Microsoft Word Ayd?n Cobanoglu kitab 5+. doc



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə89/92
tarix13.12.2017
ölçüsü2,22 Mb.
#15436
1   ...   84   85   86   87   88   89   90   91   92

Aydın Çobanoğlu 

 

 



430

 

 



 

III FƏSİL 

 

AŞIQ NƏCƏF ŞEİRLƏRİNİN  

ŞƏKLİ XÜSUSİYYƏTLƏRİ 

 

Aşıq Nəcəf klassik Azərbaycan aşıq poeziyasının, demək 



olar ki, bütün növlərindən istifadə etmiş, yeri gəldikdə yeni nü-

munələr də yaratmışdır. Belə ki, gəraylı, qoşma, təcnis, cığalı 

təcnis, nəfəsçəkmə təcnis, divani və müxəmməs formalarından 

istifadə edərək mükəmməl gözəlləmələr, ustadnamələr, qıfıl-

bənd və hərbə-zorbalar, bəzən də həcvlər demişdir. 

Aşığın gəraylıları öz axıcılığına, yadda qalımlılığına görə 

diqqətəlayiqdir. O, bu şeir forması ilə öz istəyini oxucuya çat-

dıra bilir. 

 

Gözləri can alan gözəl, 



Gözəldə ilqar olmazmı?! 

Sənin dərdin bağrım əzər, 

İşim ahu-zar olmazmı?! 

 

Olmaz sənin kimi pəri, 



Mənəm gözünə müştəri. 

Nəcəf deyər, müxtəsəri 

Səndən mənə yar olmazmı?!

 



 

Aşıq Nəcəf gəraylının iki formasından istifadə edib: – rə-

difli gəraylı və rədifsiz gəraylı. Yuxarıda misal gətirdiyimiz gə-

                                                 

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”. Gənclik, Bakı, 1979-cu il, səh.6. 




Ömrün etməyəcək vəfa dedilər 

 

431



raylı rədiflidir. Lakin elə nümunələr var ki, onlarda rədif əvəzi-

nə işlənən sözlər qafiyələnir: 

– Aman təbib, iki gözlə 

Daha xalqa baxammaram. 

Axdım eniş, yoxuş düzlə, 

Bir də elə axammaram. 

 

Aşıq Nəcəfin gözəlləmələrinin  əksəriyyəti, deyişmələri 



hərbə-zorba və qıfılbəndləri qoşma formasında yazılmışdır. Gö-

zəlləmələri haqda bir qədər irəlidə söhbət etdik. Deyişmələrinə 

gəldikdə isə, onların sayı çox azdır. Cəmi üç deyişməsi məlum-

dur: Ustadı  aşıq Hüseyn Bozalqanlı ilə, Dilşadla və Dondarlı 

Hümbətlə.  İstər deyişmələrdə, istərsə  də  həcvlərdə  ədəb-ərkan 

qaydalarından kənara çıxmaq, nalayiq sözlər eşitmək Nəcəf ya-

radıcılığına yaddır. Doğrudur, ustadı ilə deyişmədə bir-iki belə 

söz işlətmişdir. Bu da Hüseyn Bozalqanlının işlətdiyi sözlərə 

çox mülayim cavab xarakteri daşıyır. 

Dilşadla deyişməsi isə klassik dastanlarımızda qadınlarla 

deyişmə xarakterindədir. Mövzusu əsasən, məhəbbətdən götü-

rülüb. 


Dilşad 

 

Sevdalar selində çalxanan aşıq, 



Dumanlı dağlarda maralı gəzmə! 

Cavanlardı səni salan kəməndə, 

Gözəllər əlindən yaralı gəzmə! 

 

Nəcəf 



 

Dumanlı dağlarda seyr edən gözəl, 

Ovsanıb ovçundan aralı gəzmə! 

Bir adasan, dərya çəkər kamına, 

Coşub öz həddindən irəli gəzmə! 



Aydın Çobanoğlu 

 

 



432

 

Nəhayət, deyişmənin son bəndində Nəcəfin dediyi – 



Dilşad, aşıqlarla, gəl, girmə bəhsə

Tərlan səni çəkib salar qəfəsə. 

Nəcəf cavab istər təcnis, təxmisə, 

Gen dünya başına daralı, gəzmə.

*

 

 



Bəndindən aydın olur ki, bu deyişmədən qabaq Nəcəf Dil-

şada təcnis, təxmis göndərib cavab istəmiş, lakin almamışdır. 

Biz Dilşadla söhbət edərkən bu nümunələrin onun da xəyalında 

qalmadığını bildirdi. 

Nəcəf onun sənətinə dırnaqarası baxan mollalara, nadanla-

ra öz hərbə-zorbaları ilə tutarlı cavab vermiş, onları yerindəcə 

susdurmuşdur. Bu, aşığın kamilliyinə, özünə olan inamına dəla-

lət edən xüsusiyyətdir: 

 

Mən Nəcəfəm, çox sinələr dağlaram, 



Bəndərgahlar kəsib yollar bağlaram. 

Başı qarlı, sərt qayalı dağlaram, 

Aşıqlara bir azaram, sən nəsən?!

**

 



 

Aşıq Nəcəfin yaradıcılığında təcnislər xüsusi yer tutur. O, 

orijinal cinaslar işlədərək gözəl təcnislər yarada bilmişdir: 

 

Qəmdən qala yapdım, hicran hasarı, 



Nəcəf, sən tərlansan, sevmə ha, sarı! 

Mən dedim ki, sınıq könlüm ha sarı, 

Demədim, təzədən yarala məni.

***


 

 

                                                 



*

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”. Gənclik, Bakı, 1979-cu il, səh.36. 

**

 Yenə orada. 



***

 Yenə orada. Səh.39. 




Ömrün etməyəcək vəfa dedilər 

 

433



Etiraf etmək lazımdır ki, bəzən aşığın təcnisləri o qədər də 

müvəffəqiyyətli alınmamışdır. Belə ki, mənası dolğun olsa da, 

cinaslar texniki cəhətdən qüsurludur, qulaq qafiyələri (omofon-

lar) üstünlük təşkil edir. Bəzən isə bu qafiyələr qoşmalarda ol-

duğu kimi olur, ancaq sonuncu misrada rədif cinas təşkil edir: 

 

Sənə bir ərzim var, mələklər tayı, 



Ləblərin şərabı səlsəbil çayı! 

Nəcəfdən bürümə haqq verən payı, 

Atginən niqabı ay üzdən, üzdən.

*

 



 

Bu cür təcnisləri prof. V.Vəliyev yarımçıq təcnislər adlan-

dırır. 

Aşıq Nəcəfin divaniləri bir qayda olaraq ustadnamə xarak-



terlidir: 

 

   



 

Öz dostundan sınan könül, 

  

 

Bitməyin layiq deyil. 



   

 

Qədirbilməz kölgəsində 



  

 

Yatmağın layiq deyil. 



  

 

Bir səməndi saxlayasan, 



  

 

Ondan bədöy çıxmaya. 



  

 

Onu tərif edib dosta 



  

 

Satmağın layiq deyil.



**

 

 



Nəfəsçəkmə təcnis ən çətin şeir formasıdır. Təcnisin başqa 

növlərindən fərqli olaraq burada rədifi sözlə ifadə etmək müm-

kün deyil, yalnız olsa-olsa yazıya köçürülərkən izahlı şərti işa-

rədən istifadə etmək olar. Maraqlıdır ki, bu təcnisin ilk nümunə-

si aşıq Nəcəfə məxsusdur. Ondan sonra bu cür nümunələrə aşıq 

                                                 

*

 Əlimərdanlı aşıq Nəcəf. “Şeirlər”. Gənclik, Bakı, 1979-cu il, səh.42. 



**

 Yenə orada, səh.48. 




Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə