Microsoft Word anasehife doc



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə10/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

 

23

yaradıb. Bu qurum ilk kolonistlərin xatirəsini əbədiləşdirmək qərarına gəlib. Bu məqsədlə 



onların məskunlaşdığı ərazidə - okean sahilində 3500 nəfərlik yay teatrı yaradılıb və 1935-ci ilin 

yayında dramaturq Pol Qrinin yazdığı «İtkin düşmüş koloniya» adlı simfonik dram əsəri 

tamaşaya qoyulub. O vaxtdan bəri hər yay bu əsər nümayiş etdirilir və geniş tamaşaçı marağına 

səbəb olur. Teatr yaranandan indiyədək bu əsərə 3 milyondan çox adam baxıb. 

1941-ci ildə isə okean sahilində ilk kolonistlərin şərəfınə I Yelizaveta dövrünün üslubunda 

«Roli istehkamı» yaradılıb, muzey təşkil olunub, bu əraziyə milli park statusu verilib. «İtkin 

düşmüş koloniya»ya daxil olan insanların siyahısı muzeyin divarına həkk edilib. 

ABŞ tarixi üçün xüsusi əhəmiyyət daşıyan daha bir fakt da Şimali Karolina ştatının adı ilə 

bağlıdır. Dünyada ilk mühərrikli təyyarə ilə uçuş cəhdi 1903-cü ildə bu ştatın ərazisində edilib. 

Məlum olduğu kimi, hələ XIX əsrin axırlarından başlayaraq, dünyanın müxtəlif yerlərində 

uçan qurğular yaratmaqla bağlı cəhdlər olsa da, bu arzular yalnız XX əsrdə reallığa çevrilib. 

Daha doğrusu, 1903-cü ildə ABŞ-m Şimali Karolina ştatında daxili yanma mühərrikilə işləyən 

ilk aeroplan səmaya qalxıb. O vaxt bu fakt ciddi qəbul edilməsə də, illər keçəndən sonra 

amerikalılar ilk təyyarənin uçuş meydanında muzey yaradıblar və burada ilk uçuşun 

təşəbbüskarlarının - Uillbir və Orvill Rayt qardaşlarının milli memorialı adlanan abidə tikilib. 

Memorial Atlantik okeanı sahillərində geniş ərazini əhatə edir. Burada hər şey 100 il əvvəlki 

kimi bərpa olunub. Rayt qardaşlarının burada qurduqları yay evi, ilk aeroplanın maketi və digər 

çoxsaylı eksponatlar ilk mühərrikli aeroplanın uçuş tarixindən söhbət açır. 

Rayt qardaşları o dövrdə təzəcə kəşf olunmuş daxili yanma mühərriki ilə işləyən və idarə 

olunan «Flayer» («Uçan») adlandırdıqları təyyarə hazırlayıb və təyyarənin səmaya qalxması 

üçün bir qədər təpəlik olan yer axtarıblar. Bu axtarışlar onları Şimali Karolina ştatındakı kiçik 

Hitti Houk şəhərinə gətirib çıxarıb və onlar burada uçuş sınaqları keçiriblər. Bütün işlər 

dekabrda başa çatıb və qardaşlar küləkli bir gündə eksperiment uçuş etməyi qərara alıblar. Onlar 

yerli sakinlərdən birini çağırıblar ki, uçuş faktını fotolentə alsın. Məlum olub ki, həmin adam 

ömründə ilk dəfə əlinə fotoaparat alır. Ona görə də təyyarə göyə qalxanda həyəcandan aparatın 

düyməsini basıb-basmadığını xatırlaya bilməyib. Lentin yuyulması üçün iki həftə vaxt keçib və 

məlum olub ki, şəkil əla alınıb. İndi həmin şəkil muzeyin ən qiymətli eksponatıdır. 

«Flayer» ilk cəhddə havada cəmi 12 saniyə qalıb və təxminən 150 fut uçub. İkinci cəhddə 200 

futa qədər məsafəni qot etmək mümkün olub. Qardaşların dördüncü uçuş cəhdi daha uğurlu olub 

- «Flayer» 59 saniyə havada qalıb və 800 füta qədər uçub. Bir futun 30,5 santimetr olduğunu 

nəzərə alsaq, demək olar ki, onlar təxminən 250 metr uçublar. Qeyd edək ki, həmin dövrdə uçuş 

faktının qeydə alınması üçün 200 fut uçmaq kifayət sayılıb. 

Hadisənin səhəri günü Amerikanın cəmi dörd qəzetində bu barədə məlumat verilib. O da 

redaktorlar və oxucular tərəfindən tarixi fakt kimi yox, uydurma kimi qəbul olunub. 

Lakin bir neçə ildən sonra bu fakt müasir aviasiya tarixinin ilk uğurlu addımı kimi tarixə 

düşüb və 1932-ci ildə uçuş yerində Rayt qardaşlarına abidə qoyulub. 

Amerikada olduğumuz 2003-cü ildə ilk uçuşun 100 illiyi milli memoriala toplaşmış 30 minə 

yaxın tamaşaçının iştirakı ilə təntənə ilə qeyd olundu. Yubiley tədbirlərində ABŞ prezidenti Corc 

Buş və Amerika hökumətinin üzvləri də iştirak edirdilər. 

Bu faktlar, eləcə də bizim digər müşahidələrimiz deməyə əsas verir ki, amerikalılar o qədər də 

qədim və zəngin olmayan tarixlərinə hörmət və ehtiramla yanaşır, ən xırda uğurdan da 

vətənpərvərlik məqsədilə istifadə etməyi bacarırlar. 



 

AMERİKALILAR HİND TOYUĞUNU NİYƏ SEVİRLƏR? 

Əgər ayrı-ayrı xalqların müxtəlif heyvanlar özləri üçün əziz və müqəddəs saydıqlarını 

xatırlasaq, onda amerikalılar üçün belə bir canlının hinduşka olduğunu qətiyyətlə söyləmək olar. 

Çünki ən əziz bayram günlərində hər bir Amerika ailəsinin süfrəsinin bəzəyi hind toyuğu - 

«hinduşka» olur. Amerikalılar ən əziz qonaqlarına «hinduşka» əti bişirirlər. Onlar «hinduşka»nı 

bütöv şəkildə «duxovka»ya qoyurlar və bir neçə saata həmin xörək hazır olur. Qeyd edək ki, 

amerikalılar bu mərasimi də xüsusi təmtəraqla keçirməyi xoşlayırlar. 

Bəs amerikalıların «hinduşka» ətinə və ümumiyyətlə, «hinduşka»ya bu marağının səbəbi 




 

24

nədir? 



XVI əsrin sonlarından indiki Amerika ərazilərində məskunlaşmağa başlayan ingilislər 

müxtəlif çətinliklərlə üzləşiblər. Ərzaq qıtlığı isə onların xüsusi narahatlığına səbəb olub. Ona 

görə yox ki, bu ərazilərdə yeməyə bir şey tapılmayıb. Ona görə ki, gəlmə ingilislər bu ərazilərdə 

nəyin yeməli olduğunu bilməyiblər. Məsələn, ilk dəfə kartofu görən ingilislər bunun zəhərli 

olduğunu düşünərək, qidalanmaq üçün ondan istifadə etmək fikrini yaxına da buraxmayıblar. 

Amma sonralar elə həmin ingilislər indi dünyanın hər yerində əsas qida məhsullarından birinə 

çevrilən kartofu Avropaya da aparıb çıxarıblar. 

Müasir amerikalıların dediyinə görə, 1621-ci ildə yerli hindular indiki Massaçusets ştatında 

məskunlaşan ingilislərə onların həmin vaxta qədər tanımadıqları və istifadə etmədikləri kartof və 

pomidorla birlikdə «vəhşi quş əti» də gətiriblər. Həmin quş əti ingilislərin xoşuna gəlib və onlar 

bu quşu «hinduşka» adlandırmağa başlayıblar. Qarşıdan gələn növbəti qışı yola vermək üçün 

«hinduşka» ətinin yaxşı ərzaq ehtiyatı olacağı onları sevindirib. Bununla da müasir Amerika 

Birləşmiş Ştatlarının ərazilərində məskunlaşan ingilislər, demək olar ki, üzləşdikləri ərzaq 

problemini həll edə biliblər. Həmin vaxtdan başlayaraq, «hinduşka» gəlmə ingilislərin əsas ərzaq 

məhsuluna çevrilib. Məskunlaşdıqları yeni ərazilərdə ilk kolonistləri aclıqdan onların “hinduşka” 

adlandırdıqları bu «vəhşi quş» xilas edib. Ona görə də amerikalılar o vaxtdan bəri «hinduşka»ya 

xüsusi qayğı ilə yanaşır və «hinduşka» ətini süfrələrinin yaraşığı sayırlar. 

Təsadüfi deyil ki, Amerika Birləşmiş Ştatları müstəqillik qazandıqdan sonra dövlət gerbi 

haqqında məsələ müzakirə olunarkən başqa təkliflərlə yanaşı, gerbdə «hinduşka»nın təsvirinin 

verilməsi barədə də təklif irəli sürülüb. Təklifin (tərəfdarları fikirlərini onunla əsaslandırıblar ki, 

çətin günlərdə ilk amerikalıları aclıqdan və ölümdən məhz bu quşun əti xilas edib. Həmin 

müzakirələrdə amerikalıların bir millət kimi formalaşmasında «hinduşka»nın xüsusi əhəmiyyətə 

malik olduğu vurğulanıb. O vaxt qəbul edilən qərara əsasən, ölkənin gerbində «hinduşka» yox, 

qartal əks olunsa da, «hinduşka»ya amerikalıların məhəbbəti bu gün də azalmayıb. 

Ona görə də Amerikada əksər bayramlarda hinduşka əti bişirilir. 

Bu ölkədə bir bayram da var ki, həmin gün hər bir amerikalının süfrəsinin əsas yeməyi 

«hinduşka» olur. Bu, Şükranlıq (və ya Şükran) bayramıdır. Şükranlıq bayramı hər il noyabr 

ayının dördüncü cümə axşamı günü qeyd edilir. Həmin gün təbii olaraq iş günü sayılmır və 

Amerikanın ən populyar bayramı hesab edilir. Müqayisə üçün deyək ki, Amerikada Milad 

bayramı olduqca populyardır. Amma Milad həm də dini bayram olduğu üçün heç də bütün 

amerikalılar bu bayramı qeyd etmirlər. Məsələn, bu ölkədə yaşayan müsəlmanlar, yəhudilər və 

digər millətlərin nümayəndələri üçün Milad bayramı, sadəcə, istirahət günüdür. Şükranlıq 

bayramı isə bütün amerikalılar və bütün Amerika üçün ən əziz və unudulmaz bayramdır. 

Deyilənlərə görə, həmin il Amerikada qış olduqca sərt keçib və növbəti qışın da ciddi 

problemlər yaradacağı ingilisləri narahat etməyə başlayıb. Onda qubernator adamlar arasında 

yaranmış ruh düşkünlüyünü aradan qaldırmaq məqsədilə qışın yaxınlaşdığı günlərdə - noyabrın 

sonuncu cümə axşamı günü bu insanlara Allahın verdiyi nemətlərə görə minnətdarlıq məqsədilə 

bayram təşkil edib. Yayılan əfsanələrə görə, bu bayram adamların əhval-ruhiyyəsinin 

yüksəlməsində mühüm rol oynayıb və onlar daha bir sərt qışı bu əhval-ruhiyyə ilə yola verə 

biliblər. 

Bu günün rəsmi bayram və istirahət günü kimi qeyd edilməsi isə Amerikanın 16-ci prezidenti 

Abraham Linkolnun adı ilə bağlıdır. O, Şükranlıq gününün ümumxalq bayramı kimi qeyd 

edilməsini 1863-cü ildə rəsmiləşdirib. 

O vaxtdan bəri Şükranlıq bayramı bütün Amerikada yaşayan insanlar üçün rəsmi bayram 

gününə çevrilib. Bu bayramın əsas atributlarından biri isə həmin çətin günlərdə ilk kolonistləri 

aclıqdan və ölümdən qurtaran «hinduşka» olub. 

Hər il Şükranlıq bayramı günü övladlar valideynlərinin yanına can atır və həmin günü bir 

yerdə qeyd edirlər. Bu bayram günündə hər bir amerikalı ailəsində çoxsaylı qohumlar və dostlar 

toplaşır. Statistik məlumatlara görə, Amerikanın dəmiryol və təyyarə nəqliyyatında, eləcə də 

ölkənin avtomobil yollarında ən çox sıxlıq məhz bu bayram günü ərəfəsinə təsadüf eləyir. Çünki 

Şükranlıq bayramında bütün əziz və yaxın amerikalılar bir yerə toplaşır və onlara yaradılmış 

geniş imkanlar üçün Allaha dua edirlər. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə