Biologiya fakültəsində tədris olunan“Ümumi fizika ”



Yüklə 10,57 Kb.
tarix23.01.2018
ölçüsü10,57 Kb.
#21912


Biologiya fakültəsində tədris olunan“Ümumi fizika ”

kursunun proqramı (30 saat)
Mexanika. Maddi nöqtənin düzxətli bərabərsürətli hərəkəti. Əyrixətli hərəkətin kinematikası. Bucaq sürəti və bucaq təcili. Onlar arasında əlaqə. Normal və tangensial təcil. Qaliley çevirmələri. Nisbilik prinsipi. Nyuton qanunları. Cismin kütləsi və impulsu. Qüvvə. Maddi nöqtələr sisteminin impulsunun saxlanma qanunu. Kütlə mərkəzi. Kinetik və potensial enerji. Enerjinin saxlanma qanunu. Cisimlərin elastik və qeyri-elastik toqquşması. Iş, güc, enerji və vahidləri. İşin qrafik təsviri. Ağırlıq qüvvəsinin işi. Ümumdünya cazibə qanunu. Elastik qüvvə. Huk qanunu. Yunq modulu. Qüvvə momenti. Ətalət momenti. Ətalət momentinin saxlanma qanunu. Fırlanma hərəkətinin dinamikasının əsas tənliyi. Fırlanan cismin kinetik enerjisi. Tərpənməz ox ətrafında fırlanma hərəkətinin kinematikası.

Harmonik rəqslər. Dalğalar. Rəqs tənliyi. Harmonik rəqsin sürəti, təcili, qüvvə və enerjisi. Bir düz xətt üzrə və peprpendikulyar yayılan rəqslərin toplanması.

Molekulyar fizika. Molekulyar-kinetik nəzəriyyənin əsas müddəaları və tənlikləri. İdeal qazın modeli.Ideal qazın hal tənliyi. Temperatur anlayışı. İzoproseslər(izotermik, izoxorik və izobarik proseslər). Universal qaz sabiti və onun fiziki mənası. Daxılı enerji. Potensial sahədə qaz molekullarının paylanması (Bolsman paylanması). Barometrik düstur. Qaz molekullarının orta sürəti. Molekulların sürətlərə görə paylanması. Maksvel paylanması. Broun hərəkəti. Qazın gördüyü iş. Daxili enerji. Qazların istilik tutumu. Qazlarda köçürmə hadisələri (diffuziya, istilikkeçirmə, daxili sürtünmə). Termodinamlkanın İ qanunu. İstilik tutumunun növləri. Mayer düsturu. Adiabatik proses. Adiabat tənlikləri. İzotermlər. Politropik proses. Entropiya. İzoproseslərdə görülən iş. Termodinamikanın İİ qanunu. F.İ.Ə. Karno tsikli.. Entalpiya, sərbəst enerji. Molekullar arasındakı qüvvələr. Real qazlar. Van-der-Vals tənliyi. Mayelərdə molekulyar qüvvələr. Molekulyar təzyiq . Səthi gərilmə. Mayenin əyri səthi altındakı təzyiq. Kapilyar hadisəlıər.

Elektromaqnetizm. Eləktrik sahəsi. Elektrik yükü. Kulon qanunu Elektrik sahəsinin intensivliyi. Superpozisiya prinsipi. Elektrik sahəsinin potensialı. Elektrik tutumu. Müstəvi kondensator. Elektrik sahəsinin enerjisi. Cərayan şiddəti. Sabit cərəyanın işi və gücü. Müqavimət. Dövrə hissəsi və tam dövrə üçün Om qanunu. Coul-Lens qanunu.

Maqnit sahəsi. Maqnit sahəsinin intensivliyi. Maqnit induksiyası. Amper qüvvəsi. Bio-Savar – Laplas qanunu. Amper düsturu. Lorens qüvvəsi. Elektromaqnit induksiyası. Lens qaydası. Maqnit seli. Öz-özünə induksiya. İnduktivlik. Maqnit sahəsinin enerjisi. Dairəvi cərəyan. Dəyişən cərəyan. Dəyişən cərəyan üçün Om qanunu.



Optika. İşığın təbiyəti və yayılma sürəti. İşığın qayıtma qanunu. İşığın sınma qanunu. Tam daxılı qayıtma. Ferma prinsipi. Fotometrik kəmiyətlər.

Koherentlik. İşığın interferensiyası. İnterferensiyanın maksimum və minimum şərtləri. Eyni qalınlıqdan interferensiya. Nyuton həlqələri. Interferensiya zolaqlarının eni. İşığın difraksyası. İHüygens- Frenel prinsipi. Puasson ləkəsi. Frenel zonaları zona löhvəsi. Difraksiya qəfəsi. Difraksiya spektri. Rentgen şualarının difraksiyası. Vulf-Breq düsturu. Işığın dispersiyası. Normal və anomal dispersuya. Dispersiyanın elektron nəzəriyəsi. Prizmada şuanın yolu. İşığın polyarlaşması. Malyus qanunu. Bryuster bucağı. Polyarizator və analizator. Qoşa şüasınma. Polyarlaşma müstəvisinin fırlanması. Polyarimetriya. Hüceyrənin polyarlaşmış işıqla tədqiqi. İşığın ududlması. Buger qanunu. İşığın səpilməsi. Reley qanunu.

Fotoeffekt. Stoletov qanunları. Eynşteyn düsturu. Fotocərayan. İstilik şuanlaması qanunları. Kirxhof qanunu. Stefan-Bolsman və Vin qanunları. Şüalanmanın kvant xarakteri. Plank düsturu. Günəşin şüalanması. Müalicə məqsədi ilə istifadə olunan istilik şüalanma mənbələri. Orqanizmin istilik verməsi. İnfraqırmızı vı ultrabənövşəyi şüalanma və onların təbabətdə tətbiqi.

Dalğa optikasından həndəsi optikaya keçid. Linzalar. Güzgülər. Optik sistemlərin nöqsanları. Göz optik sistem kimi. Bioloji mikroskop, onun ayırdetmə qabiliyyəti və böyütməsi. Lif optikası və onun tibb cihazlarda tətbiqi.Lüminessensiya və fotolüminessensiya. Flüoressensiya və fosforossensiya. Bioloji sistemlərdə fotolüminessensiya. Koherent işiq mənbələri-lazerlər. Lazerlərin iş prinsipi və təbabətdə tətbiqi.



Atom fizikası. Təcrid olunmuş atomun spektri. Tomson modeli. Rezefordun nüvə modeli. Kütlə defekti. Frank-Hers təcrübəsi. Bor postulatları.Hidrogen atomunun spektral seriyaları. Elektron təbəqələrinin quruluşu.
Yüklə 10,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə