Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

XI  əsrin  ortalarında  bu  iki  krallıq  birləşdi.  Elə  həmin  dövrlərdə  Navarra, 

Kataloniya  və  Araqon  dövlətləri  birləşib  Araqon  krallığını  meydana  gətirdi.  XI 

ə

srin sonunda Pireney yarımadasının qərbində Portuqaliya qraflığı meydana gəldi. 



Az  sonra  bu  qraflıq  da  krallığa  çevrildi.  Beləliklə,  XI  əsrin  sonlarında  spaniya 

xəritəsində Kordova xilafətinin ciddi xristian rəqibləri görünməyə başladı. 

1085-ci ildə şimallılar güclü həmlə nəticəsində Toledonu ələ keçirdilər. Onlara 

Kastiliya  və  Leon  kralı  VI  Alfons  başçılıq  edirdi.  Öz  qüvvələri  ilə  xristianlara 

müqavimət  göstərə  bilməyəcəklərini  görən  spaniya  müsəlmanları  Şimali  Afrika 

bərbərlərindən kömək istədilər. Tunis və Mərakeşdə möhkəmlənmiş əl-Murabitun 

sülaləsi  spaniyaya keçib, Kordova xilafətini dirçəltməyə cəhd etdi. Əl-Murabitilər 

1086-cı  ildə  VI  Alfonsu  məğlub  edərək,  rekonkista  hərəkatını  müvəqqəti 

dayandırmağa  nail  oldular.  Cəmi  yarım  əsr  sonra  onlar  siyasət  səhnəsinə  daxil 

olmuş  yeni  sülaləyə  -  əl-Muvəhhidilərə  məğlub  oldular.  Şimali  Afrikada 

hakimiyyəti  ələ  keçirmiş  əl-Muvəhhidilər  spaniyaya  hücum  edərək,  1145-ci  ildə 

müsəlman  vilayətlərini  özlərinə  tabe  etdilər.  Lakin  bu  dövlət  xristianlara  layiqli 

müqavimət göstərə bilmədi. Onlar 1212-ci ildə Las-Navas de Tolosa yaxınlığında 

birləşmiş xristian ordusuna məğlub olaraq  spaniyanı tərk etdilər. 

Öz  aralarında  yola  getməyən  ispan  krallıqları  ərəblərə  qarşı  müharibədə 

düşmənçilikləri  kənara  qoyub  birləşirdilər.  Müsəlmanlara  qarşı  yönəlmiş 

rekonkista  hərəkatında  Kastiliya,  Araqon,  Navarra  və  Portuqaliya  krallıqlarının 

birləşmiş  qüvvələri  iştirak  edirdi.  1236-cı  ildə  müsəlmanlar  Kordovanı,  1248-ci 

ildə  Sevilyanı,  1229-35-ci  illərdə  Balear  adalarını,  1238-ci  ildə  Valensiyanı 

itirdilər. 1262-ci ildə Kadis şəhərini almaqla, xristianlar Atlantik okeanı sahillərinə 

çıxdılar. 

Müsəlmanların  əlində  yalnız  Qranada  əmirliyi  qaldı.  XIII  əsrin  sonlarında 

Nəsrilər sülaləsindən  olan  bn  əl-Əhmər  ləqəbli  Muhəmməd  əl-Qalib  spaniyanın 

cənubundakı  Qranada  şəhərinə  çəkilərək  əl-Həmra  (Alqambra)  qəsrini 

möhkəmləndirdi.  O,  Kastiliya  kralına bac  vermək  şərti  ilə  öz  nisbi  müstəqilliyini 

qoruya bildi. 

1492-ci ildə ispanların güclü həmləsi qarşısında Qranada təslim olub süqut etdi, 

müsəlmanların  Pireney  yarımadasındakı  son  istinadgahı  da  ələ  keçirildi.  Bununla 

da,  bütün  spaniya  ərəblərdən  geri  alındı  və  rekonkista  hərəkatı  xristianların 

qələbəsi ilə başa çatdı. 

 

13. Çexiyada qusçular hərəkatı 

XV  əsrin  başlanğıcında  Praqa  küçələrinin  birindəki  kiçik  bir  kilsə  çox  adamı 

özünə  cəlb  etməyə  başlamışdı.  Öz  çıxışlarında  Yan  Qus  acgöz  ruhaniləri 

amansızcasına  ifşa  edirdi.  O,  Romada  kilsə  vəzifələrinin  pula  satılmasından 

hiddətlənərək  papanı  baş  fırıldaqçı  adlandırırdı.  Yan  Qus  Çexiyada  "cənnət 

qəbzlərinin"  satılmasını  kəskin  surətdə  pisləyirdi.  Qus  ruhaniləri  tənqid  etməklə 

kifayətlənmirdi.  O,  kilsənin  yenidən  təşkil  olunmasını  tələb  edirdi.  Kilsənin 

ə

halidən  qarət  edib  topladığı  sərvəti,  yepiskopların  və  monastırların  torpaqlarını 



onların  əlindən  almağa  çağırırdı.  Dindarlar  üçün  saysız  hesabsız  ruhani  ordusu 

olmamalı,  Çexiyanın  öz kilsəsi olmalıdır.  Həm  də  bu kilsə  Roma  papasına  deyil, 

Çexiya  kralına  tabe  olmalıdır.  Yan  Qus  dini  ayinlərə  görə  haqq  verilməsi 



qaydasının aradan qaldırılmasını tələb edirdi. O, ibadətin doğma dildə aparılmasını 

istəyirdi.  Qus  çex  dilinin  qrammatikasını  işləyib  hazırlamışdı.  Qus  qətiyyətlə  öz 

xalqını  yadellilərə  qarşı  mübarizəyə  çağırırdı.  Lakin  Qus  başqa  xalqlara  nifrət 

bəsləmirdi. Qus deyirdi ki, onun üçün yaxşı alman pis çexdən daha yaxındır. Qus 

feodalizm  quruluşunun  əleyhinə  çıxmırdı.  Lakin  kəndlilərin  dilənçi  kökündə  və 

hüquqsuz vəziyyətdə yaşamasını ədalətsizlik sayırdı.  

Praqa  baş  yepiskopu  Qusa  din  əleyhinə  təbliğat  aparmağı  qadağan  etdi,  daha 

sonra  isə  onu  kafir  elan  edib  lənətləndirdi.  Yan  Qus  1415-ci  ildə  tonqalda 

yandırıldı.  

Qusun  edam  olunması  Çex  xalqının  qəzəbini  alovlandırdı.  Kəndli  izdihamları 

dağlara  qalxır,  orada  Qusun  tərəfdarları  olan  xalq  təbliğatçılarının  nitqlərini 

dinləyirdilər.  Onlar  çex  xalqının  öz  düşmənlərinə  qarşı  mübarizə  üçün 

silahlanmağa  və  hər  cür  zülmə  son  qoymağa  çağırırdılar.  Xalq  Qus  təlimindən 

cəsarətli  nəticələr  çıxardı.  Yan  Qusun  bütün  tərəfdarları  özlərini  qusçular 

adlandırıdılar. 1419-cu ildə Praqada şəhər yoxsullarının üsyanı oldu. Yoxsullar və 

sənətkarlar alman varlılarını Çexiya şəhərlərindən qovdular. Xalqın qəzəbi katolik 

kilsəsinə  qarşı  yönəldi.  Xalq  hərəkatından  istifadə  edən  bir  çox  panlar  kilsə 

torpaqlarını zəbt etdilər. 

Xalqın  sevimli  toplanış  yeri  Çexiyanın  cənubundakı  Tabor  dağları  idi.  Burada 

onlar şəhər saldılar və onu həmin dağların adı ilə Tabor adlandırdılar. Çex xalqının 

düşmənlər  üzərində  tam  qələbəsi  uğrunda  çarpışan  mübarizlər  özlərini  taborçular 

adlandırırdılar.  Taborçuların  əsas  qüvvəsi  üsyana  qalxmış  kəndlilər,  xırda 

sənətkarlar  və  şəhər  yoxsulları  idi.  Onların  məqsədi  təhkimçiliyi,  feodal 

mükəlləfiyyətləri və vergilərini ləğv etmək, feodal torpaqlarını ələ keçirmək idi.  

Qusçuların  digər  qrupu  özlərini  mötədillər  adlandırırdılar.  Varlı  ustalar  və 

tacirlər, həmçinin çex feodallarının çoxu bu qrupa aid idilər. Mötədillər Çexiyada 

yadellilərin  zorakılığına  son  qoymağa,  katolik  kilsəsinin  qüdrətini  zəiflətməyə  və 

onun  torpaq  mülklərini  ələ  keçirməyə  çalışırdılar.  Lakin  varlı  şəhərlilər  və 

feodallar  öz  xalqından  qorxurdular.  Buna  görə  də  şəhər  varlıları  və  feodallar 

taborçular qədər qətiyyətli deyildilər. 

Katolik  kilsəsi  və  alman  feodalları  Çexiyadakı  var-dövlətlərini  itirmək 

istəmirdilər.  Buna görə  də  onlar  çex  xalqının  azadlıq  hərəkatını  boğmaq  qərarına 

gəldilər.  Roma  papası  qusçulara  qarşı  xaç  yürüşləri  elan  etdi.  Çexiyaya  yürüş 

məqsədilə  toplanmış  qoşun  əsasən  alman  feodallarından  ibarət  idi.  Bu  qoşuna 

Müqəddəs Roma imperatoru başçılıq edirdi.  

Qusçu qoşunlarının əsas təşkilatçısı və başçısı yoxsullaşmış cəngavər, təcrübəli 

döyüşçü olan Yan Jijka idi. Qusçular Praqa uğrunda vuruşmada onun başçılığı ilə 

qələbə qazandılar.  

Yan  Jijkanın  ölümündən  sonra  qusçu  qoşunlarına  yeni  istedadlı  sərkərdələr 

başçılıq edirdilər. Qusçular Macarıstana, Avstriyaya və Almaniyanın lap içərilərinə 

yürüşlər edir, hətta Baltik dənizi sahillərinə kimi gedib çıxırdılar. Onlar qəsrləri və 

monastırları  dağıdır,  hər  yerə  təbliğat  xarakterli  məktublar  yazıb  göndərirdilər. 

Feodallar  və  ruhanilərin  "çex  zəhəri"  adlandırdıqları  taborçu  ideyaları  bütün 

Avropaya  yayılmışdı.  Almaniya  və  Polşada  kəndlilərin  şəhər  yoxsullarının 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə