Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

ayrılıqda 25 il müddətinə müqavilələr imzalandı. Rusiya ilə də 3 il müddətinə saziş 

imzalandı. 

     Avstriya  ilə  bağlanmış  müqaviləyə  əsasən  bütün  Macarıstan,  habelə 

Xorvatiyanın bir hissəsi Avstriyaya keçdi.  

     Polşa  ilə  bağlanmış  müqaviləyə  görə  Podolya  əyaləti  və  Ukrayna  Polşaya 

verildi. Polyakların krım xanlarına ödədikləri illik xərac ləğv olundu. 

     Venesiya  ilə  bağlanan  müqaviləyə  görə  Moreya  yarımadası  və  Dalmasiya 

sahilləri venesiyaya keçdi. 

     Karlovitsa  müqavilələri  ilə  Osmanlı  imperiyası  tarixdə  ilk  dəfə  olaraq  xeyli 

ə

razi itirdi. 



     Qısa  bir  müddətdən  sonra  baş  vermiş  Osmanlı-Avstriya  müharibəsi  (1716) 

isə  ngiltərə  və  Fransanın  vasitəçiliyi  ilə  1718-ci  ildə  Pojarevatsk  müqaviləsi  ilə 

nəticələndi.  Bu  müqaviləyə  görə  Serbiyanın  və  Bosniyanın  şimal  hissəsi 

Avstriyaya verildi. Moreya yarımadası Osmanlı dövlətində qaldı.  

     Əldə  etdiyi  ərazilərlə  kifayətlənməyib,  1735-ci  ildə  hərbi  əməliyyatlara 

yenidən  başlayan  Avstriya  bütün  Serbiya  ərazisini,  habelə  Bosniya  və 

Hersoqovinanı  ələ  keçirməyə  can  atırdı.  Düşmən  qoşunları  türklərin  bir  sıra 

yaşayış məntəqələrini ələ keçirdilər. 1739-cu ildə Avstriya ilə Belqrad müqaviləsi 

bağlandı.  Müqavilənin  şərtlərinə  görə,  Avstriya  Belqrad  şəhərini,  Serbiya  və 

Bosniyanın şimal hissəsini geri qaytarmağa məcbur oldu.  

     Beləliklə,  XVIII  əsrin  ortalarında  Osmanlı  dövləti  Avstriya  ilə  apardığı 

uğurlu döyüşlərdən sonra şərəfli bir müqavilə imzalanmasına nail oldu. Fransa bu 

müharibədə  öz  iqtisadi  maraqları  naminə  Türkiyəni  müdafiə  edirdi.  Buna  cavab 

olaraq,  1740-cı  ildə  Fransaya  əvvəllər  verilmiş  kapitulyasiya  imtiyazları 

genişləndirildi

.  


 

 

19.Osmanlı imperiyasının Rusiya ilə müharibələri. 

     XVIII əsrin ikinci yarısında Avropa dövlətlərinin xarici siyasətində güclənən 

təcavüzkarlıq meylləri yeni hərbi münaqişələr olacağından xəbər verirdi.  

     Avstriya  və  Fransanın  təhriki  ilə  Türkiyə  1768-ci  ildə  Rusiyaya  müharibə 

elan  edir.  Hərbi  əməliyyatlar  üç  cəbhədə:  Dunay,  Krım  və  Cənubi  Qafqazda 

aparıldı. 1774-cü ildə Bolqarıstanın  Kiçik Qaynarça kəndində Rusiya ilə Osmanlı 

imperiyası  arasında  sülh  müqaviləsi  imzalandı.  Buq  ilə  Dnepr  çayları  arasındakı 

ə

razilər, Krımdakı Kerç və Yeniqala qalaları, həmçinin Kubana qədərki torpaqlar 



Rusiyaya keçdi. Rusiya Azov qalasını möhkəmləndirmək imkanı əldə etdi.  

     Kiçik Qaynarça sülhü Türkiyə və Qara dəniz ətrafı türk xalqları üçün faciəvi 

oldu.  Rusiya  Qara  dəniz  dövlətinə  çevrildiyindən  Krım  xanlığının  taleyi  ciddi 

təhlükə  altına  düşdü.  Nəticədə,  Krım  xanlığı  1783-cü  ildə  Rusiyanın  tərkibinə 

qatıldı.  

      1787-ci  ildə  Türkiyə  Rusiyaya  7  tələbdən  ibarət  ultimatum  göndərdi. 

Ultimatuma  Türkiyənin  səlahiyyətli  nümayəndəsinin  Krıma  gəlib  boğazlardan 

keçəcək  ticarət  gəmilərini  yoxlaması,  rus  qoşunlarının  Tiflisdən  çıxarılması  və  s. 

məsələlər  daxil  edilmişdi.  Gözlədiyi  cavabı  almayan  Türkiyə  höküməti  1787-ci 

ildə  Rusiyaya  müharibə  elan  etdi.  Dörd  il  davam  edən  bu  müharibə  1791-ci  il 




yanvarın 9-da Yassıda sülh müqaviləsinin imzalanması ilə başa çatdı. Cənubi Buq 

ilə  Dnestr  arasındakı  torpaqlar,  Oçakov  daxil  olmaqla  Rusiyanın  əlinə  keçdi. 

Dnestr  Rusiya  ilə  Türkiyə  arasında  sərhəd  oldu.Türkiyə  Krım  barəsindəki 

iddialarından  əl  çəkdi  və  onun  Rusiya  imperiyasına  mənsub  olmasını  təsdiq  etdi. 

Rusiya Qara dənizdə qəti olaraq möhkəmləndi. XVIII əsrin son rübündə Rusiya ilə 

Türkiyə arasında baş verən müharibələr Türkiyə üçün ağır nəticələrlə qurtardı. 

      Yaxın və Orta Şərqdə  ngiltərənin mövqeyini zəiflətməyə çalışan I Napoleon 

1798-ci ildə Misirə hərbi yürüş təşkil etdi. Ona görə də Türkiyə Fransaya müharibə 

elan etdi.  

      Napoleonun  Türkiyəyə  qarşı  işğalçılıq  siyasəti  Türkiyəni  Rusiya  ilə 

yaxınlaşmağa  vadar  etdi.  Nəticədə,  1800-cü  ildə  stanbulda  Rusiya  ilə  Türkiyə 

arasında Fransaya qarşı müttəfiqlik barədə müqavilə imzalandı.  

     1805-ci ildə imzalanmış digər bir müqavilədə rus hərbi gəmilərinin Bosfor və 

Dardanel boğazlarından keçmək hüququ təsdiq edilirdi. Lakin Rusiya ilə Türkiyə 

arasındakı müttəfiqlik əlaqələri uzun sürmədi. Rusiyanın Moldaviya və Valaxiyada 

ağalıq  etməsi  Türkiyədə  qəzəb  oyatdı.  Misirdə  və  Suriyada  isə  ngiltərənin  buna 

oxşar  siyasəti  də  narazılıq  yaratmışdı.  Yaranmış  bu  vəziyyətdən  istifadə  edən 

Napoleon Sultan III Səlimi öz tərəfinə çəkmək qərarına gəldi və o, bu məqsədinə 

də  nail  oldu.  1805-ci  ildə  baş  vermiş  Austerlits  döyüşündən  sonra  III  Səlim 

Rusiyanın  darmadağın  edildiyini  güman  edərək,  özünün  Napoleona  qarşı  əvvəlki 

düşmən  münasibətini  dəyişdi.  Türkiyə  ilə  Fransa  arasında  dostluq  əlaqələrinin 

yaranması  ilə  bərabər,  Rusiya-Türkiyə  münasibətləri  pisləşməyə  başladı  və  bu, 

onların arasında müharibə ilə nəticələndi.  

     1806-cı  ildə  rus  qoşunlarının  Moldaviya  və  Valaxiyanı  tutması  səbəbindən 

Türkiyə  1806-cı  il  dekabrın  27-də  Rusiyaya  müharibə  elan  etdi.  Müharibə 

təxminən 6 il davam etdi. Buxarestdə aparılan sülh danışıqları 1812-ci il mayın 16-

da  tərəflərin  sülh  müqaviləsi  imzalması  ilə  qurtardı.  Sülhün  şərtlərinə  görə 

Bessarabiya Rusiyaya keçdi və Dunay çayında rus gəmilərinin gediş-gəliş hüququ 

təsdiq edildi. Moldaviya və Valaxiya Türkiyəyə qatıldı. Serbiyaya isə özünüidarə 

hüququ verildi.  

     Rusiya ilə Türkiyənin münasibətləri XX əsrin əvvəllərində yenidən pisləşdi. 

Rus qoşunları Dunayı keçib Osmanlı torpaqlarına soxuldular. 1828-ci ildə Rusiya 

ilə  yeni  müharibə başladı.  Osmanlı ordusu  müharibəyə  hazır olmadığından  ruslar 

Ə

dirnə  şəhərini  ələ  keçirdilər.  1829-cu  ildə  Ədirnə  sülhü  imzalandı.  Sülhün 



şə

rtlərinə  görə  Yunanıstan  müstəqillik  əldə  etdi.  Dunay  mənsəbindəki  adalar 

Rusiyanın  əlinə  keçdi.  Valaxiya,  Moldaviya  və  Serbiyaya  daxili  muxtariyyət 

verildi.  Şərqi  Anadoluda  bəzi  qalalar  Rusiyaya  çatdı.  Rus  ticarət  gəmilərinin 

boğazlardan sərbəst keçmələri təmin olundu. Ədirnə müqaviləsi osmanlıların Kiçik 

Qaynarça müqaviləsindən sonra imzaladıqları ən ağır müqavilə idi.  

     Sonrakı  bir  neçə  on  ildə  Osmanlı  dövlətinin  Avropa  dövlətlərindən  siyasi 

cəhətdən asılı vəziyyətə düşməsi daha da sürətləndi. Buna 1840-cı ildə Londonda 

bir  tərəfdən  Türkiyə,  o  biri  tərəfdəndə  ngiltərə,  Rusiya,  Avstriya  və  Prussiya 

arasında  saziş  imzalanmasını  və  bu  sazişə  əsasən,  “Osmanlı  imperiyasının 

bütövlüyü  və  istiqlaliyyətini  təmin  etməyə  nəzarət”  pərdəsi  altında  həmin 

dövlətlərin Türkiyə üzərində qəyyumluğunu təsbit etməsini göstərmək olar. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə