Microsoft Word Avropa v? Amerika olk?l?ri tarixcavablar Benovse doc



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix14.03.2018
ölçüsü0,57 Mb.
#31423
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

6. 

Daxili  gömrükxanalar  və  sexlər  ləğv  edildi.Çoxsaylı  ölçülər  vahid 

metrik  sistemlə  əvəz  olundu.Yeni  inzibati  bölgüyə  görə  ölkə  83  departamentə 

bölündü. 

         Qəbul  edilmiş  konstitutusiya  xalqı  razı  salmadı.Zəhmətkeş  kütlələr 

Müəssislər Məclisinin mülayim və yarımçıq siyasətindən narazı qaldılar. 



 

28. Yakobinçilərin hakimiyyətə gəlməsi.  nqilabın 3-cü mərhələsi 

1793-cü ilin 31 may-2 iyun üsyanı və jirondistlərin Konventdən qovulması Fransa 

burjua  inqilabının  ən  yüksək  mərhələsinin  –yakobinçilərin  hakimiyyətinin 

başlanğıcı və inqilabın ikinci mərhələsinin sonu oldu. 

1793-cü  il  31  may-2iyun  -  1794-cü  il  27  iyulunadək  Fransa  inqilabının  3-cü 

mərhələsi, Yakobinçilərin hakimiyyəti dövrü hesab olunur. 

Yakobinçilər  hakimiyyətə  elə  bir  vaxtda  gəlmişdilər  ki,  yaranmış  vəziyyət  yeni 

inqilabi  tədbirlər  görülməsini  tələb  edirdi.  Respublika  təhlükə  qarşısında  idi. 

Fransa düşmən dövlətlər tərəfindən əhatə edilmişdi. 

   1793-cü  ilin  iyuluna  qədər  Dantonun  rəhbərlik  etdiyi  ctimai  Qurtuluş 

Komitəsində jirondistlərə qarşı ciddi tədbir görmək istəmirdilər.Lakin 1793-cü ilin 

yayında jirondistlərə yaxın olan bir qadın Maratı öldürdü.Onun ölümü inqilab üçün 

böyük  itki  oldu.  Yakobinçilərin  gördüyü  qəti  tədbirlər  respublikanı  və  inqilabın 

nailiyyətlərini xilas edə bildi.   1793-cü ilin iyununda Konvent Yeni Konstitusiya 

qəbul  etdi.Yakobin  hakimiyyəti  dövründə  qəbul  edidiyi  üçün  bu  konstitusiya 

Yakobin Konstitusiyası adlanır. 

  1793-cü il yakobinçilər konstitusiyası burjua demokratiyasının prinsiplərinin tam 

və  ardıcıl  ifadə  etdiyinə  görə  1791-ci  il  konstitusiyasını  xeylı  geridə  qoyurdu. 

Lakin əməli olaraq 1793-cü il konstitusiyası həyata keçirilmədi. Çünki xarici hərbi 

müdaxilə  və  vətəndaş  müharibəsi  şəraitində  inqilabi  diktatura  zəruri  idi. 

Yakobinçilər  inqilabi  hökümət  yaradıldığını  elan  etdilər.  Onlar  1793-cü  il 

konstitusiyasının  qüvvəyə  minməsini  müharibənin  axırına  qədər  ləngitdilər,sonra 

isə  yakobinçilər  diktaturası  süqut  etdiyi  üçün  konstitusiyanın  həyata  keçməsi 

mümkün olmadı.  

Jirondistlər  və  monarxiya  tərəfdarları  əks  inqilabi  terrora  başlayanda  ctimai 

Qurtuluş Komitəsi daha sərt və ardıcıl inqilabi tədbirlərə əl atdı. 

Yakobinçilər əksinqilabçılara qarşı mübarizə aparmaq və onlara divan tutmaq üçün 

Ümumi Təhlükəsizlik Komitəsini gücləndirdilər. 

Yakobinçilərin tədbirləri: 

 1.  1793-cü  ilin  iyulun  axırlarında  zəruri  tələbat  malları  ilə  möhtəkirlik  edənlərə 

ölüm cəzası verilməsi haqqında qanun qəbul edidi.  

2.    nqilabın  taleyi  zəhmətkeş  əhalinin  ən  çoxsaylı  hissəsinin,  yəni  kəndlilərin 

mövqeyindən  asılı  idi.  Kəndlilərin  əsas  hissəsini  əksinqilaba  qarşı  mübarizəyə 

qaldırmaq  üçün  1793-cü  ilin  iyulun    17-də  yakobinçilər  feodal  vergi  və 

mükəlləfiyyətlərin tamamilə və əvəsiz ləğv edilməsi haqqında dekret verdilər. 



 3.  Kəndlilər  hüquqi  cəhətdən  öz  pay  torpaqlarının  tam  mülkiyyətçisinə 

çevrildilər.Ruhanilərdən  və  mühacir  zadəganlardan  müsadirə  edilmiş  torpaqların 

kəndlilər  tərəfindən  satın  alınmasını  asanlaşdırmaq  üçün  bu  torpaqların  kiçik 

sahələrin şəklində möhlətlə satışa buraxılması barədə Konvent dekret verməli oldu. 

Digər  bir  dekretlə  inqilab  ərəfəsində  senyorlar  tərəfindən  tutulan  icma  torpaqları 

kəndlilərə qaytarılırdı. 

 Beləliklə,Yakobin diktaturası kənddə  feodal münasibətlərini qəti olaraq ləğv etdi 

və bununla da XVIII əsr Fransa burjua inqilabının əsas məsələsini həll etmiş oldu. 

 Lakin  kənd      yoxsullarının  pulsuz  torpaqla  təmin  edilməsi  və  iri  icarənin  ləğvi 

həyata  keçirilmədi.Torpaqların  bərabər  bölünməsi  və  keçmiş  zadəganların  əlində 

qalmış  mülklərin  müsadirə  olunması  haqqında  heç  bir  söz  deyilmədi.  Torpağın 

bərabər bölünməsi xeyrinə çıxış etmək üstündə əvvəlki kimi yenə də ölüm cəzası 

nəzərdə tutulurdu. 

  Bütövlükdə yakobinçilərin aqrar qanunvericiliyi hər şeydən əvvəl kəndlilərin orta 

təbəqələrinin  və  kənar  burjuaziyasını  mənafeyini  müdafiə  etməsinə  baxmayaraq 

qəbul  edilmiş  aqrar  dekretlər  bir  çox  departamentlərdə  kəndlilərin  inqilabi 

vətənpvərliyinin yüksəlməsi və əksinqilabi qiyamların yatırılması ilə nəticələndi. 

29. Yakobin  Konstitusiyası 

Yakobinçilərin gördüyü qəti tədbirlər respublikanı və inqilabın nailiyyətlərini xilas 

edə bildi.   1793-cü ilin iyununda Konvent Yeni Konstitusiya qəbul etdi.Yakobin 

hakimiyyəti  dövründə  qəbul  edidiyi  üçün  bu  konstitusiya  Yakobin  Konstitusiyası 

adlanır. 1793-cü il konstitusiyası: 

  1.  Bərabərlik,  azadlıq,  söz  və  mətbuat  azadlığı,  xüsusi  mülkiyyətin 

toxunulmazlığını nəzərdə tuturdu; 

 2.  Ali  hakimiyyətin  mənbəyi  xalqın  iradəsi  hesab  edirdi  və  xalqın  əsarətə  qarşı 

üsyan etmək hüququnu təsdiqləyirdi; 

  3. Fransa vahid və bölünməz respublika elan edilirdi; 

 4.  Səsvermə  hüququ  əmlak  vəziyyətindən  asılı  olmayaraq  21  yaşına  çatmış  

kişilərə verilirdi; 

 1793-cü il yakobinçilər konstitusiyası burjua demokratiyasının prinsiplərinin tam 

və  ardıcıl  ifadə  etdiyinə  görə  1791-ci  il  konstitusiyasını  xeyli  geridə  qoyurdu. 

Lakin əməli olaraq 1793-cü il konstitusiyası həyata keçirilmədi. Çünki xarici hərbi 

müdaxilə  və  vətəndaş  müharibəsi  şəraitində  inqilabi  diktatura  zəruri  idi. 

Yakobinçilər  inqilabi  hökümət  yaradıldığını  elan  etdilər.  Onlar  1793-cü  il 

konstitusiyasının qüvvəyə  minməsini müharibənin axırına qədər ləngitdilər, sonra 

isə  yakobinçilər  diktaturası  süqut  etdiyi  üçün  konstitusiyanın  həyata  keçməsi 

mümkün olmadı. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə