Microsoft Word Chest Pain A5 for weboblojka



Yüklə 232,79 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix02.10.2017
ölçüsü232,79 Kb.
#2536
1   2   3   4   5   6   7   8

 25

Xora xəstəliyi bəzən atipik gedişə malik olub, ağırlaşmaların 

meydana çıxması ilə  təzahür edə bilər. Təcili diaqnostika və tibbi 

müdaxilə tələb edən ağırlaşma xoranın perforasiyasıdır. Bu zaman ağrı 

çox intensiv (“xəncər” ağrısı) olub, qusma, bəzən kollapsla müşayiət 

oluna bilər.  



Fizikal müayinə:  

 



Xəstənin məcburi vəziyyəti – önə  əyilmiş, böyrü üstə uzanmış,  

əlləri ilə epiqastral nahiyəni sıxır 

 

Palpasiyada epiqastral nahiyədə lokal ağrı, mötədil gərginlik 



aşkar olunur 

 



Perforasiya zamanı qarnın ön divarı  əzələlərinin kəskin gərginliyi 

(“taxtavari” qarın), peritonun qıcıqlanma simptomunun meydana 

çıxması, qara ciyər kütlüyünün itməsi təyin olunur 

Laborator-instrumental müayinə: 

 



Nəcisdə gizli qanın aşkar olunması 

 



Mədənin yuxarı  şöbələrinin xoraları zamanı  rentgenoloji üsul 

həmişə informativ olmur. Endoskopiya bu zaman daha informativ 

müayinə üsulu hesab olunur. 

İlk yardım:  

Mədə xorasının perforasiyasında xəstə  dərhal cərrahi klinikaya 

çatdırılmalıdır.  

Kəskin xolesistit 

Kalkulyoz və qeyri-kalkulyoz xolesistitlər  əksərən qadınlar 

arasında rast gəlinir, yaş artdıqca rast gəlmə tezliyi də artır. Bədən 

kütləsinin artması, yanaşı gedən xəstəliklər (ŞD, mədə xorası, 

dislipidemiya) meyllilik yaradan amillərdir. 

Ağrının xüsusiyyətləri: 

 

Qarın nahiyəsində  kəskin ağrılar  əksərən sağ qabırğaaltı 



nahiyədə lokalizasiya edir. Ağrılar  bəzən döş sümüyünün 

arxası və ya döş qəfəsinin sol yarısına irradiasiya edə bilər.  

 

Qida qəbulundan sonra (yağlı, qızarmış qida, alkoqol qəbulu) 



meydana gəlir 

 

Antasidlərin təsirindən keçmir, analgetiklər, spazmolitiklər  



effektivdir 


 26

 

Ödlə (rahatlıq gətirməyən) qusma, hərarətin yüksəlməsi, 



bəzən sarılıqla müşayiət olunur  

Fizikal müayinə: 

 



Ker, Ortner, Merfi, Müssi simptomları müsbətdir 

Laborator-instrumental müayinə: 

 



Neytrofil leykositoz, EÇS artması  

 



Qanda QF, QQT, aminotransferazaların, ümumi bilirubinin 

səviyyəsinin yüksəlməsi 

 

USM diaqnozun müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır 



 

Remissiya dövründə  əks-göstərişlər olmadıqda duodenal 



zondlama  və öd fraksiyalarının müayinəsi. 

Kəskin pankreatit 

Pankreasın quyruq hissəsinin zədələnməsi zamanı  ağrı döş 

qəfəsinin sol yarısına irradiasiya edə bilər.  

Ağrının aşağıdakı xüsusiyyətləri vardır: 

 

müxtəlif intensivlikli, kəskin, tutmaşəkilli, bəzən getdikcə artan  



 

sol qabırğaaltı nahiyədə lokalizasiya edir  

 

sol qola, çiyinə, kürəyə irradiasiya edir, kəmərləyici ola bilər  



 

çoxlu miqdarda, yağlı, qızardılmış,  ədviyyatlı qida, alkoqol 

qəbulu ilə əlaqədardır (40-60 dəq sonra baş verir; saatlarla, hətta 

günlərlə davam edir)  

 

önə doğru əyildikdə azalır 



 

gəyirmə, qıcqırma, ürəkbulanma, meteorizm, epiqastral nahiyədə 

ağırlıq hissi, təkrari qusma, xronik gedişdə horrayabənzər, yağ 

parıltılı nəcis ifrazı ilə müşayiət olunur.  

 

anamnezdə öd yolları  xəstəlikləri, alkoqol, bəzi dərman 



preparatlarının uzun müddət qəbulu 

Fizikal müayinə: 

 



Hərarətin yüksəlməsi (37-38

0

C) 



 

Palpasiyada orqanın proyeksiyası nahiyəsində  ağrı, müsbət 



frenikus-simptom 


 27

Laborator-instrumental müayinələr: 

 



Serum amilazası və lipazasının səviyyəsinin dəyişməsi 

 



Transabdominal USM-də  və kontrast KT zamanı  xəstəliyin 

gedişindən asılı olaraq səciyyəvi dəyişikliklər aşkar olunur. 



İlk yardım: 

Ağır gedişli kəskin pankreatit zamanı  xəstə  təcili intensiv terapiya 

şöbəsinə köçürülməlidir. Ağrıkəsici kimi narkotik vasitələrdən istifadə 

olunur. 


Qida borusu xəstəlikləri 

Qida borusu xəstəlikləri ilə  əlaqədar meydana çıxan ağrı 

sindromunun xüsusiyyətləri: 

 

Döş sümüyünün arxasında, qida borusunun gedişi boyunca, 



bəzən tutmaşəkilli  

 

Daimi, müxtəlif intensivlikli yanğı, dolma və ya təzyiq hissi 



(axalaziya zamanı), bəzən isə çox intensiv (“xəncər “ağrısı) 

olur (bu, diafraqma dəliyi yırtığının boğulması əlamətidir) 

 

Boyuna, bəzən çənəyə, kürək nahiyəsinə irradiasiya edir 



 

Reflüks-ezofagitdə antasidlərin qəbulundan keçir, ezofaqospazm 

zamanı nitroqliserin effektiv ola bilər  

 

Odinofagiya (kəskin ezofagitdə – əksərən soyuq, isti qidalar, 



xronik ezofagitdə – kobud, bərk qidalar) 

 

Qida qəbulu ilə  əlaqəli (ezofageal spazmda, axalaziyada), 



uzandıqda, önə əyildikdə meydana çıxır (reflüks-ezofagitdə), 

disfagiya, qıcqırma, turş möhtəviyyatla gəyirmə, qida borusu 

qusması, requrgitasiya ilə müşayiət olunur  

 

Laborator-instrumental müayinə: 

 

Rentgenoloji müayinə: qida borusunun hərəki funksiyasının 



pozulması, konturlarının nahamar olması, eroziyalar nahiyəsində 

barium depolarının aşkar olunması, axalaziya zamanı barium 

horrasının qida borusunda uzun müddət ləngiməsi, distal  şöbədə 

iyəbənzər daralma 

 

Ambulator pH-monitorlama, rentgenoloji müayinə, 



fibroezofaqoskopiya, bazal manometriya, təxribat sınaqları 

(Bernstein sınağı, xolinesteraza inhibitoru edrofonium ilə) 




 28

 



Fiziki gərginlik sınaqlarının mənfi olması diaqnostik əhəmiyyət 

kəsb edir. 



 

İlk yardım: 

Qida borusunun spontan cırılması zamanı  xəstə  təcili cərrahi 

klinikaya çatdırılmalıdır.  

 

Döş qəfəsi xəstəlikləri 

Döş  qəfəsində meydana çıxan döş  qəfəsinin bilavasitə 

zədələnməsi ilə  əlaqədar ağrıların səbəbini vertebrogen (onurğanın 

döş  şöbəsinin distrofik zədələnmələri – spondilyoz, osteoxondroz; 

döş şöbəsi disklərinin yırtıqları) və qeyri-vertebrogen (mielit, Herpes 

Zoster, miofassial ağrı sindromu) olmaqla iki qrupa bölmək  olar. 

 

Vertebrogen ağrılar 

Osteoxondroz, gənclik kifozu, hormonal spondilopatiya, vərəm 

spondiliti, qabırğa oynaqlarının artriti və artrozu, distrofik 

dəyişikliklər (spondilyoz), döş  şöbəsi disklərinin yırtıqları  əksərən 

xroniki gedişə malik olur. Bəzən travmalardan sonra kəskin və 

yarımkəskin gedişli ola bilər.  

 

Ağrı bu zaman kürək və döş nahiyəsində lokalizasiya olunur  



 

Hərəkətlər zamanı onurğa sütununda meydana çıxır 

 

Döş  şöbəsi disklərinin orta lokalizasiyalı  yırtıqları zamanı 



kəskin aşağı paraplegiya meydana çıxa bilər 

 

Yan yırtıqlarda sinir kötüklərinin sıxılması ilə əlaqədar olaraq 



döş  qəfəsində meydana çıxan ağrı stenokardiya, plevral 

ağrıları imitasiya edə bilər 

 

Kompression-işemik mielo- və radikulopatiyalardan başqa 



əksərən qabırğaarası nevropatiyalar da meydana çıxır (spinal 

pozulmalarla müşayiət olunmur) 

 

Diaqnostika 

 



Döş qəfəsinin yırtıqları zamanı R-qrafiya ya norma daxilindədir, 

ya da degenerativ dəyişikliklər aşkar olunur 

 

KT və MRT daha informativ üsuldur (diskin yırtığı  və onurğa 



kanalının stenozu aşkar olunur) 


 29

Qeyri-vertebrogen ağrılar 

Mielit onurğa beyninin iltihabı  xəstəliyi olub  kəskin başlayır, 

ağrı beldə lokalizasiya edir, ifliclər və hissiyyatın itməsi inkişaf edir. 

Diaqnostikasında informativ üsul kimi MRT istifadə olunur. 



Herpes Zoster (kəmərləyici dəmrov)  

İstənilən yaşda rast gəlinə bilər, lakin yaş artdıqca meydana 

çıxma ehtimalı artır. Xəstəliyin aşkar klinik təzahürlərinin  əmələ 

gəlməsindən bir neçə gün əvvəl hərarətin yüksəlməsi,  zəiflik və 

əzginlik hissi, başağrıları, limfa düyünlərinin böyüməsi  (gələcəkdə 

səpgi  əmələ  gələcək tərəfdə) meydana çıxır. Sonralar dərinin 

müəyyən hissəsində lokal hiperesteziya, yanğı, qaşınma hissi, 

paresteziya aşkar olunur.  EKQ-də spesifik dəyişikliklər yoxdur. 3-14 

gün ərzində səpgilər meydana çıxa bilər.  

Əzələ xəstəlikləri 

Döş  qəfəsi və yuxarı  ətraf qurşağı  əzələlərində  ağrının səbəbi 

travmalar, fiziki gərginlik, trixinellyoz və s. ola bilər. 

Miofassial ağrı sindromu  əzələlərin birincili zədələnməsi ilə 

əlaqədar meydana çıxır. 

 

Ağrının lokalizasiya nahiyəsinin palpasiyası zamanı ağrılı və  



spazma uğramış əzələ bərkimələri  

 

Ağrı irradiasiya edir 



 

Trigger nöqtələrinin (bərkimə nöqtələri) palpasiyası zamanı 

kəskin ağrı meydana çıxır və irradiasiya nahiyələrində  əks 

olunur 


 

Bir neçə əzələ eyni zamanda zədələnə bilər 

 

Fiziki gərginlik, qeyri-fizioloji poza, soyuqlama, psixi amillər 



(emosional stress) əzələ spazmına səbəb ola bilər. 

 

Qeyri-steroid iltihab əleyhinə preparatlar az effektlidir, ağrılı 



nöqtələrə steroid ağrıkəsicilərin yeridilməsi effektiv olur 

Ön pilləli əzələ sindromu 

Sol qolun sinir-damar dəstəsinin ön və orta pilləli  əzələ  və  əlavə 

boyun qabırğası  və ya I qabırğa arasında sıxılması zamanı meydana 

çıxır. 



 30

 

ağrı boyun, bazu oynağı nahiyəsində, döş  qəfəsinin ön 



divarında lokalizasiya olunur, 

 

saidin ulnar səthinə irradiasiya edir  



 

küt, sızıldayan xarakterlidir 

 

fiziki gərginlik zamanı artır  



 

bir neçə dəqiqədən bir neçə saata qədər davam edir 

 

ağrının lokalizasiya və irradiasiya nahiyəsində hissiyyatın 



azalması, parasteziyalar, IV, V barmaqlarda əzələ gücünün 

azalması müşahidə edilir  

 

ağrı 


bəzən başgicəllənmə, qısamüddətli bayılmalar, 

ürəkdöyünmə hissi ilə müşayiət olunur 

 

Sümük-oynaq xəstəlikləri 

Titse sindromu  

 

döş sümüyü-qabırğa birləşməsində (II-IV qabırğa qığırdaqları 



nahiyəsində) lokalizasiya  

 

qola və çiyinə irradiasiya edən ağrılar  



 

fiziki gərginlik, döş  qəfəsində  hərəkətlər, asqırma, öskürmə, 

nəfəsalma zamanı artır  

 

döş sümüyünün kənarında kəskin ağrılı  şişkinlik (qabırğa 



qığırdağının ödemi və hipertrofiyası) qeyd olunur 

 

qeyri-steroid iltihab əleyhinə preparatlar, fizioterapiya, blokada 



ağrının azalmasına, keçməsinə səbəb olur 

Rentgenoloji müayinədə osteoporoz ocaqları aşkar olunur. 

Manubriosternal sindrom  

 

Döş sümüyünün yuxarı hissəsində  kəskin ağrı ilə xarakterizə 



olunur  

 

Fiziki hərəkət, bədənin vəziyyətini dəyişdikdə, öskürmə, 



asqırma zamanı ağrının artması səciyyəvidir 

 

Həmin nahiyədə şişkinləşmə, palpator ağrı 



 

Əksərən revmatoid artritdə rast gəlinir 




 31

Psixoemosional pozulmalar 

Panik pozulmaların diaqnostikasında yüksək həssaslığa malik 2 

sadə sualdan istifadə olunur

5

:  


1.

 

Son 6 ay ərzində sizdə nə vaxtsa qəfildən qorxu, həyəcan və 



ya güclü narahatlıq hissi ilə müşayiət olunan tutmalar 

olubmu? 


2.

 

Son 6 ay ərzində sizdə  nə zamansa heç bir səbəb olmadan 



qəfildən ürəkdöyünmə, zəiflik və ya  nəfəsalmanın 

çətinləşməsi kimi tutmalar olubmu? 

Əgər sualların hər hansı birinə müsbət cavab verilmişsə, bu, 

panik pozuntuların olmasını göstərir. Lakin nə bu suallar, nə  də ki, 

klinik təəssürat həyəcanla bağlı ürəkdən kənar döş  qəfəsi ağrıları 

diaqnozunun müəyyənləşdirilməsi üçün  kifayət qədər spesifik deyil 

və müsbət cavab ÜD xəstəliklərinin risk amilləri olan xəstələrdə 

gələcəkdə kardioloji müayinələrin aparılmasına mane olmamalıdır. 

Ümumiyyətlə, psixo-emosional pozulmalar zamanı 

(depressiyalar, psixopatiyalar) döş qəfəsində meydana çıxan ağrıların 

aşağıdakı xüsusiyyətləri vardır: 

 

çox qısa sancıcı xarakterli və ya uzunmüddətli ağırlıq hissi 



(depressiya zamanı) 

 

bir qayda olaraq ürəyin zirvəsində lokalizasiya edir 



 

emosional gərginlik və yorulma ilə əlaqəlidir, fiziki  

gərginliklə əlaqəsi olmur 

 

nevroloji əlamətlərlə müşayiət olunmur 



 

EKQ norma daxilindədir 

 

psixoterapiya aparılması və stress amilinin aradan 



qaldırılması effektli olur 

Hiperventilyasion sindrom 

Bu vegetativ pozulma əsasən gənc yaşlı şəxslərdə təsadüf olunur. 

Əsas simptom qəflətən meydana gələn təngnəfəslik, hava 

çatışmazlığı hissidir. Tərləmə, dərinin avazıması,  ətraflarda titrəmə, 

keyimə, başgicəllənmə ilə müşayiət olunur. Qanın qaz tərkibinin 

öyrənilməsi zamanı PaCO

2

 azalması, PaO



artması  və ya normada 

olması aşkar olunur. 



 32

Praktik fəaliyyət üçün əsas tövsiyələr

5

Klinik tövsiyələr Sübut 



səviyyəsi 

Ağrının tipik, atipik anginal, qeyri-anginal 

olmasının müəyyənləşdirilməsi xəstələrin 

kardial riskinin təyin olunmasına yardım edir 





Wells şkalasına görə balların cəmi 2-dən aşağı 

və normal d-Dimer sınağı AATE-ni inkar 

etməlidir 

Qeyri-normal d-Dimer sınağı və Wells 

şkalasına görə orta və yüksək riski olan 

xəstələrdə spiral KT və aşağı ətraf venalarının 

USM-i AATE-ni təsdiq və ya inkar etmək üçün 

istifadə olunmalıdır 





Diehr diaqnostik qaydası pnevmoniya 

ehtimalını qabaqcadan söyləmək üçün tövsiyə 

olunur 

Panik pozulmaların aşkar olunması üçün 

xəstələrin  2 sualdan ibarət sorğu vasitəsilə 

skrininqi aparılmalıdır 



Döş qəfəsində ağrısı olan xəstələrin EKQ-də 

ST elevasiyası, Q dişcikləri, keçiricilik 

pozulmaları qiymətləndirilməlidir. Nəticələr 

əvvəlki qeydlərlə müqayisə olunmalıdır. 

Döş qəfəsində ağrısı olan və ilkin olaraq  mənfi 

kardioloji qiymətləndirilmiş xəstələrə risk 

dərəcələrindən asılı olaraq əlavə stress EKQ, 

perfuzion skanerləşmə və ya angioqrafiya 

müayinələri aparılmalıdır. 



Serum troponin səviyyəsinin öyrənilməsi Mİ 

diaqnostikasına yardımçı üsul kimi tövsiyə 

olunur, həmçinin 30 gün ərzində ölüm və Mİ-

nin residivləşmə ehtimalını proqnozlaşdırmağa 

imkan verir. 






 33

Ədəbiyyat: 

1.

 



ESC Guidelines for the Management  of  Stable  Angina Pectoris 

Executive Summary (European Heart Journal 2006; 27(11): 

1341-1381), and Full Text (www.escardio.org). 

2.

 



ESC Guidelines for the Management of Acute Myocardial 

Infarction in Patients with ST-segment Elevation (European 

Heart Journal 2003; 24: 28-66). 

3.

 



ESC Guidelines on the Diagnosis and Treatment of Non-ST 

Segment Elevation Acute Coronary Syndromes (European Heart 

Journal 2007; 28 (13): 1598-1660). 

4.

 



Gersh BJ, Braunwald E, Bonow RO. Chronic Coronary Heart 

Disease.  İn Braunwald E, 6

th

 ed. Heart Disease: A Textbook of 



Cardiovascular Medicine. Philadelphia, Pa: WB Saunders Co 

Ltd; 2002:1272-1353. 

5.

 

William E. Cayley, JR. Diagnosing the Cause of Chest Pain. Am 



Fam Physician 2005;72:2012-21.www.aafp.org/afp   

6.

 



Tamariz LJ, Eng J, Segal JB, Krishnan JA, Bolger DT, Streiff 

MD, et al. Usefulness of clinical prediction rules for the 

diagnosis of venous thromboembolism: a systematic review. Am 

J Med 2004;117:676-84 

7.

 



Diehr P, Wood RW, Bushyhead J, Krueger L, Wolcott B, 

Tompkins RK. Prediction of pneumonia in outpatients with acute 

cough – a statistical approach. J Chronic Dis 1984;37:220 

8.

 

Клинические  рекомендации  для  практикующих  врачей, 



основанные  на  доказательной  медицине.  Издательский  дом 

«Геотар-мед» 2002. 

9.

 

L. Erhardt (Chairman), J. Herlitz (Secretary), L. Bossaert, M. 



Halinen, M. Keltai, R. Koster, C. Marcassa, T. Quinn and H. van 

Weert. Task force on the management of chest pain. European 

Heart Journal (2002) 23, 1153-1176 doi:10.1053/euhj.2002.3194,  

 

available online at http://www.idealibrary.com 



 

 

 




ƏLAVƏ №1 

 

XƏSTƏNİN APARILMA ALQORİTMİ 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



34

 



ƏLAVƏ №2 

 

DÖŞ QƏFƏSİNDƏ AĞRININ DİFFERENSİAL DİAQNOSTİKASI 

 

35



 


 

 

36



Document Outline

  • ChestPainoblojka.pdf
  • Chest Pain A5 for web.doc

Yüklə 232,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə