Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

hüququ aldılar. Fənlərə görə  müəllimlər dekanların rəhbərliyi altında fakültələrdə 

birləşdilər.  Ən  qədim  universitet  olan  Paris  Universiteti  1200-cü  ildə  öz 

hüquqlarını  qanuniləşdirmək  barədə  kraldan  fərman  aldı.  XV  əsrdə  Avropada  65 

universitet var idi.  taliyada XI əsrdə yaranmış Boloniya ali məktəbi 1158-ci ildə 

Universitet  statusu  aldı.  Avropanın  ən  məşhur  universitetləri  Kembric  (1209), 

Oksford, Paris, Paduya, Praqa, Krakovvə s. idi. Bu dövrdə feodallar və şəhərlilər 

arasında  təhsil  almaq  dəb  düşmüşdü.  Kilsə  xadimləri  hər  şeyi  Allahın  iradəsi  ilə 

bağlayırdılar. Hər şeyə hazır cavabı dini kitablardan tapmaq istəyirdilər. Bununla 

belə  bu  dövrdə  əkinçilik,  sənətkarlıq,  ticarətin  inkişafı  insanların  müşahidəsi 

nəticəsində  bir  sıra  elmlər  yarandı.  Orta  əsrlərdə  münəccimlik  (Astrologiya)  və 

Ə

lkimya elmləri meydana gəldi. Münəccim ulduzların vəziyyətinə görə insanların, 



dövlətlərin taleyindən qabaqcadan xəbər verən adam deməkdir. Əlkimyaçılar sehrli 

daş axtarır və onun köməyi ilə istənilən metalı qızda çevirməyə çalışırdılar. Onlar 

bu  məqsədlərinə  nail  olmadılar.  Amma  astronomiya  və  kimya  sahəsində  çoxlu 

bilik  topladılar.  Və  bir  sıra  nailiyyətlər  qazandılar.  Məsələn,  əlkimyaçılar  boya 

almaq,  metal əridilməsi üsullarını yaxşılaşdırmaq, dərman almaq, kimya cihazları 

kəşf 


etməyə 

nail 


oldular.  

XIII  əsrdə  ngiltərədə  Rocer  Bekon  sübut  edirdi  ki,biliyi  yalnız  müşahidə  və 

təcrübələrin köməyi ilə əldə etmək olar. Avropada barıtın reseptini ilk dəfə Bekon 

tərtib etmişdi. 

XI-XV  əsrlərdə  Avropada  memarlıqda  2  üslub  var  idi:XI-XV  əsrlərdə  Roma 

üslubu üstünlük təºkil edirdi. Bu üslubda ən çox kilsələr tikilirdi. Belə kilsələr sərt 

görkəmli,  hündür  və  əzəmətli  olurdu.  XII  əsrin  sonunda  Bələdiyyə  binaları 

(Ratuşalar), ticarət, xəstəxana, qonaq evləri tikilirdi.  

XII-XV  əsrlərdə  memarlıqda  Qot  üslubu  üstünlük  təşkil  edirdi.  Qot  üslubunda 

tikilmiş kilsə qüllələrinin hündürlüyü 150 metrə çatırdı. Orta əsrlərdə memarlığın 

tərkib  hissəsi  heykəltəraşlıq  idi.  Kilsələr  müqəddəslərin,  kralların,  yepiskopları 

təsvir  edən  şəkillər  və  heykəllərlə  bəzədilirdi.  Kilsələrdə  yığıncaqlar  keçirilir, 

dövlətlər arasında müqavilələr imzalanırdı. Bu dövrdə Almaniyada Laax monastırı 

(XII  əsr),  Fransada  Sen-Serpin  kilsəsi  (XII  əsr),  Reyms  kilsəsi  (XIII-XIV  əsr) və 

digər kilsələr məşhur idi.  

XII  əsrdə  Fransada  «Roland  haqqında  nəğmə»  yazıya  alınmışdı.  Fransada 

təmsillər və nağdlar əsasında «Tülkü haqqında roman» poeması yaradılmışdı. 

 

 



16.Osmanlı dövləti   ldırım Bəyazidin hakimiyyəti dövründə 

1389-cu  ildə  I  Muradın  yerinə  (1362-1389)  oğlu  Bəyazid  keçdi.  I  Muradın 

ölümündən 

faydalanmaq 

istəyən 

Anadolu 


hakimləri 

Aydınoğulları, 

Saruxanoğulları,  Gərmiyanoğulları,  Məntəşəoğulları,  Həmidoğulları  bəylikləri 

Osmanlılara  qarşı  savaş  elan  etdilər.  1389-cu  ildə  Yıldırım  Bəyazid,  onların 

Anadoludakı  hakimiyyətlərinə  son  qoydu.  Bir  il  sonra  isə  Qaramanlılarla, 

Bəyşəhəri  Osmanlılara  vermək  şərtiylə  sülh  bağlandı.  Yıldırım  Bəyazid,  1396-cı 

ildə  stanbulu  tutdu.  Bu  qalibiyyət  Xaç  Yürüşünə  səbəb  oldu.  Niqboluda  baş 

vermiş  döyüş  Xaçlı Birliyi  məğlub  oldu.  Sonra  stanbulun  işğalına  davam  edildi. 

Anadoluhisarı  qalası  tikdirildi.  stanbulun  işğalını  vəzir  Əli  Paşaya  tapşıran 



Yıldırım,  Anadoluya  gedərək  Konyanı  Osmanlı  torpaqlarına  qatdı.  Qazi 

Burxanəddinin  ölkəsi  və  Malatya  ələ  geçirildi.  Yıldırım  Bəyazid,  Anadoluda 

olarkən "Boucicant" komandası bir donanma ilə  stanbula köməyə gəldi.  stanbulu 

Türklərin işğalından qurtardı və şəhər yaxınındakı qalaları geri aldı. 1400-cü ildə 

stanbulu  yenidən  işğal  etdi.  Bu  dəfə  isə  Teymurun  Anadoluya  girməsi  işğalın 

dayanmasına  səbəb  oldu.  Yıldırım  ordusunu  topladı  və  1402-ci  ildə  Teymur  ilə 

Ankarada  qarşılaşdı.  Osmanlı  sultanı  I  Bəyazid  ldırımın  70  min  ordusuna  qarşı 

Teymurləng  150  minlik  ordu  və  32  fillə  çıxdı.  1402-ci  ilin  yazında  Teymur 

Ankaradan  şərqdə  yerləşən  Sivas  şəhəri  daxil  olmaqla  bir  neçə  şəhəri  zəbt  etdi. 

Döyüşü  Teymurun  yüngül  süvariləri  başladı.  Teymur  ağır  atlıların  ardıcıl 

hucumlarıla  osmanlıların  sol  cinahında  durmuş  serblərin  cərgələrini  pozdu. 

Osmanlıların  sağ  cinahında  durmuş  18  minlik  tatar  ordusunun  və  həmin  cinahda 

duran 18 min Anadolu türkmən bəylərinin xəyanəti və Teymurun tərəfinə keçməsi 

döyüşün  taleyini  həlletdi.  Osmanlıların  özbəklər  tərəfindən  Ankara  yaxınlığında 

darmadağın  edilməsi  onların  Avropaya  təzyiqini  zəiflətdi  və  Konstontinopolun 

alınmasını yarım əsr gecikdirdi. Osmanlıların məğlubiyyəti ilə tamamlanan Ankara 

döyüşü  Osmanlı  mperiyasının  parçalanmasına  və  "Səltənət  fasiləsi"  (1402-1413) 

olaraq  bilinən  bir  iqtidar  boşluğu  dövrünün  yaşanmasına  gətirib  çıxardı. 

Osmanlıların  məğlubiyyət  xəbərini  eşidən  Roma  papası  Avropa  ölkələrinin 

kilsələrində  üç  gün  aramsız,  kilsə  zənglərinin  sədaları  altında  Teymur  üçün 

ş

ükranlıq  duaları  oxutdurmuşdu.  Teymur  Osmanlı  dövlətini  zəiflətmək  üçün 



bəyliklərin  müstəqilliyini  bərpa  etdi,  Osmanlıların  hakimiyyəti  altında  olan 

ə

raziləri isə Bəyazidin 4 oğlu arasında bölüşdürdü. 1403-cü ildə Yıldırım Bəyazid 



öldü.  Onun  ölümündən  sonra,  oğullarından  Süleyman  Rumelidə,  sa  Çələbi 

Balıkəsirdə,  Mehmet  Çələbi  Amasyada  və  Musa  Çələbi  Bursada  padşahlıq  elan 

etdilər.  Bəyazidin  oğulları  arasında  gedən  hakimiyyət  mübarizəsi  Osmanlı 

dövlətini  xeyli  zəiflətdi.  1413-cü  ildə  Mehmet  Çələbinin  taxta  çıxarılması  ilə 

Osmanlı dövləti tarixində "səltənət fasiləsi" sona çatdı. Mərkəzi hakimiyyət bərpa 

olundu. Mehmet dövlətin qüdrətini yenidən bərpa etdi. 

 

 

17. Osmanlıların XV əsrdə Balkanlarda yeritdiyi xarici siyasət. 



     Sultan I Muradın (1359-1389) hakimiyyətə gəlməsindən sonra da Balkanlarla 

bağlı həyata keçirilən xarici siyasət davam etdirilirdi. Qısa zaman kəsiyində, yəni, 

1361-ci  ildə  Ədirnə,  Plovdiv,  Sofiya,  Şərqi  Frakiyanın  qonşu  rayonları,  Şumen, 

Nis  və  digər  şəhərlər  ələ  keçirildi.  Ədirnə  (Adrianopol)  Osmanlı  dövlətnin 

paytaxtına çevrildi.  

     Osmanlıların  yeritdiyi  xarici  siyasət  nəticəsində  1370-ci  ildə  Bizans,  sonra 

isə Bolqarıstan ondan asılılığı qəbul etməyə məcbur oldular.  

     Həmin  dövrdə  Balkan  yarımadasında  türklərə  müqavimət  göstərə  biləcək 

yeganə  güclü  dövlət  Serbiya  idi.  Lakin  1371-ci  il  sentyabrın  26-da  Osmanlılar 

Çirmən  döyüşündə  serbləri  ağır  məğlubiyyətə  uğratdılar.  Serbiya  osmanlılardan 

asılılığı  qəbul  etməyə,  hər  il  müəyyən  miqdarda  əsgər  və  vergi  verməyə  məcbur 

oldu.  Serb  çarı  Lazarın  başçılığı  ilə  toplanan  200  minlik  serb  ordusu  1389-cu  il 

iyunun 25-də Kosovo çölündə Osmanlılarla qarşılaşdılar. Osmanlılar burada misli-



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə