1
31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür
Dünyanı sarsıdan faciələr
Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanından sonra hər il
31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir.
Azərbaycanlılara qarşı soyqırım siyasəti erməni şovinistləri tərəfindən 100 illər boyu planlı
surətdə həyata keçirilmişdir. Bu siyasətin mahiyyəti azərbaycanlıları öz doğma torpaqlarından
sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə bu ərazilərdə mifik “Böyük
Ermənistan” dövləti yaratmaq idi. Azərbaycanın tarixi ərazilərinə sonradan köçürülmüş və çar
Rusiyasının “parçala, hökmranlıq et” siyasətinə uyğun olaraq məskunlaşdırılmış ermənilər
müəyyən müddət keçdikdən sonra Azərbaycan torpaqlarını ələ keçirmək istiqamətində fəaliyyətə
başladılar. Bu proses məhz Rusiya imperiyasının fəal dəstəyi ilə həyata keçirilirdi.
1813-cü il Gülüstan, 1828-ci il Türkmənçay müqavilələrinin imzalanması Azərbaycan
torpaqlarının bölünməsi və xalqımızın parçalanmasının əsasını qoydu. Bununla da milli faciəmiz
- torpaqlarımızın hiyləgərliklə zəbt edilməsi, ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi
başlandı. 1828-1896-cı illərdə İrandan və Türkiyədən Azərbaycana 1 milyon 200 min erməni
köçürüldü. Bunun 985 min nəfərdən çoxu Azərbaycanın qərb bölgəsində, qalanları isə Qarabağ
və Gəncə quberniyalarında yerləşdirildi. Onlar həmin ərazilərdə özlərinə yer etdikdən sonra
azərbaycanlıları sıxışdırıb çıxarmış, qarətlər,talanlar törətmiş, yerli azəri türklərini xüsusi
amansızlıqla məhv etmişlər.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşan ermənilər
himayədarlarının sayəsində tezliklə erməni vilayəti adlandırılan inzibati bölgənin yaradılmasına
nail oldular.Belə bir süni ərazi bölgüsü ilə azərbaycanlıların doğma torpaqlarından qovulması və
qətlə yetirilməsi siyasətinin bünövrəsi qoyuldu. 1829-cu ilin məlumatına görə, təkcə İrəvan
şəhərində əhalinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Rusiya imperiyasında ilk dəfə keçirilən
əhalinin siyahıya alınmasına görə, 1897-ci ildə Qərbi Azərbaycanda - İrəvan quberniyasında
313178 azərbaycanlı yaşayırdı. Lakin sonralar bu rəqəmlər tamamilə dəyişdirildi. Gəlmə bir
etnosun bizim ərazimizdə dövlət yaratmasına bəraət qazandırmaq məqsədilə Azərbaycanın və
ümumən Qafqazın tarixinin saxtalaşdırılmasına rəvac verildi. Erməni qəsbkarları ”Böyük
Ermənistan” yaratmaq eşqi ilə 1905-1907-cı illərdə azərbaycanlılara qarşı kütləvi soyqırım
aktları həyata keçirməyə başladılar. Bu illər ərzində ermənilər Bakıda,Tiflisdə, İrəvanda,
Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda və başqa bölgələrdə kütləvi şəkildə
azərbaycanlıları qətlə yetirmiş, dəhşətli cinayətlər törətmişdilər. Bu illərin məlumatlarına görə,
500-ə qədər cinayət hadisəsi qeydə alınmışdır. Ermənilər Zəngəzur, Şuşa, Cavanşir və Cəbrayıl
ərazilərində 75 Azərbaycan kəndi, İrəvan və Gəncə quberniyalarında isə 200-dən artıq yaşayış
məntəqəsini tamanilə dağıtmışdılar. Bu qanlı hadisələri ciddi faktlar əsasında həmin dövrdə
yaşayıb-yaratmış və hadisələrin canlı şahidləri olmuş ziyalılarımız, xüsusilə, M.S.Ordubadi
(“Qanlı sənələr”), M.M.Nəvvab (“1905-1906-cı illərdə erməni-müsəlman davası”) öz
kitablarında qələmə almışlar. Lakin bu kitablar sovet dövründə arxivlərdə gizli saxlanılaraq
xalqa çatdırılmamışdır.
Araşdırmalar göstərir ki, bütün bu illər ərzində ədavəti qızışdıran və təşkil edən başlıca
qüvvə kilsə və onun ətrafında toplanmış erməni “ziyalıları” olmuşdur.İki millət arasında davam
edən ixtişaş və qırğınlar zamanı kilsənin fəaliyyətini dərindən öyrənmiş rus diplomatı, general
Mayevski öz qeydlərində yazır: “Erməni din xadimlərinin fəaliyyəti Allah kəlamını
çatdırmaqdan çox müsəlmanlarla xristianlar arasında nifaqı qızışdırmaqdan ibarətdir”. Vaxtilə
Eçmiədzinə səfər etdikdən və onun fəaliyyəti ilə yaxından tanış olduqdan sonra fransız alimi
Baron De-Baq yazmışdı: “Bu kilsə bir müddət saxta pul düzəldənlərin yuvası olmuşdur. Bu
monastır məndə dini mərkəzdən çox siyasi mərkəz təəssüratı yaratdı”.
2
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən qəddar soyqırım aktı 1918-ci ildə baş
vermişdir. Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr
çevrilişindən məharətlə istifadə edən ermənilər öz çirkin məqsədlərini bu dəfə bolşevik bayrağı
altında reallaşdırmağa nail oldular.
Bolşeviklər 1917-ci il dekabrın 31-də Bakı Sovetinin iclasında hakimiyyəti öz əllərinə
aldıqları barədə qətnamə qəbul edib, noyabrın 2-də Bakı Sovetinin konfransını çağırıb Bakıda
Sovet hakimiyyətini elan etdilər.S.Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi və
Cənubi Qafqazın fövqəladə komissarı təyin edildi. Qafqaz ordusunun Tiflisdə çağırılan II Diyar
qurultayında milliyyətcə erməni olan Korqanovun başçılığı ilə yaradılmış Hərbi İnqilab Komitəsi
Bakıya gəldi. Ərzincan barışığı əsasında yaxın Şərq və Qafqaz cəbhələrindən dönən 6 min rus və
8 min erməni əsgəri də Bakıya toplaşdı. Ümumiyyətlə, həmin vaxtlarda bolşevik-daşnak
qrupunun kök saldığı Bakı Sovetinin ixtiyarında - əksəriyyəti ermənilərdən təşkil olunmuş 20
minlik Qırmızı Ordu vardı. Yanvar ayında Müsəlman Korpusunun komandanı general
Talışinskinin Bakıda həbs edilməsi şəhərin azərbaycanlı əhalisinin ciddi narazılığına səbəb
olmuşdu. Erməni daşnaklarının şəhərin müsəlman əhalisi ilə bolşıveklər arasında silahlı
toqquşmasını törətmək planları o vaxt baş tutmamışdı. Azərbaycanın siyasi xadimləri və
ziyalılarının səyi ilə bu toqquşmanın qarşısı alınmışdı.
Mart ayının 15-də Şaumyan Bakı Sovetinin iclasında “Bakı Soveti Cənubi Qafqazda
vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” -deyərək əslində azərbaycanlıların
soyqırımına göstəriş verdi. Milli qırğını başlamaq üçün bəhanə isə martın 24-də şəxsi heyəti
müsəlmanlardan ibarət “Evelina” gəmisinin tərksilah edilməsi oldu. Azərbaycanlılar yaşayan
məhəllələrdə əhali buna qarşı ciddi etiraz edərək, müsadirə edilən silahların geri qaytarılmasını
tələb etdi. Alınmış silahların qaytarılması barədə razılığa nail olunsa da, bolşevik-daşnak
hökuməti öz vədlərinə əməl etmədi.Martın 30-da qırğının həyata keçirilməsinə rəhbərlik etmək
üçün Bakı Soveti yanında İnqilabı Müdafiə Komitəsi yaradıldı.
1918-ci il mart ayının 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar
yaşayan məhəllələrə hücuma keçdilər. Aldadılmış matroslar hərbi gəmilərdən və təyyarələrdən
müsəlman məhəllələrini bombalamağa başladılar. Qeyri-bərabər döyüşdə müsəlmanların
müqaviməti dayandırmalarına baxmayaraq, erməni millətçiləri dinc Azərbaycan əhalisinə divan
tutur, onları qılıncdan keçirirdilər. Müsəlmanların soyqırımı aprelin 2-si gecəyədək davam etdi.
Bolşevik-daşnak birləşmələri həmin günlərdə “Kaspi” mətbəəsini, “Açıq söz” qəzetinin
redaksiyasını, ”İsmailiyyə” binasını yandırmış, “Təzə pir” məscidinin minarələrini top atəşləri ilə
dağıtmışdılar. Bu soyqırım nəticəsində Bakıda 15 mindən, bölgələrdə 38 mindən artıq
azərbaycanlı qətlə yetirildi.
Bolşevik-daşnak birləşmələri Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da
soyqırım aktlarını törətmişdilər. S.Lalayans və T.Əmiryanın daşnak dəstələri aprelin 3-16-da
Şamaxı əhalisinə qanlı divan tutdular. Evlərindan çıxan adamlar cənubdan ermənilər, şimal-şərq
səmtdən isə rus-malakan birləşmələrinin mühasirəsinə düşdülər. Əvvəlcədən müdafiəyə
hazırlaşmayan soydaşlarımız demək olar ki, heç bir müqavimət göstərə bilmədilər. Adamları
evlərdə və küçələrdə ağlagəlməz zülm və işgəncələrlə qətlə yetirirdilər. Qiymətli əmlakın hamısı
qarət edilirdi. Nəticədə Şamaxıda 8 mindən artıq dinc azərbaycanlı əhali öldürüldü, 72 kənd isə
dağıdıldı və yandırıldı. Azərbaycanın müxtəlif bölgələrindən köməyə gələn döyüşçülər və
Türkiyədən gələn general Nuru Paşanın ordusu erməni zorakılığına son qoysa da, Şamaxı,
demək olar ki, tamamilə dağıdıldı.
1918-ci il mayın 1-də daşnak Hamazapsın rəhbərliyi ilə ermənilərdən ibarət silahlı dəstə
Quba şəhərinə soxuldu. Hər cür qəddarlıq edən ermənilər Kərbəlayı Məmmədtağı adlı şəxsi 14
nəfər ailə üzvü ilə, Məhəmməd Rəsul oğlunu 5 nəfər ailə üzvü ilə vəhşicəsinə qətlə yetirdilər.
Quldurlar Quba şəhərində 105 evi yandırmış, qəzanın 162 kəndini tamamilə dağıtmışdılar.
Azğınlaşmış Hamazaps təkcə Qubadan 4 milyon nağd pul, 4,5 milyon manatlıq brilliant daş-qaş,
3
2 pud qızıl, 25 milyon manatlıq qab-qacaq aparmışdı. Qəzanın mərkəzində və kəndlədə, eləcə də
Şabran elindən erməni faşistləri tərəfindən 16 min insan qətlə yetirildi.
Soyqırım günlərində ermənilər dəmiryolu boyunca məntəqələri, o cümlədən Dəvəçi,
Xaçmaz, Xudat qəsəbələrinə və onlara yaxın kəndlərə hücum edərək evləri talayıb aparmış,
yandırmış, yüzlərlə insanı qətlə yetirmişlər.
Birinci müstəqilliyimiz dövründə hökumətin 15 iyul 1918-ci il və 31 avqust 1918-ci il
qərarı ilə yaradılmış Fövqəladə İstintaq Komissiyası Azərbaycan ərazisinin müxtəlif bölgələrini
dağıdan, dinc müsəlman əhalisinin həyatına və əmlakına qarşı vəhşilik edən quldur dəstələrin
törətdiyi cinayətləri, vəhşilikləri və vurulmuş zərərin qədərini müəyyənləşdirməli idi. Təəssüf ki,
komissiya üzvlərinin ciddi və gərgin axtarışları sovet Rusiyası hökumətinin 1920-ci il fevralın 2-
də verdiyi amnistiya haqqında qanuna əsasən dayandırıldı.Nəticədə komissiyanın topladığı
çoxcildli materiallar nəinki xalqa çatdırılmadı, hətta sovet dövründə illərlə arxiv dustağına
çevrildi.
Ermənistanın 1988-ci ilin fevralından Qarabağı da mənimsəmək iştahı ilə başladığı
işğalçılıq siyasəti nəticəsində Azərbaycana küllü miqdarda maddi və mənəvi ziyan vurmuş,
kütləvi soyqırım aktları və terrorçuluq əməlləri törədilmişdir. 1992-ci il fevralın 25-dən 26-a
keçən gecə erməni gavurları rusların 366-cı motoatıcı polkunun köməkliyi ilə XX əsrin ən böyük
faciələrdən birini Xocalı soyqırımını törətdilər. Bu günün özündə də Ermənistan heç bir real
arqumentə istinad etmədən Azərbaycan ərazilərinin beşdə birini işğal altında saxlamaqda davam
edir.
Xalqımızın başına gətirilən bu faciələr, çox təəssüf ki, uzun illər özünün hüquqi-siyasi
qiymətini almamışdır. Yalnız ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
qayıdışından sonra - 1993-cü ildən başlayaraq millətimizə qarşı törədilən soyqırımlar obyektiv
şəkildə araşdırılmış, tarixi həqiqətlərin üzə çıxarılması və dünya ictimaiyyətinə çatdırılması üçün
son dərəcə əhəmiyyətli işlər görülmüşdür.
Bu hamımızı milli birliyə, gələcəyimiz naminə keçmişimizi unutmamağa çağırır.
Ramiz Vahabov,
Dəvəçi RİH başçısının təhsil,
səhiyyə və mədəniyyət məsələləri üzrə müavini
Mədəniyyət.- 2009.- 1 aprel.- S. 3.
Dostları ilə paylaş: |