Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə2/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   2   3   4   5   6   7   8   9   ...   64

 

T Ә Ş Ә K K Ü R 
 
 
Kitabların  olmadığı  bir  dünyada  elm  yox,  fikirlər 
sönük,  ifadələr  qeyri-dəqiq  olacaq  və  insanlıq  mədəniy-
yətdən məhrum qalacaqdır. Üstün və çatışmaz cəhətləri ilə 
bu  əsərin  də  bu  mövzuda  özünəməxsus  bir  vəzifəni  yerinə 
yetirəcəyinə ümid edirik. 
 
Əsərin  ortaya  çıxmasında  maddi-mənəvi  dəstəklərini 
gördüyümüz;  başda  rektorumuz  Prof.  Erol  Orala,  Azər-
baycan Dövlət Đqtisad Universitetinin rektoru Akademik Əli 
Abbasova,  Bakı  Dövlət  Universitetinin  Tətbiqi  Riyaziyyat 
kafedrasının  müdiri  Akademik  Fikrət  Əliyevə,  Dossent 
Yadullah  Hüseyinliyə,  Kafkasya  Araştırmaları  Mərkəzinin 
üzvlərinə,  Dizayner  Sahib  Kazımova,  Amil  Babayevə  və 
bizim  hər  zaman  yanımızda  olan  ailə  üzvlərimizə  təşəkkür 
etməyi özümüzə borc bilirik. 
 
 
Dr. Cihan Bulut,  Nəsimi Kamalov 
chnbulut@yahoo.com,  nkamalov@yahoo.com 
 
 
vi 


 
vii 
Ö N  S Ö Z 
 
Zəngin  təbii  sərvətlərə  sahib  olan  Azərbaycan  bu  zənginlik-
lərindən  hər  keçən  gün  daha  da  çox  və  səmərəli  istifadə  etməyə 
başlamışdır.  Təhsil  səviyyəsi  yüksək,  dəyişən  şərtlərə  asanlıqla  və 
tezliklə uyğunlaşa bilən insan gücü, yenilikləri yaxından izləyən özəl 
sektor  və ölkəsinin potensialını  mükəmməl strategiyalarla istiqamət-
ləndirə  bilən  rəhbər  kadrlarla  ölkənin  müasirləşmə  prosesi  sürətlə 
davam etməkdədir. 
Sürətlə  və  uğurla  davam  edən  bu  transformasiya  prosesində 
Azərbaycan insanı yenilikləri diqqətlə izləyir, bilik və qabiliyyətlərini 
artırır və sahib olduğu potensialı daha da zənginləşdirir. Bu baxımdan 
yerli  və xarici hər növ elmi-praktiki araşdırmalar Azərbaycan insanı 
üçün böyük əhəmiyyət  kəsb edir. “Đnflyasiya, Faiz, Valyuta Məzən-
nəsi  Arasındakı  Münasibət  və  Azərbaycan”  adlı  bu  əsər  də  uzun 
araşdırmaların nəticəsidir. Əsər, əhatə etdiyi nəzəri və praktiki məlu-
matlarla  bu  sahədə  mövcud  olan  bilikləri  daha  da  artıracaq  və 
zənginləşdirəcəkdir.  
Sərbəst  bazar  iqtisadiyyatında,  iqtisadi  fəaliyyətləri  yönləndi-
rən  faktorların  qiymətlərinin  və  bu  qiymətlər  arasındakı  əlaqənin 
doğru  bir  şəkildə  müəyyənləşdirilməsi  iqtisadi  stabillik  baxımından 
olduqca  böyük  əhəmiyyət  kəsb  edir.  Çünki  bu  qiymətlərdəki  qeyri 
sabitlik və qiymətlər arasındakı uyğunsuzluq daxili və xarici iqtisadi 
fəaliyyətlərə  mənfi  təsir  göstərir,  iqtisadiyyatı  stabillikdən  uzaqlaş-
dırır.  
Hal-hazırda  keçid  mərhələsini  uğurlu  addımlarla  davam  etdi-
rən Azərbaycan iqtisadiyyatında bu cür qeyri sabitlik olmasa da, onu 
ortaya çıxaran inflyasiya, faiz və valyuta məzənnəsi kimi faktorların 
qiymətləri  arasındakı  münasibətin  müəyyən  olunması  vacibdir.  Bu 
baxımdan, əsər mövcud olan ehtiyacı qismən də olsa ödəyəcəkdir.  
Akademik  
Əli ABBASOV 
 
 
viii 
 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 

GĐRĐŞ 
 
Tarix boyunca böyük dəyişikliklərin yaşandığı dünyamızda, bu 
dəyişikliklərin sürəti və şəkli hər keçən gün artaraq davam etməkdədir. 
Đstehsaldan  istehlaka  hər  cür  həyati  fəaliyyətin  yenidən  şəkilləndiyi 
dünyamızda,  bu  dəyişikliklər  bəzi  əhəmiyyətli  problemləri  də  özüylə 
bərabər  gətirməkdədir.  Cəmiyyətlərin  zamanla  mənimsədiyi  və  yaşa-
yışlarını şəkilləndirdiyi alışqanlıqların, adət və ənənələrin dəyişməsi və 
yeni  dövrün  şərtlərinin  mənimsənməsi  fərdləri  həlli  asan  olmayan 
problemlərlə  qarşı-qarşıya  qoymaqdadır.  Dəyişiklik  prosesinin  bu  çə-
tinliklərinə  vaxtında  həll  tapa  bilənlər  və  şəraitə  uyğunlaşa  bilənlər, 
dəyişiklik ərəfəsində ciddi problemlərlə qarşılaşmadıqları halda, dəyi-
şikliyə  qapalı  qalanlar  və  ona  uyğunlaşa  bilməyənlər  geridə  qalmağa 
məhkum olurlar.  
 
Đyirminci  əsrin  sonunda  yaşanan  çox  əhəmiyyətli  dəyişiklik-
lərdən  biri  də  Sovet  Đttifaqının  dağılması  olmuşdur.  Bu  hadisə  ilə 
bazar  münasibətləri  sistemi  çağdaş  dünya  üzərində  zəfərini  elan 
etmişdir.  Tarixin  sonu  olaraq  qiymətləndiriləcək  qədər  əhəmiyyətli 
olan bu yeni dövrdə müstəqilliyini yeni əldə edən ölkələr, bir yandan 
sərbəst bazar iqtisadiyyatına keçmənin sevincini yaşayarkən bir yan-
dan da bu keçiş üçün vacib olan şərtlərin yerinə yetirmək məcburiy-
yəti  ilə  qarşı-qarşıya  qalmışlar.  Belə  bir  prosesdə  müstəqilliyini 
yenidən  əldə  edən  Azərbaycan,  bir  çox  problem  və  imkansızlıqlarla 
bərabər özünü günün şərtlərinə görə yeniləşdirə bilmişdir. Hər sahədə 
yeni  dövrün  şərtlərinə  görə  yeniliklər  baş  vermiş,  dəyişikliklər  mə-
nimsənmişdir. 
 
Sərbəst  bazar  iqtisadiyyatına  keçid  prosesində  uğurlu  addım-
larla ilrəliləyən Azərbaycanın  müvəffəqiyyətlərində şübhəsiz bir çox 
insan  və  qurumların  əhəmiyyətli  rolu  olmuşdur.  Xüsusilə,  1993-cü 
ildən sonra Azərbaycanda yeni bir dövrü başlatan Heydər Əliyev  və 
hökumətinin  siyasi  həyatda  əldə  etdiyi  istiqrar,  aparmış  olduğu 
reformların  iqtisadiyyata,  hüquqi  struktura,  səhiyyə,  təhsilə  və  bən-
zəri digər sektorlara əks olunmasında xidmətləri çox böyükdür. Đstər 
coğrafi,  istərsə  sosioloji  strukturuyla  əhəmiyyətli  bir  stratejik  möv-
qeyə  sahib  olan  Azərbaycanda  qısa  zamanda  əldə  edilən  uğurlar  və 
istiqrarlı  keçid  prosesi  fərqli  mövzularda  bir  çox  elm  sahələrinin 
araşdıracağı əhəmiyyətli məsələlərdir. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 

Bazar  iqtisadiyyatına  keçid  prosesində  bazarın  əsas  qiymət 
göstəriciləri olan  Đnflyasiya, Faiz və Valyuta  məzənnəsi  əlaqələrinin 
nəzəri  aspekti  və  bu  üçlü  əlaqənin  Azərbaycan  iqtisadiyyatındakı 
şəkli  bu  kitabın  əsas  mövzusunu  təşkil  etməkdədir.  Bilindiyi  kimi, 
bazar  iqtisadiyyatında  fəaliyyətlər  qiymətlər  tərəfindən  yönləndiril-
məkdədir. Sağlam bir iqtisadiyyatdakı fərqli bazarlarda ortaya çıxan 
qiymətlər arasında bir tarazlıq olmalıdır. Başlıca olaraq, mal, sərma-
yə,  pul  və  əmək  bazarlarından  ibarət  iqtisadiyyatda  4  təməl  qiymət 
mövcud  olmaqdadır.  Bu  qiymətlər  uyğun  olaraq;  mal  qiymətləri 
(inflyasiya),  faizlər,  valyuta  məzənnələri  və  maaşlardır.  Hər  bazarın 
qiyməti, o bazardakı təklif və tələbi tarazlaşdırmaqdadır. Bu qiymət-
lərin təklif və tələbi balanslaşdırması qədər, digər bazar qiymətləri ilə 
mütənasib  olması  da  əhəmiyyətlidir.  Bazar  iqtisadiyyatlarında  qiy-
mətlər  arasındakı  tarazlıqlar  iqtisadiyyatı  yönləndirməkdədir.  Qlobal-
laşan dünyada qiymətlər arasındakı tarazlıqlar daha da önəmli olmaq-
dadır. Çünki, beynəlxalq sərmayə axınlarının artdığı günümüz dünya-
sında, qiymətlər arasındakı natarazlığın təsiri qapalı iqtisadiyyatlardan 
daha  çoxdur.  Belə  bir  şəaritdə,  bazar  qiymətləri  arasında  tarazlığın 
qurulması,  satın  alma  gücü  tarazlığı  və  faiz  tarazlığını  əhəmiyyətli 
hala  gətirməkdədir.  Satın alma  gücü  tarazlığı; iki  ölkədə inflyasiyaya 
baxmayaraq  xərclənəcək  pul  ilə  eyni  malın  alına  bilməsidir.  Yəni 
ölkələr  arası  inflyasiya  və  valyuta  məzənnəsi  tarazlığı  əhəmiyyət 
daşımaqdadır.  Faiz  tarazlığı,  yığımların  iki  ölkədə  eyni  qazancı  əldə 
edə bilməsidir. Yəni, ölkələr arası inflyasiya və faiz dərəcəsi tarazlığı 
əhəmiyyət  kəsb  etməkdədir.  Bu  iki  tarazlıq  birlikdə,  fərqli  ölkələr 
arasındakı inflyasiya, valyuta məzənnələri və faizləri tarazlaşdırmaq-
dadır. 
 
Fərqli inflyasiyaya sahib ölkələr arasında satın alma gücü və faiz 
tarazlıqlarını  balanslaşdırmağa  çalışan  faiz  həddi  ilə  valyuta  məzən-
nəsi,  eyni  zamanda  real  bölmə  ilə  maliyyə  bölməsi  arasında  əlaqəni 
quran  pulun  qiymətləridir.  Pulun  zamanlar  arası  qiyməti  faiz  həddi, 
məkanlar arası (beynəlxalq) qiyməti də valyuta məzənnəsidir. Dolayısı 
ilə bəlli bir inflyasiya həddində pulun zamana və məkana bağlı olaraq 
qiymətləri  ortaya  çıxarkən  bu  qiymətlər  beynəlxalq  tarazlıq  baxımın-
dan  da  əhəmiyyət  kəsb  etməkdədir.  Bu  da  satın  alma  gücü  və  faiz 
tarazlığına  görə  müəyyən  olunmaqdadır.  Maliyyə  bölməsi  və  real 
bölmə  arasındakı  əlaqələri  pozan  faktorlar,  bu  iki  bölmə  arasında 
əlaqəni quran pulun zaman və məkan qiymətlərinin pozulması, qlobal-


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə