Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə7/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   2   3   4   5   6   7   8   9   10   ...   38

 

16

insanın kimliyi, hardan gəlib hara getdiyi heç kimi maraqlandırmır. Əcnəbi vətəndaş ayrı-



seçkilik hiss etmədiyi üçün heç bir narahatlıq da keçirmir. Amerikalılar isə danışığından əcnəbi 

və nabələd adam olduğu hiss edilənləri belə yorucu suallarla (məsələn, «haralısız», «niyə 

gəlmisiz» və s.) narahat eləmirlər. Hər hansı tədbirdə və ya qonaqlıqda isə əcnəbi ilə tanış olanlar 

həmin qonağa maksimum diqqət yetirməyə, öz köməklərini təklif eləməyə çalışırlar. 

 



 

17

ŞTAT, YOXSA DÖVLƏT 



Və ya Vaşinqtonda gördüklərimiz 

Məlum olduğu kimi, ABŞ dövləti 50 ştatdan və Kolumbiya federal dairəsindən təşkil edilib. 

Bundan başqa ölkənin tərkibinə Virciniya adaları, Quam, Amerika Samoası və Puerto - Riko 

kimi inzibati vahidlər də daxildir. 

Hər ştatın az qala ayrıca dövlət statusu var. Təsadüfi deyil ki, bizim dilə ştat kimi tərcümə 

olunmuş «state» sözü ingilis dilində «dövlət» deməkdir. Hər ştatın öz parlamenti, özünəməxsus 

qanunvericiliyi və s. var. Məsələn, ştatların bəzisində ölüm hökmü ləğv olunub, bəzisində yox. 

Kolumb günü ölkənin 39 ştatında bayram edilir, 11 ştatda isə qeyd olunmur. 

Bu mənada, görünür, ölkənin adını öz dillərinə vaxtilə türklər daha səlis tərcümə ediblər - 

Amerika Birləşik Dövlətləri. 

Amerika ştatlarının bir özəlliyi də maraq doğurur. Məsələn, Nyu-York ştatının ən böyük 

şəhəri Nyu-York olsa da, ştatın paytaxtı kiçik Albany şəhəridir. 

Ölkənin paytaxtı olan Vaşinqton şəhərinin Vaşinqton ştatına qətiyyən aidiyyatı yoxdur - 

paytaxt Kolumbiya federal dairəsində yerləşir. 

ABŞ-ın gələcək paytaxtı üçün Kolumbiya federal dairəsinin ərazisi təzəcə müstəqillik 

qazanmış ölkənin ilk prezidenti Corc Vaşinqton tərəfindən 1790-cı ildə seçilib. Paytaxt üçün 

torpaq sahəsi Virciniya və Merilend ştatlarının ərazisindən kəsilib. Paytaxtın yerləşdiyi ərazi 

müstəqil ştat statusuna malik olmamaqla yanaşı, heç bir ştata məxsus deyil. Çünki həmin dövrdə 

Konqres ölkə paytaxtın neytral ərazidə salınması barədə qərar qəbul edib ki, federal idarələrin 

yerləşməsi məsələsində müxtəlif şəhərlər arasında rəqabət yaranmasın. Sonralar ilk prezidentin 

şərəfinə Vaşinqton adlandırılan şəhər 1800-cü ildə rəsmi qaydada ölkənin paytaxtı elan edilib. 

Amerikalılar bu şəhərin adını çəkəndə söhbətin paytaxt Vaşinqtondan getdiyini bildirmək üçün 

mütləq «DC» («Di-Ci») də əlavə edirlər - «Vaşinqton Di-Ci». Bu abbreviaturanın açması isə 

«District of Colombia» (Kolumbiya federal dairəsi) deməkdir. Çünki paytaxt Vaşinqton şəhəri 

ilə yanaşı, ABŞ-da Vaşinqton ştatı, eləcə də Vaşinqton adlı bir neçə kiçik şəhər var. Ona görə də 

amerikalılar söhbətin paytaxtdan getdiyini bildirmək üçün mütləq «Vaşinqton Di-Ci» deyirlər. 

Onu da qeyd edək ki, konstitusiyaya uyğun olaraq, ABŞ prezidenti həm də Vaşinqton şəhərinin 

meri sayılır. 

Bu gün dünyada gedən bütün siyasi proseslərə bu və ya digər dərəcədə konkret təsir 

imkanlarına malik Vaşinqton özünün müasir missiyası müqabilində olduqca kiçik şəhər təsiri 

bağışlayır. Elə əslində də ABŞ-ın paytaxtı böyük deyil. Amerikanın nəhəng şəhərləri ilə 

müqayisədə paytaxt adamda əyalət assosiasiyası yaradır. Lakin bu, ilk baxışda belə 

görünür...Dünyanın paytaxt şəhərləri ilə müqayisədə ABŞ-ın baş kəndinin bir neçə özəlliyi var. 

Vaşinqton dünyada məhz paytaxt kimi salınan bir neçə şəhərdən biridir. Bundan başqa, 

məlum olduğu kimi, hələ şəhər salınarkən əldə edilmiş ümumi razılığa əsasən, Vaşinqtonda 

Konqres binasından hündür bina tikməyə icazə verilmir. Məqsəd bu ölkədə Konqresin və 

qanunların hər şeydon uca olduğunu göstərməkdir. Xatırladaq ki, Kapitoli təpəsində tikilmiş və 

xalq arasında «Kapitoli» adı almış Konqres binası 1800-cü ildə istifadəyə verilib. Lakin bu, heç 

də o demək deyil ki, paytaxt başdan-başa üç və ya beşmərtəbəli binalardan ibarətdir. Şəhərdə 

kifayət qədər 10-12 mərtəbəli binalar da vaf. Kapitolinin özü təpəlik olduğu üçün digər binalar 

Konqres binasından hündür olmur və onun əzəməti qarşısında çox kiçik görünür. Yeri 

gəlmişkən, Kapitoli binasının bünövrəsindən günbəzin ən uca nöqtəsinə qədər olan məsafə 

287,5 fut və ya 87,6 metrdir. 

Vaşinqtonun bir özəlliyi də bu şəhərdə iri zavod və fabriklərin olmamasıdır. Hələ şəhər 

salınarkən burada əhalinin sıx yerləşməsinin qarşısını almaq məqsədilə qərara alınıb ki, 

paytaxtda sənaye sahələrinin inkişafı məhdudlaşdırılsın və Vaşinqton yalnız siyasi-inzibati və 

mədəni şəhər kimi  formalaşdırılsın. Vaşinqtonda bilavasitə şəhər əhalisinin tələbatını ödəmək 

üçün nəzərdə tutulan infrastruktur sahələri (çörəkbişirmə, sərinləşdirici içkilər və s.) ilə yanaşı, 

yalnız poliqrafıya sənayesi geniş inkişaf edib ki, bu da paytaxtda çoxsaylı qəzetlərin nəşri və 

kitab çapı ilə bağlıdır. 




 

18

Təsadüfi deyil ki, amerikalılar Vaşinqtonu zarafatla qanunlar, dövlət qərarları və yeniliklər 



«istehsal» edən şəhər adlandırırlar. 

Vaşinqton həm də tarixi abidələr, muzeylər və dövlət idarələrinin yerləşdiyi şəhərdir. 

Belə binalardan biri və birincisi, təbii ki, Ağ evdir. Amerika Birləşmiş Ştatları prezidentinin

 

daimi iş və yaşayış yeri olan Ağ ev Vaşinqtonun mərkəzində yerləşir. 1791-ci ildə prezident 



iqamətgahının ən yaxşı layihəsi üçün müsabiqə elan olunub. Bu müsabiqədə irland əsilli 

Amerika arxitektoru Ceyms Hoban qalib gəlib və Ağ ev onun layihəsi əsasında tikilib. 

Gələcək prezident iqamətgahının bünövrəsi 1792-ci ilin oktyabrında qoyulub və bina 8 ilə 

tikilib. 1800-cü ilin noyabrında Birləşmiş Ştatların 2-ci prezidenti Con Adams və ailəsi 

iqamətgahın ilk sakinləri olub. 

1800-cü ildən başlayaraq, bu bina əhali arasında «Ağ ev» adlandırılıb: çünki binanın üstünə 

çəkilən ağ üzlük materialı onu ətrafdakı qırmızı mərmər fasadlı binalardan kəskin şəkildə 

fərqləndirib. 

Mətbuatda «Ağ ev» sözü ilk dəfə 1810-cu ildə Baltimor şəhərinin «Viq» qəzetində işlədilib. 

«Ağ ev» adının rəsmiləşdirilməsi isə XX əsrin əvvəllərinə təsadüf edir: 1901-ci ildə prezident 

Teodor Ruzvelt Vaşinqtondakı prezident iqamətgahının  Ağ ev adlandırılması barədə sənəd 

imzalayıb. 

1814-cü ildə Britaniya qoşunlarının Birləşmiş Ştatlara hücumu zamanı Ağ ev tamamilə 

yandırılsa da, tezliklə bina təmir olunub. 

Sonralar da Ağ evdə vaxtaşırı təmir işləri aparılıb, amma onun arxitekturasında ciddi 

dəyişiklik edilməyib. Yalnız texniki nailiyyətlərlə əlaqədar binanın içərisində yeniliklər tətbiq 

olunub - elektrik və telefon xətləri çəkilib. 

1948-ci ildə - prezident Harri Trumənin vaxtında Ağ ev yenidən tam təmir olunub. Binanın 

içərisində təmir işləri 4 il davam etsə də, xarici görünüşünə toxunulmayıb. 

Hazırda Ağ ev 7 hektardan çox ərazini tutur. Binada 132 otaq, 35 hamam, 28 buxarı, 147 

pəncərə, 412 qapı, 3 lift, 8 pilləkan vardır. 

Ağ evin bir hissəsi prezident ailəsinin yaşayış otaqlarından ibarətdir. 

2001-ci ilin 11 sentyabr hadisələrinə qədər Ağ ev turistlərin üzünə açıq olub və hər gün bu 

binaya orta hesabla 6 minə qədər turist gəlib. 11 sentyabrdan sonra Ağ evə turistlər buraxılmır ... 

Qeyd edək ki, ilk baxışda Ağ ev də statusuna uyğun əzəmətli bina təsiri bağışlamır. 

Yaşıllıqlar arasında «gizlənmiş» prezident iqamətgahı sonralar ətrafda tikilmiş hündür binalarla 

müqayisədə kənardan olduqca adi görünür. Amma binaya yaxınlaşarkən ətrafda gəzişən 

mühafizəçilərin çoxluğu, binanın özünün üstündə gəzişən və təhlükəsizlik xidməti vəzifəsini 

yerinə yetirdiyi hiss olunan adamların görünməsi və ən nəhayət, Ağ evin ətrafı boyu çəkilən qara 

rəngli dəmir barmaqlıqlar bu binanın siyasi əhəmiyyəti barədə lazımi təsəvvür yaradır. Mühafizə 

məqsədilə at belində gəzişən polis əməkdaşları isə hər hansı «terrorçu tutmaq»dan daha çox 

turistlərin xahişinə əsasən yadigar şəkil çəkdirməklə məşğul olurlar. 

Ağ evin qarşısında ənənəvi piket və mitinqlərin keçirildiyi yaşıl meydan - çəmənlik dəmir 

barmaqlıqlardan təxminən 300-400 metr aralıda yerləşir və burada keçirilən tədbirlərin Ağ evə 

qətiyyən dəxli olmur. Çünki ölkəni idarə edənlər bu meydanda ancaq adamların toplandığını 

görə bilərlər. Kimin hansı şüarı səsləndirməsini, nə tələb etməsini, hansı plakatı qaldırmasını işi) 

Ağ evin sakinləri eşitmirlər, görmürlər və yəqin ki, görmək və eşitmək də istəmirlər. Bu geniş 

meydanda kimlərsə mitinq keçirir, siyasi nitqlər söyləyirsə, başqa bir qrup meydanın o biri 

tərəfində futbol oynayır, kimlərsə itini gəzdirir və s. 

Ağ evin qarşısında keçirilən bir piketin şahidi olduq. Üç-dörd   nəfərə qədər İraq əsilli kürd 

ora «Kürdüstana azadlıq» şüarları ilə toplanmışdı. Onlar bir neçə saat meydanda çalıb-

oynadılar, danışdılar və dağılışdılar... 

Ağ evin arxasında - binanın təxminən 30-40 metrliyində isə uzun illərdən bəri sellofan 

materialdan hazırladığı daldalanacaqda yaşayan bir qadın diqqətimizi çəkdi. Məlum oldu ki, bu 

qadın uzun illərdir ki, burada məskunlaşıb və Ağ evin yeritdiyi siyasətə etirazını bu cür ifadə 

edir. 


İlk baxışda psixi cəhətdən qeyri-normal adam təsiri bağışlayan bu qadın elə mühafizə 

polisinin eşidəcəyi səslə bizə Ağ evi göstərərək, buranın «terror yuvası» olduğunu bildirirdi. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə