Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə87/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   84   85   86   87   88   89   90   91   92

Aydın Çobanoğlu 

 

 



422

– deyən aşıq böyük sənətkarın ölümünü cismani ölüm he-

sab edir, özünün isə həmişəyaşar sənətkar kimi şairlər cərgəsin-

də addımladığına, “diri” olduğuna inanır. 

1938-ci

 

ildə



 

Şimal qütbündə, Arktikanın

 

tədqiqində “SSRİ-



N-171” hava gəmisinin köməyi ilə misilsiz qəhrəmanlıq göstər-

miş papaninçilərin 9 ay buz üzərində qalmaları  həmin dövr 

üçün çox böyük, həm də heyrət doğuran hadisələrdən idi. Çətin-

liklərə mərdliklə sinə gərən bu igidlər sağ-salamat vətənə qayıt-

dıqda ölkə toy-bayram içində idi. Həmin günlər demək olar ki, 

bütün mətbuat onlardan yazır, radio onlardan danışırdı. Sevindi-

rici haldır ki, bu imzalar içində Aşıq Nəcəfin də adı var idi. O 

da bu igidlərin  şəninə öz ürək sözlərini  şeirlə ifadə etmişdir. 

Qeyd etmişdir ki, Sizin rəşadətinizi aşıqlar da öz sazları, sözləri 

ilə alqışlayır: 

 

Biz gedirik Lenin qoyan yol ilə, 



Hər yan bəzənibdi qızıl gül ilə. 

Şairlər qələmlə, aşıq tel ilə, 

Simlər nəğmə çalır sazlar üstündə.

*

 



 

Dövrün  ən mühüm ictimai-siyasi hadisələrindən biri də 

1936-cı ildə sosializmin tam qələbə çalması, yeni Konstitusiya 

qəbul edilməsi, ali və yerli Sovetlərə deputat seçilməsi idi. Bu 

seçkilər ərəfəsində Aşıq Nəcəf yenə də telli saz sinəsində, kol-

xoz quruluşunun nailiyyətlərindən söz açaraq: 

 

Yazıldıq kolxoza min bir həvəslə



Bu şən növraq, yeni həyat gözəldir. 

                                                 

*

 Papaninçilərə. “Ədəbiyyat qəzeti”, 23 mart 1938-ci il, səh.4. 




Ömrün etməyəcək vəfa dedilər 

 

423



Zəhmətə qatlaşıb şövqilə, şəstlə, 

Ellər quran bu xoş büsat gözəldir. – deyir, 

Sovet dövlətinin yeni qanununu alqışlayır: 

 

36-cı il 5 dekabrda 



Bu qanunu yazan usta yaşasın! 

Yayılsın dünyaya Sovet günəşi 

Hamı insan bu həvəslə yaşasın! 

 

Sosializmin tam qələbəsinə arxayın olaraq hamını Vətənin 



ləyaqətli oğul və qızlarına səs verməyə çağırır: 

 

Poladdan möhkəmdi ölkəmin himni, 



Fəhlənin, kəndlinin çəkilib qəmi. 

Gözəl insanlara səs verək hamı, 

Xoş dillər əzbəri, can həvəsidir.

*

 



 

Ümumiyyətlə, Azərbaycan kəndində sosializm quruluşu-

nun ilk 15-20 ili – yüksəliş illəri Aşıq Nəcəf yaradıcılığında öz 

əksini gözəl tapmışdır. Bu tərəqqini, inkişafı bir rəssam dəqiqli-

yi, operator incəliyi ilə elə vəsf edib ki, onun şeirlərini oxuduq-

ca həmin hadisələr kino lenti kimi gözün önündən gəlib keçir. 

Sanki həmin işlərin iştirakçılarından biri də sən özün olmusan. 

Aşıq Nəcəfin həyatının müəyyən hissəsi inqilabdan əvvəlki illə-

rə təsadüf etdiyindən xalqa edilən zülm və istibdadın şahidi ol-

muşdur. Ona görə yeni həyatı məhz özü duyduğu şirinliklə təs-

vir etmiş, qüvvətli təzad yaratmışdır. “Yoldaşlar” rədifli qoşma-

sı bu cəhətdən çox xarakterikdir. 

                                                 

*

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Bakı, 1979-cu il, səh.11. 



 


Aydın Çobanoğlu 

 

 



424

Nikolay taxtında divan vaxtında, 

Zülm elərdi çox insana, yoldaşlar! 

O zaman ki, şura bərqərar oldu, 

İşıq saldı bu cahana, yoldaşlar! 

 

Kolxoz üçün xoş binalar tikilir, 



Qəlbi xainlərin qəddi bükülür. 

Ağ evlərə elektrik çəkilir, 

Dünya dönüb çıraqbana, yoldaşlar! 

 

Mən görürəm, qara qanlar durulur, 



Hər sərrafın öz qiyməti verilir. 

Həvəs ilə sosializm qurulur, 

Nəcəf yazır bu dastana, yoldaşlar!

 



 

Yuxarılarda qeyd etdiyimiz kimi müxtəlif əlamətdar hadi-

sələr, yubileylər həmişə  aşığın diqqət mərkəzində olmuşdur. 

Ümumittifaq Lenin Komsomolunun 20 illik yubileyi də belə ha-

disələrdən idi. Vətəndaş müharibəsində denikinlərə, kolçaqlara 

qarşı mətanətlə vuruşan, kollektivləşmə dövründə qolçomaqlara 

və qolçomaq ünsürlərinə, sosializm quruculuğuna hər vasitə ilə 

mane olmağa çalışanlara amansız divan tutan, texnikanın, kənd 

təsərrüfatının inkişafında misilsiz igidliklər göstərən qəhrəman 

komsomolçuların şəninə şeir demək, dastan qoşmaq Aşıq Nəcəf 

üçün

 

fərəhli hal idi. O, komsomolun igidliklərini, mətinliyini se-



vərək tərənnüm edirdi.

 

Bu həm də ona görə şərəfli və



 

asan idi ki,

 

Nəcəf eşitdiklərini, söylənənləri yox, gördüklərini



 

vəsf edirdi: 

Aşıq Nəcəf cavanların hər qələbəsinin başında Lenin ide-

yalarının, Lenin bayrağının durduğunu qeyd edir, dahi rəhbəri 

haqlı olaraq onların ustadı hesab edirdi: 

                                                 

 F.Əlizadə. “Aşıqlar”, I hissə, Bakı, 1937-ci il, səh.479. 




Ömrün etməyəcək vəfa dedilər 

 

425



Yoldaşlar! Cavanların 

Lenindi ustadı, bilin! 

Günbəgün sayı artır, 

Gözəldi əsası, bilin! 

Artırır texnikanı, 

Çəkir yarış bəhsi, bilin! 

Almağa düşmənlərdən 

Hazırdı qisası, bilin! 

Axır dünya naxışıdır 

Qızıl proletar bayrağı.

*

 

 



  Aşıq Nəcəfin yaradıcılığında Böyük Vətən müharibəsi 

mövzusu  əsas yerlərdən birini tutur. Qanlı-qadalı illərin canlı 

şahidi olan, Vətənin, xalqın azadlığı  uğrunda sözün əsil 

mənasında canından keçən, ağır yaralanıb sağ gözünü itirən 

aşıq cəbhəyə sazla getmişdir. Sədəfli sazı ilə, ölümə  qələbə 

çalan igidləri yeni-yeni zəfərlərə ruhlandırmışdır. Əfsanəvi xalq 

qəhrəmanı Koroğlu kimi düşmən üstünə sazla getmişdir. 

Xainlərə nifrətini, qəzəbini, kinini qoşmaları ilə ifadə etmiş, 

hamını  vətənin müdafiəsinə çağırmışdır. Müharibənin ilk 

aylarında yazdığı “Almasın” adlı qoşma bu cəhətdən daha 

xarakterikdir: 

 

– Qoymayaq pozulsun bu şən növrağı, 



Çəkək namərdlərə dağ üstdən dağı. 

Nəcəf deyər: – budu sözümün sağı: 

- Vətən torpağının gülü solmasın! 

 

Aşıq Nəcəf bu ölüm-dirim müharibəsində Sovetlərin qələ-



bəsinə inanır, həm də bu günün çox da uzaq olmadığını hiss 

                                                 

*

 Komsomola. “Ədəbiyyat qəzeti”, 24 sentyabr 1938-ci il, səh.4. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə