Microsoft Word Chest Pain A5 for weboblojka



Yüklə 232,79 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix02.10.2017
ölçüsü232,79 Kb.
#2536
1   2   3   4   5   6   7   8

 18

 

döş sümüyünün arxasında, parasternal nahiyədə lokalizasiya 



edir, psevdokoronar xarakterli ola bilər 

 

kəskin meydana çıxır 



 

ağ ciyər infarktı  və plevranın zədələnməsi nəticəsində 

nəfəsalma aktı ilə əlaqədar olur 

 

təngnəfəslik, öskürək, qanhayxırma ilə müşayiət olunur 



 

Fizikal müayinə zamanı taxikardiya, taxipnoe, sianoz (bəzən kül 

rəngdə avazıma), AT-nin enməsi, kollaps 

 

Ağ ciyər arteriyası üzərində II tonun aksenti, sistolik küy 



 

Ağ ciyər infarktı inkişaf etdikdə ağ ciyərlər üzərində səs titrəməsi 



və bronxofoniya güclənmiş, perkutor səsin kütləşməsi, bronxial 

tənəffüs fonunda xırda kalibrli yaş  xırıltılar, infarkt nahiyəsində 

plevra zədələndikdə plevranın sürtünmə küyü 

 



Qara ciyərin böyüməsi 

 

Laborator-instrumental müayinələr: 

 

EKQ – standart aparmalarda Sl-Qııı, mənfi T sağ döş 



aparmalarında, III və  aVF aparmalarında, Hiss dəstəsinin sağ 

ayaqcığının blokadası  

 

ExoKQ ağ ciyər arteriyasında təzyiqin yüksəlməsini göstərir 



 

Arterial qanda PaO



2

 azalmış, Pa CO

2

 artmışdır 



 

Döş  qəfəsinin rentgenoqrafiyası: ağ ciyər infarktında subplevral 



yerləşmiş pazşəkilli kölgəlik aşkar olunur 

 



Aşağı ətraf damarlarının ultrasəs doppleroqrafiyası 

 



Qanda d-Dimerin (fibrinolizin laborator göstəricisi) səviyyəsinin 

təyini (onun normal göstəricisi DVT-ni inkar edir)  

 

Spiral kompüter tomoqrafiyası  mərkəzi və seqmentar trombları 



aşkar etməyə imkan verir . 

 



Ağ ciyərlərin ventilyasion-perfuzion ssintiqrafiyası yüksək 

informativliyə malikdir, ilk 24 saat ərzində aparılır 

 

İmpedans pletizmoqrafiya (doppleroqrafiya mümkün olmadıqda 



aparılır) 

 



“Qızıl standart” rentgenkontrast KT müayinə üsulları 

(fleboqrafiya, angiopulmonoqrafiya) 

 

Ağ ciyər emboliyasının diaqnostikasında sadələşdirilmiş  Wells 



şkalası istifadə olunur ki, bu da  xəstələrdə aşağı, orta və ya yüksək 


 19

AATE ehtimalının  müəyyənləşdirilməsində etibarlı üsul hesab 

olunur (A)

6

 (Cədvəl 1). 

 

Cədvəl 1. Ağ ciyər emboliyasının klinik diaqnostikasında         

WELLS modeli 

Klinik əlamətlər* Ballar 

DVT klinik simptomları  və  əlamətləri (aşağı  ətraflarda 

obyektiv təyin edilmiş  şişkinlik və ya dərin venaların 

palpasiyası zamanı ağrı) 

 

3.0 


AATE ehtimalı alternativ diaqnozdan daha çoxdur 

3.0 


ÜVS  dəqiqədə  100 vurğudan artıqdır 1.5 

İmmobilizasiya (yəni 3 ardıcıl gün ərzində yataq rejimi) 

və ya son 4 həftə ərzində cərrahiyyə əməliyyatı 

1.5 


Əvvəllər obyektiv olaraq diaqnozu qoyulmuş DVT və ya  

AATE 


1.5 

Qanhayxırma  

1.0 

Maliqnizasiya (xərçəngin cari, son 6 ayda və ya palliativ 



müalicəsi) 

1.0 


Balların cəmi 

     AATE riski 

AATE 

ehtimalı (%) 

       <2 bal 

           Aşağı 

          1-28 

        2-6 bal 

           Mötədil 

        28 - 40 

        >6 bal 

           Yüksək 

        38 - 91 



*əlamətlər klinik əhəmiyyətinə əsasən sadalanır     

 



 20

Ağ ciyər və plevra xəstəlikləri  

Quru plevrit 

Plevra vərəqələrinin iltihabı bir sıra xəstəliklərin (ağ ciyər 

vərəmi, pnevmoniya, ağ ciyər infarktı, kollagenozlar, revmatizm, 

uremiya, qanyaradıcı orqanların xəstəlikləri) səbəbi (ağırlaşması) 

kimi meydana çıxır. Bu zaman:  

 

ağrı bəzən çox intensiv olur 



 

döş qəfəsinin bir tərəfində lokalizasiya edir  

 

nəfəsalma, öskürmə, sağlam tərəfə əyilmə zamanı baş verir 



 

quru öskürəklə, subfebril bədən hərarəti, gecə  tərləmələri, 

üşütmə, zəifliklə müşayiət olunur. 

 

Diaqnostika: 

 

Güclü ağrılar xəstəni məcburi (zədələnmiş nahiyədə  hərəkətsiz 



uzanmış) vəziyyət almağa vadar edir. 

 



Döş  qəfəsinin uyğun tərəfində  tənəffüs ekskursiyası azalmış, 

tənəffüs tezləşmiş və səthidir. 

 

Perkutor səs dəyişməmiş, auskultasiyada zəifləmiş tənəffüs, plevranın 



sürtünmə küyü (stetoskopla qabırğaarası nahiyəyə  təzyiq etdikdə 

güclənir). Plevranın sürtünmə küyü palpasiya zamanı hiss olunur.  

 

Pnevmotoraks (PT) 

Plevra boşluğuna visseral plevradakı defektdən havanın keçməsi   

zamanı baş verə bilər. Gənc (20-40 yaşda) siqaretçəkən şəxslərdə və ağ 

ciyərlərin xronik obstruktiv xəstəlikləri olan pasiyentlərdə döş qəfəsində 

kəskin ağrı  və  təngnəfəslik meydana çıxdıqda PT-dən  şübhələnmək 

lazımdır. Birincili spontan (20-40 yaşda, arıq və hündür kişilərdə), 

ikincili (ağ ciyər xəstəlikləri: ağ ciyər vərəmi, absesi, sisti, stafilokokk 

destruksiyası  fonunda meydana çıxan), travmatik, gərgin (hava bir 

istiqamətdə yalnız plevra boşluğuna daxil olur) PT ayırd olunur.  

 

Xəstəlik adətən 



 

qəflətən, surətlə inkişaf edir; 

 

əksər hallarda fiziki gərginlik, öskürək, kəskin nəfəsalma 



fonunda “xəncər” ağrısı, təngnəfəslik, öskürək meydana çıxır; 

 

zədələnmiş nahiyədə çiyinə irradiasiya edir; 




Yüklə 232,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə