Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə12/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   8   9   10   11   12   13   14   15   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
33 
uzun dönəmdə nominal valyuta məzənnəsi milli qiymət səviyyəsi ilə 
eyni  yöndə  artarkən,  qısa  dönəmdə  bu  əlaqə  bəzən  pozularaq  real 
valyuta  məzənnəsi  uzun  dönəm  meylindən  çıxmalar  göstərə  bilər. 
Uzun  dönəm  tarazlığından  çıxmaların  səbəbi,  qısa  vədədə  varlıq 
bazarı  qiymətlərinin  bir  xüsusiyyəti  ikən,  uzun  vədədə  ticarət  nata-
razlığı  ortadan  qaldırıcı  siyasətlər  və  ya  ticarət  şərtlərindəki  orta 
vədədə  ortaya  çıxan  dəyişikliklərdir.  Bu  təsirlər  səbəbiylə  bir  ölkə 
pulunun dəyərində ortaya çıxan hərəkətin keçici, yoxsa mütəmadimi 
olduğunu  əvvəlcədən  (ex-ante)  məyyən  etmək  olduqca  çətindir. 
Ancaq,  müxtəlif  araşdırmalardan  əldə  edilən  dəlillərin  göstərdikləri 
ortaq nəticələrdən biri də, qısa dönəm məzənnə hərəkətlərinin ticarət 
natarazlığı  üzərindəki  birbaşa  təsirinin  nisbi  olaraq  daha  kiçik 
olduğudur.
73
 
 
Valyuta məzənnəsi rejimlərinin ortaya çıxardığı beynəlxalq pul 
sistemi günümüzə qədər fərqli fazalardan keçərək inkişaf etməkdədir. 
1914  öncəsi  dönəmdə  klassik  qızıl  standartı  hakim  olduğundan 
məzənnə  istiqrarı  önəmli  ölçüdə  təmin  etmişdir.  Ancaq,  I  Dünya 
Müharibəsinin  gətirdiyi  iqtisadi  problemlər,  bu  istiqrarı  pozaraq 
müharibə  müddətində  məzənnə  istiqrarsızlıqlarına  və  pul  nəzarətinə 
səbəb olmuş, sərbəst məzənnəyə keçid cəhdləri müvəffəqiyyətsizliklə 
nəticələnmişdir. 1930-cu illərdə tək tərəfli devalvasiyalar və nəzarətli 
elastik məzənnə tətbiqatları həyata keçirilmişdir. II Dünya Müharibəsi 
ilə  iqtisadiyyatları  əmməlli-başlı  pozulan  dünya  ölkələri  tərəfindən 
beynəlxalq ticarəti sərbəstləşdirəcək və mali axınları qaydaya salacaq 
bir sistem ehtiyacı ilə Bretton Woods Sitemi qurulmuşdur. ABŞ dol-
ları  vasitəsiylə  dolayı  olaraq  qızıla  bağlı  olan  Bretton  Woods  Siste-
minin  1970-ci  illərdə  tərk  edilməsi  ilə  də  beynəlxalq  monetar 
istiqrarsızlıq yenidən ortaya çıxmışdır.
74
 
 
Bretton  Woods  Sistemi  sonrasında  valyuta  məzənnəsi  rejim-
ləri  fərqli  yönlərdə  inkişaf  etmişdir.  Bir  tərəfdən,  inkişaf  etməkdə 
olan  ölkələrin  güclü  ölkə  pullarına  və  ya  pul  səbətlərinə  sabit 
                                                 
73
  Joint Ministerial Statement, Third APEC Finance Ministers Meeting, March 17, 
1996, http://www.apecses.org.sg/virtualib/minismtg/mtgfin96.htm, 28 Mayıs 2001. 
74
  Tamim  Bayomi,  Barry  Eichengreen,  “Economic  Performance  Under  Alternative 
Exchange  Rate  Rejimes:  Some  Historical  Evidence”  The  International  Monetary 
System,  Edited  by  Peter  B.  Kenen,  Francesco  Papadio,  Fabrizio  Saccomanni, 
Cambridge University Press, 1994, p. 257. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
34 
kursdan bağlanmaları və bəzi inkişaf etmiş ölkələrin (xüsusilə Avro-
pada)  zonal  olaraq  valyuta  məzənnəsi  istiqrar  bloklarına  yönəlişləri 
reallaşarkən, digər tərəfdən də başlıca inkişaf etmiş ölkələr arasında 
olduqca elastik məzənnə rejimi oluşmuşdur. Ölkələrin fərqli məzən-
nə  rejimlərinə  bağlı  olmasında  başlıca  üç  faktorun  təsiri  olmuşdur. 
Bunlar; 
 
1- Xaricə  açıqlıq  dərəcəsi,  ticarət  risklərinə  açıq  olmaq  və 
nominal  maaş-qiymət  elastikliyi  kimi  iqtisadiyyatın  struktur  xarak-
teristikaları,  
 
2- Bəzi hallarda sabit kursdan sağlam,  konvertibl pula varma-da 
ən  uyğun  olan  pul  siyasətlərinə  etibarı  artırma  ehtiyacı  və  bunun 
üçün həyata keçiriləcək fəaliyyətlər,  
 
3- Valyuta  təəhhüdlərini  gücləndirəcək  olan  zonal  integrasiya 
əlaqələrinin  var  olması  və  bunun  üçün  həyata  keçirilməsi  vacib 
olanlar.  
 
Ölkələrin  seçdiyi  valyuta  məzənnəsi  elastikliyinin  az  və  ya 
çox  olması  bu  faktorlardan  asılı  olmaqla  yanaşı,  iqtisadi  əlaqələri 
müəyyənləşdirmə  gücü  yüksək  ölkələr  başda  olmaqla,  digər  ölkə 
fəaliyyətlərindən də təsirlənməkdədir.
75
  
 
Fərqli  valyuta  məzənnəsi  rejimlərinin  ortaya  çıxdığı  1973 
sonrası  dönəmin başlıca xarakteristik xüsusiyyətləri belədir; 
 
-  Sərmayə  nəzarətinin  faydalılığı  azaltması  səbəbiylə  sənayeləş-
miş ölkələr ümumi olaraq bu nəzarətləri qaldırmışlar. Đnkişaf etməkdə 
olan ölkələr də yavaş-yavaş bu nəzarətdən uzaqlaşmaqdadır. 
 
-  Beynəlxalq özəl sərmayə axını, önəmli cari əməliyyatlar hesabı 
kəsirlərini  maliyyələşdirməkdədir.  Ancaq,  bəzən  bu  sərmayə  axının-
dakı dəyişikliklər makroiqtisadi natarazlıqların bir səbəbi və ya ortaya 
çıxan  natarazlıqların  beynəlxalq  sistemə  yayıldığı  önəmli  bir  kanal 
olmaqdadır.  
                                                 
75
  Jacop A. Frenkel, Morris Goldstein, Paul R. Masson, Characteristics of a Succesful 
Exchange Rate System, Washington, IMF, 1991, p. 9. 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
35 
-  Đnkişaf etməkdə olan və keçid ərəfəsində yaşayan ölkələr  mal/ 
xidmət ticarəti və maliyyə əməliyyatları sayəsində getdikcə artan bir 
şəkildə dünya iqtisadiyyatı ilə inteqrasiyadadır.  
 
Bunun  kimi  müxtəlif  xüsusiyyətlərə  sahib  olan  günümüzün 
valyuta bazarı ilə əlaqədar Michael Mussa, Paul Masson, Alexander 
Swoboda,  Estaban  Jadresic,  Paolo  Mauro  və  Andrew  Berg  tərəfin-
dən  hazırlanan  IMF  araşdırmasına  (Occasional  Paper  series)  görə 
bütün  şərtlərdə  hər  ölkənin  ehtiyacını  ödəyəcək  ideal  bir  valyuta 
məzənnəsi  rejimi  yoxdur.  Üzv  ölkələr  öz  xüsusi  şərtlərinə  uyğun, 
ehtiyaclarını ən yaxşı şəkildə ödəyəcək olan məzənnə rejimini seçmə 
imkanına sahibdir.
76
 
 
6. Valyuta Məzənnələrindəki Dəyişmənin Milli Gəlirə 
Ümumi Təsirləri  
 
Valyuta bazarları günümüzün ən geniş və inkişaf etmiş olan ba-
zarlarıdır.  Bretton  Woods  Sistemi  sonrasında  beynəlxalq  sərmayə 
hərəkətlərinə gətirilən limitləmələrin qaldırılması və modern texnolo-
giya sahəsindəki yeniliklər; iş təlimatları və pul transfertlərinin kom-
püter  terminalları,  telefon  və  teleks  vasitəsi  ilə  çox  sürətli  şəkildə 
həyata keçməsinə, tərəflərın asanlıqla qarşı qarşıya gəlməsinə və bey-
nəlxalq iş məsrəflərinin olduqca azalmasına imkan vermişdir. Valyuta 
bazarındakı  fəaliyyətlərin  həcmi  telefon  və  networklar  sayəsində 
trilyonlarla  dollara  çatmaqdadır.  Valyuta  işləri  beynəlxalq  ticarət  və 
investisiya fəaliyyətləri ilə daha da inkişaf etməkdədir. Xüsusilə 1980-
cı  illərdən  sonra  mali  bazarlardakı  liberalizasiya  və  modernizasiya 
fəaliyyətləriylə sürətlənən mali beynəlxalqlaşma, portfel investisiyala-
rının çeşidlənməsi və inkişafında təsirli olmuşdur.
77
 
 
Valyuta bazarının bu qədər yüksək  həcmli  və  dinamik struk-
tura  sahib  olması  xüsusilə  elastik  məzənnələrin  tətbiqiylə  daha  da 
kompleks bir hala gəlməkdədir. Çünkü  valyuta  məzənnələri iqtisadi 
strukturda bir çox sektora təsir etməkdədir. Məzənnələrdəki dəyişik-
                                                 
76
  IMF  Staff,  Exchange  Rate  Rejimes  in  an  Increasingly  Integrated  World 
Economy,  June  2000,  http://www.imf.org/external/np/exr/ib/2000/062600.htm  28 
Haziran 2001. 
77
  Peter Isard, Exchange Rate Economics, Cambridge University Press, Great Britain, 
1995, pp. 15-16. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
36 
lik  öncəliklə  idxalat  ixracat  səviyyəsinə,  idxalat-ixracat  səviyyəsin-
dəki  dəyişiklik  də  ÜDM-a  və  qiymətlər  ümumi  səviyyəsinə  təsir 
etməkdədir. Yenə məzənnələr iqtisadiyyatdakı dəyişikliklərdən təsir-
lənərək  yeni  düzəlişlər  aparılmasına  səbəb  olmaqdadır.  Məzənnə-
lərin  elastik  olması  bir  çox  sektorda  qeyri  müəyyənliyi  və  ya 
dəyişikliyi bərabərində gərəktirməkdədir.
78
 
 
Məzənnənin  səbəb  olduğu  kompleks  təsir  səbəbiylə  dövlət 
tərəfindən  məzənnələrə  müdaxilə  edilməkdədir.  Dövlət  prinsip  ola-
raq;  ya  qısa  dönəmdə  ortaya  çıxan  məzənnələrdəki  hədsiz  dəyişik-
likləri ortadan qaldırmaq ya da iqtisadi şərtlər səbəbiylə məzənnələri 
uyğun  gördüyü  istiqamətdə  yönləndirmək  üçün  müdaxilə  etmək-
dədir.  Məzənnələrin  olduqca  istiqrarsız  olduğu  dönəmdə  dövlətin 
edə biləcəyi şey, məzənnələri istiqrara qovuşdurmaq üçün müdaxilə 
etməkdir.  Çünkü  məzənnələrdəki  istiqrarsızlıq,  xüsusilə  beynəlxalq 
fəaliyyətlərə iştirak riskini artıraraq ticarət həcminin artmasını əngəl-
ləməkdədir. Rəqabətin artdığı günümüz dünyasında ticarət həcminin 
daralması,  ölkəni  bu  rəqabətdə  geri  salacağından  dövlət  tərəfindən 
lazımi  tədbirlər  alınmaqdadır.  Məzənnələrdəki  hədsiz  dalğalanmanı 
ortadan  qaldıracaq  düzənlişlərlə  tarazlıq  yenidən  təmin  edilməyə 
çalışılmaqdadır.
79
 
 
Dövlətin  iqtisadi  tarazlığı  təmin  edici  yöndə  apardığı  bu 
müdaxilələr  dövlət  adından  MB  tərəfindən  həyata  keçirilməkdədir. 
Bazardakı təklif və təlabatla eyni zamanda MB-ın apardığı müdaxi-
lələr  xüsusilə  inkişaf  etməmiş  ölkələrdə  daha  çoxdur.  Hətta  bəzi 
ölkələrdə MB bazarın yerini alaraq tək valyuta alıcısı-satıcısı vəziy-
yətindədir. Bu cür müdaxilələrlə həyata keçirilən məzənnələrin bazar 
tarazlığının xaricində olduğu düşünüldüyündə bu müdaxilələrin artıq 
uzun müddətli olamayacağı anlaşılmaqdadır.
80
 
 
Tarazlıq valyuta məzənnəsinin ortaya çıxmasında rol oynayan 
faktorların  nələr  olduğu  və  məzənnələrin  dəyər  qazanıb-itirməsi  ilə 
                                                 
78
  Karl  E.  Case,  Ray  C.  Fair,  Principles  of  Economics,  Fifth  Edition,  New  Jersey, 
Prentice Hall International Inc., 1999, p. 851. 
79
  James F. Ragan, Lloyd B. Thomas, a.g.e., p. 531. 
80
  Michel  Debré,  ,  “Determination  of  Spot  Exchange  Rates”  Management  and 
Control  of  Foreign  Exchange  Risk,  Ed.  by  Laurent  L.  Jacque,  Second  Edition, 
Boston, Kluwer Academic Publishers, 1998, p. 26. 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə