Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə48/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   41   42   43   44   45   46   47   48   49

 
280 
Ləbin miqdarında «lam» və «bey»
1
 sayan, 
Dişlərin şəddəsi çox seyrəlibdir
Tökülən qalana üstün gəlibdir. 
Sən isə danışıb güldüyün zaman, 
Onlara çəkirsən pərdə dodaqdan. 
O qədər əfəlsən, o qədər sərtsən, 
Bütün vücudunla belə şikəstsən. 
Canın bir üzvündə tapdıqda illət, 
Hər yerdə dərdindən açırsan söhbət. 
Cisminin bir yeri əskilən zaman, 
Dördəlli tutursan fani dünyadan. 
Nə üçün bu sirrə etmirsən iqrar 
Ki, hər kəs nə əkmiş, onu da yığar! 
Dünyanı sanaraq əbədi mənzil, 
Olmursan oradan köçməyə mayil. 
Məgər o dünyadan yoxdur xəbərin 
Ki, ona bağlıdır xeyrinlə şərrin. 
Qorxuram ki, əcəl çatdığı zaman, 
Könlün ayrılmaya yenə dünyadan. 
Canında yüz arzu, dilək, vəsvəsə, 
Ölüm, həyatının kökünü kəsə. 
Əcəl qədəhini içəsən, ancaq 
Bircə arzun ola sənin – yaşamaq! 
Eşitdim Calinus, o böyük insan 
Ki, onun mislini görməmiş cahan, 
Canı boğazına çatan bir gündə, 
Demişdir ki: «Ey, kaş, gözum önündə, 
İynə gözü qədər deşik olaydı, 
Məzardan dünyaya gözüm baxaydı». 
O qədər şirindi gözundə həyat, 
Bir iynə gözündən axtardı nəcat. 
                                                                                                                            
дишляри она охшатмышдыр. 
1
 «Ябъяд» щесабы иля «с» щярфи 30, «б» щярфи ися 2-
дир ки, бирликдя 32 дишин сайыны эюстярир. 
 
281 
Üzünə elə bir qapı aç bir gün, 
Sabahın aləmi ondan görünsün. 
Keçməsin belə bir arzu könlündən! 
Ki, fani aləmə baxasan hərdən. 
Dünya bir başmaqdır, ayağı sıxar, 
Onun yüz çınqıllı, qumlu dağı var. 
Çalış, o başmağı at ayağından. 
Atmasan, yorulub, yolda qalarsan. 
Göyün pərdəsindən döşə payəndaz, 
Bunca pərdəsizlik sənə yaraşmaz! 
O pərdə dalında sonsuz işıq var 
Ki, hər zərrəsindən bir günəş parlar. 
Yüksəl, hər arzudan, diləkdən əl çək! 
Günəşə qovuşub yox ol zərrə tək! 
Əgər yoxa çıxsan, xilas olarsan, 
Ayrılıq qəmindən, hicran dağından! 


 
282 
İDRAK  ƏLİ  KAMALA  ÇATMAQ  CİLOVUNDA, 
MÖHKƏM  VƏ  İRADƏ  AYAĞI  CƏHALƏTDƏN 
QAÇMAQ  YOLUNDA  BƏRQƏRAR  OLAN  ƏZİZ 
OĞLUMA  NƏSİHƏT 
 
Ey ağıllı bala, ədəbli oğul, 
Daima allahın pənahında ol! 
Atalıq borcumdur, məni eşit sən! 
Çalış, bəhrə götür nəsihətimdən! 
Sənin yeddi, mənim yetmiş yaşım var, 
Sən gəncsən, mən isə gücsüz, ixtiyar! 
Getmiş günüm, həftəm, ay, ilim bada, 
Yanıram keçmişi saldıqca yada. 
İndi mən əkinə başlasam, inan! 
Güldən artıq bitər tarlamda tikan. 
Nə qədər çalışıb, çapalasam mən, 
Faydalı heç bir iş gəlməz əlimdən. 
Çalış, tut nə qədər qolda gücün var, 
Səadət çətrinin altında qərar. 
Bir iş gör ki, xeyir çıxsın qarşına, 
Səadət yağışı yağsın başına. 
Əvvəlcə, biliyə göstərib həvəs, 
Cəhlin, nadanlığın rişəsini kəs. 
Bilir insanların, məncə, hər biri 
Ki, cahil ölüdür, alimsə diri. 
Özünü ağıllı sayan bir insan, 
Ölülərlə yoldaş olmaz heç zaman! 
Sənə bu sirri də bilmək gərəkdir 
Ki, elm sonsuzdur, ömür gödəkdir. 
İki yol dünyaya gəlməyir insan, 
O elmi öyrən ki, mahir olasan! 
İşdə biliyinə xalqı inandır 
Ki, əməlsiz bilik, gülsüz tikandır! 
Kimya elmini bilsən də əgər, 
 
283 
Nə xeyri, etməsən öz misini zər? 
Əməl xələtilə özünü bəzə, 
Saxla bu xələti həmişə təzə! 
Bir əməl ixlasdan olarsa ari, 
Çəkər arifləri xamlığa sarı. 
Xam işdən bir fayda görməmiş insan
Halvanın xamından azarlanarsan. 
Sən ixlas sahibi oldunsa əgər, 
Ayıq ol, bu yolda vardır yüz xətər. 
Yeməyə, geyməyə qul olma, əlbət, 
Qarnına, əyninə az elə xidmət. 
İstidən, soyuqdan saxlayır libas, 
Kişisən, kişiyə bəzək yaraşmaz! 
Paltarın palazdan olarsa əgər, 
Səni yüz fitnədən xilas eyləyər. 
Tülkü tək geyinsən yumuşaq paltar, 
Dərini başından tez çıxararlar. 
Şirniyə aldanma, gəl, mənə inan! 
Şəhdi zəncir olub, tutar yaxandan! 
Bu qanlı dənizdə acılığa döz, 
Sədəfin bağrına inciləri düz! 
Kimin süfrəsinə barmaq uzatsan, 
Yumruğunla vurma onun başından! 
Birinin duzunu dadmışsan əgər, 
Salma duzdanına pis gözlə nəzər. 
Ehsan ver, heç zaman unutma bunu 
Ki, hər bir sərvətin yetişər sonu. 
Dostlara borc vermək məsləhət deyil, 
Borc vermək dostluğun qayçısıdır, bil! 
Çalış, dostun yükü ağır olmasın, 
Borc əyər belini hər bir insanın. 
Bəxşişin həddini bilməsən əgər
Yoxsulluq axırda qəddini əyər. 
Dosta can qurban et, lakin hər zaman, 


 
284 
Ayırmağı bacar, dostu düşmandan. 
Dost odur ki, daim vəfalı olsun, 
Qəlbi sədaqətin nuriylə dolsun. 
Alsın ağır yükü sənin çiynindən, 
Köməyinə çatsın yorulanda sən, 
Əlindən yapışsın darda qalanda, 
Oduna su səpsin canın yananda. 
Qoşulsan bilmədən yaman bir işə, 
Düşsün sənin üçün fikrə, təşvişə. 
Necə çıxararlar tükü xəmirdən, 
Qoruyub çıxarsın səni təhqirdən. 
Yaxşılıq yoluna səni sövq etsin
Özü də bu yolda səninlə getsin. 
Belə dost tapılsa, qulu ol, oğlum! 
Ar deyil olmağın dosta qul, oğlum! 
Yoxsa dost tutmadan ömrü ver başa, 
Yaman dostdan isə dostsuz, tək yaşa! 
Çəkmə zəmanənin dərdini, şad ol! 
Dünyanın qəmindən çalış, azad ol! 
Həyatda çoxdursa faydalı peşə, 
Qüvvəni sərf elə daim bir işə! 
Gecəni gündüzə qatıb hər zaman, 
Çalış, öz peşəndə mahir olasan! 
Olmazsa dünyada peşən, sənətin, 
Bekar gəzmə, əgər varsa qeyrətin. 
Kitab oxumağı çalış, qıl adət, 
Çünki kitabdadır əsl səadət! 
Alimlər haqqında məşhur məsəl var; 
Alim gorda, bilik kitabda qalar.  
Tənhalıq küncünün şurudur kitab, 
Bilik səhərinin nurudur kitab! 
Muzdsuz, minnətsiz ustadlıq edər, 
Bağışlar bilikdən sənə min gövhər. 
Özü dilsiz ikən deyər sirləri, 
 
285 
Ağıllı bir dostdur, libası dəri. 
İçi qonça kimi dolmuş varaqla
Hər varağında var inci tabaqla. 
Rəngli bir dəriyə bürünmüş özü, 
Qiymətli gövhərdir, lakin hər sözü! 
Üz-üzə sövkəmiş səhifələri, 
Hər biri mişk üzlü gözəl bir pəri. 
Vursa dodağına barmaq bir nəfər, 
Onları bir rəngdə, bir üzdə görər. 
Min lətifə söylər, hamısı əlvan, 
Məna inciləri səpərlər haman. 
Gör, onlarda necə ibarələr var, 
Yunan hikmətinə işarələr var. 
Sənə gah tarixi izah edərlər, 
Gah da gələcəkdən verərlər xəbər. 
Şer dəryasının cumub dibinə, 
Mirvari tökərlər ağlın cibinə. 
Gah da bir dost kimi tutub əlindən, 
Haq sözlə edərlər gözünü rövşən. 
Mənim hər sözümə assan da qulaq
Sən öz məqsədindən əl çəkmə ancaq, 
Məqsədə yetməyin olmazsa mümkün, 
Zəhmətdən, təlaşdan əl çəkmə bir gün! 
Dil açıb bir sirri dediyin zaman, 
Xeyrini, şərini unutma bir an. 
Bir quş qanad açıb, uçsa qəfəsdən, 
Yenidən sən onu tuta bilməzsən. 
Ürəyində varsa şək-şübhə əgər, 
Etmə hikmətləri dilində əzbər. 
Tük qədər olsa da zərif bir hikmət, 
Qaranlıq ürəyə yol tapmaz, əlbət! 
Naşı sufilərlə dostluğu burax, 
Xamın xam iş gələr əlindən ancaq! 
Ağıllı işlərdən qoyarlar səni, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə