Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

79 
 
təqribən Rusiyadan 30 dəfə az, Ermənistandan isə 7 dəfə çoxdur. 2012-ci ildə yenə 
ÜDM  həcminə  görə  Rusiyadan  təqribən  30  dəfə  geri  qalmış  Azərbaycanda  ÜDM 
həcmi Ermənistandan 7 dəfə çox olmuşdur.  
Dünya Bankı məlumatlarına görə 2013-cü il üçün ÜDM həcmi görə 16.8 trilyon 
dollara çatan ABŞ I yer tutmuşdur. Müvafiq olaraq 9.2 trilyon dollarlıq ÜDM həcmi 
görə Çin 2-ci, Yaponiya 4.9 trilyon dollarla 3-cü, Almaniya isə 3.6 trilyon dollarla 4-
cü 
sırada 
olmuşdur. 
ÜDM 
həcmi 
2.1 
trilyon 
dollar 
olan 
ş
imal 
qonşumuz Rusiya siyahıda  8-ci  yerdədir.  Maraqlı  məqam  ondan  ibarətdir 
ki, Braziliya ÜDM-in  həcminə  görə  (2.2  trilyon  dollar)  siyahıda  Rusiyadan  önə 
keçərək 7-ci pillədə yer almışdı 
Öz növbəsində Rusiya keçmiş SSR  respublikaları arasında bu göstəricilərə görə 
böyük  fərqlə  liderdir.  Rusiyadan    224.4  milyard  dollarla Qazaxıstan geri  qalmışdır. 
Bütövlükdə  isə  2013-ci  il  üzrə  Qazaxıstan  dünya  ölkələri  arasında  45-ci  olmuş  və 
göstəriciləri baxımından orta səviyyəli ölkələri qabaqlamışdır. ÜDM-in həcminə görə 
Qazaxıstandan Ukrayna  177.4  milyard  dollar  geri  qalır.  Rusiyanın  göstəricilərindən 
təxminən  30  dəfə  geri  qalan Azərbaycan 73.6  milyard  dollarla  postsovet  məkanı 
ölkələri arasında 4-cü, ümumi siyahıda isə 67-ci sırada olmuşdur. 
Ermənistan keçmiş  sovet  respublikaları  arasında  ən  aşağı  göstəriciyə  malikdir 
(10.4 milyard dollar) və ÜDM həcminə görə dünyada 135-ci yerdədir. Bu baxımdan 
Azərbaycan  və  Ermənistan  ÜDM-ini  müqayisə  etsək,  Azərbaycanın  Ermənistanı  7 
dəfə qabaqladığının şahidi olarıq. Ermənistan və Gürcüstanın birlikdə olan ÜDM-nin 
həcmi  Azərbaycanın  özünün  ÜDM-nin  35%-i  həcmindədir.  Türkiyə  17-ci  yerdə 
qərarlaşmışdır.  Bu  ölkədə  ÜDM-in  həcmi  820.2  milyard  dollardır.  Digər  qonşumuz 
ran  slam  Respublikası  32-ci  sırada  olmuşdur  –  368.9  milyard  dollar,    Tuvalu  isə 
38.1 milyon ÜDM həcmi ilə axırıncı sırada yer almışdır.  
ÜDM-in dünya üzrə həcmi 2013-cü ildə 74.9 trilyon dollar olub. Bu, 2012-ci illə 
müqayisədə  təqribən 2  trilyon  dollar  artım  deməkdir.  Ümumilikdə  ÜDM  göstəricisi 
ölkə  iqtisadiyyatlarının  durumunu  göstərən  iqtisadi  indekslərdən  biridir.  Hər  ölkədə 
adambaşına  düşən  ÜDM  (AQP)  həmin  ölkədə  yaşayan  əhalinin  həyat  səviyyəsinin 


80 
 
ə
sas  göstəricilərindən  sayılır.  Azərbaycanda  adambaşına  düşən  ÜDM  2010-cu  ildə 
5,842.8  ABŞ  dolları,  2011-ci  ildə  7,189.7  ABŞ  dolları,  2012-ci  ildə  7,393.8  ABŞ 
dolları,  7,811.8  ABŞ  dolları,  2013-cü  ildə  isə 8  min  dollara  yaxın olmuşdur  (7  min 
912 ABŞ dolları). 
Aşağıdakı cədvəldə 1995-2014 illər ərzində ÜDM həcmi, ÜDM-in əvvəlki ilin 
eyni dövrünə nisbətən artım sürəti, adambaşına düşən ÜDM-in həcmi verilmişdir. 
 
Göstərici 
1995  2000 
2005 
2011 
2012 
2013 
2014 
ÜDM (mln.AZN) 
2133.8  4718.1 
12522.5  52082.0  54743.7 
58182.0 
58977.8 
ÜDM-in əvvəlki ilə 
nisbətən artım 
sürəti,% 
88.2 
111.1 
126.4 
100.1 
102.2 
105.8 
102.8 
ÜDM-in real artım 
tempi, % 
   _ 
11,1 
26,4 
0,1 
2,2 
5.8 
2,8 
Adambaşına düşə
ÜDM həcmi (AZN) 
280.8 
589.8 
1490.7 
5723.3 
5950.4 
6207.3 
6264.1 
 
               
                     Cədvəl www.stat.gov.az internet saytının statistik  
              məlumatlarına əsasən müəllif tərəfindən tərtib olunmuşdur. 
 
Cədvəldən göründüyü kimi ÜDM-in həcmi, adambaşına düşən həcmi artmışdır. 
Göstərilmiş illər ərzində ÜDM-in əvvəlki ilə nisbətən artım sürəti, real artım tempi ən 
az  2011  –ci  ildə  olmuşdur  (  0,1%).
 
ÜDM-in  real  artım  tempi  ən  yüksək  2006  və 
2007-ci illərdə olmuşdur (2006-cı ildə 34,5%; 2007-ci ildə 25%).  
Azərbaycanda  iqtisadi  artımın  bərpasının  ilk  illəri,  1995-cı  ilin  ikinci  yarısı  və 
1997-ci ilin əvvəllərindən etibarən, ÜDM-in artım sürəti ilə büdcə xərclərinin artım 
sürəti arasında asılılıq müşahidə olunmuşdur. Belə ki, 1997- 2004-cü illər, ÜDM-in 
zəif  artım  sürəti  şəraitində,  dövlət  büdcəsi  xərclərinin  ÜDM-də  payı,  orta  hesabla 
16,7%;  2006-2012-ci  illər,  ÜDM-in  artımının  sürətləndiyi  illərdə  isə  -  27,4%  təşkil 
etmişdir 
2013  və  2014-ci  illər  üzrə  iqtisadi  artım  göstəricilərini,  iqtisadiyyatın  inkişaf 
dinamikasını təhlil edək. 
 


81 
 
 
MƏNBƏ: Azərbaycan Respublikasının  qtisadiyyat Və Sənaye Nazirliyi.   
                                          economy.gov.az 
 
2013-cü ildə ÜDM-in real artım tempi 5.8% təşkil etmiş və cari qiymətlərlə 58,2 
milyard  manat  olmuşdur.  Adambaşına  düşən  ÜDM-in  həcmi  6207.3  manat  təşkil 
etmişdir. 
Neft-qaz  sektoru  üzrə  2013-cü  ildə  2012-ci  ilə  nisbətən  1.0%  artım  qeydə 
alınmışdır.  Bu  sektorun  ÜDM-də  xüsusi  çəkisi  43.4%  təşkil  etmişdir.  2013-cü  ildə 
qeyri-neft sahələrinin inkişaf dinamikası ümumilikdə bu sahənin real ifadədə 10.0% 
(2012-ci ildə: 9.7%) artması ilə nəticələnmişdir. Belə ki, 2012-ci ilə nisbətən 2013-cü 
ildə rabitə sahəsi 10.7%, nəqliyyat sahəsi 6.3%, tikinti sahəsi 23.0%, kənd təsərrüfatı 
4.9%,  ticarət  sahəsi  isə  9.9%  artmışdır.  2013-cü  ildə  ölkədə  iqtisadiyyatın və  sosial 
sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 17872.1 mln. manat və ya ötən 
ilin  müvafiq  dövrü  ilə  müqayisədə  15.1%  çox  əsas  kapitala  investisiya 
yönəldilmişdir.  Əsas  kapitala  qoyulmuş  vəsaitin  76.7%-ni  daxili  investisiyalar, 
23.3%-ni  isə  xarici  investisiyalar  təşkil  etmişdir.  2013-cü  ildə  əsas  kapitala 
yönəldilmiş  ümumi  investisiyaların  13047.3  milyon  manatı  (73.0%-i)  qeyri-neft 
bölməsinin, 4824.8 milyon manatı (27.0%-i) isə neft bölməsinin inkişafında istifadə 
edilmişdir.  2013-cü  ilin  1  dekabr  tarixinə  iqtisadiyyata  banklar  tərəfindən  kredit 
qoyuluşlarının  həcmi  keçən  ilin  müvafiq  dövrü  ilə  müqayisədə  30.0%  artaraq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə