18 oktyabr -azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.



Yüklə 55,7 Kb.
tarix06.05.2018
ölçüsü55,7 Kb.
#42441

18 oktyabr –Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

(Metodiki vəsait).

18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.25 il öncə Azərbaycan Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə, qərar verməyi bir həftə sonraya saxlayır.Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilir.1993-cü ildə ölkəmizdə ikinci dəfə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi.

Ötən əsrin sonlarında Sovetlər Birliyi ideoloji böhran həddinə çatdı.90-сı illərin əvvəllərində SSRİ-nin demək olar ki, əksər regionlarında millətlərin və xalqların azadlıq hərəkatı başladı.İmperiyanın siyasi beyin mərkəzi Sovet hərb maşının köməyi ilə müxtəlif bölgələrdə o cümlədən Bakıda qanlı qırğınlar törətməklə SSRİ-yə süni nəfəs verməyə çalışırdı.Lakin bu mümkün olmadı.1991-ci ilin avqustunda İttifaqın ləğv edilməsi haqqında qərar verildi və Sovetlər Birliyi dünya xəritəsindən silindi.SSRİ-yə daxil olan digər müttəfiq respublikalar kimi həmin ilin oktyabrın 18-də Azərbaycan Ali Soveti də dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilib və suveren dövlət kimi Azərbaycan Respublikası dünya birliyinin üzvü olub.Dövlət Müstəqilliyi Haqqında konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə edir.1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycan siyasi müdriklik gətirdi.Məhz ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.

Ulu öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı.Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu.Respublikamızı Şərqdə ilk demokratik cümhuriyyət olan AXC-nin varisi elan edən ümummilli lider Heydər Əliyev müstəqilliyi qorumağı onu əldə etməkdən qat-qat çətindir məntiqi ilə nəhəng dövlət quruculuğu işlərinə başladı.Ulu öndər qarşıya çıxan bütün sərhədləri yardı və qısa vaxt ərzində Azərbaycanın səsi ən nüfuzlu beynəlxalq təşkilatların kürsüsündən gəldi.

1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu.Bir sözlə əgər müstəqillik Azərbaycan suveren dövlət kimi  mövcud olması tarixi zərurətdən irəli gələn hadisə idisə Azərbaycanın müstəqilliyi əbədiliyi və dönməzliyi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı olan müasir tariximizin danılmaz faktıdır.

Keçiriləcək tədbirlər

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 25-ci ildönümü münasibətilə respublikamızın hər yerində olduğu ki, Mərkəzi kitabxanada da silsilə tədbirləri keçirilməsi nəzərdə tutulmuşdur.Müstəqilliyimizlə bağlı tədbirlərə ilk növbədə sərgiləri, kitab icmallarını, oxucu konfranslarını, inşa, şeir, rəsm müsabiqələrini, ədəbi-bədii kompozisiyaları və s. daxil etmək olar.İlk növbədə kitabxanada müstəqilliyimizin 25-ci ildönümü ilə bağlı sərginin tərtib olunması vacibdir.Sərgidə Azərbaycanın Dövlət Müstəqilliyi ilə bağlı nəşr olunan kitabları, dövrü mətbuatda çap olunan qəzet və jurnalları nümayiş etdirmək olar.Sərgilərə müxtəlif başlıqlar vermək lazımdır.Məsələn: “Müstəqillik yollarında”, “Ad günün mübarək, Azərbaycan!, “Müstəqilliyimiz milli sərvətimizdir”, “18 oktyabr- Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür”, “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” və s. İndi isə “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür” adlı sərginin sxemini veririk:

1.Başlıq: “18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür”.

2.Azərbaycanın üçrəngli bayrağı.

3.Müstəqilliyimizlə bağlı görkəmli insanların söylədikləri sitatlar.

4.Müstəqilliyimizlə bağlı nəşr olunan kitabların siyahısı.

SİTATLAR:

1.Müstəqil Azərbaycan dövləti günü - gündən möhkəmlənəcək, inkişaf edəcək və

müstəqilliyini heç zaman əldən verməyəcək.

2.Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.

Heydər Əliyev

Ümummilli lider.

Ədəbiyyat siyahısı.



1.Müstəqillik yolunda yanan işıqlar / B.: Təhsil, 2004.- 342 s.

2.Azərbaycan 1995:Qarşıdurmadan milli həmrəyliyə.III hissə.-B. : 2005.- 456 s.

3.Azərbaycan 1994:Milli dövlətçilik sınaq qarşısında.II hissə.B. : 2002.- 432 s.

4.Musayev,Maksim.Heydər Əliyevin parlamentə qayıdışı/M.Musayev.-B.:Günəş, 2007.-19 s.

5.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.İki cilddə.I cild.-B. :Lider, 2004.- 440 s.

6.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası.İki cilddə.II cild.-B. :Lider, 2005.-472 s.

7.Bayramoğlu, A.Azərbaycan demokratik Respublikası dövründə ədəbiyyat /.-B.:Elm, 2003.-276 s.

8.Əliyev,Heydər.Müstəqilliyimiz əbədidir / H.Əliyev.-B. : Azərnəşr, 2011.-512 s.

9.Mirzəyev,R.Heydər Əliyev və Müstəqil Azərbaycan Dövlətinin yeni neft strategiyası-

B.:Göytürk,1999.-89 s.

10.Azərbaycan Xalq Cümhuriyyəti-90 / B. : 2008.-266 s.

11.Şüküroğlu, Lətif. “Cümhuriyyət höküməti repressiya məngənəsində”.İki cilddə. I cild /

L.Şüküroğlu.-B. : Şirvannəşr, 2000.-296 s.

12.Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti / B. : 2009.-352 s.

13.Xalqa həsr olunan illər / B. : 2013.- 525 s.

14.Heydər Əliyev Müstəqil Azərbaycanın neft emalı sənayesinin banisidir / B. :2003.- 302 s.
Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.



Mirzə İbrahimov-105.

(Metodiki vəsait).
Mirzə Əjdər oğlu İbrahimov 1911-ci il oktyabr ayının 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində, yoxsul kəndli ailəsində anadan olmuşdur.1918-ci ildə Mirzə İbrahimov atası və qardaşı ilə birgə Bakıya gəlmişdir.1919-cu ildə atası vəfat etdikdən sonra kiçik yaşlarında Balaxanı və Zabrat kəndlərində muzdurluq etmişdir.Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra fabrik - zavod məktəbində oxumuş və işləmişdir.Bədii yaradıcılığa Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır.“Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur.

Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra 1933-cü ildə Naxçıvan MTS siyasi şöbəsində “Sürət” qəzetinin redaktoru vəzifəsində işləmişdir.1935-1937-ci illərdə SSRİ EA-nın Leninqraddakı (Sank Peterburq) Şərqşünaslıq İnstitununun aspiranturasında təhsil almışdır.

Bu dövrdən başlayaraq “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941), “Kəndçi qız” (1961), “Yaxşı adam” (1963), “Közərən ocaqlar” (1967) və s.pyeslərini qələmə almışdır.Həmçinin görkəmli yazıçı V.Şekspirin “Kral Lir”, “On İkinci gecə”, A.N.Ostrovskinin “Quduz pullar”, “Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, Molyerin “Don Juan” və digər pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir.

1942 -1946-cı illərdə Azərbaycan SSRİ Xalq Maarif Komissarı (XMK) vəzifəsində çalışmışdır.1945-ci ildə Azərbaycan EA (indiki AMEA) təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri olmuş, eyni zamanda Azərbaycan Yazıçılar ittifaqı İdarə heyətinin sədri(1946-1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin katibi (1965-1975), Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri (1954-1958) vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XIX, XXII-XXVIII qurultaylarında MK Büro üzvü seçilmişdir.

Azərbaycan Yazıçılar İttifaqı İdarə heyətinin sədri və SSRİ Yazıçılar İttifaqı katibi (1970-1986) olmuşdur.1991- ci ildə Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

1941- ci ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi” fəxri adını almış, 1950-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur.1961-ci ildə “Azərbaycanın Xalq yazıçısı” fəxri adına layiq görülmüş, 1965-ci ildə Azərbaycan SSR Dövlət mükafatı laureatı, 1979-cu ildə Beynəlxalq Nehru mükafatı laureatı olmuşdur.1981-ci ildə “Sosialist Əməyi Qəhrəmanı” fəxri adına layiq görülmüşdür.1989-cu ildə SSRİ-Xalq deputatı seçilmiş, 3 dəfə “Lenin ordeni”, “Oktyabr inqilabı” ordeni və digər orden və medallarla təltif olunmuşdur.

Görkəmli yazıçı, akademik Mirzə İbrahimov 1993-cü il dekabr ayının 17- də Bakıda vəfat etmişdir.Fəxri Xiyabanda dəfn olunmuşdur.

Keçiriləcək tədbirlər.

Xalqımızın böyük və sevimli yazıçısı Mirzə İbrahimovun anadan olmasının 105 illik yubileyi MKS-də və onun filiallarında dövlət səviyyəsində təntənəli şəkildə qeyd olunmalıdır.Bu yubiley ilə əlaqədar Mirzə İbrahimovun ədəbi irsinin təbliği üçün geniş tədbirlər planı həyata keçirilməlidir.Kitabxanalarda çoxsaylı oxucu kütləsinin sorğularını ödəmək məqsədilə kitabxanaçılar həm yazıçının müxtəlif illərdə nəşr olunmuş əsərlərindən, həm həyat və yaradıcılığına dair ədəbiyyatdan, həm də onun yubileyi ilə əlaqədar nəşr olunan materiallardan geniş istifadə etməlidirlər.Tədbirlərin başlanğıcı üçün sərgilərin təşkili vacibdir.Sərgilərin təşkilində aşağıdakı başlıqlardan istifadə etmək olar: “Ədəbiyyatımızın böyük dayağı”, “Həmişəcavan yazıçı”, “Mirzə İbrahimov -105”. Sərgilərdə və təşkil olunacaq tədbirlərdə görkəmli adamların, elm, mədəniyyət xadimlərinin Mirzə İbrahimov haqqında söylədikləri fikirlərdən istifadə etmək daha yaxşı olar. Nümunələr veririk:

1. Mirzə İbrahimovun dram əsərləri, hekayə və romanları müasir ədəbiyyatımızın

zəngin xəzinəsində ən fəxri yerlərdən birini tutur.

Mehdi Hüseyn

Xalq yazıçısı.
2.Mirzə İbrahimov xalqın sevimlisidir, təcrübəli və püxtə bir yazıçıdır.

Sabit Rəhman

Yazıçı, dramaturq.
3.Xoşbəxt o sənətkardır ki, elə sağlığında da onu sevsinlər. Azərbaycan xalqının

sevimlisi, istedadlı yazıçı və dramaturqumuz Mirzə İbrahimov məhz belə

sənətkarlardandır.

Mikayıl Abdullayev

Xalq rəssamı.

Sərgidə Mirzə İbrahimovun müxtəlif illərdə nəşr olunmuş kitabları və onun haqqında yazılmış tədqiqat əsərlərinin nümayiş etdirilməsi nəzərdə tutulmalıdır.Sərgiyə kitablarla yanaşı yazıçı haqqında dövri mətbuatda çap olunan məqalələrin kartotekasını əlavə etmək olar.Təşkil edilmiş yubiley sərgisinin qarşısında silsilə tədbirlər – söhbətlər, biblioqrafik icmallar keçirmək planlaşdırılmalıdır.Kitabxanada keçirilən tədbirlərdən biri də ədəbi-bədii gecələrdir.Mirzə İbrahimov irsinin təbliği üçün ədəbi-bədii gecələrin keçirilməsi zəruridir.Gecəni “Ədəbiyyatımızın böyük dayağı” başlığı ilə adlandırmaq olar.Aşağıda “Mirzə İbrahimovun-105” illiyi ilə əlaqədar təşkil olunmuş sərgisinin nümunəsini veririk:

1.“Mirzə İbrahimov-105”.

2. Mirzə İbrahimovun şəkili.

3. Görkəmli adamların, elm, mədəniyyət xadimlərinin Mirzə İbrahimov haqqında

söylədikləri sitatlar.

4. Seçilmiş əsərləri.

5. Zəhra.

6. Böyük dayaq.

7. Fırtına quşu.

8. Pərvanə.

9. Gələcək gün.

Ədəbiyyat siyahısı.

1.İbrahimov, Mirzə.Həyat üçün / M.İbrahimov.-B. : Azərnəşr, 1934.- 115 s. ; 2.500 nüs.

2.İbrahimov, Mirzə.Həyat (pyes) / M.İbrahimov.-B. : Azərnəşr, 1937.- 107 s. ;15.000 nüs.

3.İbrahimov, Mirzə.Həyat və ədəbiyyat / M.İbrahimov.-B. : Azərnəşr, 1947.- 213 s. ; 4.000nüs.

4.İbrahimov, Mirzə. Azad / M.İbrahimov.-B. : Uşaqgəncnəşr, 1949.-20 s. ; 15.000 nüs.

5.İbrahimov, Mirzə.Gələcək gün / M.İbrahimov.-B. : Azərnəşr, 1951.-753 s. ; 20.000 nüs.

6.İbrahimov, Mirzə.Böyük dayaq (roman) /-B. : Uşaqgəncnəşr, 1957.- 582 s. ; 20.000 nüs.

7.İbrahimov, Mirzə.Pərvanə / M.İbrahimov.-B. : Azərnəşr, 1971.-703 s. ; 20.000 nüs.

8.İbrahimov, Mirzə.Tufanlara kömək edən bir qələm /-B. : Azərnəşr,1987.-197 s. ; 10.000 nüs.
Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.

Zəngilan rayonunun ermənilər tərəfindən işğalından 23 il ötür.

(Metodiki vəsait).
Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni işğalçıları tərəfindən işğal olunmuşdur.Zəngilanın ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur.Bölgə ərazisində mövcud olan bir neçə mağara burada ibtidai insanların yaşayışından xəbər verir.

Zəngilan rayonu 1930-cu ildə təşkil olunmuşdur.Rayonun sahəsi 707 km2, əhalisi isə 33900 nəfərdir.Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi.Mərkəzi Zəngilan şəhəridir.

XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazılmışdı.Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi.Zəngilan da, digər rayonlarımız kimi xəyanətin qurbanı olmuş, təqvimimizdə daha bir qara günün sayı artmışdı-29 oktyabr 1993-cü il.

Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı.Ermənilərin hücumu iyunun 29-da olmuş, çox ağır və qanlı döyüşlər iki saat çəkmişdi.Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutmuş, bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalmışdı.Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalamışdı.Beləliklə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi.Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşmüşdü.Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuş, bununla da Zəngilanın mühasirəsi başa çatmışdı.

Təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşmışdı.Gur sulu Araz çayını isə keçmək mümkün deyildi.Xalqımızın xilaskarı, ulu öndərimiz H.Əliyev bu dəfə də xalqın köməyinə gəlmişdi.O, İran höküməti ilə də danışıqlar aparmış və Araz çayı üzərinddəki bənddə suyu bağlatdırmışdı.Yalnız bundan sonra əhali çayı keçib xilas olmuşdu.Buna görə də, zəngilanlılar Heydər Əliyevə daim minnətdardırlar.

Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır.Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis işçisi itkin düşmüşdür.Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır, 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.

Keçiriləcək tədbirlər.

Bu il oktyabr ayının 29-da Zəngilan rayonunun ermənilər tərəfindən işğal edilməsinin 23 ili tamam olur.Bununla əlaqədar respublikamızın hər yerində, xüsusilə mədəni-maarif müəssisələrində o cümlədən kitabxanalarda geniş tədbirlər planı hazırlanmalıdır.Bu məqsədlə kitabxanalar Zəngilan rayonunun tarixinə aid əsərləri təbliğ etmək üçün əyani və şifahi təbliğatın:kitab sərgiləri, ucadan oxu, oxucularla söhbət, oxucu konfransı, anım gecəsi və s. formalardan istifadə edə bilərlər.

İlk növbədə kitabxanada sərgi təşkil olunmalıdır.Sərgidə Azərbaycanın tarixinə, Zəngilan rayonunun işğalına aid müxtəlif çap olunmuş kitabları, dövrü mətbuatda dərc olunnmuş məqalələr nümayiş oluna bilər.

Kitabxanada keçirilən tədbirlər arasında anım gecəsi də xüsusi yer tutur.Gecə iki hissədə nəzərdə tutulur.Gecədə tarix müəllimlərinin, məktəblilərin iştirakı gecəni daha

daha maraqlı edər.Birinci hissədə kitabxanaçı Azərbaycanın dilbər guşəsi olan Qarabağın tarixi haqqında, erməni qəsbkarlarının işğalçılıq siyasəti haqqında danışmalı, qonaqların çıxışları dinlənilməlidir.İkinci hissədə Zəngilan rayonuna aid bayatılar, şeirlər, poemalardan parçalar göstərilə bilər.Gecədə Zəngilan rayonundan didərgin düşmüş soydaşlarımızın da iştirakı və çıxışı vacibdir.Gecədə foto-şəkillərin də nümayiş etdirilməsi, gənc nəsillərdə vətənə, torpağa məhəbbəti, düşmənə nifrəti artırır.

Tədbirin sonunda Zəngilan rayonunun işğalına həsr olunmuş kino-film nümayiş etdirilə bilər.



Ədəbiyyat siyahısı.
1.Qaraoğlu, Fazil.Ermənilər və həqiqətlər / F.Qaraoğlu.-B. :Nurlar, 2009.-344 s.

2.Erməni soyqırımı: “mif və gerçəklik” / B. : Adiloğlu, 2012.-368 s.

3.Xudiyev, İlham.Qarabağ münaqişəsi.Faktlar və həqiqətlər /İ.Xudiyev.-B.:Ünsiyyət, 2007,100 s.

4.Qəhrəmanov, Nazim.I Dünya müharibəsində Qafqaz cəbhəsində erməni amili / N.Qəhrəmanov.-

B. : E.L, 2008.-296 s.

5.Əsgərov, Vüqar.Azərbaycanın milli qəhrəmanları / V.Əsgərov.-B. :Dərələyəz-M, 2010.-288 s.

6.Hicran, Fəridə.Qarabağda talan var / F.Hicran.-B. :Gənclik, 1992.-160 s.

7.Sultanov, Z.Qarabağ gündəliyi / Z.Sultanov.-B. :Yazıçı, 1991.-116 s.

8.Xuraman.Qarabağım qəm ocağım / B. : “Nağı evi”, 2004.-112 s.

9.Kəngərli, Qulu.Erməni lobbisi... Azərbaycan faciəsi / Q.Kəngərli.-B. :Yazıçı, 1992.- 208 s.

10.Əzizinəm Qarabağ / B. :Gənclik, 1993.-191 s.

11.Əroğul, Əlisahib.Azərbaycanda erməni-daşnak terrorunun xronologiyası / Ə.Əroğul. B.Təknur,

2009.-200 s.

12.Musayev, Maksim.Ermənilər Amerikada / M.Musayev.-B. :Nurlar, 2012.-128 s.

13.Didərginlər / B. :Gənclik, 1990.-384 s.

14.Məmmədova, Həvva.Azərbaycan Xalq cümhuriyyəti dövründə yuxarı Qarabağda

siyasi vəziyyət.Erməni terrorizminin güclənməsi / H.Məmmədova.-B. :Nağıl evi,2006.-150 s.


Mərkəzi kitabxananın Metodika və biblioqrafiya şöbəsinin metodisti: L.Əfəndiyeva.
Yüklə 55,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə