Microsoft Word Atakisiyeva Ulker 869M. doc



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix14.01.2018
ölçüsü0,51 Mb.
#20675
1   2   3   4   5   6   7   8   9   ...   21

 

stehsal  sexlərində  nəqledicilərin,  konveyerlərin  olmadığına  görə, 



ayaqqabılarm  bir  əməliyyatdan  digər  əməliyyata  əl  arabaları  ilə  daşınılması 

mühüm dərəcədə vaxt itkisinə, çoxlu fiziki əməyin sərfinə səbəb olurdu. Texnoloji 

ə

məliyyatların təkmil olmaması, ayaqqabıların bir yerdən digər yerə daşınmasının 



ə

l  arabaları  ilə  yerinə  yetirilməsi,  mexanikləşdirilmiş  quruducuların  olmaması 

səbəblərindən əmək məhsuldarlığına və istehsal edilən ayaqqabıların keyfiyyətinə 

mənfi təsir göstərirdi. 

1940-cı ildə fabrikin sexlərində altlığı üzlüyə aqo yapışqanı ilə birləşdirilən 

qadın və uşaq ayaqqabıları istehsal olunurdu. 1940-ci ildə fabrik 1242 cüt ayaqqabı 

istehsal etmişdir. 

1941-ci ildə ikinci cahan müharibəsi ilə əlaqədar olaraq fabrik qadın, uşaq, 

idman  və  digər  çeşidli  ayaqqabıların  istehsalın  dayandıraraq  ordunun  ayaqqabıya 

olan tələbatmı ödəmək üçün istehsalın genişləndirilməsi məcburiyyətində qalır. 

1942-ci  il  faşist  Almaniyasının  qoşunlarının  Rostov  şəhərinə  yaxınlaşması 

ilə əlaqədar olaraq, şəhərdə yerləşən fabrikin ordu üçün ayaqqabılarının istehsalını 

davam etdirilməsi üçün Bakı şəhərinə köçürülməsi məqsədəuyğun hesab edildi. 

Rostov  şəhərindən  Bakıya  köçürülən  ayaqqabı  fabriki,  tikintisi  başa 

çatdırılmış  tipoqrafiya  binasında  yerləşdirildi.  Bu  binada  avadanlıqların   

quraşdırılma  işləri  başa  çatdırıldığından  sonra,  1943-cü  ilin  yanvar  ayından 

başlayaraq  fəaliyyət  göstərən  2  №li  ayaqqabı  istehsal  edən  müəssisələr  sırasına 

daxil olur. 

Rostov  şəhərindən  Bakıya  köçürülən  ayaqqabı  fabrikinin  istehsal 

avadanlıqları  ilə  yanaşı  yüksək  təcrübəli  fəhlə,  qulluqçu  və  mühəndis-texniki 

işçilərin  bu  fabrikdə  işləməsi  0  zaman  Bakıda  fəaliyyət  göstərən  digər  ayaqqabı 

fabriklərin mexanikləşdirilməsi və yenidən qurulmasına mühüm təsir göstərdi. 

1946-1951-ci  illər  ərzində  fabrikdə  ayaqqabı  istehsalı  artır  və  çeşidi 

genişlənirdi.  1951-ci  ildən  başlayaraq  fabrikdə  geniş  texniki  tədbirlər  həyata 

keçirilərək  istehsal  edilən  ayaqqabıların  keyfiyyəti  xeyli  yaxşılaşdırılır  və  əmək 

məhsuldarlığı  yüksəldilir.  Layihə  üzrə  fabrikin  istehsal  gücü  ildə  3,7  mln  cüt 

olduğu  halda  yeni  üsulların,  avadanlıqların,  mütərəqqi  tədbirlərin  görülməsi 



 

nəticəsində Bakı 1 №li ayaqqabı fabrikində 35 çeşidə yaxın körpələr, məktəblilər, 



qadın və kişilər üçün ayaqqabılar istehsal olunurdu. 

1952-ci  ildə  fabrikin  az  məhsuldar  və  mənəvi  cəhətdən  köhnəlmiş 

avadanlıqları  axın  xətlərindən  çıxarılmağa  başlandı.  Sexlərdə  əməyin  təşkilinin 

yaxşılaşdırılması  və  yeni  məhsuldar  avadanlıqlardan  istifadə  edilməsi,  konveyer 

xətlərində axının 10-20% sürətləndirilməsinə imkan verdi. 

1976-cı ildə SSR -nin Dövlət 2 №li layihə institutunun  təklifinə əsasən Bakı 

2  Nçli  ayaqqabı  fabriki  1980-ci  ildə  inşaa  edildikdən  sonra  istifadəyə  verildi.  Bu 

ayaqqabı  fabrikinin  ildə  istehsal  gücü  5.0  mlna  cütə  çatırdı.  Fabrikdə  əsasən 

gənclər, qadın və kişilər üçün müxtəlif çeşidli ayaqqabılar istehsal edilirdi. Həmin 

ildən  başlayaraq  ilk  dəfə  Respublikamızda  Bakı  ayaqqabı  modalar  evi  fəaliyyət 

göstərməyə başladı. 1935-cü   ildə   Bakı   3  №li modalı   ayaqqabı   fabriki   təşkil 

olunmuşdur. Burada qadın və kişilər üçün modanın istiqamətinə uyğun, üzlüyü və 

altlığı təbii gön və dəri materiallarından hazırlanan, yüksək keyfiyyətli ayaqqabılar 

istehsal olunurdu. 

1961-ci  ildə  yüngül  idman  və  ev  ayaqqabılarını  istehsal  edən  4  N2I  

ayaqqabı fabriki təşkil olundu. 

Bu illər ərzində yerli sənaye nazirliyi nəznində fərdi ayaqqabı istehsal edən 

ayaqqabı fabriki təşkil olundu. Bu fabrikin bir ildə istehsal gücü 80 mindən cütdən 

çox idi. 

Beləliklə,  Azərbaycanda  ayaqqabı  istehsalı  1990-cı  ildə  25  mln  və  2000-ci 

ildə  29  mln  cütə  çatdırılması  nəzərdə  tutulurdu.  stehsal  edilən  ayaqqabılar 

ölkəmizdən  əlavə  digər  bölgələrinə  məs.  orta  Asiyaya,  Ukraynaya  və  digər 

respublikalara göndərilirdi. 

Müstəqilliyimizin  ilk  əvvəlində  həyata  keçirilən  iqtisadi  islahatlar 

nəticəsində  demək  olar  ki,  əksər  yüngül  sənaye  müəssisələri  özəlləşdirilmişdir. 

Lakin,  müəssisələrin  çoxu  yeni  təsərrüfatçılıq  şəraitinə  uyğunlaşmadığına  görə 

fəaliyyətini dayandırmalı oldu. 

1990—2005-ci  illər  ərzində  ən  ciddi  gerimələr  Yüngül  sənayedə  baş 

vermişdir. Bu dövr ərzində sənaye məhsulu 10 dəfə, çalışan işçilərin sayı isə 97,4 

min  nəfərədək  14  min  nəfərə  qədər  azalmışdır.  Nəticədə,  hal-hazırda 




10 

 

Respublikamızda  istehlak  mallarının istehsalı  üçün  kiçik  sexlərdən  istifadə  edilir. 



Statistika komitəsinin məlumatlarına görə 2012-ci ildə cəmi 500 min cüt ayaqqabı 

istehsal olunduğundan 2 mln 924 min cüt ayaqqabı idxal   olub. 

Bu  sahədə  çalışan  mühəndis-texniki  mütəxəssislərin  ixtisaslarmı  artırmaq 

üçün  1956-cı  ildən  Bakı  Yüngül  Sənaye  Texnikumu,  1962-ci  ildən  başlayaraq 

Azərbaycan  Politexnik  nstitutu  fəaliyyət  göstərirdi.  Bu  nstitutun  texnologiya 

fakültəsi 1980-ci ildən etibarən Gəncədə yerləşən Azərbaycan Dövlət Texnologiya 

Universitetində  gön-dəridən  olan  məmulatların  konstruksiyası  və  texnologiyası 

üzrə ixtisasçıların hazırlanması dayandırılmışdır. 

Dizayn  ixtisası  üzrə  tələbələrin  hazırlanması  1996- 

CT 


ildə  ilk  dəfə 

Azərbaycan  Dövlət  Universitetinin  Dizayn  fakültəsində  başlanmışdır.  Bununla 

bərabər,  bu  ixtisas  üzrə  Rəssamlıq  Akademiyası,  Azərbaycan  Dövlət  Mədəniyyət 

və  ncəsənət Universiteti, Azərbaycan Texnologiya Universiteti və digər ali təhsil 

ocaqlarını göstərmək olar. 

Ə

halinin  ayaqqabıya  olan  tələbatının  tam  və  dolğun  ödənilməsi  üçün  elmi 



cəhətdən  əsaslandırılmış  normalar  işlənmişdir.  Səmərəli  istehlak  normaları 

istehlakçıların  cins-yaş  tərkibi  üçün  müəyyən  edilmişdir:  kişilər  üçün  7  cüt, 

qadınlar üçün isə 10 cüt təşkil edir. Uşaqlar, məktəblilər, yeniyetmə qız və oğlanlar 

üçün səmərəli dəst 6 cüt olmalıdır. 

Hazırki  iqtisadi  islahatlar  bütün  istehlak  malları  kimi  ayaqqabı  istehsalının 

kəskin azalmasına səbəb olmuşdur.    Bununla   yanaşı,    respublikanın    dünya    

iqtisadiyyatına  qoşulması,  xarici  iqtisadi  əlaqələrin  genişlənməsi  və  bağlanmış 

ticarət-iqtisadi  sazişlərin  yerinə  yetirilməsi  ixrac  və  idxal  olunan  malların  yüngül 

sənayenin inkişafının təmin edilməsi məqsədilə daxili və xarici bazar üçün məhsul 

istehsalının  həcminin  artırılması,  həmçinin  əsaslı  vəsaitlərin  ilk  növbədə 

fəaliyyətdə  olan  müəssisələrin  yenidən  qurulması,  genişləndirilməsi  və  texniki 

cəhətdən silahlandırılmasına yönəldilməsi, yerli yüngül sənaye komplekslərinin (o 

cümlədən,  əyiricilik,  toxuculuq,    əri  məhsullarının  emalı,  mebel  istehsalı  inkişafı 

təmin  edilməli,  xarici  investisiyaların  ekspertlərin,  texnologiyaların  cəlb  edilməsi 

üçün  tədbirlər  həyata  keçirilməli,  dünya  bazarının  tələblərinə  uyğun  olaraq  yeni 

məhsul  istehsalının  ,  mənimsənilməsi  təmin  edilməli,  digər  ixtisaslaşmış  xarici 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə