Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə86/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   82   83   84   85   86   87   88   89   ...   92

Aydın Çobanoğlu 

 

 



418

Aşıq Nəcəfin gözəlləmələrini oxuduqca ana yurda, onun 

gözəllərinə qəlbən vurulursan. Həyatda onlarla tez-tez qarşılaş-

mağı arzulayırsan. 

 

x x x 


 

Aşıq Nəcəfin yaradıcılığlında ictimai-siyasi ruhlu şeirlər 

xüsusi yer tutur. Onun poeziyasının spesifik xüsusiyyətlərindən 

biri də odur ki, dövrünün heç bir əlamətdar ictimai hadisəsi aşı-

ğın gözündən yayınmamışdır. Hələ cavan yaşlarında Azərbay-

canda Sovet hakimiyyətinin qurulması  Nəcəfi hədsiz dərəcədə 

sevindirmişdir: 

 

Şükür, gəldi fəhlə-kəndli zamanı, 



İndən belə xoş sürərik dövranı. 

Nəcəf, mərifətlə dolan dünyanı, 

Sən ol xalqın mehribanı, həmişə!

*

 



 

– deyən şair Aprel günəşini hərarətlə alqışlamış, zülmün, 

istibdadın sona yetdiyindən məmnun olduğunu ifadə etməyə 

çalışmışdır. Azərbaycan xalqının zülm və  əsarətə son 

qoymasında  əvəzsiz köməyi olan qəhrəman XI Qızıl Ordunun 

Bakıya gəlməsini alqışlamış, onun əməllərini ilhamla tərənnüm 

etmişdir: 

 

Sovet ölkəsinin fəxri, dayağı, 



Qüvvəsi çox, özü gənc, Qızıl Ordu! 

Sənə bata bilməz bir xain, yağı, 

Bayrağın hər yerdə sanc, Qlızıl Ordu!

**

 



                                                                                                                 

***


 Yenə orada, səh.49. 

*

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Gənclik, Bakı, 1979-cu il, səh.30. 



**

 Yenə orada, səh.11. 




Ömrün etməyəcək vəfa dedilər 

 

419



Sosializm quruculuğunun ilk illərində  gənc Sovet ölkəsi-

nin yüksəlişinə hər vasitə ilə mane olmağa çalışan qolçomaqla-

rı,

 

din



 

 



mövhumat

 

nümayəndələrini



 

qamçılamış,

 

onlara


 

qarşı 


əzmlə

 

vuruşan,



 

mətanətlə

 

mübarizə


 

aparan


 

xalqımızı,

 

doğma 


Kommunist Partiyımızı alqışlamış, yeni qələbələrə ruhlandır-

mışdır: 


 

– Şöhrətin dayansın günəşlə qoşa, 

Şanlı sosializm yetişsin başa. 

Tarixlər boyunca səni yüz yaşa, 

Nəcəf çıxıb xoş bahara, partiya!

*

 



 

Proletariatın dahi rəhbəri V.İ.Lenin bütün yaradıcı qüvvə-

lər kimi Aşıq Nəcəfin də yaradıcılığında öz bədii əksini tapmış-

dır. Rəhbərə həsr olunmuş “Sən oldun” şeirində məzlum xalqla-

rın azadlığa çıxmasından, zəfər bayrağının əbədi olaraq dalğa-

lanmasından, qadınların kişilərlə çiyin-çiyinə çalışmasından və 

bu

 

işdə ölməz rəhbərin böyük rolundan



 

ürəkdolusu,

 

sevinclə söh-



bət açır: 

 

– Lenin! Al bayrağı göyə qaldıran, 



Məzlumları cəlladlardan saldıran, 

Qadınlara hüququnu aldıran, 

Eləyən dərdinə çarə, sən oldun!

**

 



 

Kollektivləşmə dövründə kolxoz quruluşuna ilkin səs ve-

rənlərdən, kolxoza birinci yazılanlardan biri də Aşıq Nəcəf ol-

muşdur. O, böyük bir uzaqgörənliklə bu işin mahiyyətini başa 

düşür, gələcəyini görür və inanırdı. İnanırdı ki, kəndlinin gələ-

cək xoşbəxtliyi, gözəl, firavan həyatı, səadəti kollektivçilikdə-

                                                 

*

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Gənclik, Bakı, 1979-cu il, səh.10. 



**

 “Azərbaycan gəncləri” qəzeti, 23 mart 1947-ci il, səh.4. 




Aydın Çobanoğlu 

 

 



420

dir. Məhz buna görə  də o, bir təbliğatçı kimi toyda, müxtəlif 

məclis və el şənliklərində hamını bu xeyirxah işə  səsləmişdir. 

Öz telli sazı, şirin sözü, xoş avazı ilə keçmişdə qoçuların, qol-

çomaqların, xanların, bəylərin, mülkədarların kasıblara, fəqir-

füqəralara zülm edib söyməyini, onların var-dövlətini harınlıqla 

yeyərək qudurub özlərini öyməsini bir daha xatırladaraq, yoxsul 

kəndliləri onları bu əzab-əziyyətdən xilas etmiş Sovetlər höku-

mətinə təşəkkür və minnnətdarlıq etməyə çağırmışdır. Ona görə 

ki, bu hökumət fəhlə və kəndlilərə yeni bir dünya bəxş edib. Elə 

bir dünya ki, burda hər şey onların öz əlindədir. İndi onlardan 

ancaq bir şey asılıdır: birləşib fabrik və zavodlarda, tarla və fer-

malarda istehsalı yüksəltmək, məhsul bolluğu yaratmaq. Həmin 

illərdə kənd şurasının sədri vəzifəsinə irəli çəkilən aşıq məhz bu 

məsələləri geniş xalq kütləsinə öz ağlı, düşüncəsi sayəsində be-

lə çatdırmışdır: 

 

Hazır olun, a yoldaşlar, işləri aşkar eləyək, 



Qoçunun, qolçomağın, dünyasını dar eləyək. 

Xainlərin, xulqanların dərdini hazır eləyək, 

Məhv edək mollaları, ellərdən kənar eləyək. 

 

Keçmiş zamanda qoçular özlərini öyürdülər, 



Dağıdıb əhalinin qazandığın yeyirdilər. 

Kasıba, füqəraya, zülm eləyib söyürdülər

İndi gəlin sövetlərə təşəkkür izhar eləyək. 

 

Səmim bir ürək ilə Sovet bizi yad eləyib 



Yeni bir kainat qurub, əskikdən azad eləyib. 

Zavodlar, fabrikalar ölkəni abad eləyib, 

Yüksəldək məhsulatı, artıraq, anbar eləyək. 



Ömrün etməyəcək vəfa dedilər 

 

421



Kollektivə, kommunaya hamı yoxsulu səsləyək, 

Pambıq əkək, bostan salaq, qızıl şamama bəsləyək. 

Fəhlələrlə qardaş olaq, Nəcəf, onlara dost deyək, 

Sosializmin şüarını mahallarda car eləyək.

 

 



Şeirdən göründüyü kimi aşıq kəndliləri yeni həyat qurucu-

luğuna maneçilik törədən qolçomaqlara, qoçulara, hər vasitə ilə 

yenicə alovlanan təhsil ocaqlarını söndürməyə çalışan mollalara 

qarşı mübarizəyə, onları  məhv edib “ellərdən kənar etməyə”, 

əvəzində isə xoş gələcək yaratmaqda onlara yeganə silahdaş, ar-

xa, kömək ola biləcək fəhlə sinfi ilə əlbir olmağa, qardaşlaşma-

ğa səsləyir.  İnandırmağa çalışır ki, güc birlikdədir, səadət hər 

kəsin öz əlindədir. 

Müxtəlif ictimai hadisələr; yubileylər və onlara qarşı mü-

nasibət Aşıq Nəcəfin yaradıcılığında mühüm yer tutur. Dahi rus 

şairi A.S.Puşkinin  əsərləri məlum olduğu kimi qismən də olsa 

1930-cu illərdə M.F.Axundov, A.Səhhət, Mirzə Şəfi, A.A.Bakı-

xanov və başqa görkəmli  ədiblər tərəfindən tərcümə olunub 

Azərbaycan oxucularına çatdırılmışdı. Puşkini sevən, onun 

əsərlərinə az-çox bələd olan Aşıq Nəcəf şairin ölümünün 100 il-

liyi münasibəti ilə başqa aşıqlarımız kimi, onun xatirəsini iki 

qoşma ilə – “Puşkin”

**

 və “Səni” rədifli şeirlərlə yad etmişdir: 



 

Sən gedibsən, adın bizlə yoldaşdır, 

Gərək, xoş saxlayaq nəzərdə səni. 

Çox da vəfatından yüz il keçibdir, 

Biz diri sayırıq üzərdə səni,

***


 

                                                 

 “Din və mövhumat əleyhinə el şeirləri”, Bakı, 1937-ci il, səh.25. 



**

 H.Əlizadə. “Aşıqlar”, I hissə, Bakı, 1937-ci il, səh.478. 

***

 Azərbaycan aşıqları. A.S.Puşkin haqqında. “Ədəbiyyat qəzeti”. 1937-ci il. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə