Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə11/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   7   8   9   10   11   12   13   14   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
31 
Valyuta  məzənnəsinin  ortaya  çıxışı  yuxarıda  anlatıldığı  kimi 
sərbəst valyuta bazarında valyuta təklif və tələbi tərəfindən  müəyyən 
edilməkdədir.  Ancaq,  tətbiqatda  hər  ölkədə  sərbəst  valyuta  bazarı 
olmadığından  valyuta  məzənnəsinin  ortaya  çıxmasına  dövlət  tərəfin-
dən  müdaxilə  edilməkdədir.  Valyuta  məzənnəsinun  ortaya  çıxışında 
bu  müdaxilənin  ölçüsünə  görə  fərqli  xarakteristikalara  və  nəticələrə 
sahib üç cür valyuta məzənnəsi sistemi mövcuddur. Bunlar; a) elastik 
valyuta      məzənnəsi,  b)  sabit  valyuta məzənnəsi və c) bağlı valyuta 
məzənnəsidir.  Bunlardan  sabit  və  elastik  məzənnə  sistemi  bir-birinin 
ziddi  kimi  görünsələr  də  təməldə  hər  ikisi  də  beynəlxalq  ödəmələr 
yönündən  sərbəst bazar  mexanizmasının  ünsürləridir.  Bağlı  məzənnə 
bunlardan  fərqli  və  beynəlxalq  ödəmələr  yönündən  sərbəst  bazar 
mexanizmalarından  deyildir.  Elastik  məzənnə  sistemində  pul  siyasə-
tini  həyata  keçirən  səlahiyyətli  orqanlar  (qeyd:  bundan  sonra  pul 
səlahiyyətliləri)  bəlli  bir  pul  siyasəti  ortaya  qoysa  da  valyuta 
məzənnəsi  təklif  və  tələbə  görə  avtomatik  olaraq  ortaya  çıxdığından 
bir  valyuta  məzənnəsi  siyasəti  yoxdur.  Pul  həcmi  pul  səlahiyyətliləri 
tərəfindən daxili olaraq müəyyən olunur. Sabit məzənnə sistemində isə  
pul  səlahiyyətliləri  valyuta  məzənnəsini  müəyyənləşdirərkən  pul 
tarazlığı  avtomatik  olaraq  müəyyənləndiyindən  bəlli  bir  pul  siyasəti 
yoxdur.  Sabit  məzənnə  sistemində  pul  həcmi  ödəmələr  tarazlığı 
tərəfindən  müəyyən  olunur.  Yəni  bir  ölkənin  rəsmi  valyuta  rezervi 
artdığında  pul  həcmi  artmaqda  tərsində azalmaqdadır.  Bu  iki  sərbəst 
bazar valyuta məzənnəsi sistemində pul siyasəti ilə valyuta məzənnəsi 
arasında  bir  uyuşmazlıq  və  ödəmələr  tarazlığında  böhran  olmaz. 
Çünkü elastik və sabit məzənnə sistemlərində bazar gücləri mali hərə-
kətləri avtomatik olaraq bərzbərləşdirdiyindən ödəmələr tarazlığı böh-
ranları önlənməkdədir. Prinsip olaraq elastik və sabit məzənnə rejim-
ləri  eyni  dərəcədə  seçilməklə  bərabər  qeyd  edilməlidir  ki,  elastik 
məzənnə rejimi pul səlahiyyətlilərinin və monetar istiqrarın zəif olma-
sı səbəbiylə  inkişaf etməkdə olan ölkələrdə yaxşı işləməməkdədir.
71
 
 
Valyuta bazarındakı təklif və tələbə görə ortaya çıxan tarazlıq 
məzənnəsində, ölkənin puluyla əlaqədar olaraq bazarda bir artıqlıq və 
                                                 
71
  Steve  H.  Hanke,  “Some  Reflections  on  Currency  Boards”  Central  Banking, 
Monetary  Policies  and  the  Implication  for  Transition  Economies,  Edited  by 
Mario I. Blejer, Marko Skreb, Kluwer Boston, Academic Publishers, 1999, pp. 341-
343. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
32 
ya əksiklik yoxdur. Çünkü belə bir fərqlilik tarazlıq məzənnəsinə təsir 
edəcəkdir.  Məsələn,  tarazlıqdakı  dollar/mark  məzənnəsində  ABŞ-ın 
Alman  mal  və  xidmətlərinə  olan  tələbindəki  artım  Alman  markına 
olan  tələbi  artıracağından  bazar  qurucuları  olan  ticarət  bankları 
markın  dolar  qarşısındakı  məzənnəsini  artıraraq  yeni  bir  tarazlıq 
məzənnəsi ortaya çıxacaqlar. Bunun yerinə Alman şirkət və investor-
larının daha artıq ABŞ mal və varlığını satın almaq istəməsi dollara 
olan tələbi artıracaq, dollar qarşısında markın dəyər itirməsinə səbəb 
olaraq tarazlıq dollar/mark məzənnəsi dəyişəcəkdir. Əslində tarazlıq 
valyuta  məzənnəsi, təklif  və tələbdəki dəyişmələrə bağlı və bərabər 
zamanlı olaraq mütəmadi dəyişməkdədir.  
 
Tarazlıq valyuta məzənnəsindəki dəyişiklikdə təsirli olan başqa 
bəzi  faktorlar  da  vardır.  Bunlar:    inflyasiya  hədlərindəki,    faiz 
hədlərindəki,    gəlir  səviyyəsindəki  fərqliliklər  və    dövlətin  həyata 
keçirdiyi  müdaxilələr  kimi  faktorlardır.  Đnflyasiya  həddi  yüksək  olan 
ölkənin  digər  ölkə  mallarına  və  buna  bağlı  olaraq  pullarına  tələbi 
yüksək  olacağından  bazara  sürəcəyi  yerli  pul  miqdarı  artacağından 
tarazlıq  valyuta  məzənnəsi  əleyhinə  dəyişəcəkdir.  Daha  əvvəl  də 
açıqlandığı kimi faiz hədlərindəki fərqlilik, investorları faiz həddinin 
yüksək  olduğu  ölkəyə  çəkəcəyindən  bu  ölkənin  puluna  olan  tələbi 
artıraraq tarazlıq  məzənnəsini ölkə lehinə çevirəcəkdir.  Gəlir səviy-
yəsinin  yüksək  olması  başqa  ölkə  mal  və  xidmətinə  yönəlik  tələbi 
artıracağından valyuta bazarında yerli pulun təklifini artıraraq taraz-
lıq valyuta  məzənnəsini azaldacaqdır. Əlavə olaraq dövlətin  mərkəz 
bankı kanalıyla aparacağı birbaşa müdaxilələr və ya inflyasiya, faiz, 
gəlir kimi faktorlara təsir edərək həyata keçirəcəyi dolayılı müdaxi-
lələr tarazlıq valyuta məzənnəsinə təsir göstərəcəkdir.
72
 
 
Fərqli  valyuta  rejimlərində  müəyyən  edilən  məzənnələrdəki 
inkişaflar qısa və uzun  dönəmdə  müxtəlif  faktorların təsirində qala-
raq  ortaya  çıxmaqdadır.  Qısa  dönəm  valyuta  məzənnələri  bir  çox 
dəyişkən  faktor  tərəfindən  təsirlənməkdə  olub  bu  faktorların  təsir 
yönünü  tam  olaraq  əhatə  edən  bir  model  ortaya  çıxarmaq  olduqca 
çətindir. Uzun dönəmdə isə  bu dəyişmələrin yönünü və təsirinin nə 
olacağını bir az daha yaxşı anlamaq mümkün olmaqdadır. Məsələn, 
                                                 
72
  Jeff Madura, Financial Markets and Instıtutions, Second Edition, West Publishing 
Company, New York, 1992, pp. 328-330. 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə