Microsoft Word Chest Pain A5 for weboblojka



Yüklə 232,79 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix02.10.2017
ölçüsü232,79 Kb.
#2536
1   2   3   4   5   6   7   8

 

6

Protokol ilkin səhiyyə xidmətləri səviyyəsində çalışan təcili 



yardım həkimləri, terapevtlər, ailə həkimləri üçün nəzərdə tutulmuşdur. 

Pasiyent qrupu: döş qəfəsində ağrısı olan böyük yaşlı şəxslər. 

 

Protokolun məqsədləri: 

 



Döş  qəfəsində  ağrı sindromunun mümkün səbəblərinin 

araşdırılması; 

 

Diaqnozun tez müəyyənləşdirilməsinin zəruriliyini həkimlərin 



nəzərinə çatdırmaqla arzuolunmaz nəticələrin qarşısının alınması; 

 



Tibb müəssisəsinə müraciət etmiş    xəstələrə ilkin mərhələdə 

aparılacaq müayinə  və ilk yardım sxeminin, müayinə  və 

təxirəsalınmaz yardım taktikasının təklif olunması.  

 

ÜMUMİ MÜDDƏALAR 

Döş  qəfəsində  ağrı sindromu gündəlik tibbi təcrübədə  ən çox rast 

gəlinən hadisələrdəndir. Bu sindromun (xüsusən ürək nahiyəsində 

ağrının) differensial diaqnostikası müəyyən çətinliklərlə bağlı olsa da, 

xəstələrə vaxtında və adekvat ilk yardımın göstərilməsi, lazımi müayinə 

və müalicə taktikasının seçilməsində mühüm əhəmiyyət kəsb edir.  

Epidemiologiya 

Döş  qəfəsində  ağrı,  əsas  şikayət kimi ambulator müraciətlərin 

demək olar ki, 1-2%-ində təsadüf olunur. Bu sindromun səbəbi əksər 

hallarda kardioloji patologiya ilə bağlı olmasa da, nəzərə alınmalıdır 

ki, ürək-damar xəstəlikləri inkişaf etmiş ölkələrdə ölümün əsas səbə-

bini təşkil edir

5

. Məhz buna görə də döş qəfəsində ağrının ciddi və ya 



qeyri-ciddi səbəbdən meydana çıxmasını araşdırmaq olduqca 

mühümdür, bunun üçün isə diaqnostik və proqnostik sualların 

aydınlaşdırılması zəruridir. 

Döş  qəfəsində  ağrı sindromunun epidemiologiyası ambulator və 

təxirəsalınmaz yardım şəraitindən asılı olaraq fərqlidir.  

Təxirəsalınmaz yardım şöbələrinə döş qəfəsində ağrı ilə müraciət 

etmiş  xəstələrin 50%-ində miokard infarktı (Mİ), qeyri-sabit 

stenokardiya, ağ ciyər arteriyasının tromboemboliyası (AATE) və 

ürək çatışmazlığı kimi kardioloji vəziyyətlər aşkar edilir. Lakin 

ambulator  şəraitdə bu şikayətlə müraciət etmiş  xəstələrdə  əksər 

hallarda  əzələ-sümük patologiyaları, mədə-bağırsaq xəstəlikləri, 

gərginlik stenokardiyası, panik pozulmalar və ya digər psixiatrik 

vəziyyətlər, ağ ciyər xəstəlikləri aşkar edilir

5




 

7

Təsnifat 

Döş qəfəsində ağrı aşağıdakı patologiyalar zamanı meydana çıxa 

bilər


4



A. İntratorakal patologiyalar 



1.  Ürək mənşəli 

 

Ürəyin işemik xəstəliyi (anginoz tutma) 



 

Ürəyin qapaq xəstəlikləri 

 

Miokardın xəstəlikləri (hipertrofik kardiomiopatiya, sağ 



mədəciyin təzyiqlə yüklənməsi) 

 

Perikardit 



 

Miokardit 



2.  Damar mənşəli 

 

Aortanın laylanması, aorta anevrizması, aorta koarktasiyası 



 

Ağciyər hipertenziyası və ağciyər tromboemboliyası 



3.  Ağciyər-bronx mənşəli 

 

Traxeobronxit 



 

Pnevmoniya 

 

Plevrit 


 

Pnevmotoraks 

 

Şiş xəstəlikləri 



4.  Divararalığı xəstəlikləri 

 

Mediastenit, mediastenal emfizema 



 

Ezofageal spazm 

 

Reflüks ezofagit 



 

Diafraqmanın qida borusu dəliyinin yırtığı 



B. Ekstratorakal patologiyalar 

 

Döş qəfəsi divarının patologiyaları  



 

Onurğa sütunu patologiyaları  

 

Herpes Zoster 



 

Döş qəfəsi divarı törəmələri 

 

Süd vəzisi xəstəlikləri  



C. Subdiafraqmal orqanların patologiyaları 

 

Mədə xorası 



 

Xolesistit 

 

Pankreatit 



D. Funksional və ya psixogen  səbəblər 

 

Panik pozulmalar, depressiya, hiperventilyasiya 



 

Mitral qapaq prolapsı sindromu 




 

8

DİAQNOSTİKA 



 Anamnez  

Ağrının başlanğıcı  və inkişafı haqqında təfsilatlı  məlumatın 

toplanması mühüm əhəmiyyət kəsb edir. Bu zaman ağrının 

lokalizasiyası, xarakteri, davametmə müddəti, irradiasiyası, ağrını 

meydana çıxaran, ağırlaşdıran və yüngülləşdirən amillərə, onu 

müşayiət edən  əlamətlərə (bayılma – Mİ, AATE, aortanın laylanan 

anevrizması); tənəffüs aktı ilə  əlaqəsi (nəfəsalma zamanı  ağrının 

artması – plevrit, perikardit, pnevmotoraks, əzələ, sümük-oynaq 

xəstəlikləri), təngnəfəslik, öskürək, boğulma, qanhayxırma (ürək, ağ 

ciyər patologiyası), ürəkbulanma, qusma, disfagiya, requrgitasiya 

(mədə-bağırsaq patologiyası), həyəcan, tərləmə, hiperventilyasiya, 

zəiflik (psixi patologiya) və s.) xüsusi diqqət verilməlidir.   

Xəstənin vəziyyətinin proqnostik cəhətdən qiymətləndirilməsində 

ağrıların işemik və qeyri-işemik xarakterinin müəyyənləşdirməsinin 

mühüm əhəmiyyəti vardır. 

Keçirilmiş  və hazırda mövcud olan  xəstəliklər (arterial 

hipertenziya (AH), Marfan sindromu, anemiya, sistem qırmızı qurd 

eşənəyi və s.) haqda məlumat toplanılmalıdır.  

Residivləşən və ya davamlı  ağrı sindromu zamanı 

provokasiyaedici amillər (məs. bədənin düzgün olmayan vəziyyəti ilə 

əlaqədar olması  və s.) aşkar edilməlidir. Ağrının  əmələ  gəlməsinin 

şəraitini aydınlaşdırmaq lazımdır.  Bu, travmalar,  üzün müddətli 

antifizioloji vəziyyət, xüsusən xəstənin professional fəaliyyəti ilə 

əlaqədar meydana çıxan vəziyyətlər (ağırlıq qaldırması, uzun müddət 

avtomobil idarə etmə  və s.), o cümlədən uzun müddətli, adət 

edilməmiş fiziki gərginlik, ağır yükün daşınması, kəskin hərəkətlər, 

ümumi və yerli soyuqlama ola bilər. Trigger nöqtələrinin blokadaları, 

qeyri-steroid iltihab əleyhinə maddələrin qəbulunun effekti nəzərə 

alınmalıdır. 

Ağrının  əmələ  gəlməsində psixi amillərin (keçirilmiş emosional 

stresslər, panika, həyəcan, qorxu hissi, apatiya) rolu nəzərə 

alınmalıdır. Yaş  və cins kimi amillərin nəzərə alınması mühüm 

əhəmiyyət kəsb edir (kürək nahiyəsində  ağrıların qadınlarda 



Yüklə 232,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə