Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə85/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   81   82   83   84   85   86   87   88   ...   92

Aydın Çobanoğlu 

 

 



414

Aşıq Nəcəfin məhəbbət lirikası öz səmimiliyi, təbiiliyi və 

axıcılığı ilə seçilir. Aşıq Nəcəf hər şeydən əvvəl təbiət vurğunu-

dur. Ana yurdun vüqarlı dağları, geniş düzləri, coşqun çayları 

öz əsrarəngiz gözəllikləri ilə aşığı valeh etmiş, onun yaradıcılı-

ğında özünə yer tapmışdır. 

 

Gözümün önündən çəkilmir bir an 



Səfalı yayalağı bizim dağların. 

Açıb qollarını, “gəl-gəl” çağıran 

Cüyürlər oylağı bizim dağların. 

 

Ağacların barı budağı əyər, 



Əylənib üzməsən xətrinə dəyər. 

Dəlisov çaylara mahnılar deyər 

Nəğməli bulağı bizim dağların. 

   


 

Səsləyər qoynuna oğlanı, qızı, 

Yandırar köksünü gözəllər nazı. 

Nəcəf dindirəndə sədəfli sazı, 

Çox olar yığnağı bizim dağların. 

 

Aşıq Nəcəf təkcə Vətəni, onun təbiətini deyil, eyni zaman-



da Vətən gözəllərini də vəsf etməkdən doymamışdır. Onun şeir-

lərində qızlarımızın gözəlliyindən, ağlından, kamalından, ən nə-

cib insani xüsusiyyətlərindən bəhs olunur. Gənclərə tövsiyyə 

xarakteri daşıyan “Ola” rədifli qoşma məhz bu məzmunda ya-

zılıb: 

   


 

 

Arayıb, axtarıb bir yar sevəsən



Ağıl mərifətdən ustakar ola. 

Qohumla, qonşuyla bəd dolanmaya, 

Mülayim kəlməli, dil şəkər ola. 



Ömrün etməyəcək vəfa dedilər 

 

415



Nəcəf elə gözəlləri sevir və vəsf edir ki, təkcə bir nəfərin 

deyil, hamının, elin, obanın, qohum-qonşunun da gözündə gö-

zəl olsun. Nəcəfin gözəli təkcə zahirən deyil, həm də daxilən 

gözəl olmalıdır. Belə gözəli isə ancaq əsil ata-ana tərbiyə edə 

bilər: 

 

Əzəl əsil ola ata-anası, 



Ola gözəlliyin hər nişanası. 

Ellər tamaşası, göllər sonası, 

Gözəllər içində bir ülkər ola.

 



 

Aşığın vəsf etdiyi gözəllər də təbiət vurğunudur. Yazın er-

kən çağında dəstə-dəstə seyrə  çıxıb təzə-tər çiçəklər dərir, on-

lardan çələng bağlayırlar. Bu gözəllərin özləri də, sözləri də gül 

kimi zərif, incə, lətafətli, ətirlidir: 

 

Əziz gündə seyrə çıxıb gəzərlər, 



Bənövşə dərərlər, nərgiz üzərlər. 

Buxaqlar altına güllər düzərlər

Qənd əzərlər dil-dəhana gözəllər.

**

 



 

Nəcəf azad, təmiz, saf məhəbbəti təbliğ edir. İstəyir ki, hə-

mişə sevən sevənə qovuşsun, heç kəsin məhəbbəti nakam qal-

masın. Aşiqlər kamına çatsın: 

 

Nəcəf, hər nadana yandırma canı, 



Həqiqət dərk elə, həddini tanı! 

Sevgi sevgisindən alar nişanı, 

Əbruşun tellərin çalhaçalı var!

***


 

                                                 

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Gənclik, Bakı, 1979-cu il, səh.28. 



**

 Yenə orada. Səh.16. 

***

 Yenə orada. Səh.18. 




Aydın Çobanoğlu 

 

 



416

Aşıq Azərbaycan qadınının qara çadra zülmündən azad 

olunmasını alqışlayır. Çadranı, gözəlliyi  əsarətdə saxlayan 

zülmkar adlandırır. Bundan belə Azərbaycan qızlarını çadralı, 

yaşmaqlı görmək istəmir. Çünki, bu onların gözəlliyinə  xələl 

gətirir: 

   

 

 



Alma

 

o yaşmağı qaymaq dodağa, 



Mirvari dişlərin tez ləkələnər. 

Daha yoxdu gözəlliyə qadağa, 

Dəhan hava çəksə az ləkələnər. 

 

Sənə bir ərzim var, ay xalı həbəş, 



Görəndə ovçunu az dağları aş. 

O məh camalına, qoy, düşsün günəş, 

Solar gül yanağın, üz ləkələnər.

 



 

Aşığın tərənnüm etdiyi gözəllər məclislər bəzəyidir. Onlar 

olan məclis daha gözəl, daha çıraqban olur. Xüsusən həmsöhbət 

olanda: 


Saqi ol məclisdə, gəl, payla şərbət, 

Nazü-qəmzə etmə, sözüm var xəlvət. 

Bircə saat mənlə eləyib söhbət, 

Xumar gözlə gül, qadasın aldığım!

**

 

 



Yaxud 

 

Mən oxuyum, sən qulaq as sözümə, 



Eşqli vaxtımda xoş avazıma. 

Şox sal məclisimə, oyna sazıma 

Sübhəcən məclisi laləzar elə.

***


 

                                                 

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Gənclik, Bakı, 1979, səh. 28. 



**

 Yenə orada, səh. 28. 




Ömrün etməyəcək vəfa dedilər 

 

417



– deyən aşıq heç bir məclisini gözəlsiz görmək istəmir. 

Həm də gözəl vəfalı, ismətli, həyalı olmalıdır. Sözü bütöv ol-

malı, verdiyi sözün, əhdin, ilqarın üstündə möhkəm durmalıdır. 

Azərbaycan gözəli başqa cür ola bilməz! Olsa belə, aşığın “dər-

di dəftərə sığışmaz”. 

 

Bir dərdim var, Loğman gəlsə sağalmaz. 



Naşı təbib yaralarımı açmasın. 

Yarım üz döndərsə cismim sağ olmaz, 

İlqar verən ilqarından qaçmasın.

*

 



 

və ya 


 

Dost olan dönərmi öz dostluğundan?! 

Mən ki, bixəbərəm yar küsdüyündən. 

Başımı qaldırmam qəm yasdığından, 

Olar köhnə yaram təzə, gəlməsə.

**

 



 

Aşıq Nəcəf bivəfaları sevmir, yuxarıda qeyd etdiyimiz ki-

mi gözəlin üz bürüməyini düzgün hesab etmir. “Haqq verən pa-

yı” daldalamağı onlara rəva görmür: 

 

Həyat olsa içmərəm mən 



Bimürvətin şərbətini, 

Göz görməsə könül sevməz, 

Aç üzündən rübəndini. 

Qoy, tökülsün gərdəninə, 

Aç zülfünün kəməndini. 

Hər yuvadan tərlan çıxmaz, 

Bir de, görüm haralısan?

***


 

                                                                                                                 

***

 Yenə orada, səh. 28. 



*

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”, Gənclik, Bakı, 1979-cu il, səh.25. 

**

 Yenə orada, səh.26. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə