Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə45/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   41   42   43   44   45   46   47   48   49

 
262 
Gördü incisini deşməmiş zaman. 
Dedi: «Necə qaldı bakir bu gövhər
Qonçan açılmadı, açıldı səhər?» 
Dedi ki, Əzizdən qeyri görməmiş,  
O isə bağımdan qonça dərməmiş. 
Şöhrətdə nə qədər olsa da qoçaq, 
Bu kimi işlərdə süst idi ancaq. 
Mən səni yuxuda gördüm uşaqkən, 
Adını, yerini soruşdum səndən. 
Mərhəmət göstərib, şad etdin məni, 
Sən mənə tapşırdın bu xəzinəni. 
Qorudum, etmədim bir kəsdən həras
1

Kimsə gövhərimə vurmadı almas. 
Şükürlər olsun ki, həmən əmanət
Bu gün çatdı sənə bütöv, səlamət. 
Qorxu qılıncına olsam da hədəf, 
Qoymadım etsinlər incimi tələf. 
Yusif bu sözləri eşidən zaman, 
Yüksəldi gözündə o mahi-taban. 
Dedi: – «Ey huridən, mələkdən gözəl, 
Sən bunu istərdin, neçə il əvvəl? 
Bununçünmü məndən intiqam aldın? 
Məni böhtanınla zindana saldın?» 
Dedi: – «Üzr istərəm, mən o zamanlar, 
Məhəbbət dərdinə oldum giriftar. 
Canım əriyirdi eşqin odundan, 
Könlümun dərdinə tapmazdım dərman. 
Səndəki gözəllik, məlahətli üz, 
Şövqimi artırdı hər gün birə yüz. 
Eşqin oldu məni yoldan çıxaran, 
Etdim, etdiyimə oldum peşiman. 
Öldürsən, məzəmmət etmərəm səni
Lakin üzürlü tut, bağışla məni. 
                                                           
1
 Щярас – горху. 
 
263 
Bir günah ki ona eşq olub səbəb, 
Məşuqun könlündə doğurmaz qəzəb. 


 
264 
ZÜLEYXANIN  MƏHƏBBƏTİ  YUSİFƏ  QALİB  GƏLİR  
VƏ  ONUN  ÜÇÜN  XÜSUSİ  İBADƏTXANA  TİKDİRİR 
 
Xoşbəxt o kəsdir ki, aşiq yaranmış, 
Sevib-sevilməkdə şöhrət qazanmış. 
Eşqdə sədaqət göstərsə əgər, 
Hər aşiq sevilər, kama yetişər. 
Züeyxa könlünü eşqə vermişdi, 
Hörmətlə, kədərlə gün keçirmişdi.  
Hələ uşaq ikən gülüzlü canan
Gəlinciyi bilib canlı bir insan, 
Yar kimi sevərdi olsa da uşaq, 
Eşqbazlıq idi oyunu ancaq. 
İki gəlinciyi qoyub yan-yana, 
Deyərdi: – «Bu, aşiq olmuşdur ona». 
Elə ki tanıdı sağdan solunu, 
Öyrəndi oturub-durmaq yolunu, 
Gördü macəralı yuxu o nigar, 
Yusifin eşqinə oldu giriftar. 
Öz doğma yurdundan düşdü dərbədər, 
Misir ölkəsinə elədi səfər. 
Gəldi öz şəhrindən Yusif şəhrinə, 
Qərq oldu, düşərək eşqin bəhrinə. 
Yusifin eşqiylə tutuşdu oda, 
Verdi gəncliyini ümidlə bada. 
Qocaldı, eşqdən döndümü? – Haşa! 
Kor oldu, istədi hüsnə tamaşa. 
Gözləri açıldı, gənc oldu yenə, 
Dünya tabe oldu onun eşqinə
Nə qədər yaşadı, sevdi, sevildi, 
Vəfanı həyatın mənası bildi. 
Ondakı tükənməz vəfa, nəhayət, 
Yusifin qəlbinə qıldı sirayət. 
Yusif o gözələ elə vuruldu 
 
265 
Ki, özü-özündən xəcalət oldu. 
Elə məftun etdi onu dilaram, 
Bir an görməsəydi, tutmazdı aram. 
Yanından durmazdı bir an ayağa, 
Üz-üzə qoyardı, dodaq-dodağa. 
Şənlik tarlasını qərq etdi suda, 
Ehtiyac duyuldu hər ləhzə oda. 
Züleyxa gözündə açıldı pərdə, 
Həqiqət nurundan pay aldı bir də. 
O günəş, qəlbini elə ovutdu 
Ki, hətta Yusifi onda unutdu. 
Bəli, ömür boyu o məsum nigar, 
Məcazi bir eşqə oldu giriftar! 
Həqiqət günəşi parlayan zaman
Bütün maneələr qalxdı aradan. 
Həqiqət cəzbəsi daha yüksəkdi, 
Ona təsir edib, ardınca çəkdi. 
Bir gecə Yusifin qaçdı yanından, 
Yıxılıb dursa da, qaçdı o canan. 
Yusif arxasınca qovdu cananı, 
Tez tutmaq istədi o, Züleyxanı. 
Arxadan ətəyin cənginə saldı, 
Köynəyi cırılıb əlində qaldı. 
Züleyxa söylədi:-– «Neçə il əvvəl, 
Sənin köynəyini cırdım ey gözəl! 
Bu gün o qisası sən məndən aldın, 
Cırıb, köynəyimi bu günə saldın. 
Aramızda bir fərq olsa da əgər, 
Köynəyi cırmaqda olduq bərabər». 
Yusif Züleyxaya nəzər salaraq, 
Bildi ki, istəyir doğru yol tapmaq. 
Kaşanə tikdirdi onun adına, 
O kaşanə oldu ibadətxana. 
Firuzə kərpicdən çatıldı tağlar, 


 
266 
Fərşi behişt kimi həmişə bahar. 
Mühəndis çalışıb göstərdi hünər, 
Bəzədi fərşindən səqfinə qədər. 
Bacadan səadət nurunu saçdı, 
Xoşbəxtlik qasidi qapısın açdı. 
Tağları hurinin başına bənzər, 
Ölsün qürfəsinə
1
 salan bəd nəzər. 
Şüşəsi əksindən günəş nur almış, 
Kölgə, o sarayın həsrəti qalmış, 
Rəssamlar orada çox zəhmət çəkir
Qələmlə divara ağaclar əkir. 
Hər şaxə üstündə bir quş oturmuş, 
Dimdiyini yumub, boynunu burmuş. 
Naxışlar çəkilmiş taxça-rəfinə, 
Asılmış yüzlərlə qəndil səqfinə. 
Yusif Züleyxanın əlindən tutdu, 
Gətirib, orada taxta oturtdu. 
Dedi: – «Mənə qarşı mərhəmətindən, 
Nə qədər ömrüm var, xəcalətəm mən. 
O zaman ki mən qul, sən xanım idin, 
Adıma möhtəşəm saray tikdirdin. 
Nə qədər ki vardı əlində imkan, 
Ona bəzək vurdun cəvahiratdan. 
Mən, cavab olaraq iltifatına, 
Tikdirdim adına ibadətxana. 
Get, ibadət elə o bir allaha 
Ki, qələmçəkəndir hər bir günaha. 
Sənə yoxsul ikən sərvət yetirdi, 
Zəif qoca idin, cavanlıq verdi. 
Nur gəldi yenidən iki gözünə
Rəhmət qapısını açdı üzünə. 
Bir ömür qatlaşdın dərdə, hicrana, 
Xaliqin lütfü ilə çatdın canana.  
                                                           
1
 Гцрфя – ейван. Ложа. 
 
267 
İndi bir sözümə qılıb itaət, 
Otur, xaliqinə elə ibadət». 
Züleyxa şah kimi taxta oturdu, 
Xadiqə ibadət dəstgahı qurdu. 
Allahın fəzlindən alaraq imdad, 
Yaşadı Yusifin vüsalıyla şad. 
YUSİF  ANASINI  VƏ  ATASINI  YUXUSUNDA  GÖRÜR, 
ONLARIN  DƏVƏTİNİ  QƏBUL  EDİB  ALLAHDAN 
ÖLÜM  İSTƏYİR,  ZÜLEYXANI İZTİRABA SALIR 
 
Həsrətdə qalanda bəxt olsa əgər, 
Özü gözləmədən vüsala yetər. 
Tale pərisiylə olub həmağuş, 
Hicran dərdlərini edər fəramuş. 
Qəm, qüssə tozunu könlündən silər, 
Şadlıqla yaşayar bir neçə illər. 
Birdən üz döndərər səadət ondan
Xəzan küləyi tək yenə də hicran, 
Əsər, viran qoyar vüsal bağını, 
Qırar xoş arzunun qol-budağını, 
Züleyxa Yusifə çatıb aldı kam, 
Qıldı yar vəsliylə könlünü aram. 
Üzünə səadət güldü, oldu şad, 
Yaşadı dünyanın qəmindən azad. 
Lakin vüsal dövrü yetişdi sona, 
Qırx yaşa çatınca o gözəl sona, 
Cavan ağac kimi hey barla doldu, 
Dalbadal bir neçə övladı oldu. 
Onun arzusunca dövr etdi fələk, 
Qalmadı könlündə daha bir dilək. 
Bir gecə mehraba Yusif əydi baş, 
Yuxu hücum çəkdi bəxtinə birbaş. 
Gördü ki, hər tərəf nura büründü
Atası, anası gözə göründü, 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə