Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə88/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   84   85   86   87   88   89   90   91   92

Aydın Çobanoğlu 

 

 



426

edirdi. Aşığın müharibə dövrü yaradıcılığını  səciyyələndirən 

əsas sənədlər cəbhədən göndərdiyi məktublardır. Bu məktublar-

da həmişə qələbəyə inam, ümid, təsəlli dolu şeirlər göndərərdi. 

Böyük oğlu  Şahniyar yazdığı  məktubda uşaq kövrəkliyi, ata 

həsrəti, ağ gün, azad həyat həsrəti ilə soruşurdu: –Ata, görən, 

müharibə tezmi qurtaracaq?! Evimizə tezmi gələcəksən? Cavab 

məktubunda Aşıq Nəcəf yazırdı: 

 

– Çox çəkməz bu qanlı, qadalı günlər, 



Bulud tək dağılar, qaçar, əzizim! 

Yenə al geyinər vətən torpağı, 

Günəş şöləsini saçar, əzizim! 

 

Azalır ürəkdə kədər-dərdimiz, 



Düşmənlərdən alındıqca yurdumuz. 

Gündə min bir zəfər calan ordumuz 

Hitleri qoyacaq naçar, əzizim! 

 

Açılar elimin baharı, yazı, 



Gedər zülmət qışı, gedər ayazı. 

İlhamla dindirər sədəfli sazı, 

Nəcəf yenə məclis açar, əzizim! 

 

Göründüyü kimi, aşıq bu ağır günlərin qurtarmasını; qələ-



bə gününü səbrsizliklə gözləyir, həm də bu günün tez gələcəyi-

nə inanır, qəlbi azad, dinc həyat eşqi ilə çırpınır.

 

Toy-nişan məc-



lislərində telli sazı, xoş avazı ilə yenə xalqın ruhunu oxşamağı 

arzulayır. Bununla yanaşı, Nəcəf həqiqətə inanır və başqalarına 

da inam hissi aşılamağı bacarır. 

Bütün sovet xalqı kimi Aşıq Nəcəf də hər gün tökülən na-

haq qana, sökülüb dağıdılan, atəşlə alovlanıb yanan tikililərə, 

yerlə yeksan olan meyvəli bağların, çörək ətirli tarlaların aman-




Ömrün etməyəcək vəfa dedilər 

 

427



sızcasına tapdanılmasına biganə qala bilmir. Qəlbi ağrıyır, ürəyi 

sızıldayır. Bu sızıltılar misralara dönür: 

 

– Dəqiqədə ömrüm burcu sökülür, 



O səbəbdən ünüm ərşə çəkilir. 

Gündə yüz min nahaq qanlar tökülür, 

Nə ay şölə salır, nə günəş isti. 

 

Müharibənin xalqa vurduğu zərbə  ağır yara kimi hər bir 



vətəndaşın sinəsində qövr edirdi. Ön cəbhədə əsgərlərin çəkdiyi 

məşəqqətlər, arxa cəbhədə oğul deyə sızıldayan anaların, ata de-

yə  hər gün yollara boylanan boynu bükük uşaqların gördüyü 

əziyyətlər, bir sözlə vəziyyətdən asılı olaraq yaşından və qüvvə-

sindən artıq işləyən adamların ağır həyatı bir vətənpərvər kimi 

Nəcəfin yadından çıxmamışdır: 

 

Ana oğul deyir, uşaqlar ata, 



Hayana baxıram müsibət, yasdı. – 

 

– deyən aşıq hər döyüşə intiqam hissi ilə girmiş, mərdliklə 



vuruşmuşdur. 

Aşıq Nəcəf alovlu bir vətənpərvər, qayğıkeş ailə başçısı, 

mehriban ata idi. Övladları, övladlarının şəxsində bütün övlad-

lar


 

bir an belə onun yadından çıxmamışdır.

 

Oğlundan


 

gələn


 

məktublar

 

gecikəndə həmişə narahat olmuşdur.



 

Nəhayət,


 

məktub 


almışdır.

 

Onu oxuyur.



 

Bu

 



münasibətlə

 

yazdığı gəraylının



 

ilk bən-


dinə fikir verin: 

 

  



 

Namə gəlib. Oxuyuram 

  

 

Güllərin arasında. 



   

 

Bir gözüm düşmən axtarır 



  

 

Biri kağız qarasında. 




Aydın Çobanoğlu 

 

 



428

– deyən aşıq bir rəssam səriştəsi ilə incə, poetik bir lövhə 

yaratmışdır: ... Döyüş gedir. Əsgər, ailəsindən məktub alıb. 

Çoxdan gözlədiyi məktub. Onu oxumağa can atır. Lakin hər tə-

rəfdə güllə səsi, atəş səsi. İndi hər an qiymətlidir. Sadəcə bir eh-

tiyatsızlıq həyatı  təhlükə altına ala bilər, pis nəticə verər. Ona 

görə son dərəcə ayıq olmaq lazımdır. Məktubu da oxumaq va-

cibdir. Hər iki hissin arasında qalan əsgər bir gözü kağızda, bir 

gözü ətrafda səksəkəli halda məktub oxuyur... 

Oğlu yazır ki, daha oxumağa gedə bilmirəm. Dolanışıq xa-

tirinə  mən də  işləyirəm, anama kömək edirəm. Cavab məktu-

bunda aşıq oğluna dərsinə davam etməyi tövsiyə edirdi. Yazırdı 

ki, yaman günün ömrü az olar. Çox çəkməz ki, faşistlərə aman-

sız divan tutarıq: 

 

Qalma məktəbindən, Şahniyar, oxu! 



Bəxtiyar, Abbasdı dərdimin çoxu. 

Bol yeyib, bol görüb, görməyib yoxu, 

Keçdiyiniz həyat, dövran necədi? 

 

Aşıq Nəcəfin yaradıcılığında bu cür sılzıltılı, kövrək şeir-



lər çoxdur. Nəhayət, müharibə qurtardı. Ürəklərə, könüllərə se-

vinc  ələndi. Rəşadətli Lenin partiyasının rəhbərliyi ilə parlaq 

qələbə çalındı. 

Aşıq Nəcəf “Partiya” rədifli divanisində bu hünərdən bəhs 

edir: 

 

  



 

Qoca Şərqə günəş doğdu, 

   

 

Dahi Lenin mayakdı. 



  

 

Birləşib fəhlə-kəndli, 



  

 

Bir-birinə dayandı. 



  

 

Qüdrətli Qızıl Ordumuz 



   

 

Sərhədlərdə sayıxdı. 




Ömrün etməyəcək vəfa dedilər 

 

429



  

 

Faşistlərə ağır zərbə 



  

 

Vurdu bizim partiya. 



 

Sərhədlərimiz möhkəmdir. Bir daha bizim sərhədlərimizi 

heç bir xain poza bilməz! Bundan belə dinc həyat sürə bilərik. 

Aşığın divanisindən doğan hisslər bunlardır. 

Müharibə dövründə Aşıq Nəcəf bir çox diqqətəlayiq qoş-

malar yazmışdır ki, onlardan “Durnalar”, “Məni”, “Axtarır”, 

“Bəsdir”, “Yetir” və s. rədifli qoşmalar daha maraqlıdır. Nəcəf 

harada olursa olsun qəlbi həmişə doğma yurda bağlı olmuş, bir 

an belə Vətən yadından çıxmamışdır. Kursk ətrafındakı döyüş-

lər zamanı evə göndərdiyi məktubda belə bir şeir vardı: 

 

Azəri yurduna tez qanad çalın, 



Dediyim şəxslərdən bir mətləb alın. 

Nəcəfin naməsin Tovuza salın, 

Can qurban elərəm sizə, durnalar!

 



 

Hər zaman Vətən deyib, Vətən eşidən aşıq, onun hüsnünə 

mahnılar qoşmaqdan yorulmamış, həmişə, hər yerdə doğma 

yurdu tərənnüm etmişdir.  

                                                 

 “Ədəbiyyat” qəzeti, 20 mart 1945-ci il, səh.4. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə