Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə38/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   30   31   32   33   34   35   36   37   38

 

84

narkotika asılılığından müalicə olunub. Bundan sonra alkoqol asılılığı ilə mübarizə  məqsədilə 



xüsusi mərkəz yaradıb. 

Rozalin Karter incəsənətə xüsusi diqqət yetirib, ruhi xəstələr üçün xəstəxanalarda vəziyyətin 

yaxşılaşdırılmasına çalışıb. 

Nensi Reyqan və Barbara Buş narkotiklərlə və alkoqolla mübarizə sahəsində xüsusi fəallıq 

göstəriblər. 

Hillari Klinton səhiyyə sistemində islahatlara yardım göstərib. Demokrat Klintona ərə 

gedincə Respublikaçılar Partiyasının fəallarından olub. Yeganə birinci ledidir ki, Senata üzv 

seçilib. 

Lora Buşun siyasi ambisiyası yoxdur. Kitab oxumağı təbliğ edir, kitabxanalara dəstək verir. 

Prezidentlərin həyatından maraqlı faktlar 

.. .Corc Vaşinton at minməyi xoşlayırmış. Amma mindiyi atın ideal dərəcədə təmiz olmasını 

tələb edirmiş. Atların dişlərinin təmizliyinə xüsusi fikir verirmiş. 

...Tomas Cefferson hələ sağlığında öz əli ilə özünə başdaşı düzəldib və üstünə həkk etdiyi 

mətndə mərhumun vaxtilə ABŞ prezidenti olduğunu göstərməyib. 

...Ağ evdə ilk dəfə Cefferson «Açıq qapı günü» elan edib ki, istənilən şəxs prezidentlə görüşə 

bilsin. Bu ənənə əhalinin o qədər xoşuna gəlib ki, 7-ci prezident Əndryü Cekson Ağ evə doluşan 

kütlənin cəngindən qurtulmaq üçün qabağına çıxan mebeli və qab-qacağı sındıraraq, pəncərədən 

qaçmah olub. 

...1800-cü illərin əvvəllərində T.Cefferson kimliyindən asılı olmayaraq, qarşılaşdığı hər kəsin 

əlini sıxıb. Çünki o, bir-birinə təzim etmək kimi qədim Avropa ənənəsini qeyri-demokratik 

ritual sayıb. 

...Tomas Cefferson Virciniya ştatındakı evində bilyard masası saxlayıb, halbuki onun 

prezidentliyi dövründə Virciniyada bilyard oyunu qadağan edilib. 

...ABŞ-ın 2-ci və 3-cü prezidentləri Con Adams və Tomas Cefferson eyni gündə - 1826-cı il 

iyulun 4-də vəfat ediblər. 

...Con Kuinsi Adams tez-tez səhərlər Potomak çayında lüt-üryan çimirmiş. O, libasını dəyişməyi 

xoşlamır, bir kostyumu on  r.nx pevinirmis. 

1809-cu ildə Rusiyaya səfir təyin olunanda pulun azlığını  nəzərə alaraq, iki oğlunu 

Amerikada qoymuş və yalnız kiçiyini özü ilə götürübmüş. Arvadı isə bundan gəmiyə minəndən 

sonra xəbər tutubmuş. Beləliklə, valideynlər düz 8 il böyük oğlanlarını görməyiblər. 

...İlk altı prezidentdən dördü - Vaşinqton, Cefferson, Medison və Adams ali dövlət 

vəzifəsinə 57 yaşında seçiliblər. 

...Amerikanın altı prezidenti - C.Vaşinqton, Cekson, U.Harrison, Teylor, Qrant və 

Eyzenhauer peşəkar hərbçi olublar. 

...Əndryü Cekson duel azarkeşi olub. Duellərin birində sinəsinə güllə dəyib və cərrahlar onu 

çıxara bilmədikləri üçün ömrünün axırına kimi bədənində gəzdirib. 

-...Martin Van Büren Birləşmiş Ştatlar dövlətinin ərazisində doğulmuş ilk prezident olub. O, 

Müstəqillik bəyannaməsinin imzalanmasından 6 il sonra - 1782-ci ildə doğulub. 

...Zakari Teylor həmişə  və  hər yerdə tütün çeynəyərmiş. Ona görə  də  rəsmi tədbirlərdə 

ovcunda tütün qabı saxlayarmış. 

...Millard Fillmor Oksford Universitetinin fəxri doktoru mantiyasını geyinməkdən imtina 

edib. Səbəbini isə elmə heç bir töhfə verməməsi ilə bağlayıb. 

...Ceyms Polkun 17 yaşı olanda öd kisəsini çıxarıblar. Həkimlər əməliyyat zamanı gələcək 

prezidentə ağrıkəsici preparat kimi konyak içiriblər. 

...Ceyms Bükenen evlənməyən yeganə prezident olub. 

...Abraham Linkoln həmişə başına hündür qara silindr qoyarmış. Silindrin içərisində isə... 

məktublar, maliyyə sənədləri, qanun layihələri və qeydlərini saxlayarmış. 

...Əndryü Conson heç vaxt məktəbdə oxumayıb. Ona 17 yaşında oxumağı  gələcək arvadı 

Eliza Makkardel öyrədib. Prezident yalnız özü tikdiyi paltarları geyinib. 




 

85

...Uliss Qrant bütün ömrü boyu gündə 20 siqar çəkib və boğaz xərçəngindən vəfat edib. 



...Telefondan istifadə edən ilk Amerika prezidenti Ceyms Qarfild sayılır. 

...Ceyms Qarfıld bir əli ilə qədim yunan, o biri əli ilə latın dilində yaza bilib və poliqlot olub. 

...Ağ evdə evlənmiş yeganə Amerika prezidenti Qrover Klivlənd olub. 

...Bencamin Harrisonun elektrik işığından zəhləsi getdiyi üçün Ağ evdə olanda həmişə şam 

yandırtdırırmış. 

...Teodor Ruzveltin anası və arvadı eyni gündə - 1894-cü il fevralın 14-də vəfat edib. 

.. .Teodor Ruzvelt avtomobildə  gəzən, eləcə  də xarici ölkəyə (Panama) səfər edən ilk 

prezident olub. 

...Uorren Hardinq həftədə azı iki dəfə poker oynayıb və hətta bir dəfə Ağ evə məxsus Çin 

istehsalı olan zərif qab-qacaq dəstini də uduzub. 

...Herbert Huver 16 kitab nəşr etdirib. Bu kitablardan biri belə adlanıb: «Şənlənmək və ürəyin 

sakitliyi üçün balıq ovu» («Fishing for Fun And to Wash Your Soul»). 

...Franklin Ruzvelt təyyarəyə minən ilk prezident sayılır. 

...Harri Trumən  ələ öyrəşdirilmiş keçi saxlayıb. Prezident işdə olanda keçi Ağ evin 

həyətindəki yaşılhqda otlayırmış. 

...Lindon Conson əməkdaşlarına və qonaqlarına hədiyyə verməyi xoşlayırmış. Onun sevimli 

həliyyəsi ise elektrik diş  şotkası olub. Consonun bioqrafı 10 il ərzində prezidentdən 12 belə 

şotka hədiyyə alıb. 

.. .Riçard Nikson buxar qızdırıcısından imtina edərək, həmişə iş otağını Buxarı ilə qızdırıb. 

...Cerald Ford dünyaya gələndə Lesli Linç Kinq kimi qeydə alınıb. Səbəbi də odur ki, uşaq 

doğulandan dərhal sonra atası Lesli Linç Kinq arvadından boşanıb. Gələcək prezidentin anası 

1916-cı ildə Cerald Rudolf Forda ərə gedib və  uşaq «oğul Cerald Rudolf Ford» kimi 

rəsmiləşdirilib. 

...Cimmi Karter tarixi roman nəşr etdirmiş ilk prezidentdir. Qeyd edək ki, o, romanı  Ağ 

evdən gedəndən sonra yazıb. 

...1840-cı ildən başlayaraq, axırı sıfırla bitən ildə seçilən prezident ya iş yerində ölüb, ya da 

öldürülüb. Bu hadisələrin hamısı tək ildə və ayın cüt günündə baş verib. Lakin bu mənhus tilsim 

R. Reyqanın vaxtında qırılıb: ona sui-qəsd edilsə də, sağ qalıb. 

...Bill Klinton vəzifədə olarkən göstəriş verib ki, Soks adlı pişiyi üçün İnternet saytı 

yaradılsın. 

...Amerika prezidentlərindən boyca ən balacası Ceyms Mədison (162 santimetr), ən ucası 

Abraham Linkoln (193 santimetr) olub. 

...Amerikanın üç prezidenti - T.Ruzvelt, V.Uilson və C.Karter Nobel sülh mükafatı laureatı 

olublar. 



Prezident övladları 

...Amerika prezidentlərinin 152 uşağı olub - 90 oğlan və 62 qız. Ronald Reyqan yeganə 

prezidentdir ki, özünün üç övladı olduğu halda, övladlığa bir uşaq da götürüb. 

...Con Tayler ABŞ tarixində  ən çoxuşaqlı prezident sayılır: onun birinci arvadından 8, 

ikincidən isə 7 uşağı doğulub. 15-ci uşaq dünyaya gələndə prezidentin yaşı yetmişi keçibmiş. 

.. .Oğul Corc Buş ABŞ tarixində dövlət başçısı seçilmiş ikinci prezident oğludur. Con 

Adams ABŞ-ın ikinci, oğlu Con Kuinsi Adams isə altıncı prezidenti olub. 

...Tomas Cefferson rəsmi olaraq altı uşaq atası sayılıb. Amma sonralar sübut olunub ki, onun 

qaradərili qul Salli Heminqsdən də qeyri-qanuni övladı doğulub. 

...Corc Vaşinqton, Ceyms Mədison,  Əndryü Cekson, Ceyms Polk, Ceyms Bükenen və 

Uorren Hardinqin övladı olmayıb (Ceyms Bükenen, ümumiyyətlə, evlənməyib). 

...Amerika prezidentlərinin 32 övladı hələ uşaq vaxtı xəstəlik üzündən və ya bədbəxt hadisə 

zamanı vəfat edib. 

.. .Uilyam Makkinlinin birinci qızı 3 yaşında yatalaqdan vəfat edib, ikincisi isə doğulandan 5 

ay sonra dünyasını  dəyişib. Bu bədbəxt hadisələrdən sonra prezidentin arvadında epilepsiya 

xəstəliyi sürətlənib və o, ana ola bilməyib. 




 

86

...Franklin Pirsin üç oğlundan ikisi yeniyetmə çağında vəfat etdiyi üçün fikirləşib ki, görünür, 



Allah onun siyasətlə ınəşğul olmasını istəmir. Arvadı ilə razılaşaraq, siyasətdən uzaqlaşıb və 

hüquq məsələləri ilə məşğul olub. Lakin 1853-ci  ildə prezident seçilib. Bundan sonra onun 

qorxusu reallığa çevrilib    11 yaşlı  yeganə oğlu valideynlərinin gözü qarşısında qatarın altına 

düşüb. 


... Abraham Linkolnun oğlu Robert Todd Linkoln üç Amerika prezidentinin - öz atasının, 

Harfildin və Makkinlinin öldürülməsini öz gözləri ilə görüb. O, son sui-qəsdin şahidi olandan 

sonra dövlət qulluğundan həmişəlik uzaqlaşıb. 

...Bəzi prezident övladları valideynlərinin məşhurluğundan irəli gələn «şöhrət xəstəliyinin» 

çətinliyinə tab gətirə bilməyərək bədbəxt olublar: belə ki, 10 prezident övladı alkoqolik olub, 3 

nəfəri özünə qəsd edib. 

...Con Kuinsi Adamsın bir oğlu özünü öldürəndən və ikinci oğlu içkiyə qurşanıb qara ciyər 

serrozundan vəfat edəndən sonra prezidentin arvadı deyib: «Daha bir oğlum siyasətin qurbanı 

oldu». 

... Valideynlərinin  əleyhinə  çıxan prezident övladları da olub. Məsələn, Reyqanın qızı 



Patrisiya Reyqan atasının həyata keçirdiyi siyasətin sərt tənqidinə  həsr olunmuş  məqalə  və 

kitablar nəşr etdirib, ailənin xoşagəlməz sirlərini faş edib. 

...Prezidentlərin 19 qızı ataları yüksək dövlət postunda olarkən ərə gedib, onlardan 9-unun 

toyu Ağ evdə olub. 

...Prezidentlərdən yalnız oğul Corc Buş ekiz övlad atasıdır və uşaqlar nənələrinin adlarını 

(Barbara və Cenni) daşıyırlar. 



Prezidentlər və sui-qəsdlər 

Birləşmiş  Ştatların dörd prezidenti sui-qəsdin qurbanı olub. Onlardan birincisi Abraham 

Linkolndur. O, 1865-ci il aprelin 14-də Vaşinqtonun Ford teatrının lojasında aktyor Con But 

tərəfındən tapança atəşilə ölümcül yaralanıb, növbəti gün vəfat edib. 



 

***

 

1881-ci il iyulun 2-də ruhi xəstə Çarlz Qutye Vaşinqtomın dəmir yolu vağzalında prezident 



Ceyms Hartfıldi güllələyib. Səbəbini isə özünün işsiz olması və işsizliyinin günahını 

prezidentdə görməsi ilə izah edib. 

1901-ci il sentyabrın 6-da anarxist Leon Çalqoş Nyu-York ştatının Baffalo şəhərində 

prezident Uilyam Makkinlini qətlə yetirib. Yalnız bu sui-qəsddən sonra Birləşmiş  Ştatların 

prezidentlərinə  şəxsi mühafizə  təyin olunub. Prezidentlərin şəxsi mühafizə məsələləri 1865-ci 

ildə saxta pul kəsməklə mübarizə məqsədilə yaradılan və Maliyyə Nazirliyinə tabe olan Məxfi 

xidmət qurumuna həvalə edilib. 

Birləşmiş Ştatların Məxfi xidmətinin vəzifəsi nəinki fəaliyyətdə olan prezidentləri və vitse-

prezidentləri, onların ailələrini, həm də bu vəzifəyə əsas namizədləri, habelə sabiq prezidentləri, 

yeni nikaha girincə sabiq prezidentlərin dul arvadlarını, sabiq prezidentlərin 16 yaşına çatmamış 

övladlarım, ABŞ-a səfər edən xarici ölkələrin yüksək rəsmi vəzifəli  şəxslərini, eləcə  də 

prezidentin göstərişi ilə xarici səfərlərə gedən ABŞ-ın xüsusi nümayəndələrini mühafızə 

etməkdir. 

Bu xidmətin  əsas vəzifələrindən biri də saxta əskinaslar hazırlanmasına qarşı 

mübarizədir.Hətta güclü mühafizə də 1963-cü il noyabrın 22-də Texas ştatının Dallas şəhərində 

Con Kennedinin həyatını terrordan xilas edə bilməyib. 

 

                           ***



 

 

 



Daha altı Amerika prezidentinə sui-qəsd təşkilatçılar üçün uğursuzluqla başa çatıb. Endrü 

Cekson, Franklin və Teodor Ruzveltlər, Harri Trumən, Cerald Ford və Ronald Reyqanı sui-

qəsdçilər öldürə bilməyiblər. 



 

87

Qeyd edək ki, Teodor Ruzveltə onun prezidentlik müddəti başa çatandan sonra sui-qəsd 



olunub. Sabiq prezidentə partiyasının təşkil etdiyi mitinqə gedərkən atəş açılıb, yaralanmasına 

və güllə gilizinin sinəsində qalmasına baxmayaraq, o, mitinqdə yarım saatlıq nitq söyləyib. 



Prezidentlərin inaqurasiya mərasimi 

Amerika xalqına və Konstitusiyaya ilk dəfə and içən dövlət başçısı, təbii ki, Corc Vaşinqton 

olub. Onun bu yüksək vəzifəni qəbul etməsi iki əsrlik ənənənin əsasını qoyub. 

1789-cu ildə Vaşinqton prezident seçilərkən indiki paytaxt mövcud olmayıb. Konqress Nyu-

Yorkda yerləşib. O vaxt nəqliyyat vasitələri olmadığı üçün konqresmenlərin səsvermədə 

kvorumunu təmin etməklə  əlaqədar yeni hökumət vəzifələrinin icrasına vaxtından bir ay gec 

başlamalı olub. 

Corc Vaşinqton yaşadığı Virciniya ştatından yolun bir hissəsini faytonla, bir hissəsini isə atla 

gəlib, sonra Nyu-Yorka gəmi ilə çatıb. Bütün bunlarla əlaqədar ilk prezidentin inaqurasiya 

mərasimi (Snoska: 1933-cü ilə  qədər prezidentlərin inaqurasiya mərasimi, başqa sözlə, 

vəzifələrinin icrasına başladığı gün seçildikləri noyabr ayında deyil, sonrakı il martın 4-də olub. 

1933-cü ildə  qəbul olunmuş  və 1937-ci ildən qüvvəyə minmiş Konstitusiyaya 20-ci düzəlişə 

əsasən, prezidentin və vitse-prezidentin vəzifəyə  rəsmi başlaması günü 20 yanvar sayılır. Bu 

dəyişikliyin məqsədi seçkilərlə inaqurasiya arasında olan vaxtı  qısaltmaq olub) nəzərdə 

tutulduğu kimi, martın 4-də deyil, aprelin 30-da baş tutub. 

Kilsə zənglərinin və artilleriya atəşlərinin sədaları altında Vaşinqton günorta vaxtı Konqres 

zalına daxil olub, sağ əlini Bibliyaya basaraq, hakim Robert Livinqstonun ardınca andın mətnini 

təkrar edib. Andın mətni o vaxtdan Konstitusiyanın bir hissəsinə çevrilib və indiyədək ona heç 

bir dəyişiklik edilməyib. Yalnız andın mətni başa çatandan sonra Vaşinqton özündən bir ifadə 

əlavə edib: «Allah mənə kömək etsin». O vaxtdan bu əlavə də məcburi rituala çevrilib. 

Qeyd edək ki, qəbul olunmuş  ənənəyə  əsasən, inaqurasiya mərasimində yeni seçilmiş 

prezident and içir, sonra isə həyata keçirəcəyi siyasətin əsas cəhətlərini əhatə edən inaqurasiya 

nitqi söyləyir. 

Corc Vaşinqton inaqurasiya mərasimində nitq söyləyərkən lakoniklik nümunəsi göstərib: 

onun ikinci inaqurasiya nitqi cəmi 135 sözdən ibarət olub və iki dəqiqə çəkib. Sonralar heç kim 

bu rekordu təzələyə bilməyib. 



                         ***

 

ABŞ-ın ikinci prezidenti Con Adamsın inaqurasiya mərasimi ilk paytaxtda - Filadelfıyada olub. 



Prezidentin bioqrafı Devid Makaloffün yazdığına görə, 1797-ci ilin martında zala əvvəlcə 

prezidentliyi təhvil verən Corc Vaşinqton, onun ardınca vitse-prezident seçilmiş Tomas 

Cefferson, üçüncü isə yeni prezident Con Adams daxil olub. Bioqrafın yazdığına görə, olduqca 

unudulmaz mənzərə yaşanıb - konqresmenlər qarşısında Amerikada inqilabı öz əlləri ilə həyata 

keçirmiş üç nəfər dayanıb: hər tərəfdə bir ucaboy virciniyalı, ortada isə kök və alçaqboylu 

Adams. 


                        ***

 

İnaqurasiya mərasimi Vaşinton  şəhərində keçirilən ilk dövlət başçısı üçüncü prezident 



Tomas Cefferson olub. O, andiçmə mərasiminə - Kapitoli təpəsində yerləşən Konqres binasına 

piyada gəlib və mərasimdən sonra da oranı piyada tərk edib. 



 

       ***

 

1809-cu ildə dördüncü prezident Ceyms Mədison inaqurasiya mərasimini açıq havada 



keçirmək barədə göstəriş verib ki, xalq təntənəli mərasimi gözləri ilə görsün. Lakin bu ənənə 

doqquzuncu prezident Uilyam Henri Harrisona baha başa gəlib. Onun inaqurasiya nitqi iki saata 

yaxın davam edib. Mərasim zamanı çovğun başlasa da, yeni prezident nitqini kəsməyib. 

Nəticədə onun ağ ciyərlərinə soyuq dəyib və  vəzifə postunu qəbul edəndən düz bir ay sonra 

vəfat edib. İlk dəfə prezident vəzifəsi onun vaxtında vitse-prezidentə keçib. 

 



 

88

                         ***

 

Amerika prezidentlərinin inaqurasiya mərasimini işıqlandırmaq üçün həmişə  ən müasir 



texnologiyalardan istifadə olunub. 

Prezident Ceyms Mədisonun nitqi 1809-cu ildə ilk dəfə qəzetlərdə dərc edilib. 

1845-ci ildə Ceyms Polk and içərkən onun yanında xüsusi qurğu yerləşdirilib və Semyuel 

Morze öz yeni aparatı ilə orada əyləşərək, prezidentin dediyi hər bir sözü teleqraf xətti ilə 

ötürüb. 

1857-ci ildə Ceyms Bükenenin inaqurasiya mərasimindən ilk dəfə fotoşəkillər çəkilib. 

Bundan qırx il sonra amerikahlar Uilyam Makkinlinin inaqurasiya mərasiminə kino 

ekranlarında baxa biliblər. 

Abraham Linkoln andiçmə mərasimindən sonra altı min nəfərin əlini sıxıb. 

Uorren Hardinq inaqurasiyaya avtomobildə gələn ilk prezident olub. 

1923-cü ildə Kəlvin Kulicin inaqurasiya nitqi radio ilə yayımlanıb. 

Prezident Harri Trumən inaqurasiya mərasimi televiziya ilə translyasiya olunan ilk 

prezident sayılır. 

Bill Klintonun ikinci inaqurasiya nitqi internetdə real vaxt rejimində təqdim olunub. 

             ***

 

A.Linkolnun ölkəni vətəndaş müharibəsinin yaralarını sağaltmağa çağıran məşhur 



inaqurasiya nitqi cəmi 5 dəqiqə çəkib. 

B.Klintonun birinci inaqurasiya nitqi 14, ikincisi isə 22 dəqiqə davam edib. 

Inaqurasiya mərasimindəki nitqinin bir cümləsində ən çox sözü Con Adams işlədib -737 

söz. 


Mütəxəssislərin qənaətinə görə, 

inaqurasiya nitqləri heç də  həmişə natiqlik 

istedadının məhsulu sayılmır. Bununla belə, bəzi prezidentlərin işlətdiyi fikirlər aforizmə 

çevrilib: «Biz hamımız respublikaçıyıq, biz hamımız federalistik» (T.Cefferson), «Heç kimə 

yamanlıq, hamıya mərhəmət» (A.Linkoln), «Bizim qorxunun özündən başqa qorxduğumuz 

bir  şey yoxdur» (F.Ruzvelt), «Soruşma ki, ölkə  sənə  nə verə bilər, özündən soruş ki, sən 

ölkəyə nə verə bilərsən» (C.Kennedi). 

***


 

Əsası hələ XIX əsrdə qoyulmuş ənənəyə görə, ABŞ prezidentlərinin inaqurasiya mərasimi bazar 

gününə  təyin edilmir. Lakin əgər 20 yanvar bazar gününə düşübsə, mərasim Ağ evin Şərq 

zalında qısa müddətdə keçirilir. Təntənəli inaqurasiya mərasimi isə növbəti gün təşkil edilir. 

1985-ci ildə R.Reyqanın ikinci inaqurasiyası belə keçirilib. 

1829-cu ildə Əndryü Ceksonun inaqurasiyasında əsası qoyulmuş ənənəyə görə, prezidentin 

vəzifəyə başlaması  mərasimi Kapitoli təpəsində - Konqresin əsas binasının  Şərq qapısının 

yanında, Ali Məhkəmənin binası ilə üzbəüz meydançada keçirilir. 

1837-ci ildə havanın pisləşməsi ilə  əlaqədar Uilyam Taftın inaqurasiya mərasimi Senat 

binasında keçirilib. 

1944-cü ildə dördüncü dəfə seçilən Franklin Delano Ruzveltin səhhəti və  təhlükəsizliyi 

nəzərə alınaraq, andiçmə mərasimi Ağ evin Cənub cinahında təşkil olunub. 

1985-ci ildə R.Reyqanın inaqurasiya mərasimi də havanın pis keçməsi ilə əlaqədar Konqres 

binasında təşkil edilib. 

R.Reyqanm birinci inaqurasiya mərasimində Vaşinqtonda  ən aşağı temperatur (mənfi 14 

dərəcə), ikinci inaqurasiya mərasimində isə  ən yüksək temperatur (müsbət 13 dərəcə) qeydə 

alınıb. 

 

***



 

89

                              Birgünlük prezident 

Devid Atçisonun adı ABŞ tarixinə «birgünlük prezident» kimi düşüb. 

ABŞ-ın 11-ci prezidenti Ceyms Polkun vəzifə səlahiyyətləri 1849-cu il martın 3-də, gecəyarı 

başa çatıb. Növbəti müddətə prezident seçilmiş Zakari Teylor isə o qədər mövhumatçı adam 

olub ki, martın 4-də - bazar günü prezident postunu qəbul etməklə razılaşmayıb və andiçmə 

mərasimini bazar ertəsinə saxlamağı xahiş edib. O vaxtkı Amerika qanunvericiliyinə  əsasən, 

həmin bir sutka müddətinə əlifba üzrə soyadı birinci olan senator Devid Atçison prezident təyin 

edilib və o, and içib. 

Sutkanın çox hissəsini yatmaqla başa vuran Atçinson prezident postunu tərk edərkən deyib: 

«Mən bu öhdəlikdən şərəf duydum, xüsusən ona görə ki, hakimiyyətdə olduğum müddətdə həm 

ölkədə, həm də xaricdə heç bir böhran baş vermədi, administrasiyada heç bir korrupsiya faktı 

qeydə alınmadı». 

Həyat və ölüm arasında mənhus oxşarlıq 

Con Kennedi Abraham Linkolndan düz 100 il sonra prezident seçilib. Hər iki prezident qətlə 

yetirilib. 

Linkolnun qatili olan aktyor Con But 1839-cu ildə doğulub. Kennedinin qatili sayılan Li 

Harvi Osvald ondan 100 il sonra -1939-cu ildə doğulub. 

Prezidentlərin hər ikisini əhali arasında, arvadlarının gözü qabağında və cümə günü 

öldürüblər. Hər ikisinə güllə 

peysərindən dəyib. 

Linkolnu Ford teatrında öldürüblər, Kennedini Ford zavodunun istehsalı olan «Linkoln» 

markalı avtomobildə. 

Linkolnun şəxsi katibinin soyadı Kennedi, Kennedinin katibinin soyadı Linkoln olub. 

Hər iki prezidenti yüksək vəzifədə Conson familiyalı vitse-prezident əvəz edib. Birinci - 

Əndryü Conson 1808-ci ildə, ikinci - Lindon Conson ondan 100 il sonra - 1908-ci ildə doğulub. 

 

 



 

 



 

90

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

1. ABŞ demokratiyası haqqında əsas mətnlər. Tərtibçi Melvin İ.Urofski. 

İqtisadi və Siyasi Araşdırmalar Mərkəzi. B., 2005. 487 səh. 

2. ABŞ iqtisadiyyatı: ümumi cizgilər. B., 2002.157 səh. 

3. Amerika  Birləşmiş Ştatlarının konstitusiyası. B.,1991. 24 səh. 

4. Amerika  qanunları necə yaradılır. B., 1992. 74 səh. 

5. Amerika  iqtisadiyyatının əsas cəhətləri. B., 1992. 212 səh. 

6. Amerika  hökumətinin əsas cəhətləri. B., 1995. 125 səh. 

7. Геевский И.А., Сетунский Н.К. Американская мозаика. М., 

1991. 295 стр. 

8. Софии В.В. Оснаватели США: исторические портреты. М., 

1983. 176 стр. 

9. A History of The United States. Ginn and Company. Lexington, 

Massachusetts, 1986. 880 p. 

10.Encyclopedia of Associations. Washington D.C.: Gale Research Inc., 

1995. 615 p. 

11.Madam Secretary: A Memoir Madeline Albright. New York, 2003. 

652 p. 

12.Merriam Webster's Encyclopedia of Literature, 1995 by Merriam- 



Webster. 1235 p. 

13.North Carolina. On mymind. Guilford, Connecticut, 2003. 120 p. 

14.North Carolina Quilts. Chappel Hill, NC, 2003. 214 p. 

15.The Declaration of Independence. The Constitution of the United 

States of America. United States Department of State. Printed at RPC, 2005. 

44 p. 


internet saytlan 

1 .http://www.americana.ru 

2. http://www.whitehouse.gov/history/presidents/ 

3. http://www.ecu.edu/ 

4. http://www.ecu.edu/cs-lib/ 

5. http://www.wic.org/misc/history.htm 

6. http://www.thelostcolony.org/ 

7. http://www.co.orange.nc.us/ 

8. http://www.nps.gov/wrbr/ 

 

 



 


 

91

 



 

Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə