Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   4   5   6   7   8   9   10   11   ...   24

arasında  əmək  bölgüsü  yarandı,  ticarət  inkişaf  etdi.  Əmək  bölgüsü  və  ticarət 

vilayətlər arasında əlaqə, ölkənin birləşməsi üçün şərait yaratdı. 

Feodalların pula ehtiyacı artdı, feodallar məhsul töycüsünü pul töycüsü ilə əvəz 

etdilər.  Kəndlilər  yüksək  ödənc  müqabilində  şəxsi  asılılıqdan  azad  olurdular. 

Vergilərin  artırılmasına  qarşı  üsyanlar  baş  verirdi.  Orta  və  xırda  feodallar  bu 

üsyanın  qarşısını  ala  bilmirdilər,  onlar  bu  üsyanı  yatırtmaq  üçün  krala 

arxalanırdılar.  Sənətkar  və  tacirlər  feodal  dağınıqlığının  aradan  qaldırılmasına, 

şə

hərlər  senyor  zülmündən  xilas  olmağa  çalışırdılar.  Şəhərlilər  feodaldan  xilas 



olmaq üçün krala müraciət edir,ona pulla, silahlı dəstələrlə kömək edirdilər. 

Beləliklə,  krallar  şəhərlilərə,  sənətkarlara  və  tacirlərə,  orta  və  xırda  feodallara, 

kəndlilərə  arxalanaraq  ölkəni  birləşdirməyə  başladılar.  Fransa  kralı  ölkənin 

birləşdirilməsində  ngiltərə  ilə  toqquşdu.  Hələ  XI  əsrdə  Normandiya  hersoqu 

işğalçı  Vilhelm  ngiltərəni  tutdu  və  onun  kralı  oldu.  Onun  varisləri  Fransa 

ə

razisinin  çoxunu  ələ  keçirdilər.  Lakin  XIII  əsrin  əvvəllərində  ingilis  kralının 



Fransadakı  mülkləri  də,  Normandiya,  Tuluza  qraflığı  Fransa  kralı  tərəfindən 

tutuldu.  Yalnız  Akvitaniya  hersoqluğunun  bir  hissəsi  ngiltərənin  əlində  qaldı. 

Fransa  mərkəzləşmiş  dövlətə  çevrildi.  Ölkənin  bütün  ərazisi  kralın  hakimiyyəti 

altında  birləşdirildi.  Hersoq  və  qraflar  əvvəlki  müstəqilliklərini  itirdilər.  Kralın 

daimi qoşunu var idi və illik vergi toplayırdı. Nəticədə təsərrüfat da inkişaf edirdi. 

Bütün bunlar XV əsrdə Fransada yaranmış mərkəzləşmiş dövlətin əsas əlamətləri 

idi. 

Ölkədə  hamı  kralın  təbəəsi  idi.  Əhali  3  silkə  bölünmüşdü.  Hüquqları  və 



vəzifələri  eyni  olan  insan  qruplarına  silk  deyilir;  silkin  hüquq  və  vəzifələri 

nəsildən-nəslə keçirdi. Fransada mövcud olan 1-ci silkə ruhanilər daxil idi. Onların 

vəzifəsi ibadət etmək və s. idi. 2-ci silkə zadəganlar daxil idi. Onların vəzifəsi kralı 

və  onun  təbəələrini  düşməndən  qorumaq  idi.  Ruhanilər  və  zadəganlar  vergidən 

azad idilər. 3-cü silkə ölkənin qalan əhalisi: kəndlilər, sənətkarlar, şəhərlilər və b. 

daxil idi. Onları varlı şəhərlilər təmsil edirdi. 

XIV  əsrdə  IV  Gözəl  Filippin  (1285-1314)  dövründə  Fransanın  birləşdirilməsi 

başa  çatdı.  Şampan  vilayəti  və  Navarra  Kral  torpaqlarına  birləşdirildi.  IV  Filipp 

kilsə  torpaqları  üzərinə  vergi  qoydu.  Nəticədə  kralla  Roma  papası  arasında 

münaqişə  baş  verdi.  Kralın  səfiri  Romada  papanın  qəsrinə  girib  onu  təhqir  etdi. 

Papanın hakimiyyəti zəiflədi, kral hakimiyyəti gücləndi. 

Kral  IV  Filipp  papaya  qarşı  mübarizədə  silklərin  köməyinə  arxalanmaq  üçün 

1302-ci  ildə  Baş  Ştatları  çağırdı.  Baş  Ştatlar  ruhani,  zadəgan və  varlı şəhərlilərin 

nümayəndələrinin  iştirakı  ilə  çağrılırdı.  Kral  yeni  vergi  qoyanda  Baş  Ştatları 

çağırırdı.  Silklər  arasında  ixtilaflar  Baş  Ştatların  dövlət  işlərinə  təsirini  azaldırdı. 

XIV-XVI  əsrlərdə  Fransada  silki  nümayəndəliyin  ali  orqanı  Baş  Ştatlar  idi.  XIV 

ə

srdə  Fransada  silki  mütləqiyyət  (monarxiya)  -  mərkəzləşmiş  feodal  dövləti 



yarandı.  Bu  dövlətdə  kral  hakimiyyəti  silklərin  nümayəndələrinin  yığıncağına 

arxalanırdı. Bu mərkəzləşdirilmiş silki monarxiya dövlətinin birinci mərhələsi idi. 

Bu  mərhələdə  kral  hakimiyyəti  kifayət  qədər  güclü  deyildi.  və  o,  ölkəni  silklərin 

köməyi olmadan idarə edə bilməzdi. 

 

 



 

 

12.  spaniya ərəblərin hakimiyyəti dövründə 

Miladi VII əsrin sonunda ərəblər uzun müharibələrdən sonra bizanslıları Şimali 

Afrikadan sıxışdırıb çıxardılar. Bundan sonra ərəblər  spaniyanı fəth etmək fikrinə 

düşdülər. 

Miladi  711-ci  ildə,  Əməvi  xəlifəsi  Vəlid  ibn  Əbdülməlikin  hakimiyyəti 

dövründə  Şimali  Afrikada  canişinlik  edən  Musa  ibn  Nəsir  bərbərlərdən  təşkil 

edilmiş  12  min  nəfərlik  qoşunu  spaniyanın  fəthinə  göndərdi.  Qoşuna  Afrikanın 

müsəlman  bərbərlərindən  Tariq  ibn  Ziyad  başçılıq  edirdi.  Müsəlmanlar  indi 

sərkərdə  Tariqin  adı  ilə  məşhurlaşmış  Cəbəlu't-Tariq  boğazını  keçib  Pireney 

yarımadasına qədəm basdılar.  

Tariq ibn Ziyadın müvəffəqiyyətini görən Musa ibn Nəsir bu uğurda ona şərik 

olmaq  arzusu  ilə  12  min  ərəb  və  8  min  bərbər  əsgərindən  ibarət  qoşun  toplayıb 

spaniyaya adladı. 

slam  qoşunu  öz  yolu  boyunca  demək  olar  ki,  heç  bir  ciddi  müqavimətlə 

rastlaşmırdı.  Hökumətdən  narazı  olan  xalq  və  bir-biri  ilə  didişən  əyanlar  könüllü 

surətdə fatehlərə tabe olur, hətta bəzən onlara qoşulurdular.  

Ə

rəblər  ispanlara,  Şam  və  Misir  əhalisi  ilə  bir  gözdə  baxırdılar.  Fəth  olunan 



ölkələrdə  gözlənilən  qanunlar  burada  da  icra  olunurdu.  Fatehlər  yerli  xristian 

ə

halinin  əmlakına,  məbədlərinə  toxunmurdular,  yerli  adət-ənənələr,  qanunlar 



olduğu  kimi  qalırdı.  spaniyalılara  icazə  verilirdi  ki,  mübahisəli  məsələlərdə  əz 

hakimlərinə  müraciət  edib,  öz  məhkəmələrinin  hökmünə  əməl  etsinlər.  Bütün 

bunların müqabilində əhali o zaman üçün çox cüzi sayılan miqdarda cizyə (vergi) 

verməli  idi..  Buna  görə  də,  yerli  hakimlərin  zülmündən  və  saysız-hesabsız 

töycülərdən  cana  doymuş  yoxsullar  könüllü  surətdə  müsəlmanlara  təslim  olur, 

hətta  slam dinini qəbul edərək, vergidən azad edilirdilər.  

Aydındır  ki,  bütün  Avropa cəhalət, qardaş  qırğını,  epidemiyalar,  mənasız  səlib 

müharibələri,  inkvizisiya  caynağında  inləyərkən,  spaniya  ərəblərin  hökranlığı 

altında firavan, abad və parlaq inkişaf dövrünü yaşayırdı. Vaxtilə zülmət içində nur 

kimi parlamış  spaniya elmin, mədəniyyətin inkişafı üçün yaradılmış gözəl şəraitə 

görə  slam dininə borcludur. 

Miladi  711-ci  ildə  spaniyanın  fəthindən  etibarən  756-ci  ilə  kimi  bu  vilayət 

Ə

məvi xilafətinə tabe idi, xəlifənin təyin etdiyi əmir oranı idarə edirdi. 756-ci ildə 



spaniya  xilafətdən  ayrılıb  müstəqil  oldu  və  Kordova  xilafəti  adlanmağa  başladı. 

Ölkənin  paytaxtı  da  Kordova  şəhəri  idi.  Kordova  xilafətinin  müsəlman  əhalisi 

mavrlar adlanan ərəblərdən və Şimali Afrikanın bərbər adlanan tayfalarından ibarət 

idi. Bu dövrdə ərəblər  spaniyanı Əndəlus adlandırırdılar.  

Ə

rəblərin  spaniyada hakimiyyətindən 300 il keçdikdən sonra onların ehtişam ve 



ş

an-şöhrət  ulduzu  sönməyə  başladı.  Kordova  xilafətini  bürümuş  çəkişmələr 

dövlətin  qüdrətini  sarsıtdı.  Bu  zaman  şimaldakı  xristianlar  fürsəti  qənimət  bilib, 

intiqam almaq fikri ilə həmlələrə başladılar. 

Ə

rəblərin  fəth  etdikləri  torpaqları  geri  almaq  (ispanca  rekonkista)  uğrunda 



xristianların  mübarizəsi  X  əsrdə  gücləndi.  spaniya  ərazisindən  çıxarılmış 

xristianların toplandığı Asturiya vilayətində Leon və Kastiliya krallıqları yarandı. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə