Microsoft Word Cami Yusif ve Zuleyxa doc



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix30.10.2018
ölçüsü0,96 Mb.
#76292
1   ...   41   42   43   44   45   46   47   48   49

 
274 
Bu bağda o gözlər nəyə gərəkdir? 
Rəsmdir, əzizi ölən adamlar
Tabutu üstündə gözün çıxarar. 
Düşmüşdü tabutdan ayrı o nigar, 
Qıldı gözlərini qəbrinə nisar. 
Sövkədi qəbrinə qanlı üzünü, 
Can verib həyata yumdu gözünü. 
Xoşbəxtdir, o aşiq ki verəndə can, 
Vüsal müjdəsini alar canandan.  
Dostlar hadisədən olub xəbərdar, 
Gəlib, matəmində qan ağladılar. 
Yusifə tutmuşdu matəm nə qədər, 
Ona da o qədər yas tutdu ellər. 
Yaslının yasında oturdu hamı, 
O nakam gözələ yas qurdu hamı. 
Ağlayıb oxşamaq yetinçcə sona, 
Dedilər verilsin gərək qüsl ona. 
Necə yaz yağışı yuyar bir gülü, 
Yudu göz yaşıyla onu Misr eli. 
Səmən şaxəsindən çıxan qönçə tək, 
Cisminə verdilər kəfənlə bəzək. 
Üzündən sildilər hicran tozunu
Yusifin qəbrinə qoydular onu. 
Bu xeyri görməmnş heç kəs ölümdən 
Ki, ölüncə canan tutsun əlindən. 
Bu şirin dastanı nəql edən ustad, 
Qılmış qocalardan bu hədisi yad 
Ki, Yusif ölərkən Misr ellərində 
Basdırıldı Nilin bir sahilində. 
Digər sahilini çulğadı bəla, 
Qırdı insanları qəhətlik, vəba. 
Qəbri köçürdülər digər sahilə, 
Burada yüz bəla üz verdi elə. 
Nəhayət, verdilər belə bir qərar. 
 
275 
Daş tabut içinə onu qoysunlar. 
O zaman qır ilə suvandı tabut, 
Nil çayı dibinə tullandı tabut. 
Gör necə iş qurdu fələk onlara. 
Yenə də ayırdı öləndən sonra. 
Sonsuz kin var imiş çərxin zatında, 
Asudə qoymadı torpaq altında. 
Birini qərq etdi eşqin gölündə, 
Biri susuz qaldı hicran çölündə. 
Nə gözəl demişdir eşqə diz çökən. 
Eşqdən dünyada min ziyan çəkən
Hər kəsin ki eşqi kamala çatmış, 
Rahat yaşamağın daşını atmış. 
Qara məzarda da olsa məskəni, 
Yenə para-para olar kəfəni. 
Xoşdur aşiq üçün dözüb hicrana, 
Ölərək yetişsin vəsli-canana. 
Çoxları dünyaya demiş – «Əlvida!» – 
Hamıdan mərd öldü ancaq Züleyxa. 
Əvvəl gözlərini oydu o nigar, 
Sonra cananına can qıldı nisar. 
Rəhmətə qərq olsun belə bir aşiq, 
Tapsın cananından gözləri işıq. 


 
276 
FƏLƏKDƏN ŞİKAYƏT 
 
Fələk qıvrılıbdır sanki əjdəha, 
Daima hazırdır bizi udmağa. 
Olmuşuq əlində çərxin giriftar, 
Əjdəha kamından çıxmaqmı olar? 
Hər kəsə vurmuşdur fələk bir yara
Hələ bir kimsəyə qılmamış çara. 
Heç kəs olmamışdır zülmündən xilas, 
Dağını görməyən sinə tapılmaz! 
Sanma ki, hər ulduz birər çıraqdır, 
Mərdlərin köksünə vurulan dağdır. 
Minlərlə dağ vurub qoymamış məlhəm, 
Nə məlhəm axtarır, nə də çəkir qəm. 
Qaranlıq gecədə fələyə baxsan, 
Görərsən, nur süzür yüz min bacadan. 
O nurdan bizlərə bir fayda yetməz, 
Qəmli könlümüzü bir an şad etməz. 
Gündüzlər şir kimi görünər bir rəng 
Gecələrsə olar xallı bir pələng. 
Gecələr pələngdir, gündüzlərsə şir, 
Gör, bizə nə qədər zülmü yetişir. 
Yeri var bəxtimdən mən qan ağlayam 
Ki, şirlə, pələnglə bir çuvaldayam. 
Ey fələk! Bir kəslə dostluq etsən sən, 
Mütləqa axırda üz döndərərsən! 
Bu yeddi asiman çox dolanmışdır, 
Ay, günəş, ulduzlar işıqlanmışdır, 
Hamısı səninlə əlbirdir onlar, 
Tor qurub, can quşun etmişlər şikar. 
Bu yazıq quşcuğaz, hələ də, inan, 
Götürə bilməmiş bir dən o tordan. 
Cisimlər ayrılar biri-birindən. 
Qovuşar əslində hər şey yenidən, 
 
277 
Can quşu ayrılar yuvadan o dəm, 
Qalar dənsiz, susuz qəm ilə həmdəm, 
Fələyin işinə diqqət et bir az, 
Bu qədər zülm edər, əsla yorulmaz! 
Mehrinə inanan sadə səhər tək
Şəfəq kimi axşam qan udsun gərək! 
Qəmsiz yaşamamış bir an da insan, 
Ömrü başa verir matəmlə dövran, 
Bağın seyrinə çıx olanda bahar, 
Dalıb tamaşaya, bu sirri axtar! 
Nə üçün qönçənin bağrı qan olmuş? 
Hər çiçək torpağın üstündə solmuş? 
Niyə gül, köynəyi para-paradır? 
Ağzı od püskürür, bağrı yaradır? 
Kim vurub yıxmışdır sərvi-rəvanı? 
Qanda qərq eləmiş kim ərğəvanı? 
Zülfü pərişandır sünbülün nədən? 
Yaşarmış nərgisin gözü şəbnəmdən? 
Bənövşə geyinmiş matəm qarası, 
Lalənin bağrında hicran yarası. 
Qəlbi şaxə-şaxə olan sənubər, 
Cisminə günəş hey xəncər endirər! 
Çəkilmiş qızıl gül bağrına min dağ, 
Səmənin üzünə salınmış dırnaq. 
Küləkdən ağaclar qəmli rəqs edər, 
Quşların səsində qəm var dağ qədər. 
Qumrunun şivəni tutmuş hər yanı, 
Deyər: – «Bu dünyada rahatlıq hanı?»  
Min dastan oxuyur şaxədə bülbül
Deyər: – «Xoşbəxt odur ki, aşiq deyil». 
Göyərçin boynunu etmişdir çənbər 
Ki, çıxmaz çənbərdən salim bir nəfər. 
Düşün, bu dünyada belədirsə yaz, 
Onu xəzan ilə özün et qiyas! 


 
278 
Payızda əsdikcə soyuq ruzigar, 
Saralıb tökülər yerə yarpaqlar. 
Bu soyuq, ayrılıq əlamətidir, 
Yarından ayrılan yar həsrətidir. 
Ayrılıq qəmindən saralar üzlər, 
Adətdir, vüsalı ayrılıq izlər. 
Bağı şaxta vurmuş, solmuş gülzara, 
Qarğa yasa gəlmiş əynində qara. 
Düzəltmiş, lüt qoyub hər bir budağı, 
Tavus quyruğundan qarğa ayağı. 
Nəstərən başından düşmüşdür ləçək, 
Yanarsan, narvəni lüt-üryan görcək. 
Bağa bəzək verən o nar ağacı 
Ki, başında vardı ləldən yüz tacı, 
İndi narlar gülür, içinə baxsan
Görərsən orada yüz piyalə qan. 
Şamama – bostanın, bağın bəzəyi, 
Geyinmiş əyninə sarı köynəyi, 
Saralıb-solubdur üzündə qubar, 
Yarından ayrılmış, çəkər intizar.  
Buz örtüb çeşmənin üstünu bərk-bərk, 
Zireh düzə bilmir ləpədən külək. 
Çinar əl-qol açıb qaçmış bir zaman, 
İndi donub qalmış bağda soyuqdan. 
Əlini qoltuqdan çıxara bilməz. 
Sınar qürurundan, lakin əyilməz! 
Yazı elə keçir, payızı belə, 
İnsanlar doğulur, ölür qəm ilə! 
Bu aləmdə qəmsiz yaşayan varmı? 
Pərişan bir könül heç açılarmı? 
Dünyada şadlıqdan yoxdur bir əsər, 
Olsa da, üzünü görməmiş bəşər. 
Bir başı sevdaya salsa məhəbbət, 
Olacaq nəsibi ayrılıq, həsrət. 
 
279 
Rahatlıq fikrini çıxar başından, 
Düşünmə ki, bir an şad olacaqsan. 
Şad görün, ürəyi dağlı olsan da!  
Baş əymə, zəncirə bağlı olsan da! 
Dünyada bir şeyə vurulsan əgər, 
Salsa məhəbbəti qəlbində əsər
Bir gün atacaqsan həsrətlə onu, 
Hicranla yetəcək hər işin sonu. 
Çalış, bu zənciri ayağından aç! 
Faydasız arzular kəməndindən qaç! 
Əgər sən qaçmasan, onlar qaçacaq, 
Səni yıxmaq üçün əl-qol açacaq. 
Fələk, sən yatanda, bil, ayıq qalar, 
Sənə verdiyini geriyə alar! 
Vurar ayağına bir daş o qoçaq, 
Qaçış meydanında olarsan çolaq.  
Bu daş zərbəsindən qıçın axsasa, 
Alarsan əlinə ağacdan əsa. 
Əgər bir budağı qırarsa külək, 
Paya vurmaq ona eləməz kömək! 
Zərbə taqətini əlindən alar, 
Qüvvətli əlində tutarsız qalar. 
Əlini hər işə atsan belə sən, 
Faydalı heç bir iş gəlməz əlindən! 
Əlindən çıxmışsa əlinin kiri, 
Təlaş fayda verməz, burax tədbiri! 
Gözündən nur getmiş, nə ümidlə sən, 
Görməyən gözünə sürmə çəkirsən? 
Bunu etmişsənsə adət özünə, 
Çalış, sürməni çək, görən gözünə! 
Bir göz ki, kor olmuş, düşünsən bir az, 
Firəngi eynəklə sağaltmaq olmaz! 
Ağzında gümüşdən «sin»
1
ə oxşayan, 
                                                           
1
 Син  (с)  щярфи  шяклиндя  йазылдыьындан  шаир  саьлам 


Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə