinliyinin, 

inkarolunmaz fakta çevrilməsi və s. kimi amillər aid edilir. 

Dünyanın 

müasir 


inkişaf 

mərhələsinin 

yuxarıda 

ifadə 


olunan 

qiymətləndirmələrinin  hər  birinin  geniş  özünütəzahür  spektri  vardır.  Lakin  bu 

spektrlərin genişliyinə rəğmən, indi hətta olduqca müxtəlif sosial-ictimai strukturlu 

cəmiyyətə, resurs potensialına və inkişaf səviyyəsinə malik ölkələrin daha yüksək 

inkişafa  nail  olunması  uğrunda  birgə  fəaliyyət  istiqamətləri  mövcuddur.  Belə 

istiqamətlər  dünyanın  ümumi  inkişaf  səviyyəsi  ilə  paralel  olaraq  çoxalmaqdadır. 

Lakin  ekoloji  tarazlığın  qorunması,  yoxsulluqla  mübarizə,  hərbi-siyasi 

münaqişələrin  həlli  və  s.  kimi  birgə  fəaliyyət  istiqamətləri  ilə  yanaşı,  mühüm 

məsələlərdən  biri  cəmiyyətin  informasiyaya  olan  tələbatının  dolğun  və  adekvat 

təmin  edilməsidir.  Sonuncunun  zəruriliyi  və  mümkünlüyü  bir  sıra  amillərlə,  o 

cümlədən iqtisadi inkişaf səviyyəsinin düzgün qiymətləndirilməsi və bu baxımdan, 

ə

halinin 



hökumətdən 

və 


sahibkarlardan 

gözləntilərinin 

xarakterinin 

müəyyənləşdirilməsi,  milli  iqtisadi  qanunvericilikdə  şəffaflığın  və  hesabatlılığın 

zəruri səviyyəsinin təmin edilməsi və s. ilə şərtlənir. 



19 

 

Fikrimizin  daha  dəqiq  anlaşılması  üçün  sonuncu  amilin  daha  ətraflı  şərh 



olunmasını  məqsədəuyğun  hesab  edirik.  Məsələn,  qanunvericilikdə  bir  sıra 

müvafiq hüquqi anlayışların verilməməsi və ya dolaşıq verilməsi, müxtəlif hüquqi 

normaların  formalaşmış  və  digər  qanunvericilik  aktlarında  təsbit  olunmuş 

anlamlardan  fərqli  mənalarda  təkrarlanması  və  s.  kimi  xüsusiyyətlər  iqtisadi 

fəaliyyətin nəticələrində ədalətli rəqabət şəraitinin pozulmasına səbəb olur. 

Dünya  təcrübəsi  sübut  edir  ki,  iqtisadi  qanunvericilikdə  və  ona  müvafiq 

idarəetmədə  hüquqi  normaların  diskresionluluğu  (yəni  tənzimlənən  prosesin 

müəyyən  məqamlarında  icraçıların  fəaliyyətində  geniş  diapozonda  seçim  sərbəst-

liyinə  malik  olmaları);  yönəldici  normaların  çoxluğu  (bu  və  ya  başqa  normanın, 

xüsusilə  qayda  və  müddətlərin  müəyyənləşdirilməsinin  digər  qanunvericilik 

aktlarının öhdəsinə buraxılması); koolliziyalı (ziddiyyətli) normaların tətbiqi (eyni 

halda,  müxtəlif  mahiyyətli  normaların  istifadə  olunması),  mahiyyət  etibarı  ilə, 

digər  fəsadlarla  yanaşı,  müxtəlif  idarəetmə  səviyyələrində  ayrı–ayrı  iqtisadi 

proseslər haqqında asimmetrik informasiyaların yaranmasına səbəb olur. 

Azərbaycan  Respublikasında  isə  yuxarıda  qeyd  olunanlarla  yanaşı,  iqtisadi 

qanunvericilik  aktlarını  xarakterizə  edən  ən  mühüm  cəhətlərdən  biri,  belə  demək 

mümkünsə,  iqtisadiyyatımızın  tranzitivliyinin  yaratdığı  şəraitdir.  Ümumiyyətlə, 

iqtisadiyyatın keçid xarakteri, son dövrlərdə bir çox hallarda “əsas günahkar” kimi 

qəbul  edilərək,  iqtisadi  idarəetmədə  məqsədli  və  ya  “dərk  edilmədən”  buraxılan 

səhvlərin  bəraətləndirici  qalxanına  çevrilmişdir.  Tranzitivlik  xüsusiyyətinin 

təsirlərinə  iqtisadi  idarəetmənin  və  təsərrüfatçılıq  mexanizminin,  demək  olar  ki, 

ə

ksər  həlqələrində  rast  gəlinir  və  qeyd  etmək  lazımdır  ki,  bir  sıra  hallarda  belə 



xüsusiyyətlər  özlüyündə  obyektiv  xarakter  daşıyır.  Məsələn,  iqtisadiyyatın 

sektorial  strukturunun  təkamülünün  dinamikliyi,  iqtisadiyyatın  sahə  quruluşunun 

dayanıqlılığının zəifliyi, iqtisadi fəaliyyət sahələrində mənfəətliliyin dəyişməsinin 

və ona müvafiq olaraq vəsaitlərin və digər iqtisadi resursların sahələrarası axınının 

sürətlənməsi və s. kimi meyilləri dinamik dəyişmələrin yaratdığı obyektiv meyillər 

hesab  etmək  mümkündür.  Lakin  beynəlxalq  və  milli  təcrübə  göstərir  ki,  tranzi-

tivliyin yaratdığı şərait qanunvericilikdə və təsərrüfatçılıq fəaliyyətində arzuolunan 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə