Microsoft Word Chest Pain A5 for weboblojka



Yüklə 232,79 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix02.10.2017
ölçüsü232,79 Kb.
#2536
1   2   3   4   5   6   7   8

 12

 



Anginoz ağrı  həmçinin halsızlıq, təngnəfəslik və ölüm qorxusu 

ilə müşayiət oluna bilər. 

 

Ürək-damar (ÜD) risk amillərinin (kişi cinsi, 60 yaşdan yuxarı 



yaş, diabet, hiperlipidemiya) mövcudluğu, anamnezdə  ÜİX və 

ürək çatışmazlığının olması, hətta qeyri-işemik xarakterli ağrısı 

olan xəstələrin nəzarətdə saxlanılmasına əsas verir (belə ki, belə 

xəstələrin 3%-ə qədərində ağrının meydana çıxmasından 30 gün 

ərzində Mİ və ya ölüm baş verir). 

Nəzərə alınmalıdır ki, bəzi hallarda xəstəlik atipik klinika ilə 

təzahür edir: 

-

 



döş qəfəsində ağrı plevral tipli olur,  

-

 



lokalizasiyası bəzən epiqastral nahiyədə olur (status gastralgicus

-

 



ürəkbulanma, qusma ilə müşayiət olunur,  

-

 



 təngnəfəslik və boğulma  (status asthmaticus), 

-

 



ağır ritm pozulmaları, bayılmalar meydana çıxır. 

Atipik  şikayətlər daha cavan (25-40 yaş), daha yaşlı (>75 yaş) 

xəstələrdə, qadınlarda,  şəkərli diabet, xronik böyrək çatışmazlığı  və 

demensiyalı xəstələrdə müşahidə olunur.  



Laborator-instrumental müayinələr: 

 



EKQ ilk tibbi təmasda 10 dəqiqə ərzində  çəkilməlidir  

-

 



ST seqmentinin qalxması  və  ya  Hiss  dəstəsi sol ayaqcığının 

yeni əmələ gəlmiş blokadası STQMİ diaqnozunu təsdiq edir 

-

 

anginoz tutma fonunda ST seqmentinin horizontal depressiyası 



STQOMİ diaqnozunu təsdiqləyir  

-

 



Q dişciyi, yeni meydana çıxmış T-dişciyinin dərin simmetrik 

inversiyası Mİ ehtimalını həmçinin artırır 

-

 

Sağ  mədəcik Mİ-yə  şübhə olduqda (aşağı divarın Mİ olan 



xəstələrdə hipotenziya, ağciyərlər üzərində patoloji tənəffüsün 

olmaması  və vidaci venada təzyiqin artması) EKQ sağ döş 

aparmalarında çəkilir 

-

 



Normal və ya şübhəli EKQ olduğu hallarda, EKQ qeydləri 

təkrar alınmalıdır və əvvəlkilərlə müqayisə edilməlidir.  

-

 

ExoKQ ilə sağ mədəcik infarktı diaqnozu təsdiqlənə bilər. 



Qeyd etmək lazımdır ki, normal EKQ KKS olmadığını istisna etmir. 

Bir sıra tədqiqatlarda təcili yardım şöbəsində normal EKQ ilə evə yazılan 

xəstələrin 5%-də son nəticədə kəskin Mİ və ya QSS aşkar olunmuşdur. 



 13

 



Miokardial zədələnmənin ən geniş yayılmış markerləri KFK MB 

izoenzimi, troponin T və İ -dir.  

KFK MB səviyyəsi təcili tibbi yardım üçün müraciətin 9 saatı 

ərzində 6,0 ng/ml (6,0 mkg/l) olarsa, sonrakı 30 gün ərzində Mİ və 

ölüm ehtimalının mötədil artmasına səbəb olur. Müraciətdən ən azı 8 

saat sonra troponin T (2 ng/ml), 6 saat sonra troponin İ (1 ng/ml)  

səviyyələrinin artması  Mİ  və  kəskin koronar sindrom diaqnozunu 

təsdiq edir və 30 gün ərzində  Mİ residivi və ölüm ehtimalını artırır 



(A)

5



Döş  qəfəsində  ağrı tutmasından sonra 6-72 saat ərzində 

troponinlərin normal səviyyədə qalması, xüsusən əgər EKQ normal və 

ya normaya yaxın olarsa, Mİ  və KKS əleyhinə ciddi sübutdur. Döş 

qəfəsində ağrı ilə müraciət etmiş, ÜD xəstəlikləri risk səviyyəsi aşağı, 

normal və ya normaya yaxın, EKQ müayinəsi, troponin səviyyəsi 

normal olan şəxslər ambulator xəstələr kimi qiymətləndirilə bilər. 

 

İlk yardım: 

STQOMİ  və QSS-li xəstələrdə uzaq dövr ölüm göstəriciləri 

STQMİ-dən daha yüksək olduğu üçün EKQ-də ST seqmentinin 

qalxması olmayan KKS-li xəstələrin diaqnozunun vaxtında qoyulub 

kardioreanimasiya  şöbələrinə göndərilməsi həyati  əhəmiyyət kəsb 

edir. 



İlk növbədə görüləcək tədbirlər:  

 



Ağrı, təngnəfəslik və həyəcanın aradan götürülməsi 

-

 



İntravenoz opioidlər (məsələn, 4-8 mq morfin) 2 mq-lıq əlavə 

dozalar, 5 dəqiqəlik intervalla verilə bilər. 

-

 

Əgər təngnəfəslik və ya ürək çatışmazlığı olarsa, oksigen   (2-



4 l/dəq) verilməlidir. 

-

 



Əgər opioidlər ağrının götürülməsinə kifayət etməzsə, vena 

daxilinə beta-blokatorların və ya nitratların yeridilməsi 

barədə düşünülməlidir. 

-

 



Xəstəyə 250 mq enterik örtüyü olmayan Aspirin 

çeynədilməlidir (A)

8

.  


-

 

Trankvilizatorlar təyin edilə bilər. 



 

İlkin dozada heparin vena daxilinə yeridildikdən sonra xəstə 



kardioloji reanimasiya şöbəsinə köçürülməlidir. 


 14

Perikardit 

Kəskin və xronik xəstəlikləri (vərəm, revmatizm, sepsis, 

kollagenozlar, xronik böyrək çatışmazlığı, pnevmoniya, kəskin allergik 

reaksiyalar, Mİ-nin ağırlaşması hallarında xəstəliyin 2-3-cü günü və ya 

Dressler sindromunun təzahürü kimi bir neçə həftə sonra) müşayiət edir. 

 



Ağrı zirvə vurğusu nahiyəsində, bəzən döş sümüyü arxasında, 

bütün prekordial nahiyədə lokalizasiya edir. Bəzən epiqastral, 

qabırğaaltı nahiyədə meydana çıxır 

 



Batıcı, kəskin, bəzən küt, sızıldayan xarakterlidir 

 



Döş qəfəsinin sağ yarısına yayılır, sağ çiyinə irradiasiya edir, sol  

qola, çiyinə, kürəyə irradiasiya səciyyəvi deyil 

 

Nəfəs alma, udma və arxası üstə uzanmaqla şiddəti artır, oturub 



önə əyilməklə azalır və ya itir  

 



Perikard tamponadasında ağrı zirvədə, bəzən retrosternal sahədə 

təzyiq hissi, küt ağrılar ya da sıxıcı xarakterdə olub, bəzən 

anginoz tutmanı xatırlada bilər 

 

Fizikal müayinə: 

 

xəstənin tənəffüsü səthidir 



 

vəziyyəti məcburidir (önə əyilmiş) 



 

təngnəfəslik, hərarətin yüksəlməsi 



 

auskultasiyada ürək tsiklinin müxtəlif fazalarında (sistola və ya 



diastolada) perikardın sürtünmə küyü eşidilir, bəzən ikili küy ola 

bilər. Küy lokaldır, pis ötürülür, dəyişkəndir, döş  qəfəsinə 

stetoskopla təzyiq etdikdə güclənir 

 

Laborator-instrumental müayinələr: 

 

EKQ zamanı kəskin dövrdə ST intervalının elevasiyası, T dişinin 



1-2 gün ərzində inversiyası Mİ-ni xatırladır. Lakin bu zaman ST 

seqmentinin elevasiyası yuxarı qabarmış, konkordant, 3-4 mm-ə 

qədər və əsasən standart aparmalarda olur, Q dişi olmur, T dişinin 

inversiyası 5 mm-ə qədər olur. Ekssudativ perikarditdə dişciklərin 

voltajının azalması, bəzən mənfi T dişləri müşahidə edilir. 

 



Döş qəfəsinin rentgenoloji müayinəsi zamanı ekssudativ perikarditdə 

ürək ölçülərinin böyüməsi, ürək konturlarında ürəyin pulsasiyasının 

itməsi, perikardın kirəcləşmə əlamətləri 

 



ExoKQ perikard boşluğunda mayenin olmasını aşkar edir 


Yüklə 232,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə