Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   2   3   4   5   6   7   8   9   10   ...   24

vuruşmasından  sonra  ingilislər  Akvitaniya  tərəfdən  hücuma  keçdilər  1356-cı  ildə 

Laura  çayından  cənubda  yerləşən  Puatye  şəhəri  yaxınlığında  döyüş  baş  verdi. 

Fransız ordusu darmadağın edildi. Fransa kralı başda olmaqla ən tanınmış fransız 

feodalları  ingilislərə  əsir  düşdülər.  Puatye  döyüşündən  sonra  Fransanın  cənub  və 

ş

imal hissələri ingilislərin əlinə keçdi. 



1348-49-cu  illərdə  baş  vermiş  taun  epidemiyasında  Fransa  əhalisinin  təqribən 

1/3  hissəsinin  həlak  olması  ölkəni  xüsusilə  çətin  vəziyyətə  saldı.  Fransa 

qoşunlarının  məğlubiyyəti,  iqtisadi  vəziyyətin  ağırlaşması,  vergilərin  ağırlığı, 

xalqın narazılığının artmasına səbəb oldu, Paris üsyanı (1357-58) və Jaklar üsyanı 

(1358)  ilə  nəticələndi.  Fransa  hökuməti  ağır  şərtli  müqavilə  bağlamağa  (1360) 

məcbur  oldu.  1360-cı  ildə  Bretinyidə  bağlanmış  müqaviləyə  əsasən,  Fransa 

ə

razisinin xeyli hissəsi  ngiltərənin əlinə keçdi. XIV əsrin 70-ci illərində ingilislər 



Fransadan, demək olar ki, tamamilə qovuldular. 

VI  Karl  dövründə  (1380-1422)  feodal  çəkişmələri  Fransanı  zəiflətdi.  Bundan 

istifadə  edən  ingilislər  1415-ci  ildə  yenidən  müharibəyə  başladılar  və  Azenkur 

yaxınlığında  Fransa  ordusunu  məğlubiyyətə  uğratdılar.  Fransa  ərazisinin  xeyli 

hissəsi ingilislər və burqundlar arasında bölüşdürüldü, Luaradan çayıdakı ərazi VII 

Karlın hakimiyyəti altında qaldı. Cənuba doğru irəliləməyə cəhd edən ingilislər və 

burqundlar  Orleanı  mühasirəyə  aldıqda  (1428)  bütün  fransız  xalqı  Janna  d'Arkın 

başçılığı  altında  işğalçılara  qarşı  mübarizəyə  qalxdı.  Orleanın  azad  olunması  ilə 

(1429)  Yüzillik  müharibədə  dönüş  baş  verdi.  Fransa  ordusu  bir  sıra  qələbələr 

qazandı.  1435-ci  ildə  Arrasda,  Burqundiya  hersoqu  ilə  VII  Karl  arasında  sülh 

bağlandı.  1436  ildə  ingilislər  Parisdən  qovuldular,  sonra  bir  sira  vilayətlər  azad 

edildi. Yüzillik müharibə ingilislərin Bordoda təslim olması ilə (1453, 19 oktyabr) 

qurtardı. Fransa ərazisindən yalnız Kale (1558-ci ilədək)  ngiltərənin əlində qaldı. 

Müharibə  Fransa  iqtisadiyyatına  böyük  ziyan  vurdu,  ölkənin  mərkəzləşdirməsi 

prosesini qismən langitdi,  ngiltərədə isə feodal aristokratiyasının siyasi nüfuzunu 

müvəqqəti yüksəltdi. 

 

 

10.  ngiltərədə mərkəzləşmiş dövlətin yaranması 



Xalqların Böyük Köçü dövründə alman tayfalarından anqlar və sakslar Britaniya 

adalarına  keçərək  burda  yeddi  krallıq  qurmuşdular.  Bu  krallıqların  birləşməsi 

nəticəsində IX əsrdə  ngiltərə krallığı meydana gəldi və ölkədə feodalizm quruluşu 

bərqərar oldu. 

VIII-IX  əsrlərdə  normandların  ngiltərə  ərazisinə  yürüşləri  başlayır.  Bu 

yürüşlərdə  Norveç  və  Danimarka  tayfaları  böyük  rol  oynayırdı.  IX  əsrdə 

danimarkalılar    Britaniya  adalarına  hücumlar  etməyə  başladılar.  XI  əsrin 

ə

vvəllərində  Danimarka  kralı  ngiltərəni  zəbt  edərək  bir  müddət  öz  tabeliyində 



saxladı.  Qısa  bir  müddətə  yerli  hakimiyyət  bərpa  olsa  da,  tezlikə  ölkı  yadelli 

normandların işğalına məruz qaldı. 

1066-cı  ildə  Normandiya  hersoqu  Vilhelm  ngiltərəni  işğal  etdi.  Beləliklə, 

ngiltərədə  mərkəzləşmiş  dövlət  yaradılmasının  başlanğıcı  qoyuldu.  O,  Lamanşı 

keçdi.  Qastinqs  vuruşması  başlandı.  Vilhelm  hiyləyə  əl  atdı.  O,  qoşununu  geri 

çəkdi.  Vilhelmin  atlı  qoşunu  hücuma  keçib  anqlo-saks  qoşunlarına  qalib  gəldi, 




döyüşdə  anqlo-saks  kralı  öldürüldü.  London  tutuldu,  Vilhelm  Fateh  adı  ilə 

ngiltərənin kralı oldu. Yerli feodalların torpağını öz vassallarına payladı.  ngiltərə 

torpağının  yeddidə  birini  özünə  götürdü.  Nəticədə  ngiltərədə  kral  hakimiyyəti 

gücləndi və mərkəzləşmiş dövlətin əsası qoyuldu. 

Şə

xsən  azad  olan  kəndlilər  təhkimli  kimi  qeydə  alındılar.  Vergilərin  ağırlığına 



baxmayaraq,  şəhərlilər  kralı  müdafiə  edirdilər.  Onlar  «yüz  zülmkardansa,  bir 

zülmkarın olmasını» üstün tuturdular. 

Kəndlilər  feodallara  qarşı  mübarizəni  dayandırmadılar.  Onlar  meşələrə 

qaçırdılar.  Onları  «azad  oxatanlar»  adlandırır,  xalq  XIV  əsrdə  onlara  nəğmələr  - 

balladalar qoşmuşdu. Balladaların qəhrəmanı Robin Qud idi. 

XII  əsrdə  ngiltərə  kralı  II  Henrixin  islahatları  kral  hakimiyyətini  daha  da 

gücləndirdi.  slahata  əsasən  hər  bir  azad  adam  yerli  feodalı  xəbərdar  etmədən 

birbaşa  kral  məhkəməsinə  müraciət  edə  bilərdi.  stintaqı  12  yerli  sakin  aparırdı. 

Onlar düzgün istintaq aparmaq üçün Bibliyaya and içirdilər.  stintaqın nəticəsi kral 

məhkəməsinə  təqdim  edilirdi.  Beləliklə,  demokratik  dövlətlərdə  olan  andlı 

məhkəmələr  yarandı.  XII  əsrdə  kralın  hərbi  yürüşlərində  iştirak  etməyə  məcbur 

olan  cəngavərlər  sonralar  krala  «qalxan  pulu»  adlanan  xüsusi  haqq  ödəyirdilər. 

Kral bu pulla daimi nizami muzdlu ordu saxlayırdı. 

 XIII əsrdə  ngiltərə kralı qüdrətli hakimiyyətə  malik idi. Bundan istifadə edən 

kral öz vassallarından çoxlu ödənişlər, şəhərlilərdən ağır vergilər aldı.  ri feodallar, 

cəngavər  və  şəhərlilər  krala  qarşı  çıxdılar.  Kəndlilər  bundan  istifadə  edib 

malikanələri  dağıtmağa  başladı.  Bundan  qorxuya  düşən  feodallar  barışmağa 

məcbur oldular. 

Belə  bir  şəraitdə  1265-ci  ildə  ngiltərədə  ilk  dəfə  parlament  (fransızca 

«danışmaq»  deməkdir)  çağırıldı.  XIV  əsrdə  parlament  lordlar  (ağalar)  və 

nümayəndələr  palatasına  bölündü.  Lordlar  palatasına  yepiskoplar,  abbatlar, 

feodallar  daxil  idi.  Nümayəndələr  palatasına  hər  qraflıqdan  iki  cəngavər,  hər  iri 

şə

hərdən iki şəhərli seçilirdi. 



ngiltərə  cəngavərləri  ilə  şəhərliləri  arasında  Fransada  olan  silklər  arasındakı 

kimi  kəskin  ziddiyyətlər  yox  idi.  Buna  görə  də  nümayəndələr  palatası  razılıq 

verməsə, hər hansı bir vergi toplanınası barədə heç bir qanun qəbul edilə bilməzdi. 

ngiltərə  parlamenti  dövlət  işlərinə  Fransa  Baş  Məclisinə  nisbətən  böyük  təsir 

göstərirdi.  Bunun  səbəbi  silklər  arasında  barışmaz  ziddiyyətlərin  olmaması  idi. 

Fransada  olduğu  kimi,  XIII-XIV  əsrlərdə  ngiltərədə  də  mərkəzləşdirilmiş  dövlət 

möhkəmləndi. Bu dövlət formaca silki mütləqiyyət idi. 

 

 

11.Fransada XI-XV əsrlərdə ölkənin birləşdirilməsi uğrunda mübarizə 

XI əsrdə Fransa iri və xırda feodal mülklərinə parçalanmışdı. Ölkənin şimal-şərq 

torpaqları Paris və Orleanla birlikdə krala məxsus idi. Kral bütün ölkə üçün qanun 

verə  bilməzdi,  vergi  toplamaq  hüququna  malik  deyildi.  Hətta  vassallar  da  kral 

torpaqlarında  qəsrlər  tikirdilər.  Kral  öz  mülkündən  əldə  etdiyi  gəlirin  hesabına 

yaşayırdı. Onun qoşunu və muzdla işləyən məmurları yox idi. 

X-XI əsrlərdə Avropanın hər yerində olduğu kimi, Fransada da kənd təsərrüfatı 

və  sənətkarlıqda  irəliləyiş  yarandı.  Şəhərlər  meydana  gəldi,  vilayətlər  və  şəhərlər 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə