Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə12/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

bərabəri  olmayan  qələbə  qazandılar.  I  ldırım  Bəyazid  (1389-1402)  Serbiyanın 

müstəqilliyinə son qoydu və nəticədə Osmanlı dövlətinin sərhədləri qərbdən Dunay 

çayının sahillərinə qədər genişləndirildi.  

     1393-cü  ildə  türklər  Bolqarıstanın  paytaxtı  Tırnovo  şəhərini  ələ  keçirdilər. 

XIV  əsrin  sonuna  yaxın  Bosniyanın  çox  hissəsi  də  türklərin  hakimiyyəti  altına 

düşdü. Türklər Albaniyaya da daxil oldular.  

     Macar kralı Sigizmund fransız, ingilis, alman və çex cəngavərlərinin iştirakı 

ilə türklərə qarşı səlib yürüşü təşkil etsə də, 1396-cı il sentyabrın 25-də bolqarıstan 

ə

razisində,  Niqbolu  (Nikopol)  şəhəri  yaxınlığında  məğlubiyyətə  düçar  oldu. 



Niqbolu döyüşü ilə bütün Bolqarıstanın işğalı başa çatdırıldı.  

      ldırım  Bəyazid  1399-1400-cü  illərdə  əvvəllər  Səlcuq  imperatorluğunun 

tərkibinə daxil olan əraziləri  -  Qaraman bəylərbəyliyini, Sivası, Malatyanı da ələ 

keçirdi.  Türklərin  hakimiyyəti  Şərqi  Avropaya  qədər  yayıldı  və  qüdrətli  Osmanlı 

imperatorluğu yaranmağa başladı.  

    Türklər  Bizansın  Balkanlardakı  sonuncu  dayağı  olan  Konstantinopolu  fəth 

etmək məqsədilə Asiya sahillərində Anadoluhisar qalasını tikdilər.  

    XV  əsrin  əvvəllərində  Osmanlı  imperatorluğunun  başı  üzərini  təhlükə  aldı. 

Digər qüdrətli türk  cahangiri  Əmir  Teymur  Kiçik  Asiyaya  yürüş  etməklə  bir  sıra 

bəyliklərdə öz müstəqilliklərini bərpa etmək istəyi yaratdı. Əmir Teymurun Sivası 

və  Malatyanı  tutması  və  Dəməşqə  qədər  irəliləməsi  ldırım  Bəyazidin 

Konstantinopolun  mühasirəsini  dayandırmasına  və  Şərqi  Anadoluya  doğru 

irəliləməsinə təkan verdi. Sivas, Ərcivan, Kemah və Malatya Osmanlılar tərəfindən 

geri  alındı.  Bu  hadisələr  iki  qüdrətli  türk  cahangirini  qarşısı  alınmaz  döyüşə 

sürüklədi. 

      ldırım  Bəyazidin  ordusunun  bir  hissəsi  Konstantinopolun  mühasirəsini,  bir 

hissəsi  isə  Anadolu  qalalarının  müdafiəsi  ilə  məşğul  olduğundan  Teymura  qarşı 

sayca xeyli az qüvvə toplanmışdı. Teymurun ordusunda isə döyüş filləri də var idi. 

     1402-ci il iyulun 28-də Ankara düzənliyində Orta əsrlərin bəlkə də ən böyük 

döyüşü baş verdi. Teymur qələbə çaldı. Teymurun qələbəsində öz müstəqilliklərini 

bərpa etmək istəyən anadolu bəyliklərinin xəyanəti də mühüm rol oynamışdı. 

     Ankara  döyüşü  bütün  türk  dünyasının  faciəsi  idi.  Teymur  özü  də  bilmədən 

Avropanı  Osmanlı  impertorluğundan  xilas  etdi  və  bütün  türk  dünyasının  gələcək 

faciəsi  üçün  zəmin  hazırladı.  Təsadüfi  deyil  ki,  bu  xəbəri  eşidən  Roma  papası 

Avropa  ölkələrinin  kilsələrində  üç  gün  aramsız  kilsə  zənglərinin  sədaları  altında 

ş

ükranlıq düası oxutdurmuşdur.  



     Tarixində  “səltənət  fasiləsi”  adlandırılan  dövrdən  sonra  Osmanlı  dövləti 

Sultan II Muradın (1421-1451) hakimiyyəti dövründə əvvəlki qüdrətini bərpa etdi. 

II Murad 1430-cu ildə Saloniki, 1431-ci ildə isə Varna şəhərlərini tutdu. 1444-cü 

ildə Varna döyüşündə türklər macar və çex səlibçilərini darmadağın etdilər. 1448-

ci ildə isə II Kosovo döyüşündə Yanoş Hunyadinin başçılıq etdiyi səlibçi qoşunları 

məğlub edildi.  

     1451-ci  ildə  II  Murad  öldükdən  sonra  hakimiyyətə  oğlu  II  Mehmet  (1451-

1481)  keçdi.  II  Mehmet  1453-cü  ilin  yazında  Konstantinopolu  qurudan  və  sudan 

mühasirəyə  aldı  və  53  günlük  mühasirədən  sonra,  1453-cü  il  mayın  29-da 

Konstantinopol  fəh edildi.  Beləliklə,  Bizans imperiyasının  varlığına  son  qoyuldu. 




Türklərin 

stanbul 


adlandırdıqları 

Konstantinopol 

şə

həri 


Osmanlı 

imperatorluğunun  paytaxtına  çevrildi.  Sultan  II  Mehmetə  “FATEH”  təxəllüsü 

verildi.  

     II Mehmet zəifləmiş Trabzon dövlətini və Kiçik Asiya əmirliklərini də tabe 

etdi. Onun ordusu Krımdakı Genuya koloniyası olan Kəfəni ələ keçirtdi. 

    1475-ci ildə Krım xanlığı Osmanlı dövlətindən vassal asılılığını qəbul etdi. 

    Fateh  II  Mehmet  Moreya  yunan  knyazlığını,  Afina  hersoqluğunu  da 

imperiyanın  tərkibinə  qatdı.  Dunay  knyazlıqları  olan  Moldova  və  Valaxiya  da 

Osmanlılardan asılı vəziyyətə düşdülər.  

      Eyni zamanda Osmanlı imperatorluğu Venesiya ilə də uzun sürən müharibə 

aparmalı  oldu.  Nəticədə  Venesiya  ilə  sülh  müqaviləsi  bağlandı.  Venesiya  Egey 

dənizindəki bütün adalarını türklərə verməli oldu və hər il 1000 dukat məbləğində 

bac verməyi öhdəsinə götürdü.  

    Fateh II Mehmetin vəfatından sonra hakimiyyətə onun oğlu II Bəyazid (1481-

1412) gəldi

.  


       

 

18. Osmanlı imperiyasının Avstriya ilə müharibələri. 

     Avstriyanın  Macarıstanda  təkbaşına  ağalığa  nail  olmaq  cəhdi,  1664-cü  ildə 

Türkiyə ilə müharibəyə səbəb oldu. Avstriyalıların möhkəmləndirmiş olduqları və 

alınmaz  saydıqları  Uyyar  qalası  alındı.Avstriya  imperatoru  təkbaşına  türklərlə 

vuruşa  bilməyəcəyini  anlayaraq,  Vatikandan  və  Avropa  dövlətlərindən  yardım 

istədi.  Lakin  türklər  bəzi  qalaları  aldıqdan  sonra  Avstriya  ordusunu  darmadağın 

etdi.  Nəticədə  Avstriya  imperatoru  sülh  təklif  etdi.  Osmanlı  dövləti  ilə  Avstriya 

arasında  bağlanmış  sülh  müqaviləsinə  görə  Avstriyanın  ələ  keçirilmiş  Uyyar  və 

başqa qalaları geri qaytarıldı.  

     Avstriya ilə sülh bağlandıqdan bir neçə il sonra Osmanlı dövləti Ukraynada 

nüfuz  dairəsi  üstendə  Polşa  ilə  müharibəyə  başladı.  Beş  il  davam  edən  bu 

müharibədə  türklər  qələbə  qazandılar.  Polyaklar  osmanlıların  Ukrayna  üzərində 

hakimiyyətini qəbul etdilər.  

     1681-ci  ildə  Avstriya  ilə  münasibətlər  yenidən  pisləşdi.  Türklər  Vyanaya 

yürüş təşkil etsələr də heç bir nəticə hasil olmadı. Vyana ətrafında türk ordusunun 

məğlubiyyəti  Avropada  böyük  sevincə  səbəb  oldu.  Bir  sıra  xristian  dövlətləri  bu 

fürsətdən  istifadə  edərək,  türkləri  avropadan  qovub  çıxarmaq  planını  həyata 

keçirməyə  başladılar.  Papa  təkidlə  bu  dövlətləri  Osmanlı  imperiyasına  qarşı 

birləşməyə  çağırdı.  1684-cü  ildə  Avstriya,  Polşa,  Venesiya  və  Malta  “Müqəddəs 

birlik” adlanan ittifaq təşkil etdilər.  

     1686-cı ildə ittifaq ordusu şiddətli müqavimətdən sonra Budapeşti tutdu. Bu 

şə

hərin  itirilməsi  osmanlılar  arasında  böyük  çaxnaşmaya  səbəb  oldu.  Nəticədə, 



düşmənlər Macarıstanın çox hissəsini, Belqradı, Dalmasiya və Bosniyanın da bəzi 

hissələrini ələ keçirdilər.  

    Ağır  məğlubiyyətlərdən  sonra  Osmanlı  höküməti  bir  neçə  cəbhədə 

vuruşmağın  mümkünsüzlüyünü  anladı.  1699-cu  ildə  Belqradın  Karlovitsa 

qəsəbəsində  Osmanlı  hökümətinin  və  müttəfiq  dövlətlərin  nümayəndələri 

toplandılar.  4  aylıq  müzakirələrdən  sonra  Avstriya,  Polşa  və  Venesiya  ilə  ayrı-




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə