Microsoft Word Design Cihan doc



Yüklə 4,67 Kb.
Pdf görüntüsü
səhifə13/64
tarix23.01.2018
ölçüsü4,67 Kb.
#22085
1   ...   9   10   11   12   13   14   15   16   ...   64

Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
37 
əlaqədar açıqlamalara daha əvvəl yer verilmişdi. Buna görə bir ölkə-
nin pulunun dəyərli və ya dəyərsiz olması nisbi bir anlayışdır. Çünkü 
ölkə pul məzənnəsinin artıb/azalması; əvvəlkinə görə öz dəyərindəki 
və  digər  ölkə  pul  məzənnələri  qarşısındakı  dəyişikliklərdən  qaynaq-
lanmaqdadır.  Pulun  öz  satın  alma  gücündəki  dəyişiklik  istehlakçı 
qiymət  indeksi  kimi  ölçülərlə  dəyərləndirilirkən  digər  ölkə  pulları 
qarşısındakı  dəyişiklik  Satın  Alma  Gücü  Tarazlığı  ilə  dəyərləndiril-
məkdədir.  Məzənnələrin  dəyər  qazanmasının  və  dəyər  itirməsinin 
nisbi fərqli üstünlükləri və zərərləri vardır. Bu üstünlük  və zərərlər-
dəki dəyişməyə görə məzənnələrdəki dəyişməyə qarşı lazımi iqtisadi 
tədbirlər alınmaqdadır.
81
 
 
Pulun Dəyər Qazanması 
Üstünlükləri 
Zərərləri 
 Đstehlakçılar xarici mal və xidmətlər 
üçün daha az qiymət ödəyərlər. 
 Xarici mal və xidmət qiymətlərinin 
aşağı olması inflyasiyanın 
azaldılmasında yardımçı olur. 
 Ölkə vətandaşları üçün ölkə xarici 
səyahatləri ucuzlaşar. 
 Yerli investorlar xarici varlıqları 
aşağı qiymətdən ala bilirlər 
 Yerli firmalar xarici bazarlarda rəqabət 
edə bilməzlər 
 Yerli firmalar daxili bazarda da aşağı 
qiymətli xarici mallar qarşısında 
rəqabət etmək məcburiyyətində 
qalırlar. 
 Xarici turistlərin ölkəyə gəlişləri 
bahalaşır.  
 Xarici investorlar üçün yerli varlıqların 
alınması çətinləşir. 
 
Pulun Dəyər Đtirməsi 
Üstünlükləri 
Zərərləri 
 Yerli firmalar üçün ölkə xarici 
bazarlara mal satmaq asanlaşır. 
 Qiymətlərin aşağı olması səbəbiylə  
yerli firmalara qarşı bazarda 
rəqabət basqısı azdır. 
 Qiymətlərin xaricilər üçün ucuz 
olması səbəbiylə  ölkəyə daha çox 
xarici turist gələ bilər. 
 Ölkə sərmayə bazarı xaricilər üçün 
daha cazib olmağa başlaryar. 
 Đstehlakçılar üçün xarici mal və xidmət 
qiymətləri olduqca yüksəkdir. 
 Xarici mal qiymətlərinin yüksək olması 
yaşayış məsrəflərini daha da artırır. 
 Ölkə vətandaşları üçün ölkə xarici 
səyahətlər olduqca bahalaşır. 
 Yerli firma və investorlar üçün xarici 
bazarlara açılma olduqca çətinləşir. 
 
                                                 
81
  Tim  Schilling,  Strong  Dollar  Weak  Dollar,  Fedaral  Reserve  Bank  of  Chicago, 
http://www.chicagofed.org/pulications/strongdollar/strongdollar.pdf, 28 Haziran 2001. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
38 
Günümüzün  rəqabət  dünyasında  iqtisadi  fəaliyyətlərin  öz 
mənfəətlərinə görə inkişaf etməsini istəyən dünya ölkələri, pullarının 
digər ölkə pullarına görə artıq dəyər qazanmasını istəməməkdədirlər. 
Çünkü  ölkələr  keçmişdə  ticarət  tarazlıqlarında  ortaya  çıxan  neqativ 
nəticələri  ödəmək  üçün  idxalatı  əngəlləyici  tarifələr  ilə  ixracatı 
artırıcı təşviqlər tətbiq edə bildikləri halda dünya ticarətində liberal-
laşma  məqsədli  GATT  prosesinin  gətirdiyi  Dünya  Ticarət  Təşkilatı 
(WTO), bu tətbiqatlara önəmli ölçüdə limitləmələr gətirmişdir. Belə-
cə,  ölkələrə,  dünya  ticarətində  üstünlük  əldə  etmənin  yolu  olaraq 
pullarının dəyərinin azaldılması (devalvasiya) ilə əlaqədar tətbiqatlar 
qalmışdır.  2001-ci  ilin    ilk  rübündə  Yapon  yeni  dollara  qarşı  8% 
devalyu edilmişdir. Bunu rəqib ölkələrdən biri olan Koreyadakı 6%-
lik bir devalvasiya təqib etmişdir. Digər yandan Brazilya 9% deval-
vasiya  həyata  keçirmişdir.  Bənzər  şəkildə  Malaziya,  Tayland,  Çin, 
Argentina  və  Türkiyə  kimi  ölkələrdə  də  devalvasiyalar  aparılmışdı. 
Ölkələr  üçün  dünya  bazarında  ixracatı  artırıp  idxalatı  azaltaraq 
rəqabət edə bilmənin yolu devalvasiyalar olmuşdur.
82
 
 
Ölkə  pulları,  sərbəst  məzənnə  sistemlərində  bazar  gücləri 
tərəfindən ortaya çıxarılan təklif və tələbə görə dəyər qazanıb itirər-
kən,  sabit  məzənnə  sistemlərində  resmi  səlahiyyətlilər  tərəfindən 
devalyu  və  ya  revalyu  edilməkdədir.  Sabit  məzənnə  sistemlərində 
ölkə  pulunun  digər  ölkə  pulları  qarşısındakı  dəyərinin  rəsmi  olaraq 
azaldılmasına  devalvasiya,  dəyərinin  artırılmasına  da  revalvasiya 
deyilməkdədir.  Ancaq,  revalvasiya  tətbiqatda  devalvasiyaya  görə 
çox nadir hallarda həyata keçirilməkdədir.
83
 
 
Ölkələrin  həyata  keçirdiyi  devalvasiya  ilə  xarici  mal  və 
xidmətlərin qiymətləri bahalaşırkən yerli mal və xidmətlərin qiymət-
ləri ucuzlaşmaqdadır. Beləcə, ölkənin ticarət partnyorlarından aldığı 
mal və xidmət miqdarının satdıqlarından daha artıq olması səbəbiylə  
ortaya çıxmış olan cari əməliyyatlar hesabı kəsirlərinin  ödənilməsi, 
ticarət  üstünlüklərinin  artması  gözlənməkdədir.  Əlavə  olaraq  cari 
kəsirlərin ortadan qaldırılmasında vergilərdə bir artışın, dövlət xərc-
ləri  və  dövlət  yardımlarında  bir  azaltmanın  aparılmaması,  ölkə 
                                                 
82
  Andrew West, “Devaluation is Not the Answer” April 11, 2001, 
http://www.capitalismmagazine.com/2001/april/aw_devaluation.htm, 30 Mayıs 2001. 
83
  Michael  Greener,  “Devaluation”,  1994,  http://www.xrefer.com/entry/106475,  8 
Ağustos 2001. 


Đnflyasiya, faiz, valyuta məzənnəsi                         Dr. Cihan Bulut, Nəsimi Kamalov  
arasındakı münasibət və Azərbaycan                                           
 
39 
idarəçilərinə daxili siyasətdə fərqli üstünlüklər təmin edəcəyi  umul-
maqdadır.
84
 
 
Həyata  keçirilən  devalvasiyaların  uğurlu  olması  üçün  lazımi 
olan şərtlər Alfret Marshall və Abba Lerner adlı iqtisadçılar tərəfin-
dən  müəyyən  edilmişdir.  Marshall-Lerner  Şərti  (Marhall-Lerner 
Condition) olaraq bilinən bu formula görə; idxal malların ölkə daxili 
tələb  elastikliyi  (e)  ilə  ixrac  mallarının  xarici  tələb  elastikliklərinin 
(e*)  cəminin  birdən  böyük  olması  lazımdır.  Buna  görə  yerli  pulun 
devalyu edilməsi ilə tədiyyə balansının bundan  müsbət təsirlənməsi 
üçün lazımi şərtlərin formulu: e+e*>1-dir.
85
 
 
Đdxal malların ölkə daxili tələb elastikliyi ilə ixrac mallarının 
ölkə xarici tələb elastikliyi birdən böyük olduğunda, idxal mallarının 
qiymətlərindəki artım ölkə daxili tələbi azaldarkən, ixrac  mallarının 
qiymətlərindəki  düşüş  də  ölkə  xarici  tələbi  artıracaqdır.  Beləcə, 
devalvasiyadan gözlənən nəticə baş verərək tədiyyə balansında müs-
bət dəyişikliklər təmin edilmiş olacaqdır. Əgər Marshall-Lerner şərti 
keçərli deyilsə (e+e*<1 isə), ödəmələr tarazlığı bundan mənfi yöndə 
təsirlənəcəkdir.  Əlavə  olaraq  aparılan  devalvasiya  nəticəsində  qiy-
mətlərdəki  dəyişimənin  istehlakçı  tələbi  üzərindəki  təsirinin  ortaya 
çıxması  (vətəndaşların  xarici  mallardan  yerli  mallara  və  ya  xarici-
lərin yerli mallardan xarici mallara keçişi) bir az zaman almaqdadır. 
Dolayılı  olaraq,  bu  zaman  prosesində  xarici  ticarət  üzərində  mənfi 
dəyişmələr olmaqdadır. Ancaq, zamanla tədiyyə balansında yaxşılaş-
ma  yönündəki  dəyişmələr  şəkil-2-də  görüldüyü  kimi  J  hərfinə 
bənzədiyindən J əyrisi təsiri (j curve effect) olaraq adlandırılmışdır.
86
 
 
 
 
 
 
 
                                                 
84
  Currency Devaluation and Revaluation, BanxQuate, 
http://www.banx.com/banx/trasury/devarev.htm, 12 Mayıs 2001. 
85
  How the Exchange Rate Effects the Balance of Trade, 
http://www.uh.edu/˜pt.hompo/econ.334/class/3.pdf, 12 Ağustos 2001. 
86
  The Marshall-Lerner Condition,  
http://www.bized.ac.uk/virtual/ dc/trade/theory/th12.htm, 13 Ağustos 2001. 
Dr. Cihan Bulut, Nəsimi Kamalov                         Đnflyasiya, faiz, valyuta məzənnəsi 
arasındakı münasibət və Azərbaycan 
                                         
 
 
40 
          
 
        
 
 
                                                                                          
 
         
 
 
Şəkil: 2. J Əyrisi Təsiri 
 
Devalvasiya sonrasında ticarət mövzusu olan  mal və xidmətlə-
rin qiymətləri və istehsalı digər mal və xidmətlərin qiymət və istehsa-
lına görə artmaqdadır. Əgər ticarət xarakterli olmayan mal və xidmətlər 
də xarici sektordan xammal alırsa, bunların  qiymətlərində də bir artım 
olacaqdır.  Dolayılı  olaraq  qiymətlərdəki  bu  artım  inflyasiyaya 
(adjustment  inflation)  səbəb  olmaqdadır.  Əlavə  olaraq  qiymətlərdəki 
artım  səbəbiylə  nominal  maaşlardakı  artım  ticarət  xarakterli  olmayan 
mal və xidmətlərin qiymətini də artıracağından bir maaş-qiymət qarşı-
lıqlı  təsirlənməsi  ortaya  çıxacaqdır.  (Bu  əsnada  əgər  cəmi  tələbdə  də 
eyni  şəkildə  bir  artım  olmazsa,  qiymətlərdəki  artım  həqiqi  tələbdə 
düşüşlərə  səbəb  olaraq  işsizliyi  də  artıra  bilər.)  Beyləcə  devalvasiya 
ticarət mallarının qiymətini (Pt) artırarkən, inflyasiya da ticarət xarak-
terli olmayan malların qiymətlərini (Pn) artırmaqdadır. Nəticədə Pt/Pn 
nisbətində bir dəyişiklik olmamaqdadır.  
 
Devalvasiya  sonrasında  xarici  pula  bağlı  hesablarda  dəyər 
artışı olarkən milli pula indeksli gəlirlərdə dəyər azalması yaşanmaq-
dadır.  Valyuta  ilə  borclananların  borcları  artmaqda,  yerli  pul 
cinsindən  alacağı  olanların  alacaqları  azalmaqdadır.  Yenə  yerli  pul 
dəyərindən  xəzinə  sadə  vekseli  və  istiqrazı  alaraq  dövlətə  borc  ve-
rənlər  də  devalvasiyadan  zərər  görməkdədir.  devalvasiya  səbəbiylə  
ortaya  çıxan  bu  natarazlığın  bir  az  olsun  ortadan  qaldırılmasında 
valyuta cinsindən tutulan varlıq və hesablara dövlətin tətbiq edəcəyi 
  Ödəmələr Tarazlığı 
 Artıq 
 Açıq 

  Zaman 


Yüklə 4,67 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə