Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   6   7   8   9   10   11   12   13   ...   24

üsyanları  başlanmışdı.  Macarıstanda  da  böyük  kəndli  üsyanı  baş  verdi.  Feodallar 

bu üsyanı çoxlu qüvvə toplayaraq yalnız bir ildən sonra yatıra bildilər. 

Taborçuların feodal qaydalarına qarşı çıxışları çex feodalları və şəhər varlılarını 

qorxuya  salmışdı.  Panlar  və  cəngavərlər  qusçu  müharibələrinin  gedişində  kilsə 

torpaqlarını  tutmuşdular.  Xaç  yürüşlərinin  müvəffəqiyyətlə  başa  çatacağına 

ümidini itirmiş papa və imperator Çexiyadakı azadlıq mübarizəsini çexlərin öz əli 

ilə  boğmaq  qərarına  gəldilər.  Onlar  mötədillərlə  danışıqlar  aparmağa  başladılar. 

Papa  çex  feodallarına  vəd  verdi  ki,  onların  zəbt  etdikləri  kilsə  torpaqlarına 

toxunmayacaqdır.  Panlar  və  cəngavərlər  böyük  bir  ordu  topladılar.  Bu  qoşunun 

xərcini  papa  və  imperator  ödəyirdi.  Beləliklə,  mötədillərlə  taborçular  arasında 

müharibə  başlandı.  1434-cü  ildə  Praqadan  şərq  tərəfdə  yerləşən  Lipani  adlı  kiçik 

bir şəhərin yaxınlığında mötədillər taborçulara hücum edərək onları məğlub etdilər. 

Çex  xalqı  15  il  ərzində  (1419-cu  ildən  1434-cü  ilədək)  feodal  zülmü,  yadelli 

zorakılığı  və  katolik  kilsəsinə  qarşı  qəhrəmanlıqla  mübarizə  apardı.  Taborçuların 

mübarizəsi kəndli müharibəsi idi.  ngiltərə və Fransada həmin dövrdə baş vermiş 

kəndli  üsyanlarından  fərqli  olaraq, bu  kəndli  müharibəsi daha  uzun  sürmüş,  daha 

yaxşı təşkil olunmuş və bütün ölkəni əhatə etmişdi. Kəndlilər və şəhər yoxsulları 

məğlub oldular. Lakin onlar, hər halda, müəyyən müddət üçün feodalların istismarı 

gücləndirmək  cəhdlərinin  qarşısını  aldılar.  Üsyana  qalxmış  xalq  katolik  kilsəsinə 

güclü zərbə vurdu. Kilsə itirilmiş torpaqları və dağıdılmış monastırları bütünlüklə 

bərpa  edə  bilmədi.  Çexiyada  yadelli  zorakılığı  sarsıdıldı.  Qusçu  mühariblərindən 

sonra  şəhərlərin  çoxunun əhalisi çexlərdən  ibarət oldu.  Çex  dili  müəssisələrdə və 

məhkəmə işlərində alman dilini sıxışdırdı. 

  

 



14.Orta əsrlərdə  taliyada şəhər dövlətlərin yaranması 

XI əsrin əvvəllərindən etibarən Avropa qitəsində yerləşən ticarət karvan yolları 

çox təhlükəli idi. Bu səbəbdən həmin yollar daha təhlükəsiz olan dəniz yolları ilə 

ə

vəzlənmişdir. Heç bir dövlətə tabe olmayan və əsasən quldurluq yolu ilə qazanc 



ə

ldə  edən  soyğunçuların  ticarət  karvanlarına  hücum  etməsi  Avropada  quru  yolla 

ticarətin həyata keçirilməsini çox təhlükəli vəziyyətə gətirmişdir. Ticarət yollarının 

dənizlərə  köçürülməsindən  sonra  Aralıq  dənizi  hövzəsində  ticarət  kanalları 

möhkəmləndirmiş və bu ticarət yollarının üzərində yerləşən şəhərlər sürətlə inkişaf 

etməyə  başlamışdır.  taliyada  Orta  Əsrlərdə  yaranmış  və  inkişaf  etməyə  başlamış 

şə

hər  dövlətlərindən  ən  tanınmışları  Piza,  Genuya  və  Venesiya  şəhər  dövlətləri 



olmuşdur. Bu dövlətlər bir-biri ilə istər iqtisadi istərsədə siyasi baxımdan rəqabət 

aparır  və  biri-digərini  özündən  aslı  vəziyyətə  salmağa  çalışırdı.  X-XIII  əsrlərdə 

taliya şəhər dövlətləri Aralıq dənizində yerləşən ticarət yollarına nəzarət etmək və 

ə

razidə  daha  da  güclənmək  üçün  öz  hərbi  donanmalarını  formalaşdırmağa 



başlamışdılar.  Bu  baxımdan  şəhər  dövlətlərinin  donanmaları  Səlib  yürüşlərində 

iştirak  edən  hərbi  birliklərə  çox  kömək  etmişdir.  Səlibçilərin  dənizdən  dəstəyini 

Venesiya şəhər dövləti başda olmaqla digər şəhər dövlətləri qarşılayırdı.  

Qısa  zamanda  Venesiya  Respublikası  və  Piza  Respublikası  kimi  şəhər 

dövlətlərinin  güclü  ordu  yaratması  şəhər  dövlətlərinin  müdafiə  vəziyyətindən 



hücum  vəziyyətinə  keçməsi  ilə  nəticələnmişdir.  Şəhər  dövlətlərin  dənizlərdə  əsas 

rəqibləri Bizans və Ərəb donanmaları idi. 

Dövlətçilik  quruluşu  baxımdan  şəhər  dövlətləri  müstəqil  dövlətlər  olaraq 

formalaşmışdılar.  Şəhər  dövlətlərində    əsas  kübar  sinif  kimi  tacirlər  sinifi  qəbul 

edilirdi.  Mühüm  ticarət  yollarının  üzərində  yerləşməsi  səbəbindən  ticarət  bu 

dövlətlərin əsas gəlir  mənbəyi hesab olunurdu. Şəhər dövlətlərin tarix səhnəsində 

görünməsindən  sonra  Avropanın  şərqə  doğru  yayılma  prosesi  daha  da 

sürətlənməyə  və  şərq  ölkələrində  yeni  dayaqların  yaradılması  yolunda  mühüm 

addımlar atılmağa başlanılmışdı. Müasir  taliya ərazisində yerləşən şəhər dövlətləri 

qızıl sikkə pulları yenidən dövriyəyə daxil etmiş, parça ticarətini genişləndirmiş və 

eyni  zamanda  Avropa  tarixinin  ən  böyük  kargüzarlıq  prosesini  başlatmışıdlar. 

Bütün  bunlara  misal  olaraq  Bank  və  Notariat  əməliyyatlarının  Avropada  daha 

ə

hatəli  və  peşəkar  şəkildə  Venesiya  Respublikasının  dönəmində  aparıldığını 



göstərmək  kifayətdir.  Dənizçiliyin  inkişaf  etməsi  eyni  zamanda  gəmilərdə  yeni 

texnoloji vasitələrin istifadə edilməsinə şərait yaradırdı. 

Bu dövrlərə təsadüf edən Səlib yürüşləri şəhər dövlətlərin genişlənmə siyasəti ilə 

üst-üstə düşürdü. Avropa ölkələrindən yürüşlərə qatılan dövlətlərin silah-sursatları 

dənizlər vasitəsi ilə, əsasən də bu şəhər dövlətlərinin gəmiləri ilə daşınırdı. Bunun 

müqabilində müəyyən haqq alan dövlətlər eyni zamanda yeni zəbt edilən ərazilərdə 

də bəzi üstünlüklər əldə edirdilər. 

Ə

raziləri  və  siyasi  nüfuzları  durmadan  inkişaf  edən  Piza,  Venesiya  və  Genuya 



kimi Respublikalar yeni müstəmləkələrin yaradılması yolunda bir-biri ilə mübarizə 

aparır, hər biri ticarət baxımdan daha strateji bir bölgəni ələ keçirmək istəyirdi.. 

Şə

hər dövlətlərin ömürləri bir-biri ilə müqayisədə müxtəlif olmuşdur. Venesiya 



və Genuya kimi dövlətlər Orta Əsrlər boyunca demək olar ki, öz mövcudluqlarını 

qoruyub  saxlaya  bilsədə  Napoleon  Bonapartın  hakimiyyətə  gəlməsindən  sonra 

işğal edilmişdir. Digər dövlətlər isə əsasən  ntibah dövrü boyunca müstəqilliklərini 

qoruya  bilmişdilər.  Piza  Respublikası  Florensiyanın  ağalığını  qəbul  etmək 

məcburiyyətində  qalmış,  Ankona  Respublikası  Papa  dövləti  tərəfindən  işğal 

edilmiş, Amalfi Respublikası isə Normanların işğalı ilə üzləşmişdir. 

 

 

15. XI-XV əsrlərdə Avropa mədəniyyəti 



Qərbi  Avropada  insanlar  xaç  yürüşü  zamanı  dünyanın  müxtəlifliyinə  və 

genişliyinə heyran oldular. Onlar bundan sonra yeni ölkələrlə maraqlandılar. XIII 

ə

srdə  Venesiya  taciri  Marko  Polo  25  il  Uzaq  Şərqdə  Çində  yaşamış,  vətənə 



qayıdandan  sonra  gördüklərini  qələmə  almışdı.  «Marko  Polonun  kitabı»  uzun 

müddət coğrafiya xəritələri çəkmək üçün əsas olmuşdu.  

lk orta əsrlərdə xüsusi məktəblər, şəhər şuralarının dünyəvi məktəbləri və kilsə 

məktəbləri mövcud idi. Kilsə məktəblərindən fərqli olaraq, xüsusi məktəblərdə və 

şə

hər şurasının məktəblərində yazı, hesab, təbiətşünaslıq haqqında biliklər verilirdi. 



Ticarət, sənətkarlıq belə biliyə malik olan adamlar tələb edirdi. Bu dövrdə dövlət 

və şəhərlər üçün də savadlı adamlar lazım idi.  

XII  əsrdə  Avropada  ilk  ali  məktəb  olan  universitetlər  yarandı.  Burada  dərslər 

latın dilində keçirilirdi. Dərs deyən müəllimlər birləşib universitetlərə özünü idarə 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə