Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   10   11   12   13   14   15   16   17   ...   24

     XIX  əsrin  II  yarısında  Balkanlarda  vəziyyət  daha  da  gərginləşmişdi. 

Bolqarıstanda  üsyan  baş  vermiş,  Serbiya  və  Çernoqoriya  Türkiyəyə  qarşı 

müharibəyə  başlamışdı.  Böyük  dövlətlərlə,  o  cümlədən  Rusiya  ilə  münasibətlər 

kəskinləşmişdi.  

     1877-1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsi Türkiyənin onsuz da ağır 

olan iqtisadi vəziyyətini bir az da ağıırlaşdırdı və onun beynəlxalq nüfuzuna ciddi 

zərbə  endirdi.  1878-ci  ildə  keçirilmiş  Berlin  konqresində  sülh  şərtlərinə  yenidən 

baxıldı.  Bolqarıstan  üç  hissəyə  parçalandı,  yalnız  Şimali  Bolqarıstan  müstəqillik 

ə

ldə etdi. Cənubi Bolqarıstana – Şərqi Rumeliyaya isə sultanın hakimiyyəti altında 



muxtariyyət verildi. Serbiya, Çernoqoriya və Rumıniya tam müstəqil oldular. Qars, 

Ə

rdahan,  Batum  Rusiyaya  keçdi.  Makedoniya  və  Şərqi  Bəyazid  osmanlılara 



qaytarıldı. Bosniya və Hersoqovinanın idarəsi Avstriyaya həvalə edildi. 

     Berlin  konqresindən  sonra 

ngiltərə,  Fransa,  Avstriya,  Rusiya  və 

Almaniyanın  Türkiyədə    hökmranlıq  etmək  uğrunda  apardıqları  kəskin  mübarizə 

şə

raitində  Türkiyə  ayrıca  bir  dövlətdən  asılı  vəziyyətə  düşməsə  də,  yuxarıda 



göstərilən dövlətlər qrupunun yarımmüstəmləkəsinə çevrildi.  

     XX  əsrin  əvvəllərində  Osmalı  imperiyasının  iqtisadi  vəziyyəti  olduqca 

pisləşmişdi. Kapitulyasiyadan istifadə edən Avropa tacirlər türk bazarlarında ağalıq 

edirdilər.  



 

20.Osmanlı imperatorluğunun meydana gəlməsi. 

 Süleyman  paşadan  sonra  hakimiyyətə  oğlu  Sultan  I  Murad  (1359-1389)  gəldi. 

O,  Osmanlı  dövləti  tarixində  ilk  dəfə  olaraq  sultan  titulunu  qəbul  etdi.  Sultan  I 

Murad  Adrinopola  (Ədirnəyə)gedən  yolları  ələ  keçirdi.  1361-ci  ildə  Ədirnə, 

Plovdiv,  Sofiya,  Şumen,  Nis  şəhərləri  və  Şərqi  Frakiyanın  qonşu  bölgələri  ələ 

keçirildi. Sultan Murad Ədirnədə abadlıq işlərinə başladı, saraylar,  mədrəsələr və 

məscidlər inşa etdirdi. Bu şəhər Osmanı dövlətinin paytaxtına çevrildi. 

Bu zaman Balkan yarımadasında üçüncü böyük dövlət Bizans idi. Lakin Bizans 

özünün 


keçmiş 

hərbi 


qüdrətini 

itirmişdi. 

Onun 

dənizsahili 



vilayətlərindəvenesiyalılar  və  genuyalılar  ağalıq  edirdilər  XIV  əsrdə  Balkan 

yarımadasındakı  dövlətlər  həm  daxildə  gedən  feodal  ara  müharibələri,  həm  də 

həmin dövlətlərin öz aralarında gedən mübarizə nəticəsində zəifləmişdilər. 1370-ci 

ildə  Bizans,  sonra  isə  Bolqarıstan  osmanlılardan  asılılığı  qəbul  etməyə  məcbur 

olmuşdular.  Balkan  yarımadasında  türklərə  müqavimət  göstərə  biləcək  yeganə 

güclü dövlət Serbiya idi. Serbiya XIV əsrin birinci yarısında xeyli qüvvətlənmişdi. 

Kral  Stefan  Duşanın(1331-1335)  hakimiyyəti  dövründə  Serbiya  krallığı  cənubda 

Egey  dənizinə  qədərolan  əraziləri  əhatə  edirdi.  Lakin  onun  ölümündən  sonra 

Serbiya  çoxlu  feodal  mülklərinə  parçalanmışdı.  1371-ci  ilin  sentyabrın  26-da 

osmanlılar  Çirməndöyüşündə  serbləri  ağır  məğlubiyyətə  uğratdılar.  Serbiya 

osmanlılardan  asılılığı  qəbul  etməyə,  hər  il  müəyyən  miqdarda  əsgər  və  vergi 

verməyə  məcbur oldu. Osmanlılarla serblər arasında 1389-cu il iyunun 25-də baş 

vermiş  I  Kosovo  döyüşündə  türklər  misilsiz  qələbə  qazandılar.  Serb  çarı  Lazar 

öldürüldü.  Lazarın  döyüş  zaman  əsir  düşmüş  yeznəsi  Miloş  Obiliç  riyakarcasına 

bildirdi ki, o,  slam dinini qəbul etmək qərarına gəlmişdir. Bu münasibətlə sultanın 



ayağını öpmək istəyir. Muradın yanına gəlməyə nail olan Miloş xaincəsinə qəflətən 

Sultan Muradın üstünə atılaraq, onu ölümcül yaraladı. Öhzünü sultan elan edən I 

ldırım  Bayazid  (1389-1402)Serbiyanın  müstəqilliyinə  son  qoydu.  Nəticədə 

Osmanlı  dövlətinin  sərhədləri  qərbdən  Dunay  çayının  sahillərinə  qədər 

genişləndirildi. 

1393-cü  ildə  türklər  Bolqarıstanın  paytaxtı  Tırnovo  şəhərini  ələ  keçirdilər.XIV 

ə

srin  sonuna  yaxın  Bosniyanın  çox  hissəsi  türklərin  hakimiyyəti  altına  düşdü. 



Türklər Albaniyaya da daxil oldular. Macar karlı Sigizmund fransız, ingilis, alman 

və  çex  cəngavərlərinin  iştirakı  ilə  türklərə  qarşı  səlib  yürüşü  təşkil  etdi.  1396-cı 

ilsentyabrın  25-də  Bolqarıstan  ərazisində  Niqbolu  (Nikopol)  döyüşündə  türklər 

qələbə qazandılar. Bununla da bütün Bolqarıstanın işğalı başa çatdırıldı. 

1399-1400-cü  illərdə  Bayazid  Səlcuq  imperatorluğunun  tərkibinə  daxil  olmuş 

digər  əraziləri-Qaraman  bəyliyini,  Sivası  və  Malatyanı  da  ələ  keçirtdi.  Türk 

hakimiyyətiŞərqi  Avropaya  qədər  yayıldı  və  qüdrətli  Osmanlı  imperatorluğu 

yaranmağa başladı. 

Osmanlı fəthlərini yüngülləşdirən əsas səbəblərdən biri də xristian dövlətlərində 

feodalizm  zülmündən  cana  doymuş  zəhmətkeş  xalqın,  ilk  növbədə  kəndlilərin 

türklərə  nəinki  müqavimət  göstərməməsi,  hətta  çox  vaxt  könüllü  olaraq  onların 

tərəflərinə  keçməsi  idi.  Türklər  vergiləri  bir  qədər  yüngülləşdirir,  ayrı-ayrı  dini 

etiqadlara maneçilik törətmirdilər. 

XIV  əsrin  sonlarında  Bayazid  Bizansın  Balkanlardakı  sonuncu  dayağı  olan 

Konstantinopolu fəth etmək məqsədlə də Asiya sahillərində Anadoluhisar qalasını 

tikdirdi. XV əsrin əvvəllərində Osmanlı imperatorluğunun başı üstünü təhlükə aldı. 

Digər  qüdrətli  türk  cahangiri  Əmir  Teymur  Kiçik  Asiyaya  yürüş  etməklə 

Aydınoğullar,  Germian,  Saruxanoğullar  və  Mentəşə  bəyliklərində  öz 

müstəqilliklərini bərpa etmək istəyi yaratdı. Onlar bu məqsədlə Teymura müraciət 

etdilər.  Digər  tərəfdən  Teymur  tərəfindən  ölkələri  işğal  edilmiş  Cəlairi  hökmdarı 

Sultan  Əhməd  və  Qaraqoyunlu  Qara  Yusif  ldırım  Bayazidə  sığınaraq  ondan 

kömək  istədilər.  Bayazid  Konstantinopolun  mühasirəsi  ilə  məşğul  olduğu  zaman 

Teymur  Şərqi  Anadoluya  girərək  Sivası  və  Malatyanı  tutaraq  Dəməşqə  qədər 

irəlilədi.  Məmlükləri  özünə  tabe  etdi.  Sonra  isə  Kiçik  Asiyanı  tərk  edib 

Azərbaycana qayıtdı. 

Bayazid  Konstantinopolun  mühasirəsinə  fasilə  verib  Şərqi  Anadoluya 

gəldi.Sivas  Ərzincan  və  Kemahı  geri  aldı.  Əhməd  Cəlairinin  və  Qara  Yusifin 

köməyinə  yeni  qüvvələr  göndərdi.  Bu  hadisələr  iki  qüdrətli  türk  cahangirini 

qarşılaşdırdı.  Teymur  qışı  Qarabağda  keçirdikdən  sonra  1402-ci  ildə  təkrar 

Anadoluya yürüş etdi. Bu dəfə hədəf Osmanlı dövlətinin torpaqları oldu  ldırımın 

ordusunun  bir  hissəsi  Konstantinopolun  mühasirəsi,  bir  hissəsi  isə  Anadolu 

qalalarının  müdafiəsi  ilə  məşğul  olduğundan  Teymura  qarşı  sayca  xeyli  az  hərbi 

qüvvə toplamışdı. Teymurun ordusundə döyüş filləri də var idi. 1402-ci il iyulun 

28-də  Ankara  düzənliyində  orta  əsrlərin  bəlkə  də  ən  böyük  döyüşü  baş  verdi. 

Teymur  qələbə  çaldı.  Bayazid  və  onun  iki  oğlu  əsir  düşdü.  1403-cü  ilin  yazında 

Teymurun onu Səmərqəndə aparacağından xəbər tutan Bayazid zəhər içərək özünü 

öldürdü. Teymurun qələbəsində öz müstəqilliklərini bərpa etmək istəyən Anadolu 

bəyliklərinin xəyanəti də böyük rol oynamışdı. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə