Microsoft Word anasehife doc


Tanıdığımız və tanımadığımız  Amerika



Yüklə 0,81 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix20.09.2017
ölçüsü0,81 Mb.
#1071
1   2   3   4   5   6   7   8   9   ...   38

 

7

Tanıdığımız və tanımadığımız  Amerika 

 

 

VİZA SINAĞI, ON DÖRD SAATLIQ UÇUŞ VƏ AEROPORT 



MÜŞAHİDƏLƏRİ 

Yaxın xarici ölkələrdən fərqli olaraq, Amerikaya səfər yol çantasını hazırlamaqdan və ya 

təyyarəyə bilet götürməkdən başlanmır. Amerikaya səfər viza almaqdan, daha doğrusu, viza 

üçün bu ölkənin səfirliyinə ərizə ilə müraciətdən başlanır. Və bu prosesin özünün alışmadığımız 

bir çox çətinlikləri olur ki, bu barədə söhbət açmağa dəyər. 

Viza almaq məqsədilə ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət etmək üçün gərək 

əvvəlcədən növbəyə yazılasan. Bu faktın özü ən müxtəlif məqsədlərlə Amerikaya getmək istəyən 

soydaşlarımızın çoxluğundan xəbər verir. Təyin olunan vaxtda səfirliyə gəlib çoxsaylı anketləri 

doldurmaq, çoxlu suala cavab vermək lazım gəlir. Ən nəhayət, müsbət və ya mənfi cavabın 

verilməsi üçün əsas məqam   konsulla söhbət sınağından keçməlisən. 

Viza vermək məsələsində konsul həlledici şəxs, son instansiyadır, desək, yəqin ki, səhv 

etmərik. Bütün sənədlərin yerli-yerində olmasına baxmayaraq, son anda konsulun «yox» 

kəlməsiylə bütün hazırlıqlar yarımçıq qala bilər. Görünür, 2001-ci ilin məşum 11 sentyabr 

hadisələrindən sonra Amerika konsullarının həmişə nədənsə şübhələnmək, yaxud nəyəsə 

inanmamaq «hüququ» qanuni qüvvə alıb və bunu da əsassız saymaq olmaz. Ona görə də viza 

məsələsində ABŞ konsulu ilə mübahisə etmək, hansısa hüquq pozuntusundan danışmaq, insan 

hüquqlarına dair hansısa konvensiyaya isnad etmək əbəsdir. Amerikanın təhlükəsizlik məsələsi 

bu ölkənin məmurları üçün bütün hüquqlardan irəlidə dayanır. 

Ərizə qəbul edildikdən bir neçə gün sonra konsul viza üçün müraciət edən şəxsi söhbətə 

(amerikalılar buna «intervyu» deyirlər) dəvət edir. Bu görüş zamanı konsul istənilən sualı verir 

V8 verə bilər. Təbii ki, o, daha çox səfərin məqsədi, səfərə çıxmaq istəyən şəxsin maliyyə 

durumu, ailə vəziyyəti, iş yeri və I, ilə maraqlanır. Və bu söhbətə əsasən bir neçə gün ərzində ya 

i c a r ə y ə    verilir, ya da viza verilməsindən imtina barədə məktub təqdim olunur. İmtina 

məktubunda səbəblər göstərilir və qeyd olunan çatışmazlıq (və ya hal) aradan qaldırıldıqdan 

sonra yenidən müraciət etmək hüququ xatırladılır. 

Məlum olduğu kimi, dünyanın hər yerindən daimi yaşamaq, yaxud sadəcə gəzmək və ya 

işgüzar məqsədlərini reallaşdırmaq üçün Amerikaya getmək istəyənlərin sayı ilbəil artır. ABŞ 

hüquqşünası Ceffri Kouenin «ABŞ-a viza» adlı məlumat kitabının dünyanın 30-a yaxın 

ölkəsində çap edilməsi və geniş populyarlıq qazanması da bu marağın böyüklüyündən xəbər 

verir. Kitabda Amerikaya viza almaq proseduru barədə məlumat verilir, bu ölkənin tətbiq etdiyi 

vizaların xüsusiyyətləri qeyd edilir, ərizə nümunələri və s. göstərilir. Bu da təsadüfi deyil. Çünki 

əksər dövlətlərdən fərqli olaraq, ABŞ-a getmək hüququ verən vizanın 50-dən çox növü var. 

Məsələn, hökumət üzvləri, xarici ölkələrin səfirləri və onların ailə üzvləri Amerikaya getmək 

üçün «A-1» kateqoriyalı vizadan istifadə edirlər. Səfirlik əməkdaşları, xarici ölkə hökumətlərinin 

məmurları, habelə onların ailə üzvləri «A-2» kateqoriyalı vizadan yararlanırlar. «A-3» 

kateqoriyalı vizalar səfirlik işçilərinə xidmət edən şəxslərə verilir. ABŞ-a işgüzar səfərə gedənlər 

«V-1» vizasından, turistlər isə «V-2» vizasından istifadə edirlər. Tranzit sərnişinlər «S-1» vizası 

almalıdır. Beynəlxalq təşkilatların əməkdaşları üçün beş viza növü tətbiq edilir. Amerika 

İnformasiya Agentliyinin (USIA) təşkil etdiyi təhsil mübadiləsi proqramlarının iştirakçıları «J-

1», onların ailə üzvləri «J-2» vizasından yararlanırlar. Bu ölkəyə Amerika vətəndaşları ilə ailə 

qurmaq niyyəti ilə gedən qadın və kişilər «K-1» vizası, nikah bağlamamış belə adamların 

uşaqları «K-2» vizası almalıdır. NATO-nun strukturlarında çalışan nümayəndələr üçün «NATO-

l»- dən başlanan yeddi cür viza tətbiq edilir. 

Vizanın hər bir növü Amerikaya gələn vətəndaşa bu və ya digər hüquqlar verir, bəzi hallarda 

isə müəyyən məhdudiyyətlər qoyur. Məsələn, təhsil mübadiləsi proqramları çərçivəsində «J-2» 

vizası ilə ABŞ-a gələn şəxs bu ölkədə gəlir götürmək məqsədilə hər hansı fəaliyyətlə məşğul 

ola bilməz. Digər viza  növləri də bu və ya digər məhdudiyyət və hüquqlar nəzərdə tutur. Yəni 

Amerika dövləti öz ölkəsinə daxil olan vətəndaşların fəaliyyətinə bu yolla nəzarət etmək və 




 

8

onların fəaliyyətini qanuni yolla tənzimləmək məqsədi güdür. Doğrudur, Amerikaya gedənlərin 



heç də hamısı bu məhdudiyyətlərə əməl etmir və bu, tamam başqa bir söhbətin mövzusudur. 

ABŞ-a uçmaq üçün bilet tədarükü haqqında yalnız səfirlikdə viza açılması barədə pasporta 

müvafiq sənəd yapışdırıldıqdan sonra düşünmək olar. Ona görə düşünmək olar deyirik ki, 

Amerikaya uçmaq üçün müxtəlif aviaşirkətlərin xidmətindən istifadə etmək mümkündür. 

Azərbaycan vətəndaşları Bakıdan Amerikaya əsasən Türkiyə, Böyük Britaniya, Almaniya, 

Avstriya və ya Fransa «üzərindən» uçurlar. 

Biz Amerikaya Bakı – Paris - Atlanta reysi ilə uçmalı olduq. Nəticədə, üç ölkənin hava 

limanındakı xidmət səviyyəsini müşahidə və müqayisə etmək imkanı qazandıq. 

Hava limanlarından birincisində, Bakı aeroportunda ciddi problemlərlə üzləşməsək də, 

Fransa və Amerika aeroportlarında olandan sonra anladıq ki, özümüzü daha çox öz 

aeroportumuzda narahat hiss eləmişik. Təbii ki, bu, hansısa məxfi və ya qadağan olunmuş yük 

aparmağımızla əlaqədar deyildi. Sadəcə, bizə elə gəldi ki, Bakı aeroportunda hor bir sərnişinə 

potensial qanun pozucusu kimi baxırlar. Mülki və qeyri-mülki forma geymiş adamlar 

sərnişinlərin üzünə elə ciddi baxır, onları kənardan elə süzürlər ki, adam özü-özündən 

şübhələnməyə başlayır. 

Bu baxımdan, birinci dayanacağımız olan Şarl de Qoll adına Paris hava limanındakı sadə və 

insani prosedurlar bizə qəribə gəldi. Bura sanki bizə yad ölkə deyildi. Amerikaya uçacağımız 

təyyarəyə minmək üçün gedəcəyimiz dayanacağın yerini bir neçə adamdan və bir neçə dəfə 

soruşmalı olduq. Çünki bura həqiqətən də nəhəng aeroportdur, necə deyərlər, nə ucu bilinir, 

nə bucağı. 

Amerikaya uçan təyyarəyə minmək üçün aeroportda şütüyən avtobuslardan birinə oturub xeyli 

yol getməli olduq. Sonra biletləri və əl çantamızı qeydiyyata aldırdıq. Qeydiyyatı aparan 

qaradərili cavan qadın bu işi gülə-gülə yerinə yetirdi və əl çantamızın ağır, yaxud yüngül 

olmasının fərqinə də varmadı... 

Atlantik okeanı üzərindən 9 saatlıq uçuşumuz bundan sonra başladı. 

Əvvəllər bizdə belə təsəvvür var idi ki, bu qədər uzaq məsafəyə uçan sərnişinlər üçün hansısa 

əlavə güzəştlər olur. Məsələn, hər şeydə rahatlıq axtaran amerikalıların 9 saat siqaretsiz keçinə 

bilmələrini təsəvvürə gətirmədiyimiz üçün güman edirdik ki, yəqin bu təyyarələrdə siqaret 

çəkməyə icazə verərlər. Gümanımız yanlış çıxdı və bütün sərnişinlər səfərin sonuna qədər bu 

qadağaya vicdanla əməl etdilər. Moskvadan Bakıya (və əksinə) uçan təyyarələrdə tez-tez 

müşahidə etdiyimiz mənzərə yaranmadı. 

Təyyarəyə oturarkən hər sərnişinə adyala oxşar pambıq parça (üstünə atmaq üçün) və bir də 

kiçik döşəkcə (kresloya uzanarkən baş altına qoymaq üçün) verirlər. 

Uçduğumuz təyyarə Amerikanın məşhur aviaşirkətlərindən birinə məxsus idi. Təyyarənin 

salonlarında yuxarıdan iri televizorlar asılmışdı və bu ekranlara vaxtaşırı uçuş barədə -

təyyarənin sürəti, çöldə havanın temperaturu, qət edilmiş və mənzil başına qədər qalmış məsafə 

və s. barədə məlumatlar yazılır, qalan vaxtlar isə film göstərilirdi. Bundan başqa, hər bir 

sərnişinin qabağında - öndəki kreslonun arxasında kiçik monitor yerləşdirilmişdi. Sərnişin 

özünəməxsus pultla bu mini-ekranda bir neçə kateqoriyadan olan filmlər seçib baxa bilərdi. 

Yaxud ekranı söndürüb, «qulaqcıq» vasitəsilə müxtəlif çeşidli musiqiyə qulaq asmaq olardı. 

Qeyd edək ki, pultun ikinci üzü mobil telefon funksiyasını yerinə yetirirdi. Sərnişinlər kredit 

kartı ilə istənilən ölkəyə zəng vura bilərdilər. 

Qalan bütün qaydalar başqa təyyarələrdə olduğu kimiydi. Tez-tez sərnişinlərə müxtəlif 

içkilər, iki dəfə yemək, təzə qəzetlər təklif olunurdu. 

Təyyarədə hər bir sərnişinə «sərnişin kartı» deyilən blank verirdilər. Bu blankı ingilis, yaxud 

ispan dilində doldurmaq olardı. Sərnişin səfərinin məqsədini, Amerikada müvəqqəti (və ya 

daimi) qalacağı ünvanı və s. göstərməliydi. 

Parisdən çıxdığımız vaxtdan 9 saat sonra təyyarəmiz  Amerikanın ən nəhəng aeroportlarından 

biri olan Atlanta hava limanında yerə endi. Aeroportda sərhəd qeydiyyatından keçməklə 

əlaqədar ABŞ vətəndaşları üçün bir, əcnəbilər üçün isə ayrıca növbə olur. Növbədə səbrlə 

gözləməlisən. Əgər aeroporta eyni vaxtda bir neçə aerobus enibsə, növbə bir saata qədər vaxt 

apara bilər. 




Yüklə 0,81 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə