Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə84/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   80   81   82   83   84   85   86   87   ...   92

Aydın Çobanoğlu 

 

 



410

Görürsənmi bu dağları?! 

Duman getmir, üstədi. 

Əslində 


 

Görürsənmi o dağları?! 

Getmir duman, üstədi, – şəklində olmalı idi. 

 

Üçüncü bənddə: 



 

Nəcəf deyər, fəhm eləynən 

Hər elmin ayatına – əvəzinə 

 

Nəcəf deyər, fəhm eyləyən 



Hər

 

elmin



 

ayətinə


 

– şəklində

 

çap


 

olunmuşdur. 

Təəccüblü burasıdır ki, bu divani, mübaliğəsiz desək, ək-

sər saz-söz məclislərində ifa olunduğu halda R.Rüstəmzadənin 

diqqətini cəlb etməmişdir. 

Kitabda çap olunmuş digər üç divani də müəyyən qüsur-

lardan xali deyildir. 

“Müxəmməslər” başlığı altında verilmiş şeirlər də oxucu-

ya lazımi qaydada dürüst, səhih çatdırılmamışdır. Xüsusən “Oy-

nayır” rədifli müxəmməsdə  şeirin formasının pozulması nara-

hatlıq doğurmamışdır. Adından məlum olduğu kimi “Müxəm-

məs” beşlik deməkdir. Heç olmazsa bunu nəzərə alaraq, tədqi-

qat zamanı tapılmayan misraların yerinə nöqtələr qoyulmalıydı, 

bu da yaddan çıxıb. 

Ümumiyyətlə, kitabda dərc olunmuş  şeirdəki irili-xırdalı 

qüsurların hamısı haqqında danışmaq qeyri-mümkün olduğuna 

görə aşağıdakı kimi “düzəliş” cədvəli verməyi lazım bildik. 

Əvvəlcədən qeyd edək ki, düzəliş cədvəlini tərtib edərkən 

aşığın müxtəlf mənbələrdə çap olunmuş, döyüş yoldaşlarından, 

qohumlarından topladığımız  şeirləri, məktublarda və hafizələr-




Ömrün etməyəcək vəfa dedilər 

 

411



də yaşayan daha düzgün variantlar, orfoqrafik və üslubi qayda-

lar, folklorda saxlanılması vacib sayılan yerli dialekt, şeirlərin 

saz havaları üstə oxunduğu zaman axıcılığı, musiqililiyi və dilə 

yatımlığı  əsas götürülmüşdür. Doğrudur, deyilə bilər ki, aşıq 

ədəbiyyatında çoxvariantlılıq məqbul sayılır. Lakin bunu Aşıq 

Nəcəfə şamil etmək düzgün deyil. Demək olar ki, o bizim mü-

asirimizdir. Ölümündən keçən 34 il onun şeirlərini bir o qədər 

də çoxvariantlı edə bilməz. 

 

 



 

 

 



                                                 

 Qeyd. Cədvəl A.Çobanoğlunun şəxsi arxivində saxlanılır. A.Aydınqızı. 




Aydın Çobanoğlu 

 

 



412

 

 



 

II FƏSİL 

 

AŞIQ NƏCƏFİN LİRİKASI 

 

Aşıq yaradıcılığının əsasını demək olar ki, məhəbbət möv-



zusu təşkil edir. Aşığın məhəbbəti ülvi məhəbbətdir. Çünki bu 

məhəbbət təkcə hər hansı bir şəxsin intim sevgi hisslərini deyil, 

ümumiyyətlə, Vətənə, elə, xalqa münasibətini ifadə edir. Əbəs 

deməmişlər ki, aşıq gördüyünü çağırar. Hər gördüyünü sevə bil-

məzsə və ya ona nifrət edə bilməzsə, (nifrət etməyi bacarmayan 

şəxs ola bilməz) aşıq yarada bilməz. Onun bütün yaradıcılığı 

başdan-ayağa məhəbbətlə dolu olmalıdır. Xalq şairi S.Vurğu-

nun təbirincə desək, məhəbbət ən yüksək insani hissdir. İnsanın 

ən yüksək, ali hissləri ancaq insan üçündür. Hamı ancaq bu his-

sin təsiri ilə yaşamalı və yaratmalıdır. 

Zaman keçdikcə dövrün tələbi dəyişir. Hər dövr sənətkara 

yeni mövzudur. Bu mövzunun öhdəsindən gəlmək üçün, həm 

də layiqincə  gəlmək üçün sənətkar ancaq sevməlidir. Sevərək 

düşünməli, düşündürməlidir. Aşıq poeziyamızda əksər rast gəl-

diyimiz gözəlliyə vurğunluq, ümumiyyətlə, insana, onun bö-

yüklüyünə, ağlına, kamalına məhəbbət deməkdir. 

Bütün aşıq-şairlər kimi Nəcəf də gözəllər vurğunu, gözəl-

lik aşiqi olmuş, saf eşqi, dəyanətli məhəbbəti tərənnüm etmişdir. 

Əbəs deyildir ki, onun yaradıcılığında ictimai-siyasi ruhlu şeir-

lərlə yanaşı ustadnamələr və gözəlləmələr də xüsusi yer tutur. 

Əvvəlcə, aşığın ustadnamələri haqda bir neçə söz. Klassik 

aşıq sənətimizin gözəl  ənənələrini yaşadan və davam etdirən 

Aşıq Nəcəf bir sıra dəyərli ustadnamələr yazmışdır. Bu ustadna-



Ömrün etməyəcək vəfa dedilər 

 

413



mələrdə  aşıq hamını doğru yola, dostluqda, yoldaşlıqda sadiq 

olmağa, həqiqəti bayraq kimi əldə tumağa, sülhsevərliyə, əmin-

amanlığa, halal zəhmətə, birliyə çağırır. Həmişə xeyirxah olma-

ğı, bir-birinə hörmət etməyi tövsiyə edir. Bu xüsusda yazılmış 

“Yaxşıdı”, “Olar”, Dünyada”, “Həmişə” və s. rədifli ustadna-

mələr diqqətəlayiqdir. 

 

Varlıya dost olub yoxsula gülmə, 



Çox da havalanıb coşma dünyada. 

El səni istəyib keçirsə başa

Ağır ol, alçağa düşmə dünyada,

 



 

– deyən aşıq hamıya hər məclisdə öz yerini bilməyi, el ve-

rən qiyməti yüksək tutmağı tövsiyə edirsə, digər şeirində sənət 

öyrənməyin, sənətkar olmağın yaxşılığından danışır: 

 

Kamal sərf edənlər, kamil olanlar 



Əgər qulluq etsə sənət yaxşıdır. 

Sözün ötgün ola, yığvalın kəskin, 

Olasan hər işə bələd, yaxşıdır.

**

 



 

Aşıq Nəcəfin ustadnamələrində elə beytlər var ki, aforizm-

lər qədər qüvvətli, atalar sözü qədər mənalıdır: 

 

İki həsrət bir-birinə qovuşsa 



O gün cənnət bağı gülüstan olar.

***


 

 

Və ya



 

 

Alova düşsən də dostu unutma,



 

Hər nadan sözüylə ilqarı atma! 

                                                 

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Gənclik, Bakı, 1979-cu il, səh.29 



**

 Yenə orada, səh.28. 

***

 Yenə orada, səh.29. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə