Microsoft Word Chest Pain A5 for weboblojka



Yüklə 232,79 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix02.10.2017
ölçüsü232,79 Kb.
#2536
1   2   3   4   5   6   7   8

 15

 



Laborator diaqnostikada leykositoz, EÇS artması 

Aortanın laylanan anevrizmi 

Klinik təzahürlərinin rəngarəngliyi diaqnostik səhvlərə səbəb ola 

bilər. Bu patologiya zamanı diaqnozun vaxtında qoyulmaması fatal 

nəticələrə  gətirib çıxara bilər. Anamnezdə arterial hipertoniya, 

Marfan sindromu, aorta qapağının anadangəlmə qüsurlarının (ikitaylı 

aypara qapaq) olması risk amillərinə aiddir. 

 

Ağrının xüsusiyyətləri: 

 



Döş sümüyünün arxasında, kürək nahiyəsində lokalizasiya edir 

 



Aortanın gedişi boyunca irradiasiya edir, bəzən boyuna, çənəyə, 

döş qəfəsinin hər iki tərəfinə yayıla bilər 

 

Qəfildən meydana çıxır, çox şiddətlidir, cırılma xarakterlidir  



 

Aşağı ətraflarda halsızlıq hissi ilə müşayiət olunur 



 

Fizikal müayinə: 

 



xəstənin ümumi vəziyyəti ağırdır,  

 



aşağı  və yuxarı  ətraflar və ya hər iki yuxarı  ətraflarda AT 

nəzərəçarpacaq dərəcədə  fərqlidir, bəzən təzyiqləri ölçmək 

mümkün olmur 

 



perkussiyada damar dəstəsinin genişlənməsi, auskultasiyada aorta 

üzərində və Botkin-Erb nöqtəsində kobud küy aşkar olunur 

 

hemoperikard və hemotoraksla müşayiət olunarsa, səciyyəvi 



əlamətlər aşkar olunur (məs, perkussiyada ürək kütlüyü 

sərhədlərinin genişlənməsi, ürək tonlarının karlaşması, yuxarı boş 

venanın sıxılması sindromu (sifətin sianozu, vidaci venaların 

şişməsi)). Bu halda simptomlar sürətlə inkişaf edir və həyat üçün 

xüsusi təhlükə törədir 

 

Laborator-instrumental müayinələr: 

 

Döş  qəfəsinin rentgenoloji müayinəsi  əksərən aorta kölgəliyinin 



genişlənməsini, kirəcləşmə sahələri varsa, kalsifikasiya olunmuş 

intimanın damarın xarici konturundan 1 sm-dən artıq aralanmasını, 

yan proyeksiyada iki mənfəzi aşkar etməyə imkan verir 

 



Transezofageal ExoKQ aortanın laylanmasının diaqnostikasında 

“qızıl standart” hesab olunur  




 16

 



KT, MRT 

 



Qanın ümumi analizi zamanı  kəskin meydana çıxan anemiya 

aşkar olunur 



İlk yardım:  

Sistolik AT endirilməlidir (100-120 mm Hg qədər), nifedipin, 

nitroqliserin, nitroprussid, beta-blokatorlar və analgetiklər təyin 

olunur.  

Qalxan aortanın laylanması  təxirəsalınmaz cərrahi  əməliyyat 

tələb edir. Trombolitiklər əks-göstərişdir. 

 

Miokardit 

Müxtəlif virus infeksiyaları, kollagenozlar, allergik vəziyyətlər

revmatizm,  şüalanma, bəzi dərman preparatlarının (sitostatiklər, 

fenotiazin törəmələri) qəbulunu və s. müşayiət edə bilər. Kəskin 

miokardit infeksion prosesin təzahürlərindən biri, və ya yeganə 

təzahürü ola bilər. 

 

Ağrının xüsusiyyətləri: 

 



Ağrı prekordial nahiyədə lokalizasiya edir 

 



Təzyiqedici, sızıldayıcı xarakterlidir 

 



Fiziki gərginliklə bilavasitə  əlaqəsi yoxdur və nitroqliserinlə 

deyil, qeyri-steroid iltihab əleyhinə preparatlarla keçir 

 

Tez yorulma, aritmiya, taxikardiya ilə müşayiət olunur 



 

Fizikal müayinə: 

 



Obyektiv müayinənin nəticələri qeyri-spesifikdir (taxikardiya, 

perikardın sürtünmə küyü, ağır hallarda sağ  və sol mədəcik 

çatışmazlığı əlamətləri aşkar olunur – ödemlər, boyun venalarının 

şişməsi, “çapma ritmi” və s.) 

 

Laborator-instrumental müayinələr: 

 



EKQ-də ST elevasiyası, T inversiyası, keçiricilik pozulmaları, 

mədəcik aritmiyaları, bəzi hallarda EKQ normal ola bilər 

 

Rentgenoqrafiya zamanı  ağır hallarda ürək və damar kölgəliyi 



genişlənmişdir 

 



ExoKQ: sol mədəciyin dilatasiyası, yığılma funksiyasının pozulması, 

ağır hallarda dilatasion kardiomiopatiya əlamətləri 




 17

 



Ürəyin radioizotop müayinəsi (

111


İn ilə nişanlanmış antimiozin  

və 


99m

Tc pirofosfat ilə)  miokardit diaqnozunu hətta bir neçə ay 

sonra təsdiqləyir 

 



Laborator müayinələr: kəskin mərhələdə kardiospesifik 

fermentlərin aktivliyi yüksəlmişdir  

 

Qanın və digər bioloji mayelərin mikrobioloji müayinəsi 



Ağır gedişli miokarditlər zamanı (ürək çatışmazlığı  əlamətləri, 

ağır mədəcik artitmiyaları riski) təxirəsalınmaz hospitalizasiya 

göstərişdir. 

 

Ağ ciyər arteriyasının tromboemboliyası (AATE) 

Bu xəstələrin 80-90%-də AATE və  aşağı  ətrafların dərin 

venalarının trombozuna (DVT) meyllilik yaradan bir və ya bir neçə 

risk amilini (RA) aşkar etmək olur. RA aşkar olunması klinisistə 

diaqnozun qoyulmasında yardım edə bilər: xəstənin  

immobilizasiyası – yataq rejimi, ürək çatışmazlığı, çanaq 

orqanlarında, qarın boşluğu orqanlarında, aşağı  ətraflarda  cərrahi 

əməliyyat (bu zaman artıq çəki və yuxarı yaş riski artırır), aşağı ətraf 

sınıqları  və oynaqlarının iltihabı  xəstəlikləri, venaların varikoz 

genəlmələri, qarın boşluğu və kiçik çanaq orqanlarının bəd xassəli 

şişləri metastazlaşma dövründə, piylənmə, hamiləlik, erkən doğuşdan 

sonrakı dövr, əvvəllər obyektiv olaraq diaqnozu qoyulmuş DVT və 

ya keçirilmiş AATE, həmçinin kiçik risk amilləri (hava səyahətləri, 

hormonal kontrasepsiya), trombofiliyalar. 

Klinika xəstənin ilkin vəziyyəti və tromboemboliyanın həcmindən 

asılı olaraq müxtəlif ola bilər: massiv, xüsusən ağ ciyər kötüyü 

şaxələnməsi nahiyəsində baş verən tromboemboliyalar ağır, 

ildırımsürətli gedişə malikdir – tez bir zamanda şok, kəskin ağ ciyər-

ürək çatışmazlığı və ölümlə nəticələnir.  

Kəskin gedişdə  qəfildən döş sümüyü arxasında meydana çıxan 

“xəncər” ağrısı, kəskin təngnəfəslik, ölüm qorxusu, huşun itməsi, AT 

enməsi, sianoz (çuqun rəngi), boyun venalarının  şişməsi aşkar 

olunur. 


Kiçik və orta şaxələrin təkrar tromboemboliyalarında klinikada 

ağrı üstünlük təşkil edir: 


Yüklə 232,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə