keçirmək və öz gəlirlərini artırmaq idi. Səlib yürüşlərinin işğalçılıq məqsədləri
"müqəddəsin qəbri"nin və "Müqəddəs torpağ"ın (Fələstinin) "kafirlər"dən
(müsəlmanlardan) azad edilməsi kimi dini şüarlarla bəzədilmişdi. Bəhanələr bir
olsa da, səbəblər hərə üçün müxtəlif idi: feodalların varlanmaq hərisliyi,
cəngavərlərin nüfuzlarını bərpa etmək istəyi, xristian ruhanilərinin yeni torpaqlar
ə
lə keçirmək arzusu, yoxsulların isə azad olmaq cəhdi.
Səlib yürüşlərinin əsas qüvvəsini var-yoxdan çıxmış cəngavərlər təşkil edirdi.
Birinci səlib yürüşü (1096 - 99) üçün bəhanə 1071-ci ildə səlcuq türklərinin
Yerusəlimi tutmaları oldu. lk səlib yürüşü xaçlılar tərəfindən Yerusəlimin səlcuq
türklərindən alınması və Yerusəlim krallığının yaradılması ilə başa çatdı.
XII əsrdə müsəlman dövlətlər birləşməyə başladılar. Bunun nəticəsində
səlibçilər öz mülklərini itirməyə başladılar. kinci səlib yürüşü (1147 - 49) üçün
bəhanə 1144-cü ildə Şərqdə yaradılmış və Yerusəlim krallığından vassal
asılılığında olan Edessa qraflığının səlcuq türkləri tərəfindən tutulması oldu. kinci
xaçlı səfərinin nəticələri qeyri-qənaətbəxş olduğuna görə, Fələstin torpaqlarında
vəziyyət dəyişməyə başlamışdı. Səlibçilər mövqelərini əldən verirdilər və qüvvələr
nisbəti onların əleyhinə çevrilirdi. Kiçik xaçlı dövlətləri artıq qüvvətlənməkdə olan
müsəlman-türk hökmdarları ilə bacara bilmirdilər və məğlubiyyətlər sıralanırdı.
Edessa qraflığının 1144-cü ildə itirilməsindən sonra, Qüdsün də vəziyyəti
ağırlaşmışdı. Bütün bu məğlubiyyətlər son olaraq Qüdsün 2 oktyabr 1187-ci ildə,
Səlahəddin Əyyubi tərəfindən fəth edilməsi ilə nəticələnmişdi. Üçüncü səlib
yürüşü üçün bəhanə 1187-ci ildə Səlahəddin Əyyubinin Yerusəlimi xaçlılardan
geri alması oldu. kinci və üçüncü səlib yürüşləri nəticəsiz başa çatdı.
Roma papası III nnokentinin təşəbbüsü və Venesiya tacirlərinin qüvvəsi ilə
təşkil olunan dördüncü səlib yürüşü (1202 - 1204) Bizansa qarşı yönəlmişdi və
Konstantinopol xaçlılar tərəfindən tutulandan sonra 1204-cü ildə imperiyanın bir
hissəsində səlibçilərin dövləti - Latın imperiyası yaradıldı.
1217-ci ildə beşinci səlib yürüşü başladı. Bu dəfə Misir hədəf olaraq seçilmişdi.
Səlibçilər 1219-cu ildə Dimyat şəhərini ələ keçirsələr də, uğurun davanı gəlmədi
və nəhayət 1221-ci ildə heç nə əldə etmədən geri çəkilmək məcburiyyətində
qaldılar.
1228-ci ildə yeni səfər başladı. Orduya, Almaniya imperatoru II Fridrix başçılıq
edirdi. Bu dəfə müharibə deyil, danışıqlara üstünlük verən imperator Misir sultanı
ilə razılığa gəldi və 17 mart 1229-cu ildə Qüdsə sahib oldu. Ancaq bu dəfə Qüds
cəmi on beş il səlibçilərin əlində qaldı. 1244-cü ildə misirlilər şəhərə yenidən sahib
çıxdılar. Beləliklə daha bir səfər uğursuz sona yetdi.
Yeddinci Səlib Yürüşü 1249-cu ildə Misir üzərinə hücumla başladı. Xaçlılara
Fransa kralı IX (Müqəddəs) Lüdoviq başçılıq edirdi. Əsgərlərin demək olar ki,
hamısı fransız idi. Dimyatı ələ keçirən səlibçilər, Misir sultanı Turan Şahın onları
blokadaya alması nəticəsində, acınacaqlı vəziyyətə düşmüş, sonunda isə kral da
ə
sir alınmışdı. IX Lüdoviq ağır girov verərək qurtulsa da, yürüş məğlubiyyətlə başa
çatmışdı.
1270-ci ildə, dindarlığı ilə seçilən kral IX Lüdoviq yeni bir səlib yürüşünə
başladı. Amma bu dəfə marşrut Yaxın Şərq deyil, Tunis seçilmişdi. Gəmilərlə
sahilə yan alan kral, şəhəri mühasirəyə aldı. Lakin qəfil baş verən epidemiya
nəticəsində kral, onun oğlu və bir çox əsilzadə vəfat etdi. Sağ qalanlar da
mühasirəni ataraq Fransaya qayıtdılar. Beləliklə də səlib yürüşləri epopeyası başa
çatdı.
Ard-arda baş verən uğursuzluqlar Fələstindəki səlibçi dövlətlərinin son qalıqları
üzərindəki qara buludları daha da sıxlaşdırırdı. Misir sultanı Baybars 1265-ci ildə
Qeysəriyyə və Arsufu almışdı. Daha sonra Antakyanın üzərinə gedən sultan, 18
may 1268-ci ildə bu şəhəri fəth etdi və səlibçi knyazlığına son vermişdi. Ondan
sonra hakimiyyətə gələn sultan Kalavun 1287-ci ildə Lazikiyyəni , 1289-cu ildə isə
Tripolini tutmuşdu. Səlibçilərin əsas mərkəzi olan Qüds krallığından geriyə qalan
son böyük şəhər olan Aqranın 1291-ci ildə müsəlmanlara keçməsi ilə xaçlılar
Yaxın Şərqdə əldə etdikləri torpaqlarını tamamilə itirdilər.
Nəticə olaraq onu demək olar ki, Səlib yürüşləri ideyasının uğursuzluqla başa
çatmasının bir neçə mühüm səbəbi vardır. Birincisi, hətta Fələstin ərazisində də
xaçlılar öz köhnə ədavətlərindən əl çəkməmiş, yenə də tez-tez taxt-tac davalarına
çıxmış və daxili müharibələrin də ardı-arası kəsilməmişdir. Həm də, bir çox
Avropa hökmdarları Səlib Yürüşü fikrindən yalnız öz şəxsi məqsədləri üçün
istifadə edərək daha çox öz maraqlarının yerinə yetirilməsinə diqqət ayırmış, Xaçlı
səfərlərinə barmaqarası yanaşmışlar. Buna misal olaraq, birinci yürüşdə heç bir
kralın iştirak etməməsi, üçüncü səfərdə Fransa kralı II Filippin Qüdsə çatmadan
tezliklə qayıtmasını göstərmək olar. Almaniya imperatoru II Fridrix isə yalnız
anafema(dindən çıxarılma) qorxusu altında müharibəyə yollanmağa razılıq
vermişdi, lakin bu da onu qurtarmadı və Papa IX Qriqori imperatoru katolisizm
xaricində elan etdi.
Bundan başqa səlibçilər yerli xalqın dəstəyinə sahib deyildilər. Avropadan
kömək üçün tez-tez müxtəlif şəxslər Fələstinə gəlsə də, iqlimin əlverişsiz olması
səbəbindən onların bir çoxu tez ölürdü.
Səlib yürüşü Avropaya bir çox yeniliklər gətirdi. nsanlar gigiyenaya riayət
etməyə, müntəzəm surətdə çimməyə, şəkərdən istifadə etməyə, ipək paltarlar
geyməyə, ipək xalılardan istifadəyə, çini qablar, şüşə məmulatları, müxtəlif
ə
dviyyatlar işlətməyə başladılar. Xaçlı səfərləri memarlığı da əhəmiyyətli surətdə
dəyişdirdi. Qəsrlərdə gizli yollar, müdafiə qüllələri və başqa yeniliklər Avropada
yayılmağa başladı.
9. Yüzillik müharibə
Yüzillik müharibə - 1337 - 1453-cü illərdə Giyen, Normandiya, Anju və
Flandriya üstündə ngiltərə ilə Fransa arasında baş vermişdir. ngiltərə kralı III
Eduardın (Fransa kralı IV Gözəl Filippin nəvəsi) Fransa taxt-tacına iddia etməsi
Yüzillik müharibə üçün bəhanə oldu. "Sipər pulu" sayəsində əla təşkil edilmiş və
peşəkar şəkil almış ingilis qoşunları fransız rıtsarlarından daha üstün idilər.
ngilislərin çoxsaylı piyadaları azad kəndlilərdən təşkil olunmuşdu. ngilis
ordusunun yaxşı donanması vardı. Onlar bu donanmanın köməyi ilə La-Manş
boğazını keçib Fransa ərazisində hərbi əməliyyatlara başladılar. Müharibənin
ə
vvəlində fransızlar məğlub olmağa başladılar. ngilislər Normandiyanı tutdular.
Onlar 1346-cı ildə Kresi döyüşündə fransız qoşunlarını məğlub etdilər. Kresi