Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə10/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   6   7   8   9   10   11   12   13   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
29 
da  bir  məzənnə  göstərici  növüdür.  Ancaq,  bu  göstərici  növü  yenə 
eyni il üçün 1$=0.64£, 1DM=0.43£ şəklində də ola bilər. Yəni val-
yuta  məzənnələrinin  fərqli  şəkillərdə  göstərmək  mümkündür.
65
 
Valyuta məzənnəsi açıqlayan 137 ölkədən 114-ü xarici hər hansı bir 
pulun  dəyərini  milli  pul cinsindən (1$=5.000M kimi) valyuta    mə-
zənnəsi  olaraq  açıqlarkən  23-ü  milli  pulun  xarici  pul  qiymətini 
(1M=1/5.000$ şəklində) valyuta məzənnəsi olaraq açıqlamaqdadır.
66
 
 
Đki ölkə pulunun bir-biri cinsindən ikili elan edilməsinə birbaşa 
məzənnə  (direct  exchage  rate)  deyilməkdədir.  Fəqət,  ölkə  pulları 
arasında  başqa  pullar  vasitəsilə  ortaya  çıxan  məzənnələr  də  vardır. 
Bunlara çarpaz məzənnələr (cross rates) deyilir. Məsələn, TL-nin DM 
məzənnəsi  və  DM-ın  dolar  məzənnəsi  ilə  TL-nin  nə  qədər  dollar 
olduğunu  müəyyən  edən  məzənnəyə  çarpaz  məzənnə  deyilir.  Ölkə 
pulları arasındakı bu əlaqə pullar arasında bərabərliyin təmin edilmə-
sinə  səbəb  olur.  Əgər  birbaşa  məzənnə  ilə  çarpaz  məzənnə  arasında 
fərq  varsa  spekulyatorlar  bu  fərqliliyi  ortadan  qaldırıcı  fəaliyyətlər 
göstərərək  qısa  zamanda  tarazlığı  təmin  etmiş  olurlar.
67
  Đki  ölkə 
pulundan birinin digər ölkə puluyla olan qiyməti artmışsa buna pulun 
dəyərlənməsi(currency  appreciation),  azalmışsa  buna  da  pulun  dəyər 
itirməsi  (currency  depreciation)  deyilir.  Məsələn  1$=100¥  ikən 
1$=80¥ olarsa Dollar iyen qarşısında dəyər itirmiş olacaqdır. Ancaq, 
1$=100¥-dən 1$=120¥-ə çıxarsa dollar dəyər qazanmış olur.
68
 
 
Valyuta  bazarlarında  ortaya  çıxan  məzənnələr  arasındakı 
fərqliliklər risksiz  pul qazanma imkanı  ortaya çıxmaqdadır. Qiymət 
fərqliliyindən  qaynaqlanan  bu  pul  qazanma  işinə  arbitraj  deyilir. 
Arbitraj işi birbaşa məzənnələr arasındakı fərqliliklərdən qaynaqlana 
biləcəyi  kimi  çarpaz  məzənnələrdəki  fərqliliklərdən  da  qaynaqlana 
bilər. Məsələn, birbaşa məzənnələr olaraq New Yorkdakı funt/dollar 
məzənnəsi  digər  bazarlarda  da  eyni  olmalıdır.  New  Yorkdakı 
məzənnə 1£=1.61$ ikən Londondakı məzənnə 1£=1.59$ isə, banklar 
üçün  Londondan  funt  alıp  New  Yorkda  satmaq  funt  başına  2  cent 
qarantiyalı  qazanc  imkanı  ortaya  çıxacaqdır.  Bu  imkan  məzənnələr 
bərabərləşincəyə qədər davam edəcəkdir. Çarpaz məzənnələr olaraq 
                                                 
65
  Michael Parkin, Melanie Powell, Kent Matthews, a.g.e., p. 958. 
66
  Emin Ertürk, Makro Đktisat, Đstanbul, Alfa Basım Yayım, 1999, s. 137. 
67
  Zeynel Dinler, a.g.e., s. 485. 
68
  Michael Parkin, a.g.e., p. 855. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
30 
da  1£=1.60$,  1DM=0.55$  isə    mark/paund  məzənnəsi  1£=2.9091 
DM  olmalıdır.  Ancaq,  tətbiqatda  funt/mark  məzənnəsi  fərqli  olarsa 
yenə  arbitraj  imkanı  doğacaq,  fərqliliklər  ortadan  qalxana  qədər 
davam edəcəkdir.
69
 
 
Tarazlıq  valyuta  məzənnəsini  müəyyənləşdirən  əsas  faktorlar 
digər  mal  və  xidmətlərdə  olduğu  kimi  təklif  və  tələbdir.  Valyuta 
bazarında  ortaya  çıxan  təklif  və  tələbə  görə  valyuta  məzənnəsi 
müəyyən  olunmaqdadır.  Valyuta  bazarında  bəlli  bir  dönəmdə  bir 
ölkənin  puluna  olan  tələb;  1-Ölkə  pulunun  məzənnəsinə, 2-Ölkədəki 
və  digər  ölkələrdəki  faiz  hədlərinə,  3-Ölkə  pul  məzənnəsinin  gələ-
cəkdəki həddi ilə əlaqədar ehtimallara bağlıdır. Digər faktorlar sabit-
kən əlaqədar pulun məzənnəsindəki artım o pula olan tələbi azaldacaq, 
məzənnədəki azalma da tələbi artıracaqdır. Yenə ölkədəki faiz hədlə-
rinin  digər  ölkələrə  görə  artması  investorların  faiz  gəlirini  artıraca-
ğından  o  ölkə  mali  varlıqlarına  və  o  ölkə  puluna  olan  tələbi  artıra-
caktır.  Əlavə  olaraq  ölkə  pulunun  məzənnəsi  ilə  əlaqədar  müsbət 
ehtimallar tələbi artırarkən mənfi ehtimallar tələbi azaltacaqdır.  
 
Valyuta  bazarında  bəlli  bir  dönəmdə  bir  ölkənin  pul  təklifini 
müəyyənləşdirən faktorlar da tələbi müəyyənləşdirən faktorlarla eyni-
dir.  Buna  görə  ölkə  pulunun  məzənnəsindəki  artım  xarici  mal  və 
xidmətin  qiymətlərini  ucuzlatacağından  digər  ölkə  pullarına  olan 
tələbi  artıracaqdır.  Digər  ölkə  pullarına  olan  tələb  yerli  pul  təklifini 
artıracaqdır.  Əks  halda  da  xarici  mal  və  xidmət  qiymətləri  bahalı 
olacağından  xarici  pul  tələbi  və  yerli  pul  təklifi  daha  az  olacaqdır. 
Yenə faiz hədlərindəki artım xarici pul tələbini azaltacağından valyuta 
bazarında əlaqədar pul təklifi azalacaqdır. Faizlərdəki düşüş xarici pul 
tələbini  və  yerli  pul  təklifini  artıracaqdır. Əlavə  olaraq  ölkə  pulunun 
dəyəri  ilə  əlaqədar  ehtimallar  da  pul  təklifinə  təsir  göstərəcəkdir. 
Məsələn, əlaqədar pulun (1$=100¥) gələcəkdə dəyərlənəcəyi (1$=120¥) 
ehtimal  edilərsə,  əlaqədar  pulu    sonra  satmaq  daha  mənfəətli  (%20) 
olacağından  pulun  valyuta      bazarındakı  təklifi  düşəcəkdir.  Əks  halda 
zərər  etməmək  üçün  əlaqədar  pulun  əldən  çıxarılması  pul  təklifini 
artıracaqdır.  Valyuta  bazarındakı  təklif  və  tələbin  kəsişdiyi  yerdə  də 
tarazlıq valyuta məzənnəsi ortaya çıxacaqdır.
70
 
                                                 
69
  Keith Pilbeam, a.g.e., pp. 8-9. 
70
  Michael Parkin, a.g.e., pp. 850-853. 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə