Microsoft Word H. Eliyev 21 cild haz?r doc



Yüklə 2,7 Mb.
Pdf görüntüsü
səhifə136/140
tarix21.06.2018
ölçüsü2,7 Mb.
#50297
1   ...   132   133   134   135   136   137   138   139   140

__________________________________________ 

454


186. İlham Əliyev, İlham Heydər oğlu (d.l961) - görkəmli ictimai-siyasi 

və dövlət xadimi, diplomat. 2003-cü ildən Azərbaycan Respubükasının 

prezidenti. Prezident Heydər  Əliyevin oğludur. 1994-cü ildən Azərbaycan 

Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, 1997-ci ildən birinci 

vitse-prezidenti. Azərbaycan Respublikasının neft strategiyasının həyata 

keçirilməsində mühüm xidmətləri vardır. 

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri olmuşdur. Siyasi və 

dövlət xadimi kimi İlham Əliyev beynəlxalq aləmdə böyük hörmət və nüfuz 

qazanmış, bir neçə ölkənin yüksək mükafatlarına layiq görülmüşdür. 

Azərbaycan idmançılarının beynəlxalq yarışlarda uğurlar  əldə etməsində 

də AMOK-un prezidenti kimi İlham  Əliyevin böyük xidmətləri var. Onun 

şəxsi təşəbbüsü ilə Bakıda, Naxçıvanda, Gəncədə,  Şəkidə  və respublikanın 

digər rayonlarında dünya standartlarına cavab verən böyük olimpiya 

kompleksləri tikilib istifadəyə verilmiş, güclü maddi-texniki baza 

yaradılmışdır. 

İlham  Əliyevin doğma Azərbaycanımızın inkişafında böyük xidmətləri 

var. Onun dövründə ölkə iqtisadiyyatı, qeyri neft sektoru sürətlə inkişaf 

etmiş, eyni zamanda ölkəyə qoyulan xarici investisiyalar xeyli artmışdır. 

İlham  Əliyev tərəfindən irəli sürülmüş «Regionların inkişafı haqqında 

dövlət proqramını»  əsasən respublikanın  şəhər və rayonlarında onlarla 

sənaye müəssisəsi açılmış, yüz minlərlə iş yerləri yaradılmış və geniş abadlıq 

işləri görülür. Məhz bunun nəticəsidir ki, Gəncədə maşınqayırma zavodu, 

Sumqayıtda alüminium zavodu yenidən təmir edilib istifadəyə verilmiş, 

minlərlə yeni iş yeri açılmış və insanlar işlə təmin edilmişlər. 

Ölkədə demokratik islahatlar aparılmasında, hüquqi dövlət 

quruculuğunda, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 

möhkəmlənməsində  uğurlu xidmətlər göstərən  İlham  Əliyev Yeni 

Azərbaycan Partiyasının I qurultayında partiya sədrinin müavini, II 

qurultayında sədrin birinci müavini vəzifəsinə seçilmişdir. 2005-ci ilin 

martından isə Yeni Azərbaycan Partiyasının sədridir. 1995-ci ildən 

Azərbaycan Respublikası Milli Məclisinin (1-2-ci çağırış) deputatı, Avropa 

Şurası Parlament Assambleyasında Azərbaycan Parlamenti daimi nümayəndə 

heyətinin başçısı olmuşdur. Azərbaycan haqqında, xüsusilə Ermənistanın 

ölkəmizə  hərbi təcavüzü və onun nəticələri, erməni terrorizmi haqqında 

həqiqətlərin ən mötəbər beynəlxalq təşkilatlar vasitəsilə dünya ictimaiyyətinə 

çatdırılmasında müstəsna xidmətləri var. «Heydər  Əliyev» və Fransanın 

«Fəxri legionun böyük xaç komandoru» ordenləri ilə  təltif olunmuşdur. - 

329,330,331,412. 

  

 



__________________________________________ 

455


187.  Ələkram Hümbətov,  Ələkram  Ələkbər oğlu- 1993-cü ildə 

Azərbaycan Respublikasını parçalamaq məqsədilə qanunsuz hərbi 

qruplaşmaya rəhbərük etmiş, qondarma «Talış-Muğan Respubükasının 

yaratmaq cəhdi göstərmişdir. - 333. 



 

188. Konstantinos Stefanopulos (1926) - 1977-80-ci illərdə Nazirlər 

Kabinetində Baş nazir olmuşdur, 1995-ci ildə Yunanıstanın prezidenti 

seçilmişdir. -339. 

 

189. Baltik ölkələri - bura Latviya, Litva və Estoniya aiddir. 

 

190. Dağıstan, D a ğ  ı s t a n Respublikası - Rusiya Federasiyasının 

tərkibində. Sahəsi 50,3 km

2

, əhalisi 2094,6 min nəfərdir. 



Paytaxtı Mahaçqala şəhəridir. Dağıstan  ərazisi bizim eradan əvvəl 1-ci 

minnilliyin axırlarına qədər Qafqaz Albaniyası tərkibində olmuşdur. 

1813-cü ildə Gülüstan müqaviləsinə  əsasən çar Rusiyasına 

birləşdirilmişdir.-359,385,386, 387. 

 

191. Yalta - Ukraynada kurort-şəhər, Qara dəniz sahilində liman. 351-

359,361,362,363,364,368,382,398. 

 

192. Qara dəniz hövzəsi ölkələri - 1992-ci ildə İstanbul zirvə görüşündə 

yaradılmışdır. Buraya Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, 

Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Xorvatiya, Türkiyə, 

Ukrayna və Yunanıstan daxildir. Bu təşkilat ancaq iqtisadi əməkdaşlıq 

maraqları  əsasında qurulmuş  təşkilatdır.  İqamətgahı  İstanbuldadır. -355-

357,363. 

 

193. Yalta konfransı, Krım konfransı (1945) - İkinci dünya 

müharibəsində üç müttəfiq dövlət başçısının - İ.V.Stalin (SSRİ), F.D.Ruzvelt 

(ABŞ) və U.Çorçılin (Böyük Britaniya) görüşü. Yalta konfransında faşist 

Almaniyasının tamamilə  məğlub edilməsi ilə müttəfiqlərin hərbi planları 

razılaşdırılmışdı. Konfransın qərarına görə Almaniyanın silahlı müqaviməti 

qırıldıqdan sonra müttəfiq dövlətlərin ordularının hərəsi onun 

  

 

 



  


__________________________________________ 

456


ərazisində (həmçinin Fransanın) müəyyən zonanı tutmalı idi. Yalta konfransı 

BMT-ni yaratmaq və müharibədən sonra sülhün təminatı haqqında qərar 

qəbul etdi. - 357,358,364,368. 

 

194. Vəfa Quluzadə, Vəfa Mirzəağaoğlu (d. 1940) - fövqəladə  və 

səlahiyyətli səfir. 1975-ci ildən  Azərbaycan KP MK-da mədəniyyət 

şöbəsinin müdiri vəzifəsində  işləmişdir. 1990-cı illərdə Azərbaycan 

Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə dövlət müşaviri 

olmuşdur. - 361. 

 

195.  Şevardnadze Eduard Amvrosiyeviç (d. 1928) - Gürcüstanın və 

SSRİ-nin siyasi və dövlət xadimi. 1972-85-ci illərdə Gürcüstan KP MK-nın 

birinci katibi, 1985-90-cı illərdə SSRİ xarici işlər naziri, 1994-2003-cü illərdə 

Gürcüstanın prezidenti olmuşdur. Azərbaycan Respublikasının «İstiqlal» 

ordeni ilə təltif olunmuşdur. - 362,363,370,376,382, 404,410. 

 

196. 



Görçill Uinston Leonard Spenser (1874-1965) - Böyük 

Britaniyanın görkəmli dövlət, siyasi və  hərbi xadimi, 1940-45, 1951-55-ci 

illərdə Böyük Britaniyanın Baş naziri. Çörçill 2-ci dünya müharibəsi zamanı 

Britaniya xalqının «mətanət» rəmzi, ABŞ və SSRİ ilə antihitler koalisiyasının 

təşəbbüsçülərindən biri olmuşdur. 

Görçill bir sıra publisistik əsərlərin və memuarların müəllifidir. Nobel 

mükafatı laureatıdır. - 363. 

 

197. Ruzvelt Franklin Delano (1882-1945) -ABŞ-in görkəmli siyasi və 

dövlət xadimi. 1932-1944-cü illərdə 4 dəfə ABŞ prezidenti seçilmişdir. 

Ruzvelt 2-ci dünya müharibəsi zamanı  İngiltərə  və SSRİ ilə antihitler 

koalisiyasının yaranmasının təşəbbüsçülərindən biri olmuşdur. - 363. 

 

198. Transxəzər layihəsi - Xəzər dənizi vasitəsilə Azərbaycandan 

Gürcüstana və Türkiyəyə Orta Asiya qazını  nəql edəcəkdir. Türkiyədən isə 

Avropa bazarlarına çatdırılacaqdır. - 373. 

  

 



Yüklə 2,7 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə